![Yasamalda 3 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanılıb Yasamalda 3 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanılıb](https://dia-az.info/uploads/posts/2024-03/thumbs/1709364411_777.jpeg)
Paytaxt ərazisində yerləşən rabitə quyularından birindən 3200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən dia-az.info-ya verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıblar.
Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.
![Yasamalda 3 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanılıb Yasamalda 3 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanılıb](https://dia-az.info/uploads/posts/2024-03/thumbs/1709364424_778.jpeg)