Vətəndaş “Leo Bank” MƏNGƏNƏSİNDƏ... - "Qalmışıq belə, bilmirik nə edək..."
Tarix: 5-03-2024, 08:47 |
Çap et
"Mənim şikayətim "Leo Bank"la əlaqədardır". dia-az.site bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vəəndaş daha sonra bildirir: "Anam keçən il "Leo kart" sifariş edib içində 1500 manat pul veriblər... O da xərcləyib... elə bilib adi kredit kartıdır.
İndi isə 1 ildir pul ödəyirik yalandan faizə çıxırlar... ana borcdan silinmə etmirlər...
Çatdırıb faiz də ödəyə bilmirik. 1 ildir, içinə nə pul qoyuruqsa, faiz adı ilə çıxır... qalmışıq belə, bilmirik nə edək.
Məhkəməyə verilməsinimi gözləyək?"