Asiman Həsənov Bakı Sağlamlıq Mərkəzində baş verən hadisəni “ört-basdır“ edir? - NƏ BAŞ VERİR?
Tarix: 5-03-2024, 09:00 | Çap et
On bir yaşlı Xədicə Babazədənin komaya düşdüyü Bakı Sağlamlıq Mərkəzinin stomatoloji kabinetinə tələm-tələsik oksigen xətti çəkilir. Bu barədə Xədicə Babazadənin atası Zamin Babayev məlumat yayıb. Z.Babayev yazır ki, övladına narkoz veriləndə onu stomatoloji kabinetdə oksigen xəttinin olmasına arxayın ediblər. Qeyd edək ki, fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin vəziyyəti sonradan ağırlaşıb. Bir müddət sonra isə uşa komaya düşüb. Asiman Həsənov "Tərəqqi" medalına layiq görüldü Xədicə Babazadənin atası övladının komaya düşməsini müayinədən keçirilmədən narkoz verilməsi ilə əsaslandırır: “Fevralın 21-də 11 yaşlı qızım Xədicənin iki dişinə plomb qoyulması üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət etdik. Lakin uşağa heç bir müayinədən keçirmədən, etirazımızın olmasına baxmayaraq narkoz verdilər. Narkozun dozası çox olub, ya nəzarətsiz qalıb, bilmirik. O vaxtdan vəziyyəti ağırlaşdı və komaya düşdü. Təxminən 40 dəqiqə keçəndən sonra bizə dedilər ki, uşağın təzyiqi düşmüşdü, təzyiqini normallaşdırmaq üçün reanimasiyaya salırıq. Bir saata özünə gəlsin, evə göndərəcəyik. Bizi aldatdılar, görünür ki, anestezioloq lazımi müayinələri etməmişdi. Bəlkə də narkoz lazımı dozadan artıq olub. Bəlkə də, o uşağın yanında olmayıb. Sonradan öyrəndik ki, ürəkdayanma olub. Bu zaman erkən müdaxilə 3-5 dəqiqə ərzində olunarsa, beynə oksigen gedər. Uşağı başıaşağı çevirməli idilər ki, qan beynə işləsin. Qızım Bakı Sağlamlıq Mərkəzində 4 gün qalıb. Beyin zədələnməsi zamanı qızıl dönəm ilk 72 saat sayılır. Doğru tədbirlər aparılarsa, beyni mümkün qədər qorumaq ola bilər. Uşaq 8 dəqiqə, bəlkə də, 15-20 dəqiqə nəzarətsiz qalıb və fəsadlar ortaya çıxıb. Öz təşəbbüsümüzlə xəstəxanadan çıxarıldı və köçürüldü. Hazırda uşaq Mərkəzi Klinikadadır, beyni MRT olunub və fəsadlarda artma var. Vəziyyəti kritikdir və ağır koma vəziyyətindədir. Anestezioloq ortada yoxdur, onunla danışa bilməmişik. Nə rəhbərlik səviyyəsində təşəbbüs göstərilmədi, bizə köməklik olunmadı. 3-4 gün aldadaraq vaxtımızı aldılar. Gözləyirdilər ki, koridorlarda 3-4 gün qalaraq süstləşək və bu vəziyyəti qəbullanaq”. Bakı Sağlamlıq Mərkəzində stomatoloq kimi çalışan Bəhruz Rüstəmov də məsələ ilə bağlı açıqlama verib: “15.02.2024 tarixində mənim nömrəmə Şahnaz xanım tərəfindən qızı 11 yaşlı Xədicə Zamin qızı Babazadənin müalicəsi ilə bağlı müraciət olundu. Mən isə bildirdim ki, qeydiyyatla bağlı köməkçimlə əlaqə saxlasınlar. Köməkçim adıçəkilən 11 yaşlı Xədicəni 21.02.2024 tarixinə qəbuluma yazdı. Öncədən Xədicənin valideyni sedasiya ilə bağlı istəklərini bildirdiyinə görə təyin olunmuş vaxtda anestezioloqa da vaxt bildirilmişdi və o da dəvət olunmuşdu. Həmin tarixdə hər iki valideyni uşağı ortopantomogram rentgeni ilə birlikdə işlədiyim klinikaya gətirdi. Subyektiv və obyektiv müayinələrini etdikdən sonra ağız boşluğunda görülməli proseduralar haqqında məlumat verdim (21-ci dişin endodontik müalicəsi, 46-cı dişin restavrasiyası, 36-cı dişin endodontik müalicəsi). Sonra anestezioloqlar uşağın valideynləri ilə müvafiq danışıq, müayinə və razılaşmadan sonra valideynlərin prosedur otağından çıxmalarını xahiş etdilər. Anestezioloqla söhbət əsnasında o da məlum oldu ki, 11 yaşlı Xədicə psixiatr yanında mütəmadi müalicədədir. Ümumi intubasion anesteziyaya başladılar, tam monitorizasiya etdilər və mənim işə başlamağıma icazə verdilər. Mən də 30 dəqiqə ərzində bir neçə iş gördüm: 1. 46-cı dişin restavrasiyası. 2. 21-ci dişin endodontik müalicəsi. Onu da qeyd etmək istəyirəm ki, pasiyent ümumi intubasion anesteziyada olduğuna görə yerli anesteziyaya ehtiyac yox idi və olunmadı. İlk gördüyüm iş 46-cı dişin restavrasiyası idi. Müalicə təxminən 15 dəqiqə çəkdi. Daha sonra 21-ci dişin endodontik müalicəsinə başladım. Kök kanallarının mexaniki, medikamentoz işlənməsindən sonra onu doldurdum. Prosedurun sonunda anestezioloq mənə işi təcili dayandırmalı olduğumu bildirdi. Mən işi saxladım və prosedur otağında olan anestezioloq pasiyentin vəziyyətini dəyərləndirdikdən sonra digər anestezioloq-reanimatoloqları prosedur otağına təcili çağırdı. Bundan sonra mən heç bir stomatoloji müdaxilə etmədim. Anestezioloq-reanimatoloqlar isə xəstənin intensiv müalicəsini davam etdirmək üçün işlədiyimiz klinikanın reanimasiya şöbəsinə yerləşdirildi. Xədicə balanın əzizlərini tam anlayıram və hadisə olan gündən vəziyyəti daim diqqətimdə olub. Hazırda xəstənin müalicəsi ilə məşğul olan həkimlərlə daim təmasdayam, vəziyyəti barədə mütəmadi məlumat alıram. Məsələnin tibbi və hüquqi tərəflərini bir kənara qoyaraq, Xədicə balamızın tez bir zamanda sağalmasını arzulayıram”. Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzinin baş direktoru Asiman Həsənovdur. Asiman Həsənov sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxs olduğu iddia edilir. Asiman Həsənovun Tədris Cərahiyyə Klinikasının baş həkimi olarkən MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatovun gizli əlaqələrinin olduğu, bir çox qanunsuz işləri həyata keçirdiyi barədə mediada yazılar tirajlanıb. O zaman yayılan xəbərlərə Asiman Həsənov mövqe bildirməyib. Azfakt
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi mütləq açılacaq, AMMA... NECƏ VƏ NƏ VAXT?
Bu gün, 14:02 |
|
|
|
• Suyun qiyməti bahalaşacaq? - BELƏ HARA GEDİRİK?..
Bu gün, 14:00 |
|
|
|
• Trampın qələbəsi ermənilərin işinə YARAMIR
Bu gün, 13:56 |
|
|
|
• Yeni icra başçısı Salyanın yollarının təmirini bu şirkətə həvalə etdi - 766 minlik müqavilə
Bu gün, 13:25 |
|
|
|
• BU NƏDİ BELƏ: Beyləqanda məktəbli bıçaqlanıb, 7-ci sinif şagirdi saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:23 |
|
|
|
• Tarixin sonu və idarə olunan xaos: - demokratiyanı necə dağıtmaq olar?
Bu gün, 13:21 |
|
|
|
• “Bank of Baku”nun saxtakarlığı niyə araşdırlmır? - “Azər Aqro” və “Azər Kuban” şirkətlərinin rəhbər şəxslərindən ETİRAZ
Bu gün, 13:16 |
|
|
|
• İnterpolun axtardığı fransız Azərbaycanda TUTULDU
Bu gün, 13:12 |
|
|
|
• Azərbaycanlı BP-də yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 13:07 |
|
|
|
• Misir Mərdanovla Şahlar Əsgərov arasında "buzlar əriyib" - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:47 |
|
|
|
• Köçəryan anonsunu verdi - “Bu, Ermənistanın sonu olacaq”
Bu gün, 12:46 |
|
|
|
• "Sənə pul lazım deyil? Pulunu ödəyirəm də..." - ABB müştərilərini boğaza yığıb...
Bu gün, 12:43 |
|
|
|
• Ziyafət Əsgərovun vəzifəsi ona həvalə edildi
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycan təbii qazı Rusiyadan 185 dollara alıb, Türkiyəyə 310 dollara satıb - SİYAHI
Bu gün, 12:31 |
|
|
|
• General oğlunun 5 ildir DOST-a icarəyə verdiyi bina ətrafında QALMAQAL - Dünənə qədər İSTİSMARI QADAĞAN İDİ...
Bu gün, 12:28 |
|
|
|
• Rus əsgərləri gizli şəkildə Ukrayna ordusuna kömək edir – İDDİA
Bu gün, 12:24 |
|
|
|
• Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub - FOTO
Bu gün, 12:21 |
|
|
|
• Dilarə Kazımovadan şəxsi həyatı ilə bağlı ETİRAF
Bu gün, 12:19 |
|
|
|
• BRİCS Bakıya nə verə bilər? - AKTUAL
Bu gün, 12:17 |
|
|
|
• Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb
Bu gün, 12:15 |
|
|
|
• Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq - MƏQALƏ
Bu gün, 12:05 |
|
|
|
• "Azərbaycan kinosunu dövlət dəstəyi ilə sağaltmaq mümkündür" - Əməkdar artist
Bu gün, 12:02 |
|
|
|
• Generala ağır itki üz verdi - FOTO
Bu gün, 12:00 |
|
|
|
• Külli miqdarda rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:54 |
|
|
|
• Bakıda olduğu deyilirdi… – İran həmlə etdi, İsrail şok yaşadı
Bu gün, 11:43 |
|
|
|
• Şuşanın xarici su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq - 33,2 milyon manat ayrıldı
Bu gün, 11:36 |
|
|
|
• “Canını qoyursan, “sağ ol” demir, amma fonoqram oxuyanlara…”
Bu gün, 11:30 |
|
|
|
• Naxçıvanda keçmişimizə münsaibətdə də YENİ NƏSƏ YOXDUR... - AXI NİYƏ?
Bu gün, 11:23 |
|
|
|
• Azərbaycana qarşı İKİLİ STANDART - MƏQALƏ
Bu gün, 11:17 |
|
|
|
• “Express Bank”ın mənfəəti azalıb, xərcləri artıb - DETALLAR
Bu gün, 11:03 |
|
|
|
• BANM COP29 çərçivəsində keçirilən ideathon yarışının qalibi oldu!
Bu gün, 11:02 |
|
|
|
• `AAAF Park` sakinlərə bir də BELƏ ÇİLƏ YAŞADIR... - şirkətin borcu var deyə...
Bu gün, 10:57 |
|
|
|
• İrəvanın havadarları bölgəyə yeni eskalasiya dalğası gətirməyə çalışırlar - FAKT BUDUR!
Bu gün, 10:52 |
|
|
|
• Ermənistan TƏXRİBATA HAZIRLAŞIR - Təhlükəli SSENARİ məlum oldu!
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı iki hüquqi şəxsə sığorta agenti lisenziyaları verib
Bu gün, 10:48 |
|
|
|
• Kiçik görünən böyük səhvlərimiz - REPLİKA
Bu gün, 10:46 |
|
|
|
• Qonşularımız yol ayrıcında: ölkə qaynayır - GƏLİŞMƏ
Bu gün, 10:40 |
|
|
|
• Fəhlə işlədiyi şirkətdən 130 minlik oğurluq etdi: - Müdirin kreslosunu da satıb...
Bu gün, 10:39 |
|
|
|
• Aqil Abbasa futboldan danışmağı TÖVBƏ ELƏTDİRİRLƏR... - "O futbol deyildi..."
Bu gün, 10:35 |
|
|
|
• Gədəbəydə vəzifəli şəxs qız qaçırıb - TƏFƏRRÜAT
Bu gün, 10:30 |
|
|
|
• "İranın hərbi obyektlərini vuracağıq" - Netanyahu
Bu gün, 10:28 |
|
|
|
• Azərbaycan əhalisi üçün təhlükə: Ermənilər elə silah alır ki... - “Alpha Defence”
Bu gün, 10:16 |
|
|
|
• Barəsində cinayət işi açılan azərbaycanlı döyüşə getmək istəyir - Ukraynaya qarşı...
Bu gün, 10:11 |
|
|
|
• Bu təşkilatdan Azərbaycana BÖHTAN - Elə bir şey etdilər ki...
Bu gün, 10:06 |
|
|
|
• Deputatla deputatın dostluğu NİYƏ ALINMIR? - ÖZLƏRİ AÇIQLAYIR...
Bu gün, 10:05 |
|
|
|
• Zəngəzur dəhlizinə görə aralarında yaranmış fikir ayrılığını da çox tez unutdular - ÇÜNKİ...
Bu gün, 09:57 |
|
|
|
• Sabiq icra başçısı və digər vəzifəli şəxslər yenidən məhkəmə qarşısına çıxarılır - TƏFƏRRÜAT
Bu gün, 09:56 |
|
|
|
• Fransa və Əlcəzairin bir sıra ərazisindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
Bu gün, 09:52 |
|
|
|
• Zəfər Qurbanovun gətirdiyi sistem... NARAZILIQ YARADIR...
Bu gün, 09:49 |
|
|
|
|