![Xankəndidə avtomat və qumbaralar aşkarlanıb Xankəndidə avtomat və qumbaralar aşkarlanıb](https://dia-az.info/uploads/posts/2024-03/thumbs/1709617681_0001.jpg)
Polis əməkdaşları martın 4-də Xankəndi şəhərində avtomat və qumbaralar aşkarlayıblar.
Bu barədə Dia-az.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə ötən gün Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 5 ədəd tüfəng, 9 ədəd qumbara, 10 alışdırıcı, 45 patron darağı, 1845 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.