![Futbolun İnkişaf Fondunda yeni təyinat gerçəkləşib Futbolun İnkişaf Fondunda yeni təyinat gerçəkləşib](https://dia-az.info/uploads/posts/2024-03/thumbs/1709625770_0001.jpg)
Futbolun İnkişaf Fondunda (FİF) yeni təyinat gerçəkləşib.
Bu barədə “Report”a qurumun icraçı direktoru Tural Piriyev məlumat verib.
O bildirib ki, “Neftçi”nin marketinq meneceri Anton Şvesov bundan sonra FİF-də çalışacaq. O, biznesin inkişafı üzrə menecer vəzifəsində fəaliyyət göstərəcək.
Qeyd edək ki, Anton Şvesov “Neftçi”dən əvvəl AFFA Marketinq Departamentində çalışıb.