AYNA bu dəfə də bizləri sevindirəcək... - AMMA NECƏ...
Tarix: 26-03-2024, 09:09 |
Çap et
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) paytaxt Bakıda həyata keçirdiyi parkinq siyasəti elə ilk gündəncə eirazla qarşılanıb. dia-az.media bildirir ki, hələ bu durumla bağlı hansısa tədbir xarakterli addımı atmaq əvəzinə AYNA-nın başbilənləri əlavə narazılıq yaratmaq təşəbbüsündədir.
Bu barədə redaksiyamıza məlumat verən oxucular bildirir ki, 1 aprel tarixindən Qış Parkındakı parkinq aylğının tarifləri iki dəfədən də çox bahalaşacaq. Məsələn, əvvəl 30 manata təklif olunan xidmət indi 80 manata olacaq.
Digər parklama yerlərindəki tariflərin də anoloji qaydada bahalaşacağı deyilir. Bunun isə əlavə narahatçılıq və ən sonunda narazılıq yaradacağı şəkksizdir.