![Azərbaycanda BOKT rəhbəri 600 min manat sərmayə ilə yeni şirkət yaradıb Azərbaycanda BOKT rəhbəri 600 min manat sərmayə ilə yeni şirkət yaradıb](https://dia-az.info/uploads/posts/2024-04/thumbs/1712056871_888.png)
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Nas Exchange” MMC-ni dövlət qeydiyyatına alıb.
Banker.az xəbər verir ki, “Nas Exchange” MMC-nin nizamnamə kapitalı 600 min manatdır və qanuni təmsilçisi Quliyev Məhəmməd Nizami oğludur.
Quliyev Məhəmməd Nizami oğlu “Nas Project BOKT” ASC-nin təsisçisi və Müşahidə Şurasının sədridir.
“Nas Exchange” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz ev.105/35 m.56 ünvanıdır.