Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? .....                     Qarabağın erməni əhalisi qayıda bilər .....                     1,60 manata satılan benzin əslində “Aİ-92”dir? .....                     "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." .....                     Əməkdar artist aparıcını məhkəməyə verdi .....                     Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi .....                     Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb .....                     Ermənistanın müdafiə naziri Almaniyaya getdi .....                     Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Texniki Universitetin rektoru İTTİHAM OLUNUR .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb .....                     Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... .....                     Cavidan Xalq artistinin .....                     "Hikmət və Ziya kimi Cavidan da teatrdan qovulmalıdır" .....                     Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır .....                     Aşıq Zülfiyyə restoranını satışa çıxartdı .....                     Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir .....                     "O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" .....                     İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: .....                     Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... .....                     "İsrail İrana qarşı hücuma hazırlaşır" .....                     Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! .....                     Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... .....                     Prezidentin təsdiqlədiyi saziş: .....                     Görün, nəyə görə yardım verməyiblər... .....                     Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI .....                     SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                     Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək .....                     Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. .....                     Emin Ağalarov konsert verəcək .....                 

Ermənistan Rusiya ilə müzakirələrdən yayınır - GÖRÜNƏNİ BUDUR...
Tarix: 13-04-2024, 09:51 | Çap et
Ermənistan Rusiya ilə müzakirələrdən yayınır
Rusiya rəhbərliyinin və nümayəndələrinin Ermənistana qarşı addımları və davranışları son dərəcə təmkinlidir və normal, ciddi, qarşılıqlı hörmətli söhbətə heç bir maneə yoxdur, çünki indiki vəziyyətdə Ermənistan Rusiya üçün önəmlidir.

Reyting.az xəbər verir ki, bu fikri “Armenian News”-un “Faktor silı” (“Güc faktoru”) verilişində Karnegi Moskva Mərkəzinin keçmiş rəhbəri Dmitri Trenin deyib.

O bildirib: “Düşünürəm ki, fürsət hələ tam əldən verilməyib. Mənə elə gəlir ki, Ermənistan tərəfi münasibətlərin aydınlaşdırılması və bu münasibətlər üçün daha əlverişli atmosferin yaradılması istiqamətində addım ata bilərdi və atmalı idi. Amma indiyə qədər tam əks addımlar və ya tam əks istiqamətdə addımlar görürük. İstək vardısa, əlbəttə. Mən görürəm ki, Rusiya tərəfində, təbii ki, sosial şəbəkələrdə Ermənistanı çox kəskin və çox mənfi tənqid edən dəlisov adamlar var, amma Rusiya rəhbərliyinin addımlarına, Rusiya rəsmilərinin addımlarına və davranışlarına nəzər salsanız, bu, son dərəcə təmkinlidir.

Bax, bu yöndən, normal, ciddi, qarşılıqlı hörmətli söhbətə heç bir maneə yoxdur, çünki indiki vəziyyətdə Ermənistan Rusiya üçün önəmlidir və məncə, Rusiya sadəcə, üz döndərərək çıxıb-getməyəcək”.

Rusiyalı politoloqun fikrincə, Rusiya ilə Ermənistanı birləşdirən maraqlardan əlavə, Ermənistanla Rusiya arasında çox uzun, dərin və görünən odur ki, son vaxtlara qədər güclü münasibətlər ənənəsi var.

“Rusiyada bu ənənəni unutmaq və ondan imtina etmək istəmirlər. Ona görə də, fikrimcə, Rusiya bu məsələləri müzakirə etməyə hazırdır. Amma Ermənistan tərəfinin indi müzakirəyə böyük həvəsi yoxdur.

Başa düşürəm ki, Ermənistan rəhbərliyi bir sıra çox mühüm addımlar atıb, lakin bütün bu addımlar, müəyyən daxili məntiq var, onlar Ermənistanı Rusiyadan daha da uzaqlaşdırmağa aparır və mənə elə gəlir ki, Ermənistan Qərb ölkələrindən bəzi vədlər, bəzi təminatlar alır, lakin şəxsən mənim üçün bu təminatların dəyəri şübhəlidir.

Ermənistan azad ölkədir, kifayət qədər suveren hərəkət edə bilər. Amma əgər siz azad və suverensinizsə, o zaman, əlbəttə, bu və ya digər suveren qərarlarınızın nəticələrini dərk etməlisiniz”.

D. Trenin əlavə edib:

“Əgər sovet dövründə, imperiya dövründə Ermənistan sərhəd idisə, bir tərəfdən, Rusiyanın cənubunu qonşu böyük dövlətlərdən və Rusiyanı cənubdan təhdid edə biləcək xarici dövlətlərdən qoruyan baza idisə, indi o, birincisi, bizim Şimali Qafqaza bitişik regiondur.

Çeçenistan müharibəsi zamanı qonşu dövlətlərlə münasibətlərin Rusiyanın özünün təhlükəsizliyinin təmin edilməsi baxımından nə qədər vacib olduğunu gördük. Söhbət, fikrimcə, hansısa imperiyanı dirçəltmək, qonşu ölkələr üzərində nəzarəti bərqərar etmək istəyindən getmir. Həm Gürcüstan, həm də Azərbaycan uzun müddətdir ki, fərqli, lakin tamamilə müstəqil yollarla gedir. Onların Rusiya ilə münasibətləri fərqlidir, lakin hazırda Gürcüstanla diplomatik münasibətlər yoxdur və Azərbaycan Türkiyənin yaxın müttəfiqidir, lakin Rusiya bu iki ölkə ilə kifayət qədər praqmatik və kifayət qədər məhsuldar münasibətlər qurub”.

Politoloqun sözlərinə görə, Rusiyanın Ermənistanla münasibətləri ənənəvi olaraq fərqli səviyyədə, müttəfiqlik səviyyəsində, çox sıx tərəfdaşlıq səviyyəsində olub:

“İndi bu tərəfdaşlığın tərkib hissələrindən biri ciddi təhlükə altındadır. Bu, təhlükəsizlik tərəfdaşlığıdır. Tərəfdaşlığın digər ayağı iqtisadi əlaqələrdir, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olmasıdır, o, kifayət qədər uğurla işləyir, fəaliyyət göstərir və Rusiya bunu xüsusilə də indiki sanksiyalar şəraitində yüksək qiymətləndirir. Amma qaçılmaz olan bu sahədə Qərbə dönüş Rusiyanın Ermənistan vasitəsilə dünya bazarında bəzi əşyalar, mallar və s. əldə etmək imkanlarının azalması demək olacaqsa, bu da çökərsə, o zaman Rusiyanın Ermənistana marağı təbii ki, böyük zərər görəcək.

Rusiyada böyük və deyərdim ki, kifayət qədər nüfuzlu erməni diasporunun mövcudluğuna bağlı maraq çox uzun müddət qalacaq. Əsas maraq budur. Təbii ki, Rusiya bu gün Ermənistandan Türkiyə və İrana qarşı hərbi baza kimi istifadə etmir. Rusiya bu ölkələrin hər ikisi ilə fərqli, lakin kifayət qədər yaxın münasibətlər qurub.

Söhbət 19-cu əsrdə və ya 1920-ci ilin birinci yarısında olduğu kimi hərbi qarşıdurmadan getmir, ona görə də maraqlar dəyişir, əhəmiyyəti müəyyən dərəcədə artır, deyək ki, iqtisadiyyatda tranzit ticarəti sayəsində əhəmiyyət artıb, amma hər şey eyni vaxtda dəyişir, ona görə də maraqlar balansı və ya Rusiyanın Ermənistana marağının dərəcəsi də dəyişir. Rusiya Ermənistanın nəinki formal olaraq Avrasiya İqtisadi İttifaqında qalmasında, həm də bu üzvlüyün hər iki tərəf üçün məhsuldar olmasını təmin etməkdə maraqlıdır. Təbii, Rusiya çalışır ki, təhlükəsizlik münasibətləri də qorunsun və Azərbaycanla münaqişə artıq bir neçə dəfə qeyd etdiyim həmin üçtərəfli saziş çərçivəsində həll edilsin”, - deyə rusiyalı politoloq əlavə edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58
1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12
"SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10
Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06
Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04
Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb - KİV
Bu gün, 12:57
Ermənistanın müdafiə naziri Almaniyaya getdi
Bu gün, 12:50
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 12:42
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:38
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:37
Texniki Universitetin rektoru İTTİHAM OLUNUR - "Sonrada deyirlər elm niyə inkişaf etmir?"
Bu gün, 12:34
İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb
Bu gün, 12:31
Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... - MÜRACİƏT
Bu gün, 12:27
Cavidan Xalq artistinin cavabını BELƏ VERDİ
Bu gün, 12:14
"Hikmət və Ziya kimi Cavidan da teatrdan qovulmalıdır" - ŞOK SÖZLƏR
Bu gün, 12:06
Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır - Bəs nüvə necə olacaq?
Bu gün, 12:01
Aşıq Zülfiyyə restoranını satışa çıxartdı - özü AÇIQLADI
Bu gün, 11:59
Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir - FOTO
Bu gün, 11:52
"O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" - VİDEO
Bu gün, 11:48
İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: - erməni müəllimdən cəsarətli addım
Bu gün, 11:46
Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... - Natiq Cəfərli DANIŞDI
Bu gün, 11:43
"İsrail İrana qarşı hücuma hazırlaşır" - WP
Bu gün, 11:39
Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! - TAM MƏTN
Bu gün, 11:36
Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26
Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21
Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
"Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40
Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33
Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru