Bank əmlakı 450 min manata - SATIŞA ÇIXARILIR
Tarix: 13-04-2024, 10:21 |
Çap et
16 aprel 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan QSC “Bank Standard” KB-nin balansındakı daşınmaz əmlak 3-cü dəfə təkrar açıq hərraca çıxarılacaq.
FED.az xəbər verir ki, daşınmaz əmlak Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 261, b 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsidir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 450,000 (dörd yüz əlli min) manatdır.