Qazaxıstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır - Tokayev
Tarix: 13-04-2024, 12:03 |
Çap et
“Qazaxıstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır”.
APA-nın məlumatına görə, bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev “Armenpress”ə müsahibəsində deyib.
“Qazaxıstan bu məsələyə biganə yanaşa bilməz. Ona görə də ölkəmiz Azərbaycanla Ermənistan arasında tez bir zamanda sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Çünki bu dövlətlərin hər ikisi ilə ölkəmiz arasında dostluq münasibətləri var. İrəvanla Bakı arasında dayanıqlı və uzunmüddətli sülhün təmin olunması Qazaxıstanın da maraqlarına cavab verir. Sülhməramlı təşəbbüslərin tərəfdarı olan Qazaxıstan regionun sabitliyi və inkişafına yönələn istənilən səyləri dəstəkləyir”, - o deyib.