Tokayevin İRƏVAN GEDİŞİ... - İNCƏLƏMƏ
Tarix: 16-04-2024, 09:32 | Çap et
“Ermənistan Azərbaycanla əvvəllər razılaşdırılmış prinsiplər çərçivəsində sülh sazişini imzalamağa hazırdır”.
Baş nazir Nikol Paşinyan İrəvanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqlardan sonra belə deyib.
Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycana təqdim etdiyi üç prinsip əsasında regionda sabitliyi və sülhü bərqərar etməyə hazırdır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə İrəvanın və Astananın fəal işləmək və sülh prosesində iştirak etmək barədə razılığa gəldiklərini deyib.
O, Ermənistan və Azərbaycanın sülh sazişi bağlamaq istəyini alqışladıqlarını bildirib. “Qazaxıstan burada maksimum yardım göstərməyə və yaxşı iş missiyasını öz üzərinə götürməyə, yəni iki ölkə arasında danışıqlar üçün öz platformasını təqdim etməyə hazırdır”, - deyən Tokayev hər iki dost ölkəni yaxınlaşdırmaq niyyətində olduğunu vurğulayıb.
Paşinyan həmçinin, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin edilməsi ilə bağlı vəziyyəti müzakirə etdilərini bildirib.
O, Azərbaycanla danışıqlarda əldə edilən nəticələr barədə məlumat verib. Paşinyan rəhbərlik etdiyi hökumətin Ermənistan və Azərbaycan arasında üç prinsipi əsasında regionda sabit və davamlı sülhün bərqərar olması üçün sazişə hazır olduğunu bəyan edib.
Rəsmi İrəvan iddia edir ki, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyır, Alma-Ata Bəyannaməsi iki ölkə arasında delimitasiya və demarkasiyanın siyasi əsasını təşkil edir və yeni sərhədin yaradılması üçün heç bir halda gündəmdə deyil.
Regional kommunikasiyalar yurisdiksiya baxımından onlardan keçən ölkələrin suverenliyi və ərazi bütövlüyünə uyğun olaraq, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında açılmalıdır.
Paşinyan “Sülh kəsişməsi” layihəsini Tokayevə təqdim edərək, onun həyata keçirilməsinin regiondakı vəziyyəti kökündən dəyişə biləcəyini qeyd edib:
“Biz Nikol Paşinyanın “ Sülh kəsişməsi” adlı təşəbbüsünü alqışlayırıq”.
Kasım-Jomart Tokayev Ermənistanın Cənubi Qafqazda nəqliyyat əlaqələrini bərpa etmək istəyini yüksək qiymətləndirdiyini bildirib.
Qeyd edək ki, Qazaxıstan Prezidentinin Ermənistana səfərini zəruri edən əsas səbəb rəsmi İrəvanı Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və nəqliyyat-kommunikasiya vasitələrinin blokdan açılmasına razı salmaqdan ibarət idi. Çünki Ermənistan bazarı Qazaxıstan üçün kifayət qədər cəlbedici deyil.
2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 100,4 milyon dollar təşkil edib. Qazaxıstan şirkətlərinin Ermənistana yatırdıqları investisiyaların həcmi 56 milyon dollar təşkil edir. Ermənistan isə Qazaxıstana 18,6 milyon dollar sərmayə yatırıb.
Ona görə də Ermənistan Qazaxıstan üçün strateji əhəmiyyət daşıyan iqtisadi tərəfdaş hesab olunmur. İki ölkə arasında əməkdaşlıq daha çox Avrasiya İqtisadi Birliyi çərçivəsində mövcud olan güzəştli şərtlər əsasında həyata keçirilir.
Əlbəttə, son vaxtlar Qazaxıstanın Cənubi Qafqaza, o cümlədən Ermənistana diqqətinin artması müşahidə olunur. Yəni Azərbaycanın Ermənistan işğalına son qoyması, ərazi bütövlüyünü və suverenliyini təmin etməsindən sonra Qazaxıstan Ermənistana münasibətdə balanslı münasibət sərgiləməyə başlayıb.
Halbuki, işğal dövründə Qazaxıstanın birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləməsi İrəvan və Astana arasında diplomatik gərginliklə müşahidə olunurdu. İndi isə Qazaxıstan daha çox Ermənistanı regional əməkdaşlığın vacibliyinə inandırmağa çalışır. Çünki Çinin “Bir kəmər, bir yol” layihəsinin üzərində yerləşən Qazaxıstan bu marşrutun Mərkəzi Asiyadan keçən hissəsini təşkil edən “Orta dəhliz”in reallaşmasında maraqlıdır.
Yəni Qazaxıstan “Orta dəhliz” vasitəsilə Cənubi Qafqaz, o cümlədən Azərbaycan və Ermənistan vasitəsilə öz məhsullarını Avropa bazarlarına çıxartmaq istəyir. Ukraynada davam edən müharibə və Rusiyadan keçməklə Avropaya çıxışın mümkünsüzlüyü fonunda Cənubi Qafqaz Qazaxıstan üçün daha cəlbedici görünür.
“Orta dəhliz”in işə düşməsi həmçinin, Qazaxıstanın Avropa və Çin arasında əsas tranzit ölkələrdən birinə çevrilməsini təmin edə bilər. Bu isə Zəngəzur dəhlizinin açılmasından çox asılıdır. Prezident Tokayev Nikol Paşinyanı məsafə baxımından qısa və rentabelli sayılan Zəngəzur dəhlizinin açılmasına razı salmağa çalışıb.
Əslində, səfərdən öncə yayılan məlumatlar da bunu təsdiq edirdi. Lakin nəqliyyat-kommunikasiya vasitələrinin açılması üçün Ermənistan ilk növbədə, 2020-ci il 10 noyabr Bəyanatında üzərində götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Bu halda “Transxəzər” nəqliyyat dəhlizi vasitəsilə Mərkəzi Asiyadan Türkiyə və Avropa bazarlarına, yaxud əks istiqamətdə daşınan yüklər Zəngəzur dəhlizindən keçə bilər. Ancaq Paşinyanın açıqlaması onun bu təklifdən imtina etdiyini və Qazaxıstana “Sülh kəsişməsi” layihəsini təqdim etdiyni göstərir.
Paşinyan Zəngəzur dəhlizinin açılmasının Ermənistanın ərazi bütövlüyünü və suverenliyini pozduğunu iddia edir. Yəni Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsini təmin edəcək yolun təhlükəsizliyinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin olunmasına etiraz edir. Buna baxmayaraq, Paşinyan hakimiyyəti alternativ variant kimi “Suvalki dəhlizi” modelinin tətbiqinə də müsbət cavab vermir.
Halbuki, Azərbaycanın yeni təklifi Ermənistana dəhlizdə gömrük və sərhəd-buraxılış məntəqələri qurmaq, təhlükəsizlik tədbirlərini həyata keçirmək imkanları yaradır.
Ancaq Paşinyan Zəngəzur dəhlizinin açılmasından yayınmaq üçün “Sülh kəsişməsi” layihəsində israr edir. Zəngəzur dəhlizi açılmadan “Sülh kəsişməsi”nin reallaşması mümkün deyil. Çünki Zəngəzurdan keçən avtomibil və dəmir yolları hazır infrastruktur olduğuna görə “Sülh kəsişməsi” üçün açar rolunu oynayır. Gələcəkdə isə bu dəhlizdən həm Meğri-Naxçıvan-Türkiyə, həm də Arazdəyən-İrəvan-Türkiyə istiqamətində istifadə etmək olar.
Zəngəzurdan başqa, digər istiqamətlərdə Meğri-Arazdəyən-İrəvan dəmir yolu xəttinə Azərbaycandan birbaşa çıxış yoxdur. Üstəlik, Zəngəzur dəhlizi bağlı qalacağı təqdirdə, Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyasına başlamayacağını bəyan edib. Zəngəzur dəhlizinin Türkiyə üçün də “qırmızı xətt” olduğunu nəzərə alsaq, “Sülh kəsişməsi”nin qərbə çıxış imkanları da olmayacaq.
Bu daha çox İranın maraqlarına cavab verən Fars körfəzi-Qara dəniz marşrutu layihəsinin reallaşmasına xidmət edən bir təklifdir. Ona görə də “Sülh kəsişməsi” Qazaxıstanın maraqlarına cavab vermir. Tokayevin bu layihəni sözdə alqışlamaqla kifayətlənməsi onun perspektivinə inanmadığına işarədir.
Rəsmi Astana kommunikasiyaların bərpası və Ermənistan ərazisindən tranzit ərazi kimi istifadə etmək üçün Azərbaycanla sülh müqaviləsinin vacibliyini nəzərə alır. Çünki Qazaxıstan xüsusilə də Ermənistan üzərindən geosiyasi rəqabətin Cənubi Qafqazda artdığı bir vaxtda sülh sazişinə təhlükəsizliyin əsas təminatı kimi baxır.
Tokayevin Azərbaycanı və Ermənistanı Astana platforması çərçivəsində sülh danışılqarına dəvət etməsi məhz qeyd edilən səbəblə bağlıdır.
Paşinyan isə Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin müəyyənləşməsini və ərazi bütövlüyünün tanınmasını növbəti şərt kimi irəli sürməklə sülh prosesinə problem yaradır. Bu da Azərbaycanın Ermənistana təqdim etdiyi 5 bəndlik sülh prinsiplərinə ziddir.
Ona görə də Paşinyan yalnız üç prinsip əsasında sülh imzalamağa razı olduğunu deyir. Təbii ki, Azərbaycan üç prinsiplə kifayətlənə bilməz. Belə olan təqdirdə, sülh müqaviləsini hərbi eskalasiya risqləri əvəz edə bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Bu gün, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Bu gün, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Bu gün, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Bu gün, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Bu gün, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Bu gün, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Bu gün, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Bu gün, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Bu gün, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Bu gün, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Bu gün, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Bu gün, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Bu gün, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Bu gün, 13:06 |
|
|
|
• İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Bu gün, 12:21 |
|
|
|
• Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Bu gün, 12:05 |
|
|
|
• Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Bu gün, 12:00 |
|
|
|
• Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Bu gün, 11:32 |
|
|
|
• “Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Bu gün, 11:29 |
|
|
|
• Putin Trampla görüşə razılıq verdi
Bu gün, 11:27 |
|
|
|
• “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Bu gün, 11:26 |
|
|
|
• "Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Bu gün, 11:15 |
|
|
|
• “Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Bu gün, 11:00 |
|
|
|
• Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Bu gün, 10:51 |
|
|
|
• Əgər iqtisadi vəziyyət pisləşərsə, əhali günahı hökumətdə görəcək - GƏLİŞMƏ
Bu gün, 10:36 |
|
|
|
• “Rusiya həmişə bizə qarşı soyqırımların törədilməsinə dəstək verib” - Deputatdan ilginc açıqlamalar
Bu gün, 10:34 |
|
|
|
• Qərbdən gələn təlimatlar mənasızdır - ÇÜNKİ...
Bu gün, 10:31 |
|
|
|
• Azərbaycana qarşı kəmər tələsi? - Zəngəzur dəhlizinə dair ilginc iddia
Bu gün, 10:29 |
|
|
|
• “İşdə xəsarət alsam da, pulumu ödəmirlər, üstəlik, işdən də çıxardılar” - ÖZBAŞINALIQ!
Bu gün, 10:24 |
|
|
|
• Bu təşkilat de-yure buraxılmış olsa da... - NƏ ETMƏLİ?
Bu gün, 10:16 |
|
|
|
• İrəvanın sərhəddə odla oyunu - Sülh 2 il yubana bilər
Bu gün, 10:12 |
|
|
|
• “Yeni Sabah”ın 6 yaşı tamam oldu
Bu gün, 10:09 |
|
|
|
• "Hələ də dekabr ayının əmək haqqını almamışıq..." - NARAZILIQ VAR...
Bu gün, 10:05 |
|
|
|
• SOCAR-da sıravi işçilərin ixtisarı hesabına yeni şöbələr yaradılır? - AXI NİYƏ?..
Bu gün, 09:59 |
|
|
|
• Cəlilabadda Şəhidin adını daşıyan məktəbə baxın: BURDA HƏLƏ DƏRS KEÇİRLƏR... - AÇIQ TƏHLÜKƏ!!!
Bu gün, 09:41 |
|
|
|
• Rusiya azərbaycanlıları yalan, hədə və döyməklə dron yığılmasına cəlb edir.... - VİDEOFAKT
Bu gün, 09:37 |
|
|
|
• "Ümidlənməyin, 2020-ci il hadisələri təkrarlanmayacaq!" - Lukaşenko
Bu gün, 09:33 |
|
|
|
• İrandan müsbət mesajlar: Pezeşkian Azərbaycana gələcək? - GÖZLƏNTİ
Bu gün, 09:28 |
|
|
|
• Müxalifətin Tramp gözləntisi... - "Bu mandat Azərbaycana verilməlidir"
Bu gün, 09:26 |
|
|
|
• Azərbaycan gücləndi və ərazilərini azad etdi - Babacanyan
Bu gün, 09:21 |
|
|
|
• Rusiyanın “Türk qövsü” qorxusu - Kremlin Qafqaz planı
Bu gün, 09:06 |
|
|
|
• BU NƏDİ BELƏ: Beynəlxalq Bankın blokladığı kartdan PUL OĞURLANIB... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:53 |
|
|
|
• 44 günlük savaşda ruslar SƏNGƏRİN HARASINDA İDİ... - BU DA FAKT!
Bu gün, 08:46 |
|
|
|
• İşçilər üçün MÜHÜM BİLGİ... - Ekspert danışır...
Bu gün, 08:42 |
|
|
|
• İmtahanlardan keçən taksi sürücülərinin sayı açıqlandı - Bu, onlara nə qazandırır?
Bu gün, 08:38 |
|
|
|
• Trampın dövründə sülh müqaviləsi imzalanacaq? - AKTUAL
Bu gün, 07:57 |
|
|
|
• Külqabı kimi istifadə olunan eskalatorlar - FOTOFAKT
Bu gün, 07:42 |
|
|
|
|