Ədliyyə Nazirliyi 2 tenderə yekun vurdu .....                     Tibbi qurum mühafizə xidməti aldı .....                     "Ermənistanın Təbrizdə konsulluq açması ilə İranın Qafanda açdığı konsulluq .....                     Patriarxın repressiyaları və kilsə müqaviməti .....                     Delimitasiya davam edir: Bəs demarkasiya prosesinə başlanılıb? .....                     Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN .....                     Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı .....                     "Yelo bank" Vətən müharibəsi qazisini kredit borcuna görə məhkəməyə verdi .....                     Ukrayna NATO-ya üzv olmaq yolundadır .....                     Deputat sayının artması: Proses necə baş verə bilər? .....                     Mən idarəyə rəis gələnə kimi ora BAZAR idi .....                     Blinken Bakı və İrəvana niyə zəng edib? .....                     "Danışmaqdansa, öz dəstəklərini göstərsinlər" .....                     Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! .....                     Gözlər Almatıda: .....                     Taksilərlə bağlı qərar təxirə düşdü? .....                     Toyuq ətinə tələbat kəskin artıb: .....                     Nazirlik elan etdiyi tenderin .....                     Qazaxın o kəndləri də minalanıb, .....                     Nazirlik Mehmet Sürkitin şirkətindən benzin alır .....                     Hamilə qadına səhvən Hepatit C diaqnuzu qoyuldu .....                     “Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir .....                     Real əməliyyat görüntüləri, xaricdəki narkotacirlərin səs yazıları… .....                     İranlı ekspert Ermənistanda “İran agentləri”ni ifşa etdi .....                     Paşinyan Rusiya Prezidentinin inauqurasiyasında iştirak etməyəcək .....                     "Dadaş Rzayev korpus komandiri idi... Bir neçə dəfə bizə geri çəkilmək əmri vermişdi... .....                     İşdən çıxarılan icra başçısının müavini məhkəməyə üz tutdu .....                     "Cəmiyyətimizə ağır zərbələr vuran sosial verilişlərə nəzarət gücləndirilməlidir" .....                     “Serial çəkənlər aktyorlara “yolçu” pulu verirlər” .....                     "Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!" .....                     NATO Baş katibi gözlənilmədən Kiyevə səfər edib .....                     Qərbin tələsinə düşmək lazım deyildi .....                     Anar Məmmədli saxlanılıb .....                     17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi tutuldu .....                     Keçmiş işçisi “Resant Group”u məhkəməyə verdi .....                     Hamını aldadıblar: "AstraZeneca" etiraf etdi .....                     İsa Qəmbər yenidən başqanlığa namizəd oldu .....                     Bu il qıtlıq gözlənilir: meyvələrin qiyməti niyə ucuzlaşmır? .....                     “300 min azərbaycanlı Ermənistana köçürüləcək” .....                     BANM-də Heydər Əliyev Fondu və “Technip Energies” şirkətinin təlimləri yekunlaşıb .....                 

“Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...
Tarix: 16-04-2024, 12:00 | Çap et
“Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri
Rusiya və onun satelliti Ermənistan arasında informasiya savaşı davam edir. Hələ ki “qərbçi” baş nazir Nikol Paşinyanın Qərblə oyunu sonuncunun ümidlərini və gözləntisini doğrultmayıb, İrəvanın Rusiya orbitindən uzaqlaşması baş verməyib.

Bunu o vaxt söyləmək mümkün olacaq ki, Ermənistandan Rusiya hərbi kontingenti çıxarılacaq, onun xarici sərhədlərini ruslar yox, öz hərbçiləri qoruyacaq.

Moskva-İrəvan münasibətlərinin gələcəyindən danışan rusiyalı ekspert Aleksey Martınov hesab edir ki, Kreml hələlik heç bir kəskin addım atmayacaq. “Çünki Rusiya, ümumiyyətlə, emosional düşüncələrə meylli deyil, baxmayaraq ki, Paşinyanın yeni Qərb dostları tərəfindən fəal şəkildə təhrik olunur. Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğuna gəlincə isə xatırlatmaq istərdim ki, Ermənistan ərazisində - Gümrüdə Rusiya hərbi bazası var və bu, təkcə Rusiyanın mövcudluğunu deyil, həm də bütün regionun təhlükəsizliyini təmin edir. Baxmayaraq ki, Ermənistan Azərbaycanla münaqişə vəziyyətindədir və hələ də sülh müqaviləsi imzalanmayıb, əminəm ki, Rusiya regionda öz hərbi mövcudluğunu qoruyacaq”.

Lakin onun sözlərinə görə, baza məsələsi yenidən gündəmə gəlsə, o zaman çox güman ki, Rusiya onu Qarabağ ərazisinə keçirəcək. “Rusiya istənilən digər münaqişədə olduğu kimi, bu münaqişədə də heç kimin tərəfini tutmur, lakin Kreml regionda olmasını tələb edən geostrateji maraqlarını müdafiə edir və bu, təmin olunacaq”, - rusiyalı ekspert özündənrazı şəkildə əlavə edib.

Rusiyanın Gümrüdəki hərbi bazası, sən demə, təkcə Rusiyanın mövcudluğunu deyil, həm də bütün regionun təhlükəsizliyini təmin edirmiş. Bəlkə əksinədir?

İkinci yandan, Azərbaycan Rusiyanın bir quberniyasıdırmı ki, Gümrüdəki bazasını götürüb Qarabağa köçürsün? Martınov Bakının buna razılıq verəcəyini haradan bilir? Azərbaycan öz ərazindən xarici hərbi qüvvələri tam çıxarmağa çalışdığı halda Qarabağda rus hərbi bazası necə yerləşə bilər? Üstəlik, Azərbaycanın Konstitusiyası, Hərbi Doktrinası da buna izn vermir. Ondansa Bakı elə qardaş Türkiyənin hərbi bazasına razılıq verər.

Bu nədir, bir rus ekspertinin sadəlövhlüyü, nəbz yoxlanışı, yoxsa Bakıya mesaj?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, rusiyalı siyasi ekspert Aleksey Martınov 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə, müharibədən öncə və sonrakı zamanlarda Azərbaycan əleyhinə daim çıxışlar edib və ermənipərəst siyasi ekspert kimi tanınır: “Martınov hər zaman erməni ekspertlərlə bir sırada Azərbaycanın əleyhinə çıxışlar etməsi ilə seçilir. Rusiyadakı siyasi ekspertlərin əksəriyyəti Rusiya siyasi hakimiyyətinin nəzarəti altında olan insanlardır. Onlara hansı məsələ barədə və necə danışmaq barədə sifarişlər, təlimatlar verilir. Güman etmək olar ki, bu dəfə Azərbaycanın nəbzini yoxlamaq üçün Aleksey Martınovun dili ilə Gümrüdəki hərbi bazanın məsələsi o şəkildə ictimailəşdirilib. Güman ki, Martınov ona verilən göstərişə uyğun həmin fikirləri bildirib. Rusiyanın 102-ci hərbi bazası Ermənistandan çıxarılmasa belə, Moskvanın digər hərbi bazalarını Cənubi Qafqazın daha iki ölkəsi olan Azərbaycan və Gürcüstanda yerləşdirməsi arzusu və planı həmişə olub, bu gün də var. Qarabağdakı sülhməramlıların orada qalma müddətinin bitəcəyi tarix yaxınlaşdıqca, Rusiya bölgədə hərbi mövcudluğunu başqa ad altında qoruyub saxlamaq, başqa ad altında daha da genişləndirmək barədə düşünür. Martınova nəbz yoxlaması üçün verilən sifariş də bununla əlaqədardır. 102-ci hərbi baza Ermənistan ərazisini tərk etməyəcək. Çünki Rusiyanın belə bir planı yoxdur və Ermənistan dövlətinin də Rusiyanı buna məcbur etmək gücü, imkanı yoxdur. Ermənistanın Rusiya ilə imzaladığı razılaşmalardan biri də 102-ci hərbi bazanın Gümrüdə qalma müddətinin 2045-ci ilə qədər uzadılmasıdır. Bu reallıq ortada olmasına baxmayaraq, Aleksey Martınova məlum açıqlamanı vermək təlimatı verilibsə, bu bir daha təsdiqləyir ki, Rusiya nəbz yoxlaması edir. Çünki Rusiya siyasi və hərbi rəhbərliyi Qarabağda və ya Cənubi Qafqaz ölkələrinin başqa hər hansı ərazisində hərbi iştirakı başqa bazaları vasitəsilə gerçəkləşdirmək istəyir”.

Ekspert vurğuladı ki, Azərbaycanın belə bir plana razılıq verməsi isə mümkün deyil. Azərbaycanın Hərbi Doktrinası, Milli Təhlükəsizlik Konsepsiyası və Konstitusiyası da Rusiya hərbi bazasının Azərbaycan ərazisində yerləşdirilməsinə imkan vermir: “Azərbaycan gələn ilin noyabrında Rusiya sülhməramlı qüvvələrinin ərazimizi tərk etməsi üçün 6 ay öncədən rəsmi məsələ qaldırmalıdır. Verilmiş rəsmi açıqlamalardan belə nəticəyə gələ bilərik ki, Bakı bu məsələdə qəti mövqedədir.

Martınovun çıxışı Azərbaycana qarşı təxribatçı çıxışdır. Azərbaycanın öz siyasəti var və belə təxribatçı nəbz yoxlamaları heç nəyi dəyişən deyil. Cənab Prezidentimiz də çıxışlarında bir neçə dəfə bəyan edib ki, 10 noyabr üçtərəfli bəyanatında əksini tapan müddət başa çatanda sülhməramlı kontingent Azərbaycan ərazisindən çıxacaq. Prezident İlham Əliyev bunu hətta Xankəndi separatçılardan azad edilməmişdən öncəki dövrdə demişdi. Sülhməramlı qüvvələrə ötən ilin sentyabrından sonra ümumiyyətlə ehtiyac qalmayıb. Sadəcə olaraq, Azərbaycan öz imzasına hörmət edən ölkə olaraq davranır, üçtərəfli bəyanatdakı müddətin başa çatmasını gözləyir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ədliyyə Nazirliyi 2 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 00:05
Tibbi qurum mühafizə xidməti aldı – TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
"Ermənistanın Təbrizdə konsulluq açması ilə İranın Qafanda açdığı konsulluq eyni "qıcıq" məqsədi daşıyır"
Dünən, 19:10
Patriarxın repressiyaları və kilsə müqaviməti - “Xeyir-dua”...
Dünən, 19:02
Delimitasiya davam edir: Bəs demarkasiya prosesinə başlanılıb? - GƏLİŞMƏ
Dünən, 19:00
Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN - TƏKLİF
Dünən, 18:56
Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı
Dünən, 18:04
"Yelo bank" Vətən müharibəsi qazisini kredit borcuna görə məhkəməyə verdi - AXI NİYƏ?
Dünən, 18:01
Ukrayna NATO-ya üzv olmaq yolundadır - Yens Stoltenberq
Dünən, 17:53
Deputat sayının artması: Proses necə baş verə bilər? - ŞƏRH
Dünən, 17:51
Mən idarəyə rəis gələnə kimi ora BAZAR idi - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə
Dünən, 17:46
Blinken Bakı və İrəvana niyə zəng edib? - Zərdüşt Əlizadənin şərhi
Dünən, 17:44
"Danışmaqdansa, öz dəstəklərini göstərsinlər" - VİDEO
Dünən, 17:30
Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - deputat
Dünən, 17:28
Gözlər Almatıda: - Nazirlər masaya bu dosye ilə oturur
Dünən, 17:26
Taksilərlə bağlı qərar təxirə düşdü? - AKTUAL
Dünən, 17:20
Toyuq ətinə tələbat kəskin artıb: - bahalaşma olacaq?
Dünən, 17:16
Nazirlik elan etdiyi tenderin - NƏTİCƏLƏRİNİ AÇIQLADI
Dünən, 17:12
Qazaxın o kəndləri də minalanıb, EHTİYATLI OLUN!
Dünən, 17:08
Nazirlik Mehmet Sürkitin şirkətindən benzin alır – Əvvəllər Talıbovlara məxsus olub
Dünən, 17:01
Hamilə qadına səhvən Hepatit C diaqnuzu qoyuldu - Xəstəxana 20 min cərimələndi
Dünən, 16:57
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
Dünən, 16:56
Real əməliyyat görüntüləri, xaricdəki narkotacirlərin səs yazıları… - Abşeronda narkotiklərə qarşı əməliyyatlar  
Dünən, 16:52
İranlı ekspert Ermənistanda “İran agentləri”ni ifşa etdi - "Bizim passivliyimiz təhlükəlidir!"
Dünən, 16:42
Paşinyan Rusiya Prezidentinin inauqurasiyasında iştirak etməyəcək - “News.am”
Dünən, 16:22
"Dadaş Rzayev korpus komandiri idi... Bir neçə dəfə bizə geri çəkilmək əmri vermişdi... - Amma biz sona qədər dirəndik"
Dünən, 16:18
İşdən çıxarılan icra başçısının müavini məhkəməyə üz tutdu - Naxçıvanda
Dünən, 16:14
"Cəmiyyətimizə ağır zərbələr vuran sosial verilişlərə nəzarət gücləndirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:12
“Serial çəkənlər aktyorlara “yolçu” pulu verirlər” - Qorxmaz Əlili
Dünən, 16:10
"Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!" - ETİRAZ
Dünən, 16:07
NATO Baş katibi gözlənilmədən Kiyevə səfər edib
Dünən, 16:05
Qərbin tələsinə düşmək lazım deyildi - POLİTOLOQ
Dünən, 15:57
Anar Məmmədli saxlanılıb - DİN-dən AÇIQLAMA
Dünən, 15:48
17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi tutuldu - Lənkəranda ŞOK OLAY
Dünən, 15:42
Keçmiş işçisi “Resant Group”u məhkəməyə verdi - BUNA GÖRƏ...
Dünən, 15:40
Hamını aldadıblar: "AstraZeneca" etiraf etdi - Covid peyvəndi yan təsirə malikdir
Dünən, 15:36
İsa Qəmbər yenidən başqanlığa namizəd oldu - köhnəyə QAYIDIŞ, yoxsa YENİDƏN DOĞUŞ?
Dünən, 15:24
Bu il qıtlıq gözlənilir: meyvələrin qiyməti niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:11
“300 min azərbaycanlı Ermənistana köçürüləcək” – Tatoyan
Dünən, 15:03
BANM-də Heydər Əliyev Fondu və “Technip Energies” şirkətinin təlimləri yekunlaşıb
Dünən, 14:56
"Rasim kimi vətən xainləri bunları anlamaz" - deputata SƏRT TƏPGİ
Dünən, 14:50
Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? – AÇIQLAMA
Dünən, 14:48
Ermənistanda “müxalif avanqard” boşluğu - Paşinyan cəmiyyəti necə “oyadacaq?”
Dünən, 14:41
Tanınmış jurnalist Vasif Səmədov vəfat edib
Dünən, 14:32
Bakıda üç uşaq anasının iki sevgilisi də varmış: "Anası da bilirdi..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 14:29
Etirazlarla bağlı 2 mindən çox insan həbsdə qalır - Ermənistanın baş prokuroru
Dünən, 14:27
“AGA Group”un faktorinq şirkətinin aktivləri kiçilib – Səbəb
Dünən, 14:19
"Yoxsa qurdla qiyamətə qalmaq istəyirsiniz?!"
Dünən, 14:14
Sabunçuda KİMİN SÖZÜ ŞAHDIR... - İLGİNC İDDİALAR...
Dünən, 14:08
Vəzifəli şəxslər niyə İNTİHAR EDİR? - PSİXOLOQ AÇIQLADI
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru