Rusiyadakı repressiyalar: müharibənin qaçılmaz davamı .....                     Bakının Kremlin təklifinə müsbət reaksiyası… .....                     "Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam" .....                     “Ermənistan Konstitusiyası dəyişdirilməsə...” .....                     “Fitch” Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəldib .....                     "Hazırda Fransa, Hindistan və İran kimi ölkələr Ermənistana silah verir" .....                     Bu şirkət dərman satışından 3 milyon qazanacaq .....                     Ermənistana casusluq edən şəxsi hansı cəza gözləyir? .....                     İrəvan sülh prosesindən daha da uzaqlaşacaq .....                     İlginc pensiya sistemi: .....                     Sabunçuda 4,3 milyona yarımstansiyanı bu şirkət tikəcək .....                     "Ermənistanın iç üzü budur" .....                     YAP-ın 1 sentyabr TAKTİKASI... .....                     "Bu qədər boşboğazlığa necə qiymət verəsən?" .....                     Ukraynanın dövlət borcu .....                     Peskov Rusiyadakı demoqrafik vəziyyətdən narahatdır .....                     DGK müştəriyə qüsurlu avtomobil satan şirkətdən 170 minlik maşın alır .....                     Sərdar Cəlaloğlu seçkilərdən geri çəkildi .....                     Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələri keçirilib .....                     Sülh sazişi REAL DEYİL... .....                     Razi Nurullayevin namizədliyi təsdiqləndi .....                     Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı .....                     AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı .....                     Kolleclərə niyə maraq azalıb? .....                     DGK Abid Şərifovun şirkətinə protokol yazdı .....                     "İlham Əliyev dediyini edəcək" .....                     Bağçaların növbə problemi: .....                     Nazirlik 1 milyon manatlıq tenderinin .....                     "Heç bir xəstəliyim yoxdur, mən də bütün xanımlar kimi ginekoloji müayinədən keçmişəm" .....                     Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib .....                     Azərbaycan “qara siyahı”nı ləğv etdi .....                     Akademik İsa Həbibbəylinin robotla "siyasi" söhbəti .....                     Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib .....                     "Bu, kasıb təbəqənin başına açılan oyundur" .....                     Xankəndi və Şuşadan olan məşhurlar deputatlığa namizəd olacaqlar? .....                     Zaur Darabzadəyə niyə “QIRMIZI KART” göstərildi? .....                     Dəhşətli qəzadan qurtulmuş müğənni danışdı: .....                     Samir Əsədlinin namizədliyi qeydə alındı .....                     “A-Qroup Sığorta Şirkəti”nin yığımları .....                     Bu klinikanın vergi borcu altmış mini ötdü .....                 

İran-İsrail "müharibəsi"ndə "Oskar"lıq oyunlar, ağılalmaz nüanslar və İranda kütlə bayramı… - NƏ BAŞ VERİR?
Tarix: 16-04-2024, 12:50 | Çap et
İran-İsrail "müharibəsi"ndə "Oskar"lıq oyunlar, ağılalmaz nüanslar və İranda kütlə bayramı…
İranın İsrailə dron və raket hücumundan sonra bütün dünyanın diqqəti bu bölgəyə yönəlib. İsrail İrana cavab verəcəkmi? III Dünya savaşı başlayacaqmı? Hansı ölkələr savaşa sürüklənə bilər? Hazırda siyasi araşdırmaçılar bu suala cavab axtarır.

Siyasi təhlilçi Rauf Mirqədirov Qaynarinfo-ya müsahibəsində bütün bu suallara aydınlıq gətirib.

"İran İsrail ilə genişmiqyaslı müharibənin başlanmasında maraqlı deyil"

- Rauf bəy, öncə belə bir suala cavab tapmağa çalışaq. Çevik diplomatiyası ilə seçilən İranın səbr kasası niyə "daşdı"? Tehranın İsrailə bir gecəlik dron hücumları nəyə hesablanmışdı?

- Əslində, İsrailin Dəməşqdəki İran konsulluğu ərazisinə hücumundan sonra bəlli idi ki, Tehranın cavabı olacaq. Öncə onu vurğulayım ki, İsrailin bu addımı beynəlxalq hüquq normalarına, o cümlədən, Vena Konvensiyasına zidd idi. Bilirsiniz ki, Vena Konvensiyasina görə, diplomatik nümayəndəliyin ərazisi dövlətin suveren ərazisi sayılır və toxunulmazlıq immunitetinə malikdir. O başqa məsələdir ki, İran konsulluğun ərazisindən qeyri-diplomatik məqsədlər üçün də istifadə edirdi. Orada SEPAH-ın rəhbərliyi, hərbi mütəxəssisləri yerləşirdi. Bu da nə isə bir qeyri-adi hal deyil. Başqaları da bunu edir. Amma yenə də Vena Konvensiyasına görə, konsulluq ərazisinə hücum İran ərazisinə hücum edilməsinə bərabər idi. Buna görə də yaranmış vəziyyətdə sözsüz ki, İran İsrailin bu hücumunu cavabsız qoya bilməzdi. İkincisi, bu hücumun cavabsız qalması İranın belnəlxalq, bütövlükdə islam dünyasındakı nüfuzuna, o cümlədən, İsrail əleyhinə yaranmış koalisiyadakı aparıcı roluna sarsıdıcı zərbə vurmuş olardı. Üçüncüsü, bu hücum İranın hətta İsrail əleyhinə yaranmış koalisiyasındakı mövqelərinin belə o qədər də güclü olmadığını göstərdi. Yəmən husiləri, Hizbullah, Fələstin qüvvələri istisna olmaqla, müsəlman ölkələrinin əksəriyyəti İrana dəstək vermədi. Ərəb ölkələrinin əksəriyyəti öz hava məkanlarını İranın hücumu zamanı bağladılar. İordaniya isə hətta İran raketlərinin dəf edilməsində birbaşa iştirak etdi. Bütün sadalananlara baxmayaraq, bu qarşıdurmanın genişmiqyaslı münaqişəyə çevriləcəyinə inanmıram. Unutmaq lazım deyil ki, İran özü də İsrail ilə genişmiqyaslı müharibənin başlanmasında maraqlı deyil. Bunun bir sıra səbəbləri var. Birincisi, genişmiqyaslı müharibə İranın darmadağın edilməsi təhlükəsini yaradardı. Ən azından indiki teokratik rejimin məhvinə gətirib çıxara bilər. Çünkü bu, yalnız İsrailə qarşı müharibə demək deyil. İran eyni zamanda İsrailin Qərb müttəfiqləri ilə, yəni, ABŞ, Böyük Britaniya, Fransa, Kanada və digər dövlətlərlə müharibə aparmaq məcburiyyətində olacaqdı. Belə bir müharibəni aparmaq üçün isə İranın maddi və hərbi resursları yoxdur.

"Tehran çox gözəl başa düşür ki, regionda münaqişələr bitərsə, İranın türk və ərəb dünyası ilə rəqabəti güclənəcək"

- Onda belə sual yaranır. Belədirsə, Tehranın İsrailə zərbə endirməsinin məntiqi nədən ibarət idi?

- Yada salmaq istərdim ki, İran ən azı son 20-25 ildə genişmiqyaslı hərbi münaqişədən qaçmaq üçün "qırmızı xətləri keçməmək" siyasəti yürüdür. Tehran "buxar qazanının partlamasına" imkan vermir. Yəni gərginliyin genişmiqyaslı müharibənin başlaması səviyyəsinə çatmasına yol vermir. Kompromislər üçün həmişə az da olsa, ümid yeri saxlayır. Həm Qərb dövlətləri, həm də İsraillə birbaşa qarşıdurmadan qaçır. Qərb dövlətlərinə və İsrailə qarşı müharibəni özünün müsəlman-ərəb dünyasındakı əlaltıları (HƏMAS, Hizbullah və s.) vasitəsilə aparır. Bu, çox rasional siyasətdir. Əslində, teokratik rejimin bu günə qədər davamlılığını təmin edən əsas amildir. Onu da nəzərə almaq lazımdır ki, ərəb-İsrail münaqişəsi, regiondakı digər münaqişələr İranın bir tərəfdən islam dünyasındakı liderlik iddialarına, rəsmi Tehranın maraqlarına cavab verir, digər tərəfdən qonşu dövlətləri və müəyyən dərəcədə beynəlxalq aləmi onunla hesablaşmağa məcbur edir. Başqa sözlə desək, məhz bu münaqişələr İranı regionun aparıcı dövlətlərindən biri edir. Unutmaq lazım deyil ki, İran əsrlər boyu bir-biri və onunla rəqabət aparan türk və ərəb dünyası ilə əhatə olunub. Hazırkı dövrdə tərəflərin malik olduğu insani və maddi resursların nisbəti İranın xeyrinə deyil. Başqa sözlə desək, İran qonşularının "başının qalda olmasında" maraqlıdır. Bu bir tərəfdən qonşulara İrana bir rəqib kimi baxmağa imkan və vaxt vermir. Digər tərəfdən, İrana gah şiələrin (İraq, Suriya, Livan), gah da İsrail və Qərblə münasibətlərdə bütövlükdə müsəlmanların (Fələstin) "himayədarı" kimi çıxış etməyə imkan verir. Əslində, Azərbaycan-Ermənistan münaqişəsinə rəsmi Tehranın münasibəti də eyni idi. İranı narahat edən sülhdür. Tehran çox gözəl başa düşür ki, regionda münaqişələr bitərsə, İranın türk və ərəb dünyası ilə rəqabəti güclənəcək. İran bu rəqabətdə qalib gələcəyinə, yumşaq desək, əmin deyil. Əslində, aparılan siyəsət İranın "özünüqoruma instinktinin" təzahürüdür.

- Bəs, bu konfiqurasiyada Türkiyənin rolu nədən ibarətdir?

- Türkiyə də İslam dünyasının lideri roluna iddialıdır. Ankara ərəb-müsəlman ölkələri ilə münasibətində oxşar problemlərlə qarşılaşır. Misirdə "Müsəlman qardaşları" hakimiyyətdə olarkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Misirə səfəri zamanı onlara verdiyi təklifləri çox soyuq qarşılamaları buna parlaq misaldır. Nəzərə almaq lazımdır ki, Qərbdə də İranla genişmiqyaslı müharibəyə münasibət birmənalı deyil. Əvvəla, onu qeyd edim ki, Avropa ölkələrinin bir hissəsində tarixi kökləri olan bir antisionizm var. Bu günün özündə Avropada Fələstini dəstəkləyən kifayət qədər güclü ictimai bir hərəkat mövcuddur.

"Yeni müharibə Rusiyanın maraqlarına cavab verir"

- Bu prosesdə Birləşmiş Ştatların rolu nədən ibarətdir?

- ABŞ növbəti prezident seçkiləri ərəfəsindədir. Hazırkı prezident Baydenin elektoratına nəzər salın. Bu elektoratın kifayət qədər böyük hissəsini fələslinlilərə rəğbəti olan sol-liberal sosial təbəqələrdir. Trampın isə əksinə. Bayden bu amili nəzərə almaq məcburiyyətindədir. Üçüncüsü, böyük müharibə, hətta qısamüddətli olsa belə, böyük resurslar tələb edir. Sonu görünməyən Ukrayna-Rusiya savaşına cəlb olunmuş ABŞ və bütövlükdə Qərb yeni genişmiqyaslı müharibə başlayarsa, resurs çatışmazlığı ilə qarşılaşa bilər. Dördüncüsü, Qərbdə də, yəqin ki, İranda da başa düşürlər ki, yeni müharibə Rusiyanın maraqlarına cavab verir. Rusiya sözsüz ki, Qərbin resurslarının parçalanmasında, diqqqətin heç olmasa bir hissəsinin başqa bir regiona yönəlməsində maraqlıdır. Lakin bu, yeganə səbəb deyil. Maliyyə resurslarının çatışmazlığı ilə üzləşən Rusiya enerji bazarında qıtlığın və nəticədə enerji daşıyıcılarına qiymətlərin artmasında maraqlıdır.

"Qərblə İranın maraqları üst-üstə düşür"

- Belə çıxır ki, Qərblə İranla eyni oyunu oynayırlar?

- Bəli. Nə qədər əcaib səslənsə də, burada Qərblə İranın maraqları üst-üstə düşür. Sanksiyalara baxmayaraq, enerji daşıyıcılarının ixracından alınan valyuta İran büdcəsi üçün əsas gəlir mənbəyidir. Müharibə başlayacağı təqdirdə İran bu gəlirdən təmamilə məhrum ediləcək. Düzdür, dünya bazarlarında enerji daşıyıcılarının qiyməti artacaq. Bunun xeyrini isə Rusiya görəcək. Rusiyaya müharibəni aparmaq üçün tükənən maliyyə rerusrlarını qismən də olsa, bərpa etmək mümkün olacaq. Bu isə Qərbin maraqlarına ziddir. Düşünmürəm ki, İran Rusiyanın maraqları naminə "qurbanlıq qoyun” olmağa hazırdır.

"İsrailin bu hava hücumunun vaxtı barədə xəbəri olub"

- Bəs İsrailin maraqları? Tel-Əvivin uduşları nədən ibarətdir?

- İstisna etmirəm ki, yəhudi dövləti İran probleminin birdəfəlik həllində maraqlıdır. Bu hakimiyyətdə qalmağa çalışan İsrailin baş naziri Benyamin Netanyahunun şəxsi maraqlarına da cavab verir. Amma nəzərə almaq lazımdır ki, İsrail müttəfiqlərindən və ilk növbədə ABŞ-dan asılıdır. ABŞ isə Yaxın Şərqdə böyük müharibə istəmir. Hər halda, nə qədər ki, prezident Baydendir, böyük savaş olmayacaq. Ona görə də, İranın hücumunun miqyaslarının böyüklüyü ilə müqayisədə nəticələrinin, yumşaq desək, çox kiçik olması məni o qədər də təəccübləndirmir. Əslində, İsrailin bu hücum nəticəsində böyük itkilər verməsi İranın maraqlarına zidd idi. Çünki böyük itkilər genişmiqyaslı müharibənin başlanması deməkdir. Bu, mənə bir qədər general Qasım Süleymaninin qətlinə cavab olaraq İranın attığı adımları da xatırladır. Yada salmaq istərdim ki, İran öz generalının qətlinə cavab olaraq İraqdakı ABŞ hərbi bazasına hücum etdi. Amma itkilərə yol verməmək üçün hücumun vaxtını əvvəlcədən ABŞ hərbiçilərinə xəbər verdi. İran əhalisi ABŞ hərbi bazasına uğurlu hücumu bayram etdi. ABŞ isə ciddi bir itki verməməsindən məmnun qaldı… İndi də oxşar bir hadisə baş verdi. Bəli, İsrail böyükmiqyaslı raket və PUA-ların hücumuna məruz qaldı. Söhbət 300-ə yaxın raketdən və pilotsuz aparatdan gedir. Bu, özü-özlüyündə çox təhlükəli hadisədir. Yada salmaq istəyirəm ki, söhbət yenə də bir generalın və islam inqilabı keşikçiləri korpusunun bir neçə yüksək rütbəli zabitinin qətlindən gedir. Əvəzində isə canlı gücdəki itkiləri demirəm, İsrailin hərbi infrastrukturuna belə ciddi xətər yetirilməyib. İran əhli isə yenə də bayram edir. Nəyi bayram edir, bilmirəm. Amma onu bilirəm ki, totalitar cəmiyyətdə hakimiyyət hətta məğlubiyyəti belə qələbə kimi təqdim edə bilir… Sözsüz ki, məsafə amili öz rolunu oynayıb. Müasir hava hücumundan müdafiə sistemləri üçün min kilometrdən artıq məsəfəni qət etməli olan raket və pilotsuz uçaqları aşkar etmək o qədər də çətin deyil. Sözsüz ki, raketlərin və PUA-ların bir hissəsi İsrailin hava məkanına daxil olmamış onun müttəfiqləri tərəfindən məhv edilmişdilər. İsrail çox müasir hava hücumundan müdafiə sisteminə malikdir. Hə, bir də onu da nəzərə almaq lazımdır ki, İranın BMT-dəki nümayəndəsinin bəyanatına görə, Tehran mülki əhalinin zərər çəkməməsi üçün hücumun hədəflərinin seçimində çox diqqətli olub. Bax, buna inanıram. Amma artıq tam əminliklə demək olar ki, İsrailin bu hava hücumunun ən azı dəqiq vaxtından xəbəri olub. Bu xəbəri İsrail dolayısıyla da olsa, İranın özündən alıb. Yadınıza salmaq istəyirəm ki, hücum ərəfəsində ABŞ prezidenti şəhərkənarı iqamətgahındakı istirahətini yarımçıq kəsib Ağ Evə qayıtdı. Bu onun İran hücumunun dəqiq vaxtından xəbərdar olmasının göstəricisidir. Sonradan məlum oldu ki, İran hücumla bağlı əvvəlcədən Türkiyə hökumətini məlumatlandırıb. İsraillə münasubətlərdəki gərginliyə baxmayaraq, Türkyə NATO tərkibində əsas müttəfiqi olan ABŞ ilə bu məlumatları bölüşməyə bilməzdi. Bu isə həmin məlumatları İsrailə ötürməyə bərabərdir. Tehranda nə etdiklərini çox gözəl bilirdilər… İstisna etmirəm ki, Türkiyə bu oyunda vasitəçi qismində iştirak edib. Bir sözlə, çox maraqlı pərdəarxası diplomatik oyunlar gedir.

İndi keçək İsrailin mümkün cavab adımlarına. ABŞ açıq bəyan edib ki, genişmiqyaslı müharibədə maraqlı deyil. ABŞ həm də bəyan edib ki, İsrailin bu cavab adımlarında iştirak etməyəcək. Ona görə də əminliklə ehtimal etmək olar ki, İsrailin cavabları İranın cavabından daha təsirli, amma lokal xarakterli olacaq. İranın regiondakı müttəfiqlərinə, məsələn, Hizbullahın, husilərin mövqelərinə ağır zərbələr endirilə bilər. İsrail onsuz da Hizbullahı rahat buraxmır. İran ərazisindəki bəzi hərbi obyektlərə "ünvanlı” zərbələr endiriləcəyini də istisna etmirəm. Bircə onu dəqiq deyə bilmərəm ki, mümkün hədəflərin siyahısı tərəflər arasında artıq razılaşdırıb ya yox…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadakı repressiyalar: müharibənin qaçılmaz davamı - GƏLİŞMƏ
Bu gün, 07:27
Bakının Kremlin təklifinə müsbət reaksiyası… - Rus ekspert
Bu gün, 07:25
"Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam"
Bu gün, 07:20
“Ermənistan Konstitusiyası dəyişdirilməsə...” - İşxan Verdyan
Bu gün, 07:18
“Fitch” Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəldib
Bu gün, 07:14
"Hazırda Fransa, Hindistan və İran kimi ölkələr Ermənistana silah verir" - Partiya sədri
Bu gün, 00:05
Bu şirkət dərman satışından 3 milyon qazanacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Ermənistana casusluq edən şəxsi hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 19:02
İrəvan sülh prosesindən daha da uzaqlaşacaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 19:00
İlginc pensiya sistemi: - 60 manat üçün 25 il işləməliyik
Dünən, 18:56
Sabunçuda 4,3 milyona yarımstansiyanı bu şirkət tikəcək
Dünən, 18:10
"Ermənistanın iç üzü budur" - Ekspert danışır...
Dünən, 18:08
YAP-ın 1 sentyabr TAKTİKASI... - Nələr və kimlər dəyişəcək?
Dünən, 18:07
"Bu qədər boşboğazlığa necə qiymət verəsən?" - deputat
Dünən, 17:56
Ukraynanın dövlət borcu daha 1 milyard dollar artdı
Dünən, 17:55
Peskov Rusiyadakı demoqrafik vəziyyətdən narahatdır
Dünən, 17:52
DGK müştəriyə qüsurlu avtomobil satan şirkətdən 170 minlik maşın alır - HANSI MƏNTİQLƏ?..
Dünən, 17:43
Sərdar Cəlaloğlu seçkilərdən geri çəkildi - QƏRAR
Dünən, 17:29
Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələri keçirilib - FOTO
Dünən, 17:27
Sülh sazişi REAL DEYİL... - Yeni savaş isə...
Dünən, 17:24
Razi Nurullayevin namizədliyi təsdiqləndi
Dünən, 17:19
Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU
Dünən, 17:11
AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı - FOTO
Dünən, 17:06
Kolleclərə niyə maraq azalıb? - ŞƏRH
Dünən, 17:01
DGK Abid Şərifovun şirkətinə protokol yazdı
Dünən, 16:59
"İlham Əliyev dediyini edəcək" - Avetisyan
Dünən, 16:54
Bağçaların növbə problemi: - Valideynlər portaldan şikayətlənir
Dünən, 16:48
Nazirlik 1 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 16:41
"Heç bir xəstəliyim yoxdur, mən də bütün xanımlar kimi ginekoloji müayinədən keçmişəm"
Dünən, 16:35
Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib
Dünən, 16:32
Azərbaycan “qara siyahı”nı ləğv etdi - Prezidentin imzaladığı o sənəd...
Dünən, 16:31
Akademik İsa Həbibbəylinin robotla "siyasi" söhbəti - "Salam, sağ ol"...
Dünən, 16:29
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib
Dünən, 16:26
"Bu, kasıb təbəqənin başına açılan oyundur" - ETİRAZ VAR...
Dünən, 16:20
Xankəndi və Şuşadan olan məşhurlar deputatlığa namizəd olacaqlar? - AÇIQLAMA
Dünən, 16:16
Zaur Darabzadəyə niyə “QIRMIZI KART” göstərildi? - İLGİNC İDDİALAR...
Dünən, 16:12
Dəhşətli qəzadan qurtulmuş müğənni danışdı: - "O, indi xəstəxanada reanimasiyadadır..."
Dünən, 16:08
Samir Əsədlinin namizədliyi qeydə alındı
Dünən, 16:03
“A-Qroup Sığorta Şirkəti”nin yığımları 1 milyon manatdan çox azalıb
Dünən, 16:01
Bu klinikanın vergi borcu altmış mini ötdü - TƏFƏRRÜAT
Dünən, 16:00
Bu ölkələr Ermənistanı silahlandırır: - “Gərginliyin artmasında ABŞ və Rusiyanın əli var”
Dünən, 15:58
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: - "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
Dünən, 15:50
Geosiyasi çağırış: "Onu burax, bana gəl..." - "İki sevda" çəkən dövlətlərin "cəza"sını aydın görürük...
Dünən, 15:47
Kişiləri aqressiv edən nədir? - Psixoloq sirləri açdı
Dünən, 15:41
"Gənc qızların yaşca böyük kişilərə qaçması..." -Psixoloqdan ŞOK İZAH
Dünən, 15:37
Ağadadaş Ağayev mühafizəçi ilə barışığa gedir? - Vəkilindən AÇIQLAMA
Dünən, 15:27
Prorektorun deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
Dünən, 15:25
Məmmədovlar arasındakı qohumluq düşmənçiliyə keçib? - İLGİNC
Dünən, 15:22
Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: - namizəd ərazidən qovula bilər
Dünən, 15:16
“82 yaşlı anamın bu dərmandan istifadə limitinin başa çatdığı bildirilib” - NARAZILIQ VAR...
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru