Yerindən duran Həccə gedirdi... - REAKSİYA
Tarix: 16-04-2024, 17:24 | Çap et
Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O bildirib ki, ilkin kvota üçün 2000-dən çox yer nəzərdə tutulsa da, 1500 kvota yeri ayrılıb. “İdarə kvotanı bir neçə dəfə azaltmaq zərurəti ilə qarşılaşıb. Bunun isə heç vaxt müşahidə olunmayan səbəbləri var”. Şöbə müdiri deyib ki, keçən il Həcc mövsümündən sonra, yəni iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bir çox ölkələrə, o cümlədən Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaradıb: “Elektron viza bir illik və çoxgirişli verilir. Bəzi işbaz şirkətlər və yaxud fərdlər isə vətəndaşların başını aldadaraq elektron viza ilə Həcc ziyarətinə, daha ucuz qiymətə aparacaqlarını bildiriblər. Bizdə olan məlumata görə, hazırda təxminən 500-ə yaxın vətəndaş bu işbazların qurbanıdır. Keçən il də belə işbazların çoxlu qurbanları olub, onlardan pul yığıblar, lakin apara bilməyiblər, xeyli vətəndaşın pulları batıb. Bununla bağlı bizdə dəqiq məlumatlar var, həmin şəxlərin əlaltıları bu il bu vizalarla vətəndaşları aldadıblar. Həcc ziyarəti üçün xüsusi viza alınır. Krallıqda Həcc ziyarətinə getmək üçün xüsusi sahələr və ərazilər var - Ərəfat, Mina, Müzdəlifə. Bu yerlərə yalnız Həcc vizası ilə daxil olmaq mümkündür. Vətəndaşlardan xahiş edirik ki, bu cür təşviqedici təkliflərə aldanmasınlar. Səudiyyə Ərəbistanı Krallığının müvafiq nazirlikləri bundan tam xəbərdardırlar və bu barədə tədbir görməyə hazırlaşırlar. Elektron vizalarla Həcc ziyarətinə getmək istəyənləri deport və cərimələr gözləyir”. Vüsal Cahangiri bildirib ki, kvotanın azaldılmasının digər səbəbi isə budur ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi prosedurların erkən bitirilməsini tələb edir: “Bu il əvvəlki kimi deyil, ötən illərdən fərqli olaraq bu il elektron sistemdə sənədləşmə və viza işləri 1 ay tez bitməlidir. Ona görə vətəndaşlardan xahiş olunur ki, tələssinlər, yalan vədlərə aldanmasınlar. Çünki kvotanın dolmasına çox az qalır. Nazirliyin təyin etdiyi vaxta əsasən bütün prosedurlar, o cümlədən vizaların verilməsi aprel ayının sonuna kimi tamamlanmalıdır”. Xatırladaq ki, fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Kvotanın azalmasını müsbət qiymətləndirən ilahiyyatçı Tural İrfan “Sherg.az”a bildirib ki, Azərbaycanda çoxdan dini biznesə çeviriblər: “ Bunun vaxtında qarşısı alınmadı, indi də selin qabağını kəsmək o qədər asan deyil. Yerindən duran Həccə gedirdi. Əlbəttə, belə olmaz. Sanki, Yessentukiyə, Kislovodskiyə sanatoriyaya gedirlər. Qafqaz Müsəlmanları İdarəsinin indiyədək xalqımıza aşıladığı bundan artıq olmayacaqdı. Camaatı maarifləndirmək vaxtında lazım idi. Kəlimeyi şəhadətini bilməyən, evinin qibləsini tanımayan, müğənni saxlayan Həccə gedir. Hələ gedib orada nə hoqqa çıxardıqlarını danışmağa ar edirəm. Başqa şirkətlər ola bilsin ucuz aparıb deyə, bu da əsas şirkətə sərf etməyib. Lap tutaq ki, camaatı aldadıblar. Niyə əsas şirkət normal qiymətə aparmır ki, camaat başqasına ehtiyac duruyur. Yaxud o işbazların arxasında kimlər dayanır, kimlərin əli ilə bu işi görürlər? Çünki ərəb ölkəsinə aparmaq üçün camaatın həyatını həvalə etmək hər kəsə asan gələ bilər, lakin burada müəyyən dövlət qurumlarının nəzarəti, izni, lisenziyası lazımdır. Ölkəmizdən hər il tam dini qaydalara cavab verərək o ziyarətə getmək imkanına malik olan 3 ya 5 adam ola bilər. Ona görə ki, hər bir qəpik halal olmalıdır. Qonşun, qohumun ac olmamalıdır. Dövlətə 5 qəpik borcun varsa, vergidən yayınıbsansa, haram yeyib, rüşvət alıb, Dinin hökmlərini, orucu, namazı bilmədən Həccə getmək doğru deyil. Şəriət hökmlərinin icrası İslamda şərait olduqda müsəlmanın boynunda borcdur. Əgər şərait yoxdursa, o hökm qalxır. Buna İslam hüququnda ikinci dərəcəli hökmlər deyilir ”.
T.İrfan vurğulayıb ki, biletlər həddən artıq bahadır: “O pulu xərcləmək israfdır. Allaha lazım deyil ki, sən gedib milyonları yollara tökəsən. Allahın istəyi ədalətdir, humanizmdir, kasıbla, miskinlə paylaşmaqdır. Hazır olmayaraq şöhrət və ad san üçün ora gedən adama göydən səs gəlsə ki, qonşun ac idi, qohumuna borcun vardı, filan yerdə haq yemisən, filan adama ziyan vurmusan, halallıq almadan, borcunu ödəmədən, kasıba əl tutmadan, zəkatı vermədən bu qədər pulu verib bura nəyə gəlibsən? Adam nə cavab verəcək? Peyğəmbər buyurdu ki, Həcc kiçik qiyamətdir. Ona görə adamlar orada qəbirdəki kimi ağ kəfən - ehram geyinilir. Məhşər günündəki kimi hamı ayaqyalın, başı açıqdır. Lakin adamlar bunun məsuliyyətini dərk etmədən gedirlər. Onları maarifləndirən də yoxdur. Əksinə Aidiyyatı qurumlar da istəyir ki, cahil adam çox olsun, onların biznesi işləsin ”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
|