Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                     “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” .....                     Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub .....                     "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" .....                     Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... .....                     Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı .....                     Sabiq diplomatın məhkəməsi keçirildi .....                     Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək .....                     Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... .....                     Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu .....                     “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika .....                     Makron Paşinyanın qulağını da, cibini də doldurur .....                     Rusiyadakı azərbaycanlılara təhdid varmı? .....                     Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu .....                     Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu .....                     Akopyanın köməkçisi Qətərdə “mini”də .....                     Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır .....                     Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu .....                 

Rusiyanın Cənubi Qafqazı tərk etməsi perspektivi doğub - SENSASİON AÇIQLAMALAR
Tarix: 18-04-2024, 12:33 | Çap et
Rusiyanın Cənubi Qafqazı tərk etməsi perspektivi doğub
“Rus sülhməramlılarının Qarabağdan çıxarılmasını ümumregion kontekstindən çıxararaq təhlil etmək olmaz. Ümumregion kontekstindən isə belə görünür ki, Rusiya bütövlüklə Cənubi Qafqazı tərk etmək niyyətindədir. Fikrimcə, bunun səbəbi Rusiya ilə Qərbin hansısa sövdələşməyə getməsi ola bilər. Xüsusilə bir neçə saatlıq İran-İsrail müharibəsi testində müdafiə strategiyası çökən Rusiyanın bundan başqa çarəsi qalmamışdı”.

Bunu Musavat.com-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz deyib.

Rus sülhməramlılarının Qarabağdan çıxarılması barədə rəsmi məlumatları şərh edən həmsöhbətimiz xatırladıb ki, İran İsrailə 300-dən çox mərmi atmışdı.

“Onlardan 180-nə yaxını silahlı dron, 36-sı qanadlı raket, 110-u isə ballistik raketlər idi. İranın özü də etiraf edir ki, silahlı dron və qanadlı raketlər İsrailin hava hücumundan müdafiə sistemlərini çaşdırmaq üçün atılmışdı. Əsas məqsəd isə İsrailə ballistik raketlərdən zərbə vurmaq idi. Odur ki, biz də məlum hücumu dəyərləndirərkən, ballistik zərbələrin nə dərəcədə uğurlu olub-olmadığını təhlil etməliyik”, - deyən siyasi şərhçi vurğulayıb ki, ABŞ-ın iddialarına inansaq, bu raketlərdən cəmi 7-si İsrailin hava hücumundan müdafiə sistemlərini dəlib keçə bilib.

“Hərçənd İran bu iddianı yalanlayaraq 7 yox, 15 ballistik raketinin hədəfə dəydiyini bildirir. Hətta İranın iddialarının doğruluğunu qəbul etsək belə, bu, o qədər də ciddi uğur demək deyil. Belə çıxır ki, ABŞ-ın əlindəki HHM sistemləri 95-85 faizi uğurla işləyir”, - Heydər Oğuz bildirib.

Onun fikrincə, ballistik raketlərin qarşısının alınmasında bu uğur payı olduqca ciddi nailiyyətdir və təkcə İranın deyil, həm də Rusiyanın təhlükəsizlik və müdafiə strategiyasının iflası anlamına gəlir:

“Belə ki, Rusiya indiyədək Qərb dövlətlərini nüvə başlıqlı ballistik raketlərlə təhdid edirdi. İranın İsrailə hücumunda sübut olundu ki, Qərbin əlindəki HHM sistemləri cəmi 5 və ya 15 faiz hədəfdən yayınma potensialına malikdir. Nüvə təhdidində isə hətta 50 faizlik yayınma ehtimalı ciddi uğursuzluq deməkdir. Çünki ehtimal olunan nüvə savaşlarında ilk hücumdan yayına bilən tərəf növbəti zərbəni endirir. Bir növ duelə bənzəyən bu savaşda uduzan tərəf də elə ilk zərbəsi uğursuz alınan olur. Cavab zərbələri ilə o tamamilə darmadağın olmaq taleyi ilə üzləşə və növbəti raketi atəşləndirməyə bilər. Bu baxımdan İranın İsrailə hücumunu potensial nüvə müharibəsinin testi da saymaq olar. Qərb müttəfiqləri sanki İsrailin HHM ilə həm də Rusiyaya “öz ballistik raketlərinə çox güvənmə” mesajı verdilər”.

Heydər Oğuz məhz bu test atışlarından sonra Rusiyanın öz “şələ-şüləsini” toplayıb Qarabağdan çıxmasını mesajın ünvanına çatması kimi qiymətləndirir:

“Üstəlik, Rusiya təkcə Azərbaycandan çıxmır, onun bütövlüklə Cənubi Qafqazı tərk etməsi perspektivi doğub. Bilirsiniz ki, Ermənistan artıq çoxdan Rusiya ilə yollarını ayırıb. Xüsusilə Paşinyanın Brüssel səfərindən sonra bu qərar tam qətiləşdi. Rusiya bütün imkanlarını səfərbər etsə də, İrəvanı öz qərarından yayındıra bilmədi. Azərbaycan da onun təxribatlarına uyub növbəti müharibəyə getmədi. Sözsüz ki, bu məsələdə Brüsseldə qulağına nələrsə söylənən Paşinyanın da Azərbaycanın demək olar ki, bütün tələblərini qəbul etməsi və geri qayıtdıqdan sonra sülh istiqamətində qərarlı addımlar atması da mühüm rol oynadı. Cənubi Qafqazın digər ölkəsi Gürcüstanda da artıq rusyönümlü hakimiyyətə son qoyulması prosesi gedir. Maraqlıdır ki, Tbilisidə vəziyyətin qarışmasında “rusqafalı” İrakli Kobaxidze hökumətinin də əvəzsiz rolu oldu. O, birdən-birə ötən il gürcü ictimaiyyəti tərəfindən rədd olunan “casus qanunu” layihəsini yenidən parlamentin müzakirəsinə çıxardı. Həssas bir dövrdə bu layihənin gündəmə gətirilməsi ictimai narazılığı qızışdırmaq cəhdindən başqa bir şey deyildi. Heç bir ehtiyac olmadan gürcü xalqının əsəbləri ilə oynamaq mövcud hakimiyyətin devrilməsi ilə nəticələnə bilər və inanmıram ki, Kobaxidze hökuməti Kremlin təzyiqləri olmadan bu təhlükəli oyuna girsin. Mümkündür ki, Rusiya Gürcüstandakı hakimiyyətini qəsdən təhlükəli oyunlara cəlb edərək, Qərbdən müəyyən güzəştlər qoparmağa çalışır. Demək istədiyim odur ki, rus sülhməramlılarının Qarabağdan çıxarılmasını ümumregion kontekstindən çıxararaq təhlil etmək olmaz. Ümumregion kontekstindən isə belə görünür ki, Rusiya bütövlüklə Cənubi Qafqazı tərk etmək niyyətindədir. Fikrimcə, bunun səbəbi Rusiya ilə Qərbin hansısa sövdələşməyə getməsi ola bilər. Xüsusilə bir neçə saatlıq İran-İsrail müharibəsi testində müdafiə strategiyası çökən Rusiyanın bundan başqa çarəsi qalmamışdı”.

Heydər Oğuzun bu mülahizələri, sözsüz ki, Azərbaycan Prezidentinin köməkçi Hikmət Hacıyevin açıqlamaları ilə örtüşmür. Məlum olduğu kimi, Hikmət Hacıyev dünənki açıqlamasında rus sülhməramlılarının Qarabağdan çıxarılmasını Azərbaycan və Rusiya liderlərinin qarşılıqlı razılaşması əsasında verilmiş qərar olaraq təqdim etmişdi. Siyasi şərhçi bu mülahizələri ilə Azərbaycan hakimiyyətinin uğurlarına kölgə salmaqmı istəyir?

“Əlbəttə, yox. Ümumiyyətlə hakimiyyətin Qarabağ siyasətinin uğurlarını inkar etmək mümkün deyil. İlham Əliyevin son 4 ildə yürütdüyü siyasət istər-istəməz bu nəticəni doğurmuşdur. Əvvəla, bu siyasətin sonucunda Qarabağdakı rus sülhməramlılarının missiyası faktiki tamamlanmışdı və istər-istəməz “onlar kimi kimdən qoruyurlar” sualı yaranırdı. Rusiya bu sualları ortadan qaldırmaq və sülhməramlı missiyanı beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq üçün hətta öz əsgərlərindən minatəmizləyən kimi istifadə olunmasına razı idi. Azərbaycanın isə bu xidmətə ehtiyacı yox idi. Deməli, rus əsgərləri öz hərbi nüfuzunu qorumaq üçün şələ-şülələrini yığışdırıb Qarabağı tərk etməliydilər”.

Azərbaycan hakimiyyətinin yürütdüyü ikinci ən uğurlu siyasətin geosiyasi balansı qorumaq bacarığı olduğuna inanan Heydər Oğuza görə, rəsmi Bakının bloklara qoşulmaması Rusiyanı rahatladan amildir:

“Odur ki, Azərbaycanda hərbi baza saxlamağa ehtiyac qalmamışdı. Sirr deyil ki, Moskvanın başlıca tələbi ətraf bölgələrin tərəfsizliyini qorumasıdır və o bunu dəfələrlə dilə gətirib. Üstəlik, Azərbaycan ərazisi Rusiyanın ən yaxın müttəfiqi sayılan İranla həmsərhəddir və bu sərhəddən özünə hər hansı təhlükə gözləmirdi. Məntiqlə, Rusiyanın ən etibarlı sərhədlərində yerləşdirilən minatəmizləyənlərdənsə, daha təhlükəli bölgələrdə xidmət edən real əsgərə ehtiyacı vardı. Söhbət təkcə Ukrayna savaşında xidmət göstərəcək hərbi qüvvələrdən də getmir. Ərazisi xeyli böyük və hər cür təxribatlara açıq olan Rusiyaya ön cəbhədə döyüşəcək əsgərlər kimi, sərhədlərini və daxili stabiliyini qoruyan hərbi qulluqçular da lazımdır. Xüsusilə Finlandiyanın NATO-ya daxil olmasından sonra bu ehtiyac xeyli artmışdı. Bu qədər ağır vəziyyətdəykən, 2 minə qədər və ya bundan artıq rus əsgərinin Qarabağda milçək qovalamaqla məşğul olması boş yerə xərclənən vəsait demək idi. Rusiya indiki zamanda boş xidmətlərə vəsait xərcləyəcək qədər zəngin deyil, onun daha ciddi işlərlə uğraşan əsgər potensialını artırması tələb olunurdu. Amma bunun üçün ona geosiyasi maraqlarını təhdid etməyəcəyinə dair qarantiya verilməliydi. Görünən budur ki, tərəfsizliyi qorumaqla Azərbaycan faktiki bu qarantiyanı vermişdi”.

Rus sülhməramlılarının Qarabağdan çıxmasında Azərbaycanla bərabər Türkiyə rəsmilərinin də mühüm rol oynaya biləcəyini düşünən həmsöhbətimizin fikrincə, qardaş ölkə prezidentinin bu yaxınlarda Rusiya mediasında yer alan sülh təklifləri ilə Moskvanın istəkləri üst-üstə düşürdü. Kremldə yaxşı anlayırlar ki, Ukraynada uzanan müharibə onu iqtisadi cəhətdən tamamilə tükəndirməyə hesablanıb. Məhz bu səbəbdən də açıq dilə gətirməsələr də Türkiyənin sülh təkliflərinə suda boğulanın saman çöpündən yapışdığı kimi böyük ümidlə baxırlar. Prinsipcə, təkcə Rusiya yox, Avropanın güclü dövlətləri də bu qənaətdədirlər. Gələn həftə Almaniya prezidentinin Türkiyəyə səfərində də bu məsələnin masaya yatırılacağını düşünürəm. Maraqlıdır ki, Rusiya prezidentinin həmin ərəfədə Türkiyəyə, Türkiyə prezidentinin isə ABŞ-a səfərləri gözlənilir. Böyük ehtimalla bu diplomatik trafik zamanı Ukraynada sülh variantları da müzakirə olunacaq”.

Heydər Oğuzun fikrincə, Qarabağdakı qüvvələrini çıxarmaqla Moskva əyani şəkildə göstərmək istəyir ki, o, ətraf ölkələrin tərəfsizliyində maraqlıdır və bu, təmin olunarsa, əlini-qolunu sallayıb işğal altında tutduğu əraziləri rahatlıqla tərk edə bilər:

“Hesab edirəm ki, Putin Türkiyəyə əliboş getmək istəmir. Moskvanın bu addımı ABŞ-la Rusiya arasında qalan Türkiyəyə müsbət jest kimi də qiymətləndirilə bilər. Bilirsiniz ki, Ərdoğanın son prezident seçkilərindən sonra Qərbə yaxınlaşması açıq-aydın hiss olunurdu. Türkiyənin xarici işlər, müdafiə nazirlərinin və MİT başqanının ABŞ-a səfərindən sonra prezident Rəcəb Tayib Ərdoğanın da okeanın o tayına gözlənilən səfəri Rusiyanı narahat etməyə bilməzdi. Rusiya ipə-sapa yatmasa, Ərdoğanla Baydenin görüşündə iki NATO müttəfiqinin portfelində Ukraynaya dəstək verilməsi məsələsi də yer ala bilər. Məncə, Rusiya bu perspektivin qarşısını almaq üçün faktiki olaraq Cənubi Qafqazdan çıxmaq mesajı verərək danışıqlara hazır olduğunu göstərmək istəyir. Bu alınmasa, Azərbaycanı və Cənubi Qafqazı Türkiyəyə buraxa biləcəyini göstərərək Ankaranı özü ilə əməkdaşlığa həvəsləndirir”.

Siyasi şərhçinin sözlərinə inansaq, artıq Avropa İttifaqında belə, Cənubi Qafqaz məsələsinin bitdiyinə, yeni mərhələnin başladığına dair siqnallar gəlir:

“Bunun ən bariz nümunəsi Aİ diplomatiyasının rəhbəri Josep Borrell ittifaqın Özbəkistandakı nümayəndə heyətinin rəhbəri vəzifəsinə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın namizədliyini irəli sürməsidir. Məlumata görə, Borrelin təklifi Özbəkistan tərəfindən qəbul olunsa, Klaar indiki missiyasını həm də Mərkəzi Asiyada davam etdirəcək. Cənubi Qafqazda mühüm təcrübələr toplayan Avropa diplomatının Mərkəzi Asiyaya göndərilməsi Qərb üçün yeni mərhələnin Orta Asiya olduğunu göstərir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26
"Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22
İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18
Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14
Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10
Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru