!["Nə zəngə cavab verirlər, nə də..." "Nə zəngə cavab verirlər, nə də..."](https://dia-az.info/uploads/posts/2024-04/1713444086_02.jpg)
Aktyor Kamran Ağabalayev AZAL-dan şikayət edib.
Yenisabah.az xəbər verir ki, o, "Facebook" səhifəsində status paylaşıb:
!["Nə zəngə cavab verirlər, nə də..." "Nə zəngə cavab verirlər, nə də..."](https://dia-az.info/uploads/posts/2024-04/thumbs/1713444147_0001.jpg)
“Dünən 02:20-də Mahaçkaladan Bakıya uçmalı olan təyyarə necə olursa 21:50-də uçur. Oğlum Mahaçkalada qalır, gecə şəhərə dönüş, otel axtarışı, əlavə xərclər... Dünən 01:00-dan şirkətlə əlaqə yaratmaq mümkün deyil, saat 12:38-dir, 11 saatdır “Düşüncə” dinləyirəm. Ad qoya bilmirəm bu etdiyinizə. Nə zəngə, nə vatsapa cavab verirlər”.