Nazirlərin vasitəçisiz sülh danışıqlarından gözləntilər .....                     Almatı danışıqlarında nazirlər anlaşacaq .....                     Elm və Təhsil Nazirliyindən bu şirkətlərə 3,1 milyonluq .....                     Baş həkimlə köməkçisinin həbsi tələb olundu .....                     Keçmiş gömrük əməkdaşına hökm oxunub .....                     "Cənubi Qafqazda sülh müqaviləsinin bağlanması..." .....                     "A.M.A.Y"ın külli miqdarda borcu var .....                     Əli Şamxaninin qardaşı oğlu həbs edildi .....                     Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi .....                     "Xaliq Faiqoğlu"nun avtobuslarında qanunsuz reklam yayımı aşkarlanıb .....                     “Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” .....                     "Bank Respublika" ilə "Qrant" MMC-nin .....                     "Zarat Taxıl" MMC .....                     Ermənistanda 14 yaşlı uşaq minaya düşdü .....                     Azərbaycanda 15 illik şirkət müflis oldu .....                     “Xətai Ticarət-108” ASC-nin səhmdarları toplanır .....                     Bəhrəm Bağırzadənin özü PLANA DÜŞƏCƏK... .....                     Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: .....                     Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti ələ keçirməkdə təqsirləndirilən şəxs .....                     Gürcüstanın faktiki rəhbəri səssizliyini pozdu .....                     Repetitorlara zərbə: X-XI siniflərdə təhsil pullu olacaq? .....                     Vilayət Eyvazov Yardımlıda .....                     “PashaPay”də .....                     "Kəlbəcərdə həmişə belə qəzalar olub" .....                     Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib .....                     Azad olunmuş bu kənddə evlərin tikintisinə başlanılır .....                     Dövlət agentliyi bu şirkətlə yarım milyonluq .....                     İşçilərə ödənilən ezamiyyə xərclərinin normalarında... .....                     Əmrullayevin TENDER HOQQABAZLIĞI... .....                     Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi .....                     Vilayət Eyvazovdan YENİ TƏYİNAT .....                     Xəstəxanalarda 21 ildir satışı qadağan olan dərmanla həkimlər üçün "tələ" quranlar... .....                     "Ermənistan cəzalandırılmalıdır" .....                     “İnterfax-Azərbaycan” fəaliyyətini dayandırır .....                     Karantin cərimələri ləğv ediləcək? .....                     Evdar qadınların estetik əməliyyat etdirməsinə qarşı çıxan Xatuna .....                     HDQ-də NATO-nun nümayəndələri ilə görüş keçirilib .....                     “Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...” .....                     Dollara "yay hücumu": "Gələn il..." .....                     BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib .....                 

İmtahan günü peyda olub, "pul qıran" əmanət köşkü... - DİM deyir ki, "bizə heç bir aidiyyəti yoxdur"
Tarix: 19-04-2024, 00:05 | Çap et
İmtahan günü peyda olub, "pul qıran" əmanət köşkü...
Aprelin 14-də Memarlıq və İnşaat Universitetinə dövlət qulluğu imtahanı vermək üçün gələn vətəndaşlara onların telefon və digər şəxsi əşyalarının içəri buraxılmaması ilə bağlı xəbərdarlıq olunub. Mühafizəni təşkil edən şəxslər imtahan iştirakçılarına bildiriblər ki, içəridə şəxsi əşyaların verilməsi üçün "əmanətlər bölməsi" yoxdur, ona görə də öz əşyalarını yolun qarşı tərəfində yerləşən köşkə verə bilərlər. Həmin köşkə telefonlarını vermək istəyənlər də bu "xidmət" haqqında məlumat alıblar. Köşk işçisi bildirib ki, əmanətləri 1 manatdan "qoruyur". Bundan sonra vətəndaşlar məcbur qalıb, 1 manat qarşılığında şəxsi əşyalarını köşkə qoymalı olublar.
O vətəndaşlar ki, dövlət qulluğu İmtahanında iştirak etmək üçün ən azı 82 manat rüsum ödəyirlər. Buna rəğmən, onlara şəxsi əşyalarını qoya biləcək kiçik yer ayrılmır. Beləliklə, bu kiçik məsələnin üzərindən "kim(lər)"sə böyük pullar qazanır. Pulların köşk işçisinə, yoxsa onun orda durub "pul qırması"na şərait yaradan şəxs və ya qurumun cibinə gedib-getmədiyini deyə bilmərik. Görünən odur ki, vətəndaşı bu dəfə də ətindən, südündən və dərisindən istifadə olunan dördayaqlı yerinə qoya bildilər. Pul töküb imtahana hazırlaşıb, hətta buna görə 82 manat rüsum ödəyən vətəndaş bir də telefonunun saxlanılması üçün əlavə bir manat ödəməyə dolayı yolla məcbur qaldı.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) Bizimyol.info xəbər portalına bildirilib ki, DİM-in həmin köşklə heç bir əlaqəsi yoxdur:

"İmtahana buraxılış vərəqəsində, həmçinin imtahanla bağlı təlimatda əvvəlcədən qeyd olunur ki, imtahana mobil telefon eləcə də digər əlavə əşyalar, çanta və s. gətirməyin. Bu qadağandır. Yəni imtahan iştirakçısı bununla bağlı əvvəlcədən məlumatlı olur. Əlavə əşyaların qəbulu və s. buraxılış rejimini gecikdirir və prosesə mane olur. Dünyanın istənilən yerində kütləvi imtahanlarda sənədlərdən başqa əlavə nəsə gətirməyə icazə verilmir. İkinci məsələnin isə DİM-ə heç bir aidiyyəti yoxdur" - deyə, DİM qeyd edib.

Ancaq DİM-in bu yöndə belə bir açıqlama verməsi, bir qədər gülməlidir. Vətəndaş imtahana atla, uzunqulaqla, piyada onlarla km yol yeriyərək yox, nəqliyyat vasitəsilə gəlir. Taksi sifarişini də bağıraraq yox, telefonla verməli olur. Eyni zamanda, imtahan iştirakçılarının arasında sağlamlığı məhdud olan və evdən onlar üçün nigaran qalan şəxslər də var ki, telefonlarını evdə qoyub, birbaşa harasa gedə bilmirlər. Yəni telefon günümüzdə hava, su kimi lazımlı bir vasitədir. Heç kim demir ki, imtahana cibində telefonla keçmək lazımdır. Bu, təbii ki, doğru deyil, qanun pozuntusudur. İmtahana telefonla gəlmək yox, imtahan otağına cibində, əlində telefonla daxil olmaq qadağandır. Ancaq görünür, DİM rəhbərliyinin özü də verdiyi bu qərarın mahiyyətini anlaya bilməyib. Çünki ən azından, bu əşyaları qoyacaq bir yerin ayrılması, hər halda DİM sədrinin cibini deşməzdi...

Təhsil eksperti Qoşqar Məhərrəmov imtahan iştirakçılarının üzləşdiyi bu biabrçı mənzərəni Bizimyol.info xəbər portalına şərh edib.

"Əlbəttə, burada "əmanət bölməsi" olmalıdır. İmtahana gələn insanlar öz şəxsi əşyalarını bura təhvil verə bilməlidirlər. Necə ki, kinoteatrların, zalların və müxtəlif tədbir salonlarının qarderobu var. Belə bir məkanda da eynilə qarderoba bənzər, əmanətlər yerləşdirilə biləcəyi bir yer olmalıdır. Burada müəyyən bir güşə ayrılmalı, bir nəfər də nəzarətçi təyin edilməlidir ki, insanlar əmanətlərini oraya qoya bilsinlər. Çünki həmin işin xidmət haqqını bir mənada həmin tələbə ödəyib. Həmin xidməti alarkən, onun rahatlığı təmin olunmalı, ehtiyacı qarşılanmalıdır. Ehtiyac - əmanətin saxlanılması, suyun və karandaşın verilməsi kimi məsələlərdir.

Məsələn, Türkiyədə "Yüksek Öğretim Kurulu" (YÖK) və ona bağlı ÖSYM, yəni, "Öğrenci Seçme Yerleştirme Merkezi" var. Bu, Azərbaycandakı DİM-in qarşılığıdır. Onlar tələbələrə su, karandaş və kiçik şirniyyat verir. Və o əşyaların üzərində də yazılır ki, "əməyiniz əmanətimizdir". Tələbə, abituriyent hər kimdirsə, Dövlət İmtahan Mərkəzindən bir ödəniş qarşılığında xidmət alır. Həmin xidmətin keyfiyyətinin təminatı da DİM-in vəzifəsidir. Burada həm insanyönümlü, həm də işin yoxlanılmasının keyfiyyətindən söhbət gedir. Ona görə də düşünürəm ki, onların borcudur, öhdəliyi və vəzifəsidir ki, bu problem həll olunmalıdır. İmtahan mərkəzlərində bu istiqamətdə ayrıca məkanlar ayrılmalı və o əşyalara nəzarət edilməlidir" - deyə, təhsil eksperti qeyd edib.

Bizimyol.info xəbər portalı Memarlıq və İnşaat Universitetinin yaxınlığında sadəcə imtahanı öncəsi peyda olan "əmanət" köşkünün görüntüsünü təqdim edir:










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlərin vasitəçisiz sülh danışıqlarından gözləntilər - Diqqətlər Almatıya!
Bu gün, 19:02
Almatı danışıqlarında nazirlər anlaşacaq - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 19:00
Elm və Təhsil Nazirliyindən bu şirkətlərə 3,1 milyonluq - SİFARİŞ
Bu gün, 18:56
Baş həkimlə köməkçisinin həbsi tələb olundu – məhkəmə işi
Bu gün, 18:06
Keçmiş gömrük əməkdaşına hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 18:04
"Cənubi Qafqazda sülh müqaviləsinin bağlanması..." - AKTUAL
Bu gün, 18:03
"A.M.A.Y"ın külli miqdarda borcu var - "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında
Bu gün, 18:00
Əli Şamxaninin qardaşı oğlu həbs edildi
Bu gün, 17:59
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
Bu gün, 17:57
"Xaliq Faiqoğlu"nun avtobuslarında qanunsuz reklam yayımı aşkarlanıb - FOTO
Bu gün, 17:53
“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi
Bu gün, 17:50
"Bank Respublika" ilə "Qrant" MMC-nin torpaq davası başlayıb
Bu gün, 17:45
"Zarat Taxıl" MMC - LƏĞV EDİLİR
Bu gün, 17:41
Ermənistanda 14 yaşlı uşaq minaya düşdü
Bu gün, 17:38
Azərbaycanda 15 illik şirkət müflis oldu - DETALLAR
Bu gün, 17:37
“Xətai Ticarət-108” ASC-nin səhmdarları toplanır
Bu gün, 17:35
Bəhrəm Bağırzadənin özü PLANA DÜŞƏCƏK... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:31
Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: - “Qaşınır...”
Bu gün, 17:24
Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti ələ keçirməkdə təqsirləndirilən şəxs məhkəmədə həbs olunub
Bu gün, 17:18
Gürcüstanın faktiki rəhbəri səssizliyini pozdu - İVANAŞVİLİ QƏRBİ İTTİHAM EDİR
Bu gün, 17:16
Repetitorlara zərbə: X-XI siniflərdə təhsil pullu olacaq? - "Burada “qara iqtisadiyyat” yaranır"
Bu gün, 17:02
Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək
Bu gün, 16:56
“PashaPay”də yeni TƏYİNAT
Bu gün, 16:54
"Kəlbəcərdə həmişə belə qəzalar olub" - Dilqəm Əsgərov
Bu gün, 16:53
Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT
Bu gün, 16:50
Azad olunmuş bu kənddə evlərin tikintisinə başlanılır - 30,8 milyon manatlıq layihə
Bu gün, 16:49
Dövlət agentliyi bu şirkətlə yarım milyonluq - MÜQAVİLƏ BAĞLADI
Bu gün, 16:48
İşçilərə ödənilən ezamiyyə xərclərinin normalarında... - Ekspert danışır...
Bu gün, 16:43
Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:40
Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi - DETALLAR
Bu gün, 16:39
Vilayət Eyvazovdan YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:37
Xəstəxanalarda 21 ildir satışı qadağan olan dərmanla həkimlər üçün "tələ" quranlar... - şantajla pul alırlar
Bu gün, 16:29
"Ermənistan cəzalandırılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 16:27
“İnterfax-Azərbaycan” fəaliyyətini dayandırır - ÜÇ AYDIR MAAŞLAR VERİLMİR/ ÖZƏL
Bu gün, 16:24
Karantin cərimələri ləğv ediləcək? - AÇIQLAMA
Bu gün, 16:22
Evdar qadınların estetik əməliyyat etdirməsinə qarşı çıxan Xatuna Mətanətdən REAKSİYA
Bu gün, 16:18
HDQ-də NATO-nun nümayəndələri ilə görüş keçirilib
Bu gün, 16:16
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
Bu gün, 16:15
Dollara "yay hücumu": "Gələn il..." - Ekspert danışır...
Bu gün, 16:11
BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib
Bu gün, 16:08
Paşinyan erməniləri “verməməkdə” ittiham etdi
Bu gün, 15:50
Qərbin Ermənistan hakimiyyəti ilə bağlı narazılıqları gözə çarpır - NƏ BAŞ VERİR?
Bu gün, 15:47
“Freedom Finance Azerbaijan” ASC-dən MMC-yə çevrildi
Bu gün, 15:45
Xaçikyanın açıqlaması reallıqdan çox revanşistləri təhrik etmə niyyətinə bənzəyir - ŞƏRH
Bu gün, 15:42
Azərbaycanda bu şirkətin əsas səhmdarı payını geri götürür
Bu gün, 15:40
“Balcıoğlu Logistik” MMC - CƏRİMƏ OLUNA BİLƏR
Bu gün, 15:38
Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə beynəlxalq aləmdə öz sözünü deyəcək – ŞƏRH
Bu gün, 15:21
Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT
Bu gün, 15:18
Bu televiziyaya rəhbər gətirildi - FOTO
Bu gün, 15:08
Kəlbəcərdə yük maşını aşıb - ölən var
Bu gün, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru