Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək
Tarix: 18-04-2024, 17:40 |
Çap et
Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Admedia-az.space” MMC (VÖEN - 2002644161) olub.
“Admedia-az.space” MMC Məcburi Köçkümlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri aparacaq və qarşılığında 1 milyon 229 min 943 manat 50 qəpik alacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Admedia-az.space” MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, təsisçisi isə Sabit Məmmədovdur.