Bu şirkət Zəngilanda tikinti işlərindən 31 milyon .....                     Sülh Fondunun yardım proqramına Ermənistanla yanaşı, Azərbaycan da daxil edilməlidir .....                     Nazirlərin vasitəçisiz sülh danışıqlarından gözləntilər .....                     Almatı danışıqlarında nazirlər anlaşacaq .....                     Elm və Təhsil Nazirliyindən bu şirkətlərə 3,1 milyonluq .....                     Baş həkimlə köməkçisinin həbsi tələb olundu .....                     Keçmiş gömrük əməkdaşına hökm oxunub .....                     "Cənubi Qafqazda sülh müqaviləsinin bağlanması..." .....                     "A.M.A.Y"ın külli miqdarda borcu var .....                     Əli Şamxaninin qardaşı oğlu həbs edildi .....                     Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi .....                     "Xaliq Faiqoğlu"nun avtobuslarında qanunsuz reklam yayımı aşkarlanıb .....                     “Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” .....                     "Bank Respublika" ilə "Qrant" MMC-nin .....                     "Zarat Taxıl" MMC .....                     Ermənistanda 14 yaşlı uşaq minaya düşdü .....                     Azərbaycanda 15 illik şirkət müflis oldu .....                     “Xətai Ticarət-108” ASC-nin səhmdarları toplanır .....                     Bəhrəm Bağırzadənin özü PLANA DÜŞƏCƏK... .....                     Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: .....                     Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti ələ keçirməkdə təqsirləndirilən şəxs .....                     Gürcüstanın faktiki rəhbəri səssizliyini pozdu .....                     Repetitorlara zərbə: X-XI siniflərdə təhsil pullu olacaq? .....                     Vilayət Eyvazov Yardımlıda .....                     “PashaPay”də .....                     "Kəlbəcərdə həmişə belə qəzalar olub" .....                     Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib .....                     Azad olunmuş bu kənddə evlərin tikintisinə başlanılır .....                     Dövlət agentliyi bu şirkətlə yarım milyonluq .....                     İşçilərə ödənilən ezamiyyə xərclərinin normalarında... .....                     Əmrullayevin TENDER HOQQABAZLIĞI... .....                     Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi .....                     Vilayət Eyvazovdan YENİ TƏYİNAT .....                     Xəstəxanalarda 21 ildir satışı qadağan olan dərmanla həkimlər üçün "tələ" quranlar... .....                     "Ermənistan cəzalandırılmalıdır" .....                     “İnterfax-Azərbaycan” fəaliyyətini dayandırır .....                     Karantin cərimələri ləğv ediləcək? .....                     Evdar qadınların estetik əməliyyat etdirməsinə qarşı çıxan Xatuna .....                     HDQ-də NATO-nun nümayəndələri ilə görüş keçirilib .....                     “Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...” .....                 

Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Tarix: 19-04-2024, 08:37 | Çap et
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq
Rusiya sülhməramlıları Qarabağdan çıxır. 2023-cü ilin 20 sentyabrında Qarabağda separatizmin ləğvi və ermənilərin Ermənistana qayıtmasından sonra sülhməramlıların missiyası de-fakto bitmişdi. Lakin rəsmi Bakı Rusiya ilə münasibətlərə görə bu məsələdə israr etmədi, prosesin 10 noyabr razılaşmasına uyğun irəliləməsindən yana oldu. Həmin razılaşmaya görə, sülhməramlılar 2025-ci ilin sonlarında Qarabağdan çıxmalı idilər. Ancaq prosesin vaxtından əvvəl başlamasının səbəbləri çoxdur. Moskva anlayır ki, sülhməramlıların Qarabağda işi bitib və bir il daha bölgədə işsiz-gücsüz qalmaq özləri üçün əlavə yükdür. Həmçinin Ukrayna müharibəsi fonunda hərbi qüvvə çatışmazlığı yaşayan Rusiyanın bu qoşunlara ehtiyacı ola bilər. Nəticə etibarilə, rus qoşunları Azərbaycan ərazisini tərk edir və bunu 44 günlük müharibədən, birgünlük antiterror əməliyyatından sonra Azərbaycanın daha bir qələbəsi hesab etmək olar. Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxması bir daha sübut etdi ki, rəsmi Bakı ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu məsələdə mühüm əhəmiyyət kəsb edən amil isə Prezident İlham Əliyevin çevik diplomatik məharəti Azərbaycanın milli maraqlarını tam şəkildə qoruması ilə bağlıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Prezidentin söylədiyi bu fikirlərdə olduğu kimi, Azərbaycan xalqı daha bir əhəmiyyətli hadisəyə şahidlik etdi. Bu qərar həm də xaricdə və daxildə olan bəzi dairələrin səsləndirdiyi cəfəng “proqnozlar” və iddiaların əsassız olduğunu, bunu səsləndirənlərin siyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir daha sübut etdi. 44 günlük Vətən müharibəsi dövründə, ondan sonrakı 4 ildə və son aylarda daim Azərbaycan əlehyinə çıxışlar edən, açıqlamalar yayan ünsür və qüvvələr Rusiya sülhməramlılarının Azərbaycandan çıxmayacağı haqqında dəfələrlə iddialar səsləndirirdilər. Onlardan biri də Sevinc Osmanqızı idi. Son 10 ildə Azərbaycan dövlətinin maraqlarının, xalqın mənafeyinin əleyhinə gedən S.Osmanqızı, həmçinin AXCP sədri Əli Kərimli Xankəndinin Azərbaycanın nəzarətində olmaması səbəbindən bu qələbəni "yarımçıq qələbə" adlandırırdılar. Son dövrlərdə isə dəfələrlə deyirdilər ki, "Rusiya sülhməramlıları Qarabağdan çıxmayınca belə bir qələbədən söhbət gedə bilməz". Hətta Rusiya qoşunlarının Moldova, Gürcüstan və Ermənistandan çıxacağını, ancaq heç vaxt Azərbaycanı tərk etməyəcəklərini iddia edirdilər. Sevinc Osmanqızı efirdə deyirdi ki, əgər sülhməramlılar Azərbaycandan çıxsa, o, Prezident İlham Əliyevə müraciət edərək “Bravo!, Müzəffər, Birinci” ifadələrini işlədəcək.
Halbuki Azərbaycanın yaxın tarixində Rusiya hərbi bazalarından qurtulmasının iki müsbət nümunəsi var. 1990-cı illərin əvvəllərində Rusiya hərbi bazaları Azərbaycan ərazisindən çıxarılmış, 2012-ci ildə isə Rusiyanın Qəbələdəki RLS-i fəaliyyətini dayandırmışdı. Bu iki nümunədən çıxış edərək Rusiyanın Qarabağdakı azsaylı hərbi kontingentinin də ərazimizi tərk edəcəyi ehtimalı yüksək idi. Doğrudur, Kreml hərbi kontingentinin çıxarılmaması üçün müxtəlif bəhanələr axtarırdı. Ermənilərin geri qayıdacağını deyir, minatəmizləmə fəaliyyəti ilə məşğul olacaqlarını bildirirdilər. Lakin Moskva özü də əmin oldu ki, artıq rusların Qarabağda qalması mənasızdır. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyov da deyib ki, Qarabağda döyüşən tərəflər olmadığından, rus sülhməramlılarına ehtiyac yoxdur: "Qarabağın Azərbaycana məxsus olması ilə bağlı isə artıq heç kim mübahisə etmir". Rusiyalı politoloq Aleksey Naumov bildirib ki, Moskva sülhməramlılar haqqında yalnız Bakı ilə dialoq aparacağını vurğulayıb və indi bu dialoqun nəticəsi görünür: "Ermənistan Fransa və ABŞ ilə danışıqlara girəndə, Rusiya Azərbaycanla danışıqlar aparıb".

Politoloq Qulamhüseyn Əlibəyli "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya Azərbaycan dövlətinin uğurlu xarici siyasəti və bu sayədə artmaqda olan nüfuzu ilə hesablaşmaq məcburiyyətindədir. Ekspertin sözlərinə görə, tarixi təcrübə göstərir ki, rus ordusu daxil olduqları ölkələrdən, bölgələrdən çıxmağa tələsmirlər:
"Təcrübə göstərir ki, ruslar müxtəlif təxribatlar törətməklə girdikləri yerlərdə daha uzun müddət qalmağa çalışıblar. Moldova və qonşu Gürcüstanı, o cümlədən Ermənistanı buna misal göstərmək olar. 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamədən sonra Azərbaycanın apardığı siyasət, atdığı addımlar ona gətirib çıxardı ki, Moskva Bakı ilə hesablaşmaq məcburiyyətində qaldı. Görünən odur ki, Rusiya bölgəni Azərbaycan və Türkiyənin ixtiyarına buraxıb getmək niyyətindədir. Düzdür, Rusiya hər zaman "ayı siyasəti" həyata keçirib. Bölgədə qalmaq üçün Kremlin başqa variantları gözdən keçirəcəyi ehtimalı da qalmaqdadır. Lakin indiki məqamda, yəni hərbi kontingentin fəaliyyət müddətinin başa çatmasına bir ildən çox vaxt qalmışkən Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi Azərbaycan diplomatiyasının böyük uğuru sayılmalıdır. Mühüm məqam odur ki, rus qoşunları heç bir insident baş vermədən, qarşıdurma yaşanmadan ikitərəfli razılıq əsasında torpaqlarımızı tərk edirlər. Bu tarixi proses rus qoşunlarının 1993-cü ilin may ayında Qəbələ RLS istisna olmaqla Azərbaycan ərazisindən çıxarılmasından daha önəmli hadisədir. Artıq Azərbaycan ərazisində bir nəfər də olsun rus hərbçisi, kənar ölkənin hərbi qüvvələri olmayacaq. Bu həm də, Rusiyanın Azərbaycana hərbi güclə təzyiq göstərmək təşəbbüslərindən məhrum olması deməkdir. Eyni zamanda ölkəmizin bölgədə artan nüfuzunun göstəricisidir".

Analitik rus qoşunlarının Zəngəzur dəhlizində mühafizəçi statusunda qalıb-qalmayacağı məsələsinə də münasibət bildirib:
"Rusiya ümumiyyətlə, ilk dövrlərdə Cənubi Qafqazdakı bütün kommunikasiyalara nəzarət funksiyasını ələ almaq istəyirdi. Bölgəyə təsir imkanlarını artırmaq üçün kommunikasiyalara nəzarəti ələ keçirmək Moskvanın əsas siyasəti idi. Ancaq Azərbaycan rəhbərliyinin düşünülmüş siyasəti Rusiyanın regiondakı kommunikasiya xətlərini tam nəzarətə almasına imkan vermədi. Hələlik üçtərəfli bəyanat qüvvədə qalmaqdadır. Ermənistan rəhbərliyi öhdəliyi üzərindən atsa da, Zəngəzur dəhlizinin reallaşması mühümdür. Qərb ölkələri çalışırlar ki, Zəngəzur dəhlizi onların nəzarətində fəaliyyət göstərsin. Çin və Mərkəzi Asiya ölkələrinin də bu məsələdə fəallaşması Rusiyanın dəhlizə nəzarəti ələ keçirmək arzusuna problemlər yarada bilər. Nəzərə alaq ki, rus hərbi kontingenti Azərbaycandan çıxır. Ermənistanda da rus qoşunlarının çıxarılması məsələsi müzakirə olunur. Belə məqamda Rusiyanın Zəngəzur dəhlizində mühafizə missiyasını yerinə yetirməsi də mümkünsüz hal alır. Böyük ehtimal Zəngəzur dəhlizinə nəzarət funksiyası Azərbaycan və Türkiyədə olacaq".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şirkət Zəngilanda tikinti işlərindən 31 milyon - QAZANACAQ
Bu gün, 00:05
Sülh Fondunun yardım proqramına Ermənistanla yanaşı, Azərbaycan da daxil edilməlidir - ŞƏRT NETDİR!
Bu gün, 00:02
Nazirlərin vasitəçisiz sülh danışıqlarından gözləntilər - Diqqətlər Almatıya!
Dünən, 19:02
Almatı danışıqlarında nazirlər anlaşacaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 19:00
Elm və Təhsil Nazirliyindən bu şirkətlərə 3,1 milyonluq - SİFARİŞ
Dünən, 18:56
Baş həkimlə köməkçisinin həbsi tələb olundu – məhkəmə işi
Dünən, 18:06
Keçmiş gömrük əməkdaşına hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:04
"Cənubi Qafqazda sülh müqaviləsinin bağlanması..." - AKTUAL
Dünən, 18:03
"A.M.A.Y"ın külli miqdarda borcu var - "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında
Dünən, 18:00
Əli Şamxaninin qardaşı oğlu həbs edildi
Dünən, 17:59
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
Dünən, 17:57
"Xaliq Faiqoğlu"nun avtobuslarında qanunsuz reklam yayımı aşkarlanıb - FOTO
Dünən, 17:53
“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi
Dünən, 17:50
"Bank Respublika" ilə "Qrant" MMC-nin torpaq davası başlayıb
Dünən, 17:45
"Zarat Taxıl" MMC - LƏĞV EDİLİR
Dünən, 17:41
Ermənistanda 14 yaşlı uşaq minaya düşdü
Dünən, 17:38
Azərbaycanda 15 illik şirkət müflis oldu - DETALLAR
Dünən, 17:37
“Xətai Ticarət-108” ASC-nin səhmdarları toplanır
Dünən, 17:35
Bəhrəm Bağırzadənin özü PLANA DÜŞƏCƏK... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:31
Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: - “Qaşınır...”
Dünən, 17:24
Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti ələ keçirməkdə təqsirləndirilən şəxs məhkəmədə həbs olunub
Dünən, 17:18
Gürcüstanın faktiki rəhbəri səssizliyini pozdu - İVANAŞVİLİ QƏRBİ İTTİHAM EDİR
Dünən, 17:16
Repetitorlara zərbə: X-XI siniflərdə təhsil pullu olacaq? - "Burada “qara iqtisadiyyat” yaranır"
Dünən, 17:02
Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək
Dünən, 16:56
“PashaPay”də yeni TƏYİNAT
Dünən, 16:54
"Kəlbəcərdə həmişə belə qəzalar olub" - Dilqəm Əsgərov
Dünən, 16:53
Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT
Dünən, 16:50
Azad olunmuş bu kənddə evlərin tikintisinə başlanılır - 30,8 milyon manatlıq layihə
Dünən, 16:49
Dövlət agentliyi bu şirkətlə yarım milyonluq - MÜQAVİLƏ BAĞLADI
Dünən, 16:48
İşçilərə ödənilən ezamiyyə xərclərinin normalarında... - Ekspert danışır...
Dünən, 16:43
Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:40
Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi - DETALLAR
Dünən, 16:39
Vilayət Eyvazovdan YENİ TƏYİNAT - ƏMR
Dünən, 16:37
Xəstəxanalarda 21 ildir satışı qadağan olan dərmanla həkimlər üçün "tələ" quranlar... - şantajla pul alırlar
Dünən, 16:29
"Ermənistan cəzalandırılmalıdır" - ÇAĞIRIŞ
Dünən, 16:27
“İnterfax-Azərbaycan” fəaliyyətini dayandırır - ÜÇ AYDIR MAAŞLAR VERİLMİR/ ÖZƏL
Dünən, 16:24
Karantin cərimələri ləğv ediləcək? - AÇIQLAMA
Dünən, 16:22
Evdar qadınların estetik əməliyyat etdirməsinə qarşı çıxan Xatuna Mətanətdən REAKSİYA
Dünən, 16:18
HDQ-də NATO-nun nümayəndələri ilə görüş keçirilib
Dünən, 16:16
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
Dünən, 16:15
Dollara "yay hücumu": "Gələn il..." - Ekspert danışır...
Dünən, 16:11
BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib
Dünən, 16:08
Paşinyan erməniləri “verməməkdə” ittiham etdi
Dünən, 15:50
Qərbin Ermənistan hakimiyyəti ilə bağlı narazılıqları gözə çarpır - NƏ BAŞ VERİR?
Dünən, 15:47
“Freedom Finance Azerbaijan” ASC-dən MMC-yə çevrildi
Dünən, 15:45
Xaçikyanın açıqlaması reallıqdan çox revanşistləri təhrik etmə niyyətinə bənzəyir - ŞƏRH
Dünən, 15:42
Azərbaycanda bu şirkətin əsas səhmdarı payını geri götürür
Dünən, 15:40
“Balcıoğlu Logistik” MMC - CƏRİMƏ OLUNA BİLƏR
Dünən, 15:38
Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə beynəlxalq aləmdə öz sözünü deyəcək – ŞƏRH
Dünən, 15:21
Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru