Məmurları Hadı Rəcəblinin yasında - FOTO
Tarix: 19-04-2024, 15:58 |
Çap et
Sabiq millət vəkili Hadı Rəcəblinin Heydər məscidində 3 yas mərasimi keçirilib.
Yas mərasiminə hökumətin bir sıra yüksək çinli məmurları qatılıblar.
Mərasimdə Prezident yanında Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, Prezidentin köməkçisi Kərəm Həsənov, Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, general-polkovnik Vaqif Axundov və digər yüksək vəzifəli şəxslər, Milli Məclisin deputatları, ictimai xadimlər iştirak ediblər.
manset.az