Şuşada bu şirkət 4,4 milyon dəyərində - TENDER UDDU
Tarix: 19-04-2024, 16:14 |
Çap et
“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC “İdarəetmə məsləhət xidmətləri"nin (Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışından sonra olan fəaliyyətinin təşkili və idarəolunması ilə əlaqədar məsləhət xidmətlərinin) göstərilməsi” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Shusha Hotel Company” MMC olub.
Qalib şirkətlə 4 425 067 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Shusha Hotel Company” MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Babək Həsənov Xəzaim oğludur. Hüquqi ünvanı AZ5800, Şuşa rayonu, Şuşa şəhəri, Aslan Qaraşarov ünvanında yerləşir.