"Cənubtikintiservis"in səhmdarları toplanır .....                     “Bakı Neft Mədən Avadanlıqları” ASC səhmdarlarını .....                     Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə təyinat olub .....                     AMİP sədri deputatlığa namizəd olacaq? .....                     “Gürcü arzusu”nun “rus qanunu”, yoxsa müxalifətinin bəhanəsi .....                     “Araz Karqo” MMC-yə .....                     “Auto Azerbaijan” barəsində iş qaldırılıb .....                     "Texnologiyanın yaratdığı və dağıtdığı iş yerləri olsa da... .....                     Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası .....                     İcra başçısından mikrafonla danışmağı tələb edən şəxs cəzalandırılıb .....                     Məcburi köçkünlərin vaxtilə tutduğu mənzillərə görə təzminat TƏLƏBİ .....                     "Qanun dəyişikliyi problemli ipoteka kreditlərinin qarşısını alacaq" .....                     Kuleba Mirzoyanla telefon danışığı aparıb, .....                     Vətən müharibəsi və qəhrəmanlarla bağlı filmlər niyə çəkilmir? .....                     Sərhədimiz indiki yer deyilsə, haradır? .....                     “Grand Motors Company" və “Azerbaijan Poultry Company" .....                     “İcra başçılarına 3 ay vaxt verilməlidir...” .....                     Daha bir erməni saxtakarlığı .....                     Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu .....                     Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir .....                     Saqqal Bakı Biznes Universiteti rəhbərliyini niyə "dalayır"? .....                     Qızı Təranənin yalanını ÜZƏ ÇIXARDI: .....                     Budapüşt Stoltenberqin təklifinin əleyhinədir .....                     Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək .....                     Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası .....                     "Qala Sığorta"nın biznes itkiləri 2 milyon manatı ötüb .....                     “Görəndə ki, verilişimdə qalmaqal edirlər, o dəqiqə…” .....                     AŞPA-nın muzdlu "siyasətçisi"ndən yeni həmlə: .....                     Reallığı nəzərə almaq lazımdır .....                     Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər .....                     Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür .....                     Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verildi .....                     Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası .....                     “Elə bilirlər o kafelər mənimdir” .....                     Heydər Əsədov yenidən Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib .....                     İkinci Dünya müharibəsi iştirkaçıları və ailə üzvlərinə birdəfəlik maddi yardım veriləcək .....                     Bakıda Şri-lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb .....                     Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlili Tahir Vəliyevi evində ziyarət edib .....                     İDDİA: Bu deputatlar yola salınır, daha seçilməyəcəklər .....                     Ay insan, ay məmur! .....                 

Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə: "Onu yox, məni öldür..." - TƏFƏRRÜAT
Tarix: 19-04-2024, 16:18 | Çap et
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə: "Onu yox, məni öldür..."
Cəlilabad rayonunda 2003-cü il təvəllüdlü Həsən qısqanclıq zəminində yaranan münaqişə zamanı 1998-ci il təvəllüdlü həmyerlisi Eldarı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Həsən ötən il sentyabrın 4-də gecə saat 1 radələrində yaşadığı evdə bacısı Səlimənin mobil telefonunda Eldarla sevgi mövzusunda yazılmış ismarıcları görüb. Qısqanclıq hislərinin təsirindən o, Eldarı öldürmək qərarına gəlib. Evdə saxladığı ov bıçağını şalvarının cibinə qoyub. Səhər saat 10.30-da yaşadığı evdən çıxıb və dostu Valehlə görüşüb.

Həsən Valehlə birlikdə Eldarı Səlimə ilə birgə işlədiyi “Real” mağazasından çağırıb. Birlikdə mağazanın yaxınlığından axan Göytəpə çayının kənarına gediblər, orada yumruq və ayaq zərbəsi, eləcə də üzərində gəzdirdiyi bıçaqla Eldara çoxsaylı zərbələr endirib.

Eldar xəstəxanaya çatdırılıb, tibbi yardım göstərilməsi səbəbindən onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Həsənin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

“Aralarında sevgi münasibətlərinin olduğunu dedi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, sentyabrın 4-də saat 1 radələrində Səlimə ilə evin həyətində əyləşən zaman bacısının “Redmi” markalı mobil telefonuna ardıcıl ismarıclar gəldiyini görüb. Gecə vaxtı ismarıclar gəlməsindən əsəbiləşərək telefonu bacısından tələb edib:

“Telefonu stolun üzərindən götürsəm də, kiliddə olduğu üçün aça bilmədim. Bacımdan kilidi açmağı tələb etdim, amma açmadı. Bir neçə dəfə şifrəni təsadüfən yığaraq kilidi aça bildim.

Sosial şəbəkəyə daxil olub bacıma Abbasov soyadlı şəxsin sevgi mətnli ismarıclar yazdığını gördüm. Əsəbiləşib bacımın sifət nahiyəsinə bir neçə şillə vurdum. Anam və qardaşım gələrək bizi sakitləşdirməyə çalışdılar.

Bacımdan Abbasov soyadlı şəxsin kimliyini soruşduqda, həmin şəxsin “Real” mağazasında birlikdə işlədikləri Eldar olduğunu, aralarında həqiqətən sevgi münasibətlərinin yarandığını dedi. Bacımın özünün və ailəlmizin çətin vəziyyətində sevgi münasibətləri yaşamasını qəbullana bilmədim”.

“Gecəylə dotsumu çağırdım”

Həsənin sözlərinə görə, Eldarın qeyrətlərinə sataşdığı üçün onu öldürməklə cəzalandırmaq qərarına gəlib: “Bu hadisəyə qədər Eldarı tanımamışam, qohumluq əlaqəmiz, düşmənçiliyimiz və ya ədavətimiz olmayıb. Əsəbi olduğum üçün yata bilmədiyimə görə dostum Valehə zəng edərək onu çağırdım.

Bir neçə dəqiqə sonra Valeh gəldi. Yaşadığım evin yerləşdiyi küçədə söhbət etməyə başladıq. Valehə Eldarın Səliməyə əxlaqsız təklif etdiyini, onunla sevgi münasibətlərində danışdığını, buna görə onunla söhbət etməli olduğumu dedim. Valeh artıq gec olduğunu, səhər açıldıqda Eldarla söhbət edə biləcəyimizi söylədi. Ayrılıb evlərimizə getdik”.

“Mağazanın arxasında telefonla məşğul idi”

Həsən qeyd edib ki, həmin gün səhər saatlarında Eldarı öldürmək məqsədi ilə evdə saxladığı qatlanan bıçağı götürüb və şalvarının sağ cibinə qoyub:

“Bundan sonra Eldara “İnstagram” sosial şəbəkəsindən zəng edərək görüşmək istədiyimi dedim. O, işlədiyi mağazada olacağını söylədi. Sonra Valehə zəng edərək Eldarla görüşəcəyimi bildirdim. Valeh görüşə birlikdə getməyimizi məsləhət gördü. Küçəyə çıxdıqda Valeh yanıma gəldi, “Real” mağazasına doğru addımladıq.

Eldar mağazanın arxa tərəfində əyləşərək əlindəki mobil telefonla məşğul idi. Yaxınlaşıb kim olduğunu soruşdum. O da axtardığım şəxsin özü olduğunu təsdiqlədi. Valehlə birlikdə hər ikimiz onunla salamlaşdıq, söhbət etmək, aramızda olan məsələni aydınlaşdırmaq üçün onu mağazanın yaxınlığından axan Göytəpə çayının yaxınlığına dəvət etdik. Üçümüz birlikdə çayın kənarına getdik. Söhbət etməyə başlayanda Valeh bizdən 1-2 metr aralı məsafədə dayanmışdı.

Nəyə görə Eldarın bacıma nalayiq ifadələr yazdığını soruşdum. O, bacımla heç bir şəxsi münasibətlərinin olmadığını bildirdi. Mən Eldara yazdığı ismarıcları şəxsən özümün oxuduğumu, bunun onların arasında şəxsi münasibətlərin sübutu olduğunu bildirdim. Bu söhbətimiz təxminən bir dəqiqə davam etdi”.

“Dedi ki, məni bağışla, qələt eləmişəm”

Həsən bildirib ki, Eldar bacısı ilə aralarında sevgi münasibətlərini inkar etdikdə onunla söhbətin mənasız olduğunu görüb: “Əvvəlcədən nəzərdə tutduğum planı icra etməyə başladım. Yumruqla Eldarın baş nahiyəsinə və ayaqla bədəninə zərbələr endirdim. Sonra cibimdən bıçağı çıxardım və bağlı vəziyyətdə olan bıçağın dəstəyinin arxa tərəfi ilə başına bir neçə zərbə vurdum. Bu zərbələrdən o, yerə yıxıldı. Yerdən ayağa qalxmağa çalışsa da, yenidən onun baş və bədən nahiyələrinə ayaq zərbələri vurdum ki, qalxa bilməsin.

Eldar səhhəti ilə bağlı başında problem olduğunu bildirdi, zərbələr endirməyimi dayandırmağımı xahiş etdi, amma yalvarışlarına məhəl qoymadım. Bıçağın tiyəsini açıb Eldarın baş və bədən nahiyələrinə çoxsaylı zərbələri endirdim. Baş və bədəninin yuxarı hissələrinə vururdum ki, asanlıqla öldürə bilim.

Ətraflı
Eldar dedi ki, məni bağışla, qələt eləmişəm, vurma. Onun yalvarışlarına əhəmiyyət vermədim, bıçaq zərbələrinə davam etdim. Zərbələrdən yayınıb, çayın kənarına yuvarlanmaq istəyəndə onu geriyə çəkdim, yenidən vurdum. Eldarın müqavimət göstərdiyini, ölmədiyini gördüm. Yanmızda dayanan Valehə “bunun başını tut, kəsim” dedim. Valeh məni kənara itələdi.

Eldarın hərəkətsiz qaldığını görəndə onun öldüyünü fikirləşdim. Buna görə Valehlə birlikdə yaşadığım evin yerləşdiyi küçəyə getdim”.

“Kömək üçün yalvardım”

İş üzrə zərərçəkmiş Eldarın sözlərinə görə, gecə saatlarında Səlimə “İnstagram” şəbəkəsində ismarıclar yazaraq onu yaşadıqları evin yerləşdiyi küçəyə dəvət edib:

“Mən ona yaşadığı küçəni tanımadığım cavabını verdim. Həmin vaxt elə bilmişəm ki, yazan Səlimənin özüdür. Səhəri gün Həsən adlı şəxs zəng vurdu, dedi, səni 2 saatlıq müddətə götürəcəyik. Dedim, problem yoxdur. Həmin gün iş yerimə getdim, mağazanın arxasında oturdum. Sonradan Həsən olduğunu bildiyim şəxs mənə yaxınlaşaraq salamlaşdı, məni kənarda söhbətə dəvət etdi. Bir qədər piyada getdikdən sonra binanın tinində dayandıq.

Sonradan Valeh olduğunu bildiyim şəxs bizə yaxınlaşdı, hər ikimizlə salamlaşdıqdan sonra üçümüz piyada hərəkət etməyə başladıq. Mağazanın yaxınlığından axan çayın kənarına təxminən 10-12 metr məsafə qalmış dayandıqda Həsən söhbət açaraq məndən bacısı Səliməyə niyə yazdığımı soruşdu.

Söhbəti aydınlaşdırmadı, başımın arxasına bıçağın tiniylə 3-4 dəfə vurdu. Zərbələrdən özümü itirdim. Bundan sonra bıçağın ön hissəsi ilə bədənimə zərbələr vurmağa başladı. Yerə yıxıldım, ayağa qalxmağa çalışanda təpiklə bir daha vurub yıxdı. Həsən məni vurarkən yalvardım. Lakin buna məhəl qoymadı, vurmağa davam etdi.

Əlimi boynuma tutmuşdum, Həsən Valehə dedi ki, başını tut, kəsim. Amma Valeh buna imkan vermədi. Həsən bıçağı sol qabırğama vurdu. Daha sonra kömək üçün ətrafdakılara yalvardım. Həsəngil getdilər. Özüm güclə durub divardan tuta-tuta mağazanın arxasına gəldim. Kənardakı adamlar kömək edib məni Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirdilər. Təxminən 12 gün xəstəxanada qaldım”.

“Eldarı yox, məni öldür”

İş üzrə şahid qismində ifadə verən Səlimənin sözlərinə görə, baş vermiş hadisədən təxminən səkkiz ay əvvəl ailədaxili münaqişələr səbəbindən əri Elçindən ayrılaraq azyaşlı övladları ilə birlikdə ailə üzvlərinin yanına gedib və onlarla birlikdə yaşamağa başlayıb: “Özümün və övladlarımın maddi ehtiyaclarını qarşılamaq üçün “Real” adlı mağazada satıcı işləyirəm. Həsən qardaşımdır, münasibətlərimiz həmişə mehriban olub. Mağazada gecə növbəsində işləyirəm.

Sentyabrın 4-də gecə saat 1 radələrində işdən çıxaraq yaşadığım evə getdim. Saat 01.30-da yaşadığım evin həyətində oturaraq yemək yeyən zaman Həsən həyətə gəldi. Məndən telefonumu istədi, vermədim. Məcbur telefonu əlimdən alaraq evə getdi.

Həsən “İnstagram” sosial şəbəkəsində birlikdə işlədiyim Eldarla bir-birimizə yazdığımız sevgi mövzusunda ismarışları gördükdə sifət nahiyəmə 2-3 şillə vurdu. Sonra əlində tutduğu cib bıçağı ilə üzərimə hücum edərək məni və Eldarı öldürəcəyini dedi. Mən cavabda Eldarı yox, məni öldürməsi barədə ona yalvardım.

Mübahisə zamanı anam səs-küyü eşidərək yanımıza gəldi, Həsəni sakitləşdirib evə apardı. Ardınca mən də evə gedərək yatdım”.

“Sevgi məzmunlu ismarışlar yazmışıq”

Səlimə qeyd edib ki, həmin gün saat 8 radələrində yuxudan oyandıqdan sonra Həsən evdən gedib:

“İki-üç saat sonra əlində kiçik ölçülü bıçaqla həyətə daxil oldu. Bıçaq və əlləri qana bulaşmışdı. Ondan nə baş verdiyini soruşdum, Eldarı öldürdüyünü dedi. Mən Eldarı öldürdüyü halda məni də öldürməsini istədim. Evə doğru qaçdım, Həsən də arxamca gəldi. Bıçağı stolun üzərinə qoydu. Üzərimə hücum çəkərək sol qolunu boğaz nahiyəmə keçirməklə yuxarıya doğru qaldırdı və məni boğmağa başladı. Anam onun bel nahiyəsindən qucaqlayaraq məni buraxmasını istədi.

Həsən əlini boğaz nahiyəmdən çəkəndə yerə yıxıldım. Çənə nahiyəmin alt hissəsi stula dəydikdə özümə gəldim. Həsəni daha evin həyətində görmədim”.

Səlimə deyib ki, hadisədən təxminən 2 həftə əvvəl işlədiyi mağazada Eldarla tanış olub və bir-birilərindən xoşları gəlib: “Eldarla bir-birimizə “İnstagram” sosial şəbəkəsində sevgi məzmunlu ismarışlar yazmışıq. İşlədiyimiz mağazanın mətbəxində Eldarla bir dəfə gizlin formada öpüşmüşük. Aramızda olan münasibətləri başqa şəxslər bilməyib”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Həsən 14 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Cənubtikintiservis"in səhmdarları toplanır
Bu gün, 00:05
“Bakı Neft Mədən Avadanlıqları” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:02
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə təyinat olub
Dünən, 19:15
AMİP sədri deputatlığa namizəd olacaq? - ÖZÜ AÇIQLADI
Dünən, 19:02
“Gürcü arzusu”nun “rus qanunu”, yoxsa müxalifətinin bəhanəsi – Dava başqa davadır
Dünən, 19:00
“Araz Karqo” MMC-yə - CƏRİMƏ PROTOKOLU YAZILIB
Dünən, 18:56
“Auto Azerbaijan” barəsində iş qaldırılıb – SƏBƏB?
Dünən, 18:05
"Texnologiyanın yaratdığı və dağıtdığı iş yerləri olsa da... süni intellekt işsizlik narahatlığı formalaşdırır"
Dünən, 18:02
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
Dünən, 18:00
İcra başçısından mikrafonla danışmağı tələb edən şəxs cəzalandırılıb - TƏFƏRRÜAT
Dünən, 17:54
Məcburi köçkünlərin vaxtilə tutduğu mənzillərə görə təzminat TƏLƏBİ - Problemi necə həll etmək olar?
Dünən, 17:48
"Qanun dəyişikliyi problemli ipoteka kreditlərinin qarşısını alacaq" - AKTUAL
Dünən, 17:44
Kuleba Mirzoyanla telefon danışığı aparıb, Azərbaycanla delimitasiya prosesini alqışlayıb
Dünən, 17:41
Vətən müharibəsi və qəhrəmanlarla bağlı filmlər niyə çəkilmir? - AKTUAL
Dünən, 17:30
Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi
Dünən, 17:26
“Grand Motors Company" və “Azerbaijan Poultry Company" - MƏHKƏMƏYƏ ÇƏKİŞMƏSİNDƏ
Dünən, 17:23
“İcra başçılarına 3 ay vaxt verilməlidir...” - Deputatdan sərt sözlər
Dünən, 17:20
Daha bir erməni saxtakarlığı - Kaliforniyada "Artsakh" lavaşı...
Dünən, 17:16
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu - TƏFƏRRÜAT
Dünən, 17:11
Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT
Dünən, 17:08
Saqqal Bakı Biznes Universiteti rəhbərliyini niyə "dalayır"? - Bir saqqalla "gora gedən" gender bərabərliyi...
Dünən, 17:04
Qızı Təranənin yalanını ÜZƏ ÇIXARDI: - “O körpə anamın deyil, şou idi”
Dünən, 17:00
Budapüşt Stoltenberqin təklifinin əleyhinədir
Dünən, 16:46
Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 16:44
Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb
Dünən, 16:42
"Qala Sığorta"nın biznes itkiləri 2 milyon manatı ötüb - DETALLAR
Dünən, 16:41
“Görəndə ki, verilişimdə qalmaqal edirlər, o dəqiqə…” - Tanınmış aparıcı
Dünən, 16:38
AŞPA-nın muzdlu "siyasətçisi"ndən yeni həmlə: - "Uğursuz olacaq"
Dünən, 16:33
Reallığı nəzərə almaq lazımdır - ŞƏRH
Dünən, 16:28
Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər - MSK sədri
Dünən, 16:24
Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...
Dünən, 16:14
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verildi - QƏRAR
Dünən, 16:08
Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - Ərzaq alıb yedi, pulunu ödəmədi
Dünən, 16:06
“Elə bilirlər o kafelər mənimdir” - İqbal Ağazadə
Dünən, 16:02
Heydər Əsədov yenidən Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib
Dünən, 15:57
İkinci Dünya müharibəsi iştirkaçıları və ailə üzvlərinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
Dünən, 15:56
Bakıda Şri-lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb - VİDEO
Dünən, 15:54
Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlili Tahir Vəliyevi evində ziyarət edib
Dünən, 15:19
İDDİA: Bu deputatlar yola salınır, daha seçilməyəcəklər - SİYAHI
Dünən, 15:16
Ay insan, ay məmur! - Olmaz ki bir dəfə də işi mükəmməl icra edəsiniz?
Dünən, 15:14
Naxçıvan İctimai Səhiyyə Xidmətinə təyinat olub
Dünən, 15:10
Molla rejimi şantaj və şərləmə alətini geri çəkməyib - RƏY
Dünən, 15:08
“Azərbaycan qoymarıq” deyir: Axı sən kimsən? - Durum dəyişir
Dünən, 15:00
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Dünən, 14:55
Mədəniyyət Nazirliyi 81 min manata videoçarx hazırlayır
Dünən, 14:52
“Ask Aqro" yerli şirkəti - MƏHKƏMƏYƏ VERİB
Dünən, 14:49
"Bu il devalvasiya olmayacaq, amma..." - Natiq Cəfərli
Dünən, 14:43
Qərblə Şimal arasında… VAR-GƏL...
Dünən, 14:00
Universitetdə saqqal qadağası: - XXI əsrdə mağara ab-havasında olanlar var
Dünən, 13:56
Bu sual da işçiləri daha çox maraqlandırır... - Ekspert danışır...
Dünən, 13:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru