Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə təyinat olub .....                     AMİP sədri deputatlığa namizəd olacaq? .....                     “Gürcü arzusu”nun “rus qanunu”, yoxsa müxalifətinin bəhanəsi .....                     “Araz Karqo” MMC-yə .....                     “Auto Azerbaijan” barəsində iş qaldırılıb .....                     "Texnologiyanın yaratdığı və dağıtdığı iş yerləri olsa da... .....                     Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası .....                     İcra başçısından mikrafonla danışmağı tələb edən şəxs cəzalandırılıb .....                     Məcburi köçkünlərin vaxtilə tutduğu mənzillərə görə təzminat TƏLƏBİ .....                     "Qanun dəyişikliyi problemli ipoteka kreditlərinin qarşısını alacaq" .....                     Kuleba Mirzoyanla telefon danışığı aparıb, .....                     Vətən müharibəsi və qəhrəmanlarla bağlı filmlər niyə çəkilmir? .....                     Sərhədimiz indiki yer deyilsə, haradır? .....                     “Grand Motors Company" və “Azerbaijan Poultry Company" .....                     “İcra başçılarına 3 ay vaxt verilməlidir...” .....                     Daha bir erməni saxtakarlığı .....                     Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu .....                     Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir .....                     Saqqal Bakı Biznes Universiteti rəhbərliyini niyə "dalayır"? .....                     Qızı Təranənin yalanını ÜZƏ ÇIXARDI: .....                     Budapüşt Stoltenberqin təklifinin əleyhinədir .....                     Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək .....                     Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası .....                     "Qala Sığorta"nın biznes itkiləri 2 milyon manatı ötüb .....                     “Görəndə ki, verilişimdə qalmaqal edirlər, o dəqiqə…” .....                     AŞPA-nın muzdlu "siyasətçisi"ndən yeni həmlə: .....                     Reallığı nəzərə almaq lazımdır .....                     Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər .....                     Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür .....                     Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verildi .....                     Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası .....                     “Elə bilirlər o kafelər mənimdir” .....                     Heydər Əsədov yenidən Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib .....                     İkinci Dünya müharibəsi iştirkaçıları və ailə üzvlərinə birdəfəlik maddi yardım veriləcək .....                     Bakıda Şri-lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb .....                     Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlili Tahir Vəliyevi evində ziyarət edib .....                     İDDİA: Bu deputatlar yola salınır, daha seçilməyəcəklər .....                     Ay insan, ay məmur! .....                     Naxçıvan İctimai Səhiyyə Xidmətinə təyinat olub .....                     Molla rejimi şantaj və şərləmə alətini geri çəkməyib .....                 

Kirayə evdən çıxmaq istəmirsinizsə: - "Azərbaycanda da bu var..."
Tarix: 19-04-2024, 17:54 | Çap et
Kirayə evdən çıxmaq istəmirsinizsə:
Mülki dövriyyədə müqavilə hüquq münasibətlərində iştirak edən vətəndaşların müraciət etdiyi müqavilə növləri arasında əmlak kirayəsi müqaviləsi xüsusi çəkiyə malikdir.

Əmlak kirayəsi müqaviləsinə görə, sahibi kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

Kirayə müqaviləsi adətən yaşayış sahələrinin istifadəyə verilməsi zamanı bağlanılır. Bu gün dünya ölkələrinin bir çoxunda bu sahə qanunla tənzimlənir. Məsələn, Türkiyədə kirayəçinin hüquqları kirayə müqaviləsilə müəyyən edilir və Türkiyə Öhdəliklər Məcəlləsi ilə qorunur. Burada kirayəçinin hüquqları icarəyə götürdüyü daşınmaz əmlakın xüsusiyyətinə, icarə müqaviləsinin müddətinə və tərəflərin müqavilələrinə görə dəyişə bilər.

Türk Öhdəliklər Məcəlləsinə görə, qeyri-müəyyən müddətli icarə müqavilələrində kirayəçi istənilən vaxt müqaviləni ləğv edə, icarəyə verən isə müqavilənin bağlanmasından on il keçdikdən sonra ümumi müddəalara uyğun olaraq xitam bildirişi ilə müqaviləni ləğv edə bilər. Bu baxımdan 10 illik icarə müqaviləsində kirayəçi heç bir səbəb göstərmədən icarə müqaviləsinin 10-cu ilinin bitməsini gözlədikdən sonra icarəni ləğv edə bilər.

İcarəyə verən icarə müddətinin bitməsinə 3 ay qalmış kirayəçini xəbərdar etməklə, 10-cu ilini başa vurduqdan sonra icarə müqaviləsini ləğv edə bilər. 10 illik kirayəçinin hüquqları kirayəçi ilə icarəyə verən arasında balansı qorumaq üçün təşkil edilib. Bu hüquq sayəsində kirayəçi 10 il müddətində icarəyə verənin əmlak hüququndan qeyri-məhdud istifadəsinə mane ola bilər. İcarəyə verən isə 10 illik müddətin sonunda kirayəçini evdən çıxarmaq hüququna malikdir.

Qeyd edək ki, son illər ölkəmizdə də kirayəçi ilə ev sahibi arasında icarə müqaviləsində bir qədər artım var. Ancaq bu, əsasən könüllü şəkildə reallaşmır. Bəs, kirayənin hüquqi tənzimlənməsinə ehtiyac varmı?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirdi ki, əslində ölkəmizdə də kirayəçilərin hüquqlarını qanun qoruyur:

“Sadəcə bizdə kirayə müqavilələri bir qayda olaraq qeyri-rəsmi bağlanılır. Yəni kirayədə qalanların çoxunun müqaviləsi yoxdur.

Əslində qanuna görə, 11 aydan çox kirayə, icarə müqaviləsi notarial bağlanmalıdır və hətta Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmalıdır. Kirayə, icarə hüququ da bir əşya hüququdur. Necə mülkiyyət hüququna görə bizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarış verirsə, eynilə kirayəyə də çıxarış verir. Orada onun müddəti də göstərilir. Sadəcə, bizdə insanlar bunu etmirlər. Gərək gedib müqavilə bağlasınlar, bundan sonra vaxtından əvvəl ev sahibi onu çıxara bilməyəcək.

Yalnız məhkəmə yolu ilə çıxara bilər. O da o zaman baş verə bilər ki, vətəndaş kirayə şərtlərini pozmuş olsun. Məsələn, ödənişləri vaxtında etmirsə, əmlaka zərər verirsə, kirayə əmlakdan təyinatı üzrə istifadə etmirsə, gərək onu məhkəməyə versin. Məhkəmə də bildiyimiz kimi, illərlə çəkə bilər".

Ekspert qeyd edib ki, Azərbaycanda da qanun var:"Sadəcə, icrasında problem var. Birincisi, ona görə ki, vətəndaşlar müqaviləni lazımi şəkildə rəsmiləşdirmir.

İkincisi isə ola bilər ki, rəsmiləşdirilir, ancaq ölkədə qanunçuluğun vəziyyətini bilirik. Bir də şahidi olursan ki, icarəyə verən gəlib məcburi qaydada kirayəçini çıxarır. Ancaq onun buna ixtiyarı yoxdur. Onu ancaq icra məmuru çıxara bilər ki, bunun üçün də gərək məhkəmənin qərarı olsun. Bu, o demək deyil ki, Türkiyədə qanun var, bizdə yoxdur. Sadəcə, bu, o deməkdir ki, Türkiyədə qanunçuluq var, Azərbaycanda yoxdur.

Müqavilədə kirayə hansı müddətə yazılırsa, o müddət ərzində kirayə verən gəlib kirayəçini çıxara bilməz. Bu müqavilə 10-15 il müddətinə də ola bilər. Sadəcə müqaviləni qeydiyyata aldırımalıdır. Ancaq bizdə insanlar avtomobili belə bir-birindən etibarnamə ilə alırlar, qanuna uyğun rəsmiləşdirmirlər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə təyinat olub
Bu gün, 19:15
AMİP sədri deputatlığa namizəd olacaq? - ÖZÜ AÇIQLADI
Bu gün, 19:02
“Gürcü arzusu”nun “rus qanunu”, yoxsa müxalifətinin bəhanəsi – Dava başqa davadır
Bu gün, 19:00
“Araz Karqo” MMC-yə - CƏRİMƏ PROTOKOLU YAZILIB
Bu gün, 18:56
“Auto Azerbaijan” barəsində iş qaldırılıb – SƏBƏB?
Bu gün, 18:05
"Texnologiyanın yaratdığı və dağıtdığı iş yerləri olsa da... süni intellekt işsizlik narahatlığı formalaşdırır"
Bu gün, 18:02
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
Bu gün, 18:00
İcra başçısından mikrafonla danışmağı tələb edən şəxs cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 17:54
Məcburi köçkünlərin vaxtilə tutduğu mənzillərə görə təzminat TƏLƏBİ - Problemi necə həll etmək olar?
Bu gün, 17:48
"Qanun dəyişikliyi problemli ipoteka kreditlərinin qarşısını alacaq" - AKTUAL
Bu gün, 17:44
Kuleba Mirzoyanla telefon danışığı aparıb, Azərbaycanla delimitasiya prosesini alqışlayıb
Bu gün, 17:41
Vətən müharibəsi və qəhrəmanlarla bağlı filmlər niyə çəkilmir? - AKTUAL
Bu gün, 17:30
Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi
Bu gün, 17:26
“Grand Motors Company" və “Azerbaijan Poultry Company" - MƏHKƏMƏYƏ ÇƏKİŞMƏSİNDƏ
Bu gün, 17:23
“İcra başçılarına 3 ay vaxt verilməlidir...” - Deputatdan sərt sözlər
Bu gün, 17:20
Daha bir erməni saxtakarlığı - Kaliforniyada "Artsakh" lavaşı...
Bu gün, 17:16
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 17:11
Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT
Bu gün, 17:08
Saqqal Bakı Biznes Universiteti rəhbərliyini niyə "dalayır"? - Bir saqqalla "gora gedən" gender bərabərliyi...
Bu gün, 17:04
Qızı Təranənin yalanını ÜZƏ ÇIXARDI: - “O körpə anamın deyil, şou idi”
Bu gün, 17:00
Budapüşt Stoltenberqin təklifinin əleyhinədir
Bu gün, 16:46
Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 16:44
Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb
Bu gün, 16:42
"Qala Sığorta"nın biznes itkiləri 2 milyon manatı ötüb - DETALLAR
Bu gün, 16:41
“Görəndə ki, verilişimdə qalmaqal edirlər, o dəqiqə…” - Tanınmış aparıcı
Bu gün, 16:38
AŞPA-nın muzdlu "siyasətçisi"ndən yeni həmlə: - "Uğursuz olacaq"
Bu gün, 16:33
Reallığı nəzərə almaq lazımdır - ŞƏRH
Bu gün, 16:28
Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər - MSK sədri
Bu gün, 16:24
Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...
Bu gün, 16:14
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verildi - QƏRAR
Bu gün, 16:08
Müğənni Rəqsanə ilə bağlı növbəti borc iddiası - Ərzaq alıb yedi, pulunu ödəmədi
Bu gün, 16:06
“Elə bilirlər o kafelər mənimdir” - İqbal Ağazadə
Bu gün, 16:02
Heydər Əsədov yenidən Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib
Bu gün, 15:57
İkinci Dünya müharibəsi iştirkaçıları və ailə üzvlərinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
Bu gün, 15:56
Bakıda Şri-lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb - VİDEO
Bu gün, 15:54
Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlili Tahir Vəliyevi evində ziyarət edib
Bu gün, 15:19
İDDİA: Bu deputatlar yola salınır, daha seçilməyəcəklər - SİYAHI
Bu gün, 15:16
Ay insan, ay məmur! - Olmaz ki bir dəfə də işi mükəmməl icra edəsiniz?
Bu gün, 15:14
Naxçıvan İctimai Səhiyyə Xidmətinə təyinat olub
Bu gün, 15:10
Molla rejimi şantaj və şərləmə alətini geri çəkməyib - RƏY
Bu gün, 15:08
“Azərbaycan qoymarıq” deyir: Axı sən kimsən? - Durum dəyişir
Bu gün, 15:00
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Bu gün, 14:55
Mədəniyyət Nazirliyi 81 min manata videoçarx hazırlayır
Bu gün, 14:52
“Ask Aqro" yerli şirkəti - MƏHKƏMƏYƏ VERİB
Bu gün, 14:49
"Bu il devalvasiya olmayacaq, amma..." - Natiq Cəfərli
Bu gün, 14:43
Qərblə Şimal arasında… VAR-GƏL...
Bu gün, 14:00
Universitetdə saqqal qadağası: - XXI əsrdə mağara ab-havasında olanlar var
Bu gün, 13:56
Bu sual da işçiləri daha çox maraqlandırır... - Ekspert danışır...
Bu gün, 13:38
Azərbaycanın Ukraynanın bərpasına dair iyunda keçiriləcək “sülh forumuna” qatılması doğru qərardır... - ÇÜNKİ...
Bu gün, 13:14
"Kirantslılar Nikol Paşinyan adında adam tanımırlar" - Erməni kəndli
Bu gün, 13:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru