Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, .....                     Bu Təşkilatı yaşatmağa razıyıq, lakin... .....                     Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər .....                     "Göbəyini açır, baldırını göstərir" .....                     Adil Əliyevə ağır itki .....                     Demokratiyadan dən vuran Fransanın müstəmləkəçilik mövqeyi .....                     “Kapital Bank”ın işçiləri ayda 3 min manat maaş alır .....                     "Duş qəbul etmək istədiyi zaman əsgərlər tərəfindən iyrənc hərəkətlərə məruz qalır..." .....                     "Bəzi beynəlxalq qurumlar Azərbaycana təzyiqləri artırır" .....                     Ermənilər küçələrə “İrəvan” yazdılar .....                     Arxiyepiskop Robert Koçaryanla niyə görüşüb? .....                     Ermənilərdən şok etiraf: .....                     “Aztelekom”un sabiq sədr müşaviri “Pepsi Azerbaijan”a təyinat aldı .....                     "Yaşam" klinikasında yoxlama: .....                     Dövlət qurumundan “Baku Holiday” şirkətinə 636 minlik .....                     Ermənistan baş prokurorluğu Paşinyanın məsuliyyətə cəlb olunması ilə bağlı müraciəti .....                     Azərbaycanlı “qanuni oğrular” öz əcəli ilə ölmürlər .....                     Azərbaycan qazı Ermənistanı xilas edəcək .....                     Milli Məclisin yeni heyətində ONLAR OLMAYA BİLƏR... .....                     Hərbi qulluqçularımız “Anatolian Phoenix - 2024” beynəlxalq təlimində iştirak edəcək .....                     "5 milyon "məşğul insan" olduğu göstərilir, .....                     Azərbaycanda “toy bazarı” bağlandı: .....                     Hər ay Rusiya Federasiyası üçün vəziyyət daha da pisləşəcək .....                     Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi .....                     Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb .....                     Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı .....                     Bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur .....                     İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir .....                     Bu tikinti şirkəti məcburi köçkün evlərini .....                     “Bakı Metropoliteni”ni bu şirkət təmizləyəcək .....                     Vətəndaş 1 kvadratmetr üçün 3 ay işləməlidir... .....                     Elmar Vəliyevə qarşı terror törədən şəxslə bağlı qərar verildi .....                     Vasitəçisiz danışıqlar: .....                     3 uşağı olan analar 51 yaşında PENSİYAYA ÇIXSIN .....                     Kəsici-deşici alətlərin satışına qarşı tədbirlər davam etdirilib .....                     Frank Şvabe bütün fəaliyyəti dövründə Fransanın çaldığı havaya oynayıb .....                     Balakən Konserv Zavodunun səhmdarları toplanır .....                     Cahangir Hacıyevin bacısı İlham Əliyevə müraciət edib .....                     Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər? .....                     DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirib .....                 

Əlvida, müsyö Jordan? - Yaxud, Makron Qafqazı “partladır”...
Tarix: 20-04-2024, 07:42 | Çap et
Əlvida, müsyö Jordan?
Fransa Azərbaycandakı səfirini “məsləhətləşmələr” üçün geri çağırıb, Azərbaycan isə buna cavab olaraq Fransanı “dağıdıcı fəaliyyətdə” ittiham edib.

BBC xəbər verir ki, bu, Ermənistana Fransa silahlarının tədarükü, Azərbaycanda fransız casusunun tutulması, eləcə də Azərbaycanla Ermənistan arasında yeni müharibə təhlükəsini ehtiva edən qarşıdurmalar siyahısında hələlik sonuncu epizodudur.

Xatırladaq ki, Fransa Xarici İşlər Nazirliyi səfirini məsləhətləşmələr üçün geri çağırdığını elan edib və bunu “Azərbaycanın son aylarda Paris və Bakı arasında ikitərəfli münasibətlərə xələl gətirən hərəkətləri” ilə əlaqələndirib.

Amma bu diplomatik demarşdan əvvəl iki ölkə arasında gərginliyə səbəb olan bir sıra hadisələr baş vermişdi.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyev martın sonunda bildirmişdi ki, Fransa Ermənistanı fəal şəkildə silahlandıraraq onu yeni müharibəyə sövq edir, Azərbaycanda casus şəbəkəsi yaradır.

Hələ ötən ilin sonunda isə Azərbaycan xüsusi xidmət orqanları fransalı iş adamını casusluq ittihamı ilə həbs etmişdilər. Elə o zaman Fransa səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmışdı və casusluqda ittiham edilən iki fransız diplomatı ölkədən çıxarılmışdı.

Ermənistan KTMT üzvü, yəni Rusiyanın müttəfiqi olmasına baxmayaraq, keçən ildən etibarən NATO ölkəsi olan Fransadan silah almağa başlayıb. Bu ilin fevralında isə Fransanın müdafiə naziri tarixdə ilk dəfə olaraq İrəvana gəlib və onu Fransanın müdafiə şirkətlərinin nümayəndələri müşayiət edib.

Ermənistan zirehli texnika, radiolokasiya qurğuları, gecəgörmə cihazları, snayper tüfəngləri və daşına bilən zenit-raket kompleksləri almalıdır. Erməni zabitlərinə isə Fransada təlim keçməyə hazırlaşırlar.

Fransa nədənsə Azərbaycanın Ermənistan ərazisində müharibəyə başlayacağından ehtiyat edir və hətta Azərbaycanın ötən ilin payızında Qarabağda xüsusi əməliyyat keçirməsindən sonra Avropa İttifaqını Bakıya qarşı sanksiyalar tətbiq etməyə çağırmışdı.

Fransa Senatı isə hökuməti avropalı tərəfdaşları ilə birlikdə “Ermənistana qarşı təkrar təcavüzkar hərəkətlərinə görə” Azərbaycana münasibətdə mümkün olan bütün diplomatik tədbirləri görməyə çağırıb.

Qətnamədə qeyd olunur ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünə qəsd edərək, Naxçıvana aparan quru dəhliz yaratmağa cəhd edir.

Prezident Makron da Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü təhdid etdiyini bəyan edib.

Məsələ ondadır ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidirsə, Zəngəzur da Ermənistan ərazisidir və guya Azərbaycan onun üzərindən öz eksklavına yol açmaq istəyir. Amma İlham Əliyev üç il əvvəl “əgər Ermənistan bundan imtina etsə, biz bunu güc yolu ilə həll edəcəyik” deyirdisə, bu gün əks halda heç bir zaman Ermənistanla quru sərhədi açmayacağını vəd edir.

Fransa hələ 2020-ci il Qarabağ müharibəsindən əvvəl Ermənistana tərəf meyl edirdi. Məsələ ondadır ki, Avropada ən böyük erməni diasporu Fransada yaşayır, ölkədə erməni köklü 600 mindən çox fransız var.

2020-ci ilin payızında Qarabağ müharibəsi zamanı minlərlə erməni və onlara rəğbət bəsləyən fransız erməni tərəfinin müdafiəsi üçün mitinqlərə çıxmışdı.

Fransadakı erməni diasporu qədim tarixə malikdir və çoxdan fransız cəmiyyətinə inteqrasiya olunub. Elitada, incəsənətdə və mədəniyyətdə çoxlu erməni var.

Hazırda Fransa Senatı Ermənistanın ərazi bütövlüyünə hörmət etməyə çağırsa da, müharibə zamanı hökuməti “Dağlıq Qarabağın müstəqilliyini” tanımağa çağırırdı.

Bu münasibət Azərbaycanda haqlı qıcıq yaradır. Azərbaycan Xarici İşlər Nazirliyi səfirin geri çağırılmasına cavab olaraq yaydığı bəyanatında Fransa Senatının qətnamələrini xatırladıb, Fransanı “dağıdıcı fəaliyyətdə” ittiham edib və Fransada “anti-Azərbaycan ab-havası” hökm sürdüyünü bildirib.

“Azərbaycan tərəfi dəfələrlə Fransaya bildirib ki, bizimlə təhdid və təzyiq dilində danışmaq mənasızdır. Biz bir daha bəyan edirik ki, Azərbaycan öz milli maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək”, - XİN-in bəyanatında deyilir.

Oksford Universitetinin politoloqu Leyla Əliyeva hesab edir ki, səfirin geri çağırılması kifayət qədər ciddi addım olsa da, bu, ağır nəticələrə gətirib çıxarmayacaq. Çünki tərəflərdən heç birinə ciddi qarşıdurma sərf etmir.

“Azərbaycanda Fransa haqqında deyilən sözlər, yaradılan düşmən obrazı daxili auditoriya üçündür və fransızlar bunu bilirlər” - Qarabağ münaqişəsi üzrə ekspert Arif Yunus deyir. - "Ona görə də, Fransanın diplomatik münasibətləri pozacağını düşünmürəm".

Ekspertin fikrincə, Fransanın mövqeyi həqiqətən ermənipərəst görünsə də, bu gün Paris Ermənistanla münasibətlərdə Avropanın təhlükəsizliyini rəhbər tutur və Ukraynada gedən müharibədən əlavə Cənubi Qafqazda daha bir müharibənin başlaya biləcəyindən ehtiyatlanır.

“Hesab edirəm ki, səfirin geri çağırılması müvəqqətidir, bu, Əliyevi Putindən qoparmaq üçün lazım olan siqnaldır”, - Yunus bildirib. - “Əliyevə qarşı sanksiyaların tətbiqi məsələsi yanvar ayından dolaşır, lakin görünür, Avropa hələ də ümidini itirməyib”.

Burada iqtisadi faktorlardan da bəhs etməyə dəyər. Bu mənada Azərbaycanın Fransa ilə heç də zəif olmayan əlaqələri var. Məsələn, son onilliklərdə Azərbaycanın mülki aviasiya donanmasının yenilənməsi birbaşa Fransa ərazisində fəaliyyət göstərən zavodlardan asılıdır. Müasir “Airbus”lar məhz Fransadan gətirilir. Yaxud təbii enerji ehtiyatlarının hasilatı üzrə dünya liderlərindən olan “Total” fransız şirkətini götürək –çətin ki, Azərbaycanın Xəzər şelfini tərk etmək perspektivinə sevinsin. Onda bütün bunlar nəyə lazımdır? Məqsəd nədir?

Hankuk Xarici Tədqiqatlar Universitetinin (Cənubi Koreya) professoru, politoloq Rövşən İbrahimov məsələ ilə bağlı fikirlərini Pressklub.az-a açıqlayıb.

Onun sözlərinə görə, səfirin məsləhətləşmələrə çağırılması ilə bağlı rəsmi açıqlamadan da göründüyü kimi, Fransa diplomatik münasibətləri kəsmək istəmir. “Bu məsləhətləşmənin səbəbi kimi Azərbaycanın qeyri-dost, pis davranışı göstərilsə də, hesab edirəm ki, bu, diplomatik münasibətlərin kəsilməsinə səbəb olmayacaq. Üstəlik, Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyası göstərir ki, Bakı qarşılıqlı addım atmaq niyyətində deyil və tamamilə mümkündür ki, Fransa səfiri çox tezliklə geri qayıdacaq. Çünki prinsipcə, onlar Azərbaycanda diplomatik cəhətdən ən yüksək səviyyədə təmsil olunmasalar, bu, faktiki olaraq Fransanın özünə ziyan vuracaq. Boş yerdə belə bir addım atmaq ağıllı hərəkət deyil. Axı istənilən halda bu və ya digər şəkildə Fransa üçün əlaqə kanalları lazımdır. İndi isə onların sayı getdikcə azalır”, - professor deyir.

Ümumiyyətlə isə o düşünür ki, nə qədər prezident Makron hakimiyyətdədir, münasibətlərdə oxşar vəziyyət davam edəcək, çünki Cənubi Qafqazda siyasəti kökündən dəyişmək üçün onun artıq resursları yoxdur. “Və həm də ona görə ki, burada Paşinyanla Makron arasında artıq şəxsi münasibətlər formalaşıb. Düzdür, Fransada prezident dəyişikliyindən sonra Azərbaycanla münasibətlərin yaxşılaşacağına heç bir təminat yoxdur. Münasibətlər daha da pisləşə bilər.

Amma fakt odur ki, hazırkı vəziyyət Fransanın milli maraqlarına qətiyyən cavab vermir. Əgər Cənubi Qafqazda olmaq istəyirsənsə, o zaman Azərbaycanın formalaşdırdığı fikirləri və reallıqları mütləq nəzərə almalısan. Azərbaycansız Cənubi Qafqazda heç bir iş görə bilmərsən. Fransanın problemi ondan ibarətdir ki, o, Cənubi Qafqazı və ilk növbədə Ermənistanı Yaxın Şərq nöqteyi-nəzərindən qəbul edir, çünki Fransa ənənəvi olaraq heç vaxt Cənubi Qafqazda olmayıb. Onun üçün daha “doğma” bölgə Yaxın Şərqdir - Suriya, Livan. Ermənilərlə ilk dəfə orada qarşılaşıb və onlarla orada tanış olub. Və nəticədə fransızlar Cənubi Qafqazı Yaxın Şərqin davamı kimi qəbul edir və düşünürlər ki, orada da eyni siyasət aparılmalıdır. Onlar üçün Fransada yaşayan ermənilər daha çox Yaxın Şərqdən gələnlərdir. Onlar hələ də “sovet” ermənisi ilə Yaxın Şərq ermənisinin eyni olmadığı reallığını dərk etmirlər”, - deyə İbrahimov yekunlaşdırıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb
Bu gün, 16:35
Bu Təşkilatı yaşatmağa razıyıq, lakin... - Ekspert danışır...
Bu gün, 16:31
Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər - ŞOK İTTİHAMLAR
Bu gün, 16:26
"Göbəyini açır, baldırını göstərir" - Akif İslamzadədən ÜSYAN
Bu gün, 16:19
Adil Əliyevə ağır itki
Bu gün, 16:16
Demokratiyadan dən vuran Fransanın müstəmləkəçilik mövqeyi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:08
“Kapital Bank”ın işçiləri ayda 3 min manat maaş alır – Orta aylıq əmək haqqından 3 dəfə çoxdur
Bu gün, 16:05
"Duş qəbul etmək istədiyi zaman əsgərlər tərəfindən iyrənc hərəkətlərə məruz qalır..." - Rusiyada yaşayan ATANIN HARAYI...
Bu gün, 16:02
"Bəzi beynəlxalq qurumlar Azərbaycana təzyiqləri artırır" - Ekspert
Bu gün, 16:00
Ermənilər küçələrə “İrəvan” yazdılar - FOTO
Bu gün, 15:51
Arxiyepiskop Robert Koçaryanla niyə görüşüb? - İrəvanda çevriliş hazırlanır
Bu gün, 15:49
Ermənilərdən şok etiraf: - Azərbaycana “sanksiya”...
Bu gün, 15:46
“Aztelekom”un sabiq sədr müşaviri “Pepsi Azerbaijan”a təyinat aldı - FOTO
Bu gün, 15:45
"Yaşam" klinikasında yoxlama: - lisenziyadan kənar tibbi fəaliyyət aşkarlandı
Bu gün, 15:43
Dövlət qurumundan “Baku Holiday” şirkətinə 636 minlik - SİFARİŞ
Bu gün, 15:38
Ermənistan baş prokurorluğu Paşinyanın məsuliyyətə cəlb olunması ilə bağlı müraciəti MTX-ya göndərib
Bu gün, 15:34
Azərbaycanlı “qanuni oğrular” öz əcəli ilə ölmürlər - Albert Rıjiyin qətlinin SƏBƏBLƏRİ
Bu gün, 15:32
Azərbaycan qazı Ermənistanı xilas edəcək - AKTUAL
Bu gün, 15:30
Milli Məclisin yeni heyətində ONLAR OLMAYA BİLƏR... - İDDİA
Bu gün, 15:28
Hərbi qulluqçularımız “Anatolian Phoenix - 2024” beynəlxalq təlimində iştirak edəcək
Bu gün, 15:24
"5 milyon "məşğul insan" olduğu göstərilir, amma əmək müqavilələrinin sayı 1 milyon 800 mindir"
Bu gün, 15:12
Azərbaycanda “toy bazarı” bağlandı: - Artıq cütlüklər belə evlənirlər
Bu gün, 15:08
Hər ay Rusiya Federasiyası üçün vəziyyət daha da pisləşəcək - Rusiya dalanı: 800 günlük təcavüzün nəticələri
Bu gün, 15:03
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
Bu gün, 15:02
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb - FOTO
Bu gün, 14:53
Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT
Bu gün, 14:51
Bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
Bu gün, 14:48
İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir
Bu gün, 14:47
Bu tikinti şirkəti məcburi köçkün evlərini 700 min manata təmir edəcək
Bu gün, 14:42
“Bakı Metropoliteni”ni bu şirkət təmizləyəcək - MƏBLƏĞ
Bu gün, 14:40
Vətəndaş 1 kvadratmetr üçün 3 ay işləməlidir... - Məmurlar mənzil bazarında süni "ehtiyac" yaradır
Bu gün, 14:27
Elmar Vəliyevə qarşı terror törədən şəxslə bağlı qərar verildi
Bu gün, 14:17
Vasitəçisiz danışıqlar: - “Ortaya yaxşı nümunə qoyuldu”
Bu gün, 14:10
3 uşağı olan analar 51 yaşında PENSİYAYA ÇIXSIN - TƏKLİF
Bu gün, 14:02
Kəsici-deşici alətlərin satışına qarşı tədbirlər davam etdirilib - Obyektlərdən ümumilikdə 361 kəsici alət aşkar olunub
Bu gün, 14:01
Frank Şvabe bütün fəaliyyəti dövründə Fransanın çaldığı havaya oynayıb - FAKT BUDUR!
Bu gün, 14:00
Balakən Konserv Zavodunun səhmdarları toplanır
Bu gün, 13:56
Cahangir Hacıyevin bacısı İlham Əliyevə müraciət edib - MƏTN
Bu gün, 13:55
Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər? - GƏLİŞMƏ
Bu gün, 13:48
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirib - AÇIQLAMA
Bu gün, 13:42
"Hemat Trade" MMC “Agah Group” MMC-ni məhkəməyə verib
Bu gün, 13:26
ƏÜO komandanı İran İslam Respublikasına rəsmi səfər edib
Bu gün, 13:21
Məşhur rus müğənni əslən Şamaxıdan olduğunu etiraf etdi
Bu gün, 13:07
Millimizin bahalı futbolçuları: Milyonlar “göydə uçuşur” - SİYAHI
Bu gün, 13:03
Magistraturada fənlər niyə praktiki formada tədris olunmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:01
"İnsanlar elə düşünürdü ki, bunun da saxlayanı var" - Nigar Köçərli
Bu gün, 12:51
Paşinyana qarşı impiçment o zaman olar ki... - Saqatelyan açıqladı
Bu gün, 12:49
“Sumqayıt Texnologiyalar Parkı” şirkəti "ZZ Procurement" QSC və "Okhatan" MMC-ni məhkəməyə verib
Bu gün, 12:47
Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verildi
Bu gün, 12:38
Gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru