Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib. Dia-az.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinin böyük prokuroru, 42 yaşlı Rəhman Əhmədov ötən gün qəfil vəfat edib. Onun yaşadığı evdə ürəktutmadan dünyasını dəyişməsi bildirilib.