Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub .....                     1300 manat pul çıxardı.. 200 MANAT RÜSUM TUTULDU... .....                     “Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” .....                     Rəis ifadəsi üçün Bakıya gətirilib .....                     Rozanın “Son” nəğməsi! .....                     Soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışının qarşısı alınıb .....                     300 nəfərlik kəndə 3000 xüsusi təyinatlı yeridildi .....                     "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? .....                     BOKT sahibi Quliyevə 207 min manata yaxın dividend ödəyib .....                     "Yapı İnşaat" MTK ilə BŞİH arasında qalmaqal yaranıb .....                     "Zeytun Pharmaceuticals" .....                     Azərbaycanda “azərilər” yox, azərbaycanlılar yaşayır .....                     Bakıda taksi qiymətləri bahalaşıb? .....                     Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib .....                     “Sensasion” bəyanat və ya hibrid təxribat .....                     “İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər” .....                     Yeni məmur həbsləri .....                     Rusiya Xarkov və Sumiyə hücuma hazırlaşır .....                     `AL` market yenə də köhnə ampluasındadır... .....                     Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! .....                     Azərbaycan və Ermənistan: Normallaşma prosesi... .....                     Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq müzakirə olunub .....                     Ölkəyə 87 kiloqram narkotik maddə gətirən Neftçala rayon sakini saxlanılıb .....                     “Qeyri-rəsmi nikahda yaşayırdılar, atam öləndən sonra evimizi almaq istəyir” .....                     4 kənd iki məqsəd üçün qaytarılıb .....                     Kürəyini hökmlüyə söykəyən kürəkən .....                     Uşaq travmatizminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir .....                     “AZ AQRO” ASC-nin ləğvi .....                     BOKT-nin pulunu mənimsəyən sabiq vəzifəli şəxslər kassasiya şikayəti verdi .....                     Sülhə mane olan əsas məsələlər həll edilib .....                     "Sem-Az" şirkəti bağlandı .....                     Xocalı canisi Rusiyapərəst müxalifəti .....                     Azərbaycanda bu siqaret şirkəti bağlanır .....                     Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... .....                     Rüşvət alan məmurun məhkəmə qərarı açıqlandı .....                     Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... .....                     Qırğızıstanın borcu artıb .....                     “Mənə neçə mənzil verə bilərsən?” .....                     Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... .....                     “Access Bank” faiz endirimin acısını yaşayır .....                 

ABŞ-ın “sülhməramlılar getdi” dərdi - NƏ BAŞ VERİR?
Tarix: 20-04-2024, 10:33 | Çap et
ABŞ-ın “sülhməramlılar getdi” dərdi
ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan tezliklə çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etibarsız müttəfiq olduğunun göstəricisidir. Vedant Patel ABŞ-ın 2020-ci ildə Qarabağda döyüşlərə son qoyan və həmin bölgədə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə nəticələnən üçtərəfli razılaşmada tərəf olmadığını diqqətə çatdırıb.

“Biz Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə qoyduğunu göstərən heç bir şey görmədik və ötən payızda Qarabağda baş verən hadisələr bunun göstəricisidir. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir nümunəsidir”, - deyə vurğulayıb. “Bununla belə, biz Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesin asanlaşdırılması üçün yardımımızı davam etməyə hazırıq”, - Dövlət Departamentinin rəsmisi qeyd edib.

Vedant Patel bu mövzuda bilgili şəxsdir və sülhməramlılarla bağlı ilk dəfə deyil danışıb. Məsələn, ötən il Qarabağda rus sülhməramlılarının olmasını şərh edən Patel bu məsələnin narahatlıq doğurduğunu da bildirib: “Əlbəttə, belə bir mövcudluq hələ də narahatlıq doğurur. Lakin Birləşmiş Ştatlar bu məsələdə Azərbaycan və Ermənistan rəhbərliyi ilə əlaqə saxlamağa davam edəcək və layiqli və davamlı sülhü dəstəkləməyə davam etmək üçün əlindən gələni edəcək”.

Yada salaq ki, Kreml də Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlandığını təsdiqləyib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. O, jurnalistlərə qısa açıqlamasında faktı təsdiqləyib. “Bəli, bu doğrudur”, - Peskov qısaca olaraq deyib.

Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyev isə deyib ki, sülhməramlıların ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Yeri gəlmişkən, Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti də dayandırılacaq. Bu barədə APA-ya Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. “2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycanla koordinasiyalı şəkildə davam etdirilir”, - məlumatda deyilir.

Məntiqlə Vaşinqton sülhməramlıların evə dönmək qərarından məmnun qalmalı idi. Əslində Qarabağdakı qüvvələrini çıxarmaqla Moskva əyani şəkildə göstərmək istəyir ki, o, ətraf ölkələrin tərəfsizliyində maraqlıdır. Rəsmi Bakının bloklara qoşulmaması Rusiyanı rahatladan amildir. Bu mənada Azərbaycanda hərbçi saxlamağa ehtiyac qalmamışdı. Sirr deyil ki, Moskvanın başlıca tələbi ətraf bölgələrin tərəfsizliyini qorumasıdır və o bunu dəfələrlə dilə gətirib. Üstəlik, Azərbaycan ərazisi Rusiyanın ən yaxın müttəfiqi sayılan İranla həmsərhəddir və bu sərhəddən özünə hər hansı təhlükə gözləmir. Necə olur ki, Rusiyanın Suriyadan, Gürcüstanın, Ukraynanın ilhaq olunmuş ərazilərindən çıxmasını israrla tələb edən ABŞ rus əsgərlərinin Qarabağdan getməsindən narahat olur?

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, ABŞ Dövlət Departamentinin rəsmisinin Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən çıxması ilə bağlı səsləndirdiyi bəyanat uğursuzdur, eyni zamanda Amerikanın analoji situasiyalarda ikistandartlı siyasət və davranış nümayiş etdirdiyini açıb göstərir, ifşa edir: “Biz indiyə qədər görmüşük ki, Amerika Rusiya hərbi kontingentinin hansı statusda olmağından asılı olmayaraq mövcud olduqları bölgələrdən mümkün qədər tez çıxmasına çalışıb, bunu tələb edib. Amma 2020-ci ildə 44 günlük müharibədən sonra Rusiya sülhməramlı qüvvələrinin Qarabağda yerləşməsinə və orada mövcudluğuna ABŞ belə reaksiya verməyib, etiraz eləməyib, indiyə qədər rus sülhməramlıların bölgədən çıxmasını tələb eləməyib. Bütün bunlar isə belə qənaət yaradır ki, burada söhbət təkcə geosiyasi rəqabət müstəvisində cərəyan etmir. Əgər yalnız geosiyasi üstünlük qazanmaq uğrunda birbaşa mübarizədən söhbət getsəydi, onda Amerika əslində Rusiya sülhməramlılarının Azərbaycandan çıxıb getməsini alqışlamalı idi. Ancaq sanki ABŞ Rusiya sülhməramlılarının Qarabağdan getməsini istəmirmiş, rusların getməsindən məyus olublar. Vedat Patelin bəyanatı bir daha nümayiş etdirir ki, sülhməramlıların Qarabağdan gedişi Amerikanı məmnun etməyib, əksinə, xeyli qayğılandırıb. Belə qənaətə gəlmək mümkündür ki, burada söhbət bölgəmizdə erməni probleminin yenidən qaldırılmasına bəslənən ümidlərin puç olmasından gedir. Belə görünür ki, ABŞ erməni probleminin, erməni separatizminin Qarabağda tamamilə çökməsindən məmnun deyil”.

Ekspertin sözlərinə görə, Amerikada da yaxşı anlayırlar ki, Rusiya sülhməramlıları da bölgədən çıxıb getdilərsə, deməli, artıq Azərbaycanın daxilində yenidən “erməni kartı” yaratmaq və onu işə salmaq mümkün olmayacaq: “Sülhməramlıların gedişinə qədər ABŞ-ın özündə bir ümid var idi ki, Qarabağ erməniləri qayıdıb gələcəklər və Qarabağ ermənilərinin hüquqları, təhlükəsizlikləri, statusları kimi rəngarəng şüar və bayraqların altında Azərbaycana təsir göstərmək, daxili işlərinə müdaxilə etmək, suverenliyinə daim barmaq uzatmaq imkanı olacaq. İndi ABŞ-da hesab edirlər ki, sülhməramlıların gedişi ilə bu imkan tamamilə əldən çıxdı. "Erməni kartı"nı yenidən yaratmağa bəslənilən ümidlər tamamilə puç oldu. Məsələnin mahiyyətində dayanan budur. Konkret bu situasiyada Rusiya Azərbaycanın suverenliyinə hörmətlə yanaşdı. Rusiya barışmalı oldu ki, suveren dövlətdə kənar ölkənin hərbi bazası olmaz. Eyni zamanda Rusiya nəzərə aldı və həm də hörmət etdi ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası bu ölkədə xarici hərbi bazaların olmasına yasaq qoyur. Sülhməramlıların özü də müəyyən qədər hərbi baza kimi idi. Ona görə də Rusiya Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına da hörmət nümayiş etdirdi. Amerikanın sərgilədiyi mövqe isə Azərbaycanın suverenliyinə hörmət mövqeyi kimi şərh oluna bilməz. Bu tipli açıqlamalar ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində tərəfsiz vasitəçi ola biləcəyini növbəti dəfə şübhə altına salır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub - İLGİNC İDDİALAR...
Bu gün, 11:53
1300 manat pul çıxardı.. 200 MANAT RÜSUM TUTULDU... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:52
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloq
Bu gün, 11:44
Rəis ifadəsi üçün Bakıya gətirilib - Gömrük İdarəsində əməliyyat
Bu gün, 11:38
Rozanın “Son” nəğməsi! - VİDEO
Bu gün, 11:36
Soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
Bu gün, 11:32
300 nəfərlik kəndə 3000 xüsusi təyinatlı yeridildi - Paşinyan nədən qorxur?
Bu gün, 11:26
"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham
Bu gün, 11:24
BOKT sahibi Quliyevə 207 min manata yaxın dividend ödəyib
Bu gün, 11:18
"Yapı İnşaat" MTK ilə BŞİH arasında qalmaqal yaranıb
Bu gün, 11:16
"Zeytun Pharmaceuticals" - CƏRİMƏ OLUNA BİLƏR
Bu gün, 11:14
Azərbaycanda “azərilər” yox, azərbaycanlılar yaşayır - ABŞ saytı
Bu gün, 11:08
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 11:06
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT
Bu gün, 11:03
“Sensasion” bəyanat və ya hibrid təxribat - Belarus niyə Litvanı Minskə hücum etmək cəhdində ittiham edir?
Bu gün, 11:00
“İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər” - Prezidentə müraciət olundu
Bu gün, 10:58
Yeni məmur həbsləri - korrupsiyadan bəslənənlər artır
Bu gün, 10:54
Rusiya Xarkov və Sumiyə hücuma hazırlaşır - “The Economist”
Bu gün, 10:38
`AL` market yenə də köhnə ampluasındadır... - GİLEY
Bu gün, 10:36
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 10:28
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 10:23
Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq müzakirə olunub - FOTO
Bu gün, 10:18
Ölkəyə 87 kiloqram narkotik maddə gətirən Neftçala rayon sakini saxlanılıb - VİDEO
Bu gün, 10:15
“Qeyri-rəsmi nikahda yaşayırdılar, atam öləndən sonra evimizi almaq istəyir” - TƏFƏRRÜAT
Bu gün, 10:13
4 kənd iki məqsəd üçün qaytarılıb - İLGİNC DETALLAR
Bu gün, 10:11
Kürəyini hökmlüyə söykəyən kürəkən – O, sahibkarın biznesinə “qonub”
Bu gün, 10:09
Uşaq travmatizminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir - FOTO
Bu gün, 10:06
“AZ AQRO” ASC-nin ləğvi GÜNDƏMDƏ
Bu gün, 10:03
BOKT-nin pulunu mənimsəyən sabiq vəzifəli şəxslər kassasiya şikayəti verdi
Bu gün, 10:02
Sülhə mane olan əsas məsələlər həll edilib - GƏLİŞMƏ
Bu gün, 09:56
"Sem-Az" şirkəti bağlandı
Bu gün, 09:51
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
Bu gün, 09:48
Azərbaycanda bu siqaret şirkəti bağlanır - DETALLAR
Bu gün, 09:47
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...
Bu gün, 09:46
Rüşvət alan məmurun məhkəmə qərarı açıqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:44
Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...
Bu gün, 09:40
Qırğızıstanın borcu artıb - Çin Bişkəki RAM EDİR?
Bu gün, 09:31
“Mənə neçə mənzil verə bilərsən?” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:28
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:25
“Access Bank” faiz endirimin acısını yaşayır - 3 ayda 86 milyonluq depozit itkisi
Bu gün, 09:21
"Bakı Sığorta" ASC iki şirkəti məhkəməyə verib
Bu gün, 09:17
Səfirdən qeyri-diplomatik duruş: - “Ayaq divanı” paylaşımı müzakirələrə səbəb oldu
Bu gün, 09:14
Beynəlxalq Bankın həbsdə olan keçmiş sədri aclığa başlayıb - AÇIQLAMA
Bu gün, 09:10
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTO
Bu gün, 09:08
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 09:03
Toy karvanında "AVTOŞLUQ" edənlər həbs olundu
Bu gün, 08:48
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 08:44
Azərbaycanda pul bazasının artımı inflyasiyaya səbəb olacaq? - AKTUAL
Bu gün, 08:43
Ermənistan sülhə könüllü gəlməyib... VADAR ETMİŞİK! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:42
Əliyevi gözləyirik, Nikol isə gəlməlidir... - Əgər gəlməsə…
Bu gün, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru