“İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər” .....                     Yeni məmur həbsləri .....                     Rusiya Xarkov və Sumiyə hücuma hazırlaşır .....                     `AL` market yenə də köhnə ampluasındadır... .....                     Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! .....                     Azərbaycan və Ermənistan: Normallaşma prosesi... .....                     Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq müzakirə olunub .....                     Ölkəyə 87 kiloqram narkotik maddə gətirən Neftçala rayon sakini saxlanılıb .....                     “Qeyri-rəsmi nikahda yaşayırdılar, atam öləndən sonra evimizi almaq istəyir” .....                     4 kənd iki məqsəd üçün qaytarılıb .....                     Kürəyini hökmlüyə söykəyən kürəkən .....                     Uşaq travmatizminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir .....                     “AZ AQRO” ASC-nin ləğvi .....                     BOKT-nin pulunu mənimsəyən sabiq vəzifəli şəxslər kassasiya şikayəti verdi .....                     Sülhə mane olan əsas məsələlər həll edilib .....                     "Sem-Az" şirkəti bağlandı .....                     Xocalı canisi Rusiyapərəst müxalifəti .....                     Azərbaycanda bu siqaret şirkəti bağlanır .....                     Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... .....                     Rüşvət alan məmurun məhkəmə qərarı açıqlandı .....                     Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... .....                     Qırğızıstanın borcu artıb .....                     “Mənə neçə mənzil verə bilərsən?” .....                     Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... .....                     “Access Bank” faiz endirimin acısını yaşayır .....                     "Bakı Sığorta" ASC iki şirkəti məhkəməyə verib .....                     Səfirdən qeyri-diplomatik duruş: .....                     Beynəlxalq Bankın həbsdə olan keçmiş sədri aclığa başlayıb .....                     Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi .....                     Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... .....                     Toy karvanında "AVTOŞLUQ" edənlər həbs olundu .....                     Bakı buna nail oldu: indi qalib önündə təkik .....                     Azərbaycanda pul bazasının artımı inflyasiyaya səbəb olacaq? .....                     Ermənistan sülhə könüllü gəlməyib... VADAR ETMİŞİK! .....                     Əliyevi gözləyirik, Nikol isə gəlməlidir... .....                     Fransanın səfirlə bağlı iki həftəlik demarşı hansı siyasi nəticələrə səbəb oldu? .....                     Paşinyan bu səddi də AŞA BİLƏCƏKMİ? .....                     "Hansı mitinq? Kimlə edəcəksiz həmin mitinqi?" .....                     Naxçıvanda sahibkarları DİNLƏYƏN YOXDUR .....                     BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... .....                 

Kök hüceyrə alveri: - Həkim kök hüceyrə ilə bağlı hansı yalanların üstünü açdı?
Tarix: 20-04-2024, 11:14 | Çap et
Kök hüceyrə alveri:
Azərbaycanda kök hüceyrə prosedurlarının fəsadlara səbəb olması ilə bağlı xalq artisti Flora Kərimovanın kök hüceyrə uzmanı Sevinc Heydərovadan şikayəti bu kosmetoloji prosedurların təhlükəsi məsələsini gündəmə gətirib. Xalq artisti kök hüceyrə prosedurundan sonra gözlərində fəsadlar yarandığından şikayətlənib.
Qeyd edək ki, son vaxtlar kök hüceyrənin kosmetoloji məqsədlərlə istifadəsi sosial platformada geniş reklam edilir. Sputnik Azərbaycan ölkəmizdə tətbiq edilən kök hüceyrə prosedurlarının fəsadlarını, kök hüceyrənin alınma yollarını, hansı sahələrdə istifadəsinə icazə verildiyini, eləcə də bunun üçün laborator mərkəzlərin olub-olmadığını araşdırıb.

Araşdırma zamanı məlum olub ki, ölkəmizdə kök hüceyrənin alınması üçün sertifikasiya almış yeganə laborator mərkəz Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda kliniki araşdırmalar məqsədilə yaradılıb.
Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun kök hüceyrə laboratoriyasının əməkdaşı, həkim hematoloq Səhər İsmayılova Sputnik Azərbaycan-a müsabihəsində kök hüceyrənin alınma üsulu, tibbdə tətbiqi, eləcə də, digər vacib məqamlara toxunub.
- Səhər xanım, öncə bu laboratoriyanın qurulması barədə danışaq. Necə oldu ki, ölkəmizdə kök hüceyrə laboratoriyası yaradıldı?
- 2017-ci ildən bu laboratoriyanın yaradılması nəzərdə tutulurdu. Amma laboratoriyanın qurulması 2020-ci ilədək çəkdi. Çünki kök hüceyrə laboratoriyasının qurulması o qədər də asan deyildi. Bunun üçün müasir avadanlıqlar alınmalı, laboratoriyanın steril olması üçün xüsusi havalandırma sistemi qurulmalı idi. Bu, Azərbaycanda beynəlxalq standartlara cavab verən ilk və tək laboratoriyadır.

- Amma hazırda ölkəmizdə çoxsaylı kök hüceyrə mərkəzləri ilə bağlı reklamlara rast gəlirik. Bəs belə laboratoriya olmadan kök hüceyrə hansı yolla əldə edilir?
- Ölkəmizdə kök hüceyrə mərkəzlərinin fəaliyyəti reklam olunsa da, GMP standartı alan və uyğun yetişdirilmə üsulunun tətbiq edildiyi yeganə mərkəz Genetik Ehtiyatlar İnstitutunun nəzdindəki laboratoriyadır.
- Səhər xanım, oxucularımıza və dinləyicilərimizə zəhmət olmasa kök hüceyrə barədə məlumat verərdiniz. Kök hüceyrə nədir?
- Kök hüceyrə bədənimizdə olan unikal hüceyrələrdir. Bu hüceyrələrin müxtəlif funksiyaları var. Əsas funksiyaları ölmüş hüceyrələri yeniləmək və zədələnmiş toxumaları regenerasiya etməkdir. Bu hüceyrələri hansı zədələnmiş toxumaya vursaq, həmin toxuma bərpa olunur. Kök hüveyrələrdən sinir, qığırdaq, sümük, əzələ və s. toxumaların hüceyrələrini almaq mümkündür. Kök hüceyrə bütün hüceyrələrə başlanğıc verən ana hüceyrə hesab olunur.
- Kök hüceyrə necə və hansı üsulla alınır?
- Kök hüceyrənin bir neçə alınma üsulları var. Bədənin bütün toxumalarında bu hüceyrələr var. Amma laborator şəraitdə ən çox yetişirilən yağ toxumasından, sümük iliyindən və yeni doğulmuş körpənin göbək ciyəsindən alınan mezenximal kök hüceyrələrdir. Bunların arasında ən yaxşısı yeni doğulmuşdan alınan kök hüceyrələrdir. Körpələrdən alınan kök hüceyrələrin regenerasiya qabiliyyəti daha yüksəkdir. Çünki, yeni doğulmuş uşağın hüceyrələri yeni hüceyrələrdir. İnsan yaşlandıqca, hüceyrələrin sayı da azalır. 20-30 yaşında olan insanla 50 yaşlı insanın hüceyrələri eyni deyil. Kök hüceyrələrin bədənimizdə olması qocalma prosesini ləngidir.
- Hazırda Azərbaycanda kök hüceyrədən kosmetologiyada geniş istifadə olunur. Amma bununla bağlı müəyyən şikayətlər də var. Kök hüceyrədən kosmetologiyada necə istifadə olunmalıdır?
- Kosmetologiyada daha çox istifadə olunan hüceyrələr fibroblastlardır. Fibroblast qulağın arxa hissəsindən alınan kiçik dəri toxumasından əldə edilərək laborotor şəraitdə yetişdirilib çoxaldılır. Bu proses bir ay çəkir. Bir aydan sonra həmin hüceyrələr istifadəyə hazır olur. Bu hüceyrələr üz və boyun dərisinə inyeksiya yolu ilə yeridilməklə dərinin cavanlaşmasına səbəb olur. Kollogen və elastin liflərinin, hialuron turşusunun sintezini artırmaqla yaşlanmanın qarşısını alır. Ləkələrin aradan qaldırılması, qırışların açılması və dərinin təravətlənməsinə səbəb olur.
- Bəs kök hüceyrə tibbi və müalicə məqsədilə hansı halda istifadə edilə bilər?

- Kök hüceyrənin əsas xüsusiyyəti regenerasiya qabiliyyətinin olmasıdır. Hansı yerdə zədələnmiş hissə varsa, həmin toxumanı bərpa edə bilir. Yeni doğulmuş körpənin göbək ciyəsinin Warton jelindən alınan mezenximal kök hüceyrələr autizmin, serebral iflicin, onurğa beyninin digər zədələnmələrinin, oynaq xəstəliklərinin müalicəsində tətbiq edilir.
- Kök hüceyrənin yetişdirilməsi üçün beynəlxalq tələb nədir?
- "Beynəlxalq Kök Hüceyrə və Gen Terapiyası Assossasiyası"nın kök hüceyrə müalicəsinə aid xüsusi protokolu var. Bu protokola əsasən kök hüceyrə müalicəsi minimum 4 şərtə cavab verməlidir:
1. Mütləq laboratoriyada yetişdirilməlidir
2. Xüsusi analizlərlə CD-markerlər təyin olunub alınan hüceyrənin kök hüceyrə olduğu sübut olunmalıdır
3. Hüceyrənin canlılığı təyin olunmalıdır
4. Hər müalicəyə uyğun hüceyrə sayı təyin olunmalıdır
Bir sözlə, kök hüceyrələrin sayı, CD-markerləri, canlılığı və hər hansı protokola uyğun sayı müəyyən edildikdən sonra pasiyentə tətbiq edilməlidir.
- Bəs kök hüceyrə fəsad verə bilərmi?
- Kök hüceyrənin fəsadı demək olar ki, yoxdur. Fəsad cüzi hərarət reaksiyası və qızartı ola bilər.
- Siz qeyd etdiniz ki, kök hüceyrə bir ay ərzində yetişir. Amma hazırda geniş reklam olunan klinikalarda biz pasiyentlərə bir neçə saatın içərisində kök hüceyrə tətbiq edildiyini görürük. Belə çıxır ki, həmin mərkəzlərin tətbiq etdiyi əsl kök hüceyrə deyil?
- Azərbaycanda daha çox kök hüceyrə adı ilə tətbiq olunan SVF-dir. Bu piy qatından əldə edilən stromal vaskulyar fraksiyadır. SVF pasiyentin piy toxumasından alınır. İki saat ərzində sentrafuqadan keçdikdən sonra tətbiq olunur. Stromal vaskulyar fraksiya ilə kök hüceyrənin fərqi var. Stromal vaskulyar fraksiyanın içərisində də kök hüceyrə var. Amma orada kök hüceyrə ilə yanaşı, bir sıra digər hüceyrələr də var, hansı ki, onların bir qismi arzuolunmaz hüceyrələrdir. Biz bu zaman pasiyentə yaxşı hüceyrələrlə yanaşı, pis hüceyrələri də yeritmiş oluruq. Eyni zamanda stromal vaskulyar fraksiyada alınan kök hüceyrə sayı çox aşağıdır. Məsələn, fibroblastı üz nayihəsinə tətbiq edərkən bir prosedura 20 milyon hüceyrə veririk. Əgər bunu piy toxumasından əldə etsək, hüceyrə sayı 200 min olacaq. Burada fərq açıq şəkildə görünür.

- Kök hüceyrənin effektivliyi nə qədərdir?
- Kök hüceyrə tətbiq olunduqdan bir-iki ay sonra təsir göstərir və təsiri bir-iki ilə daha da güclənir. Stromal vaskulyar fraksiya ilə alınan hüceyrələr isə dəri toxumasını doldurur. Belə deyək ki, stromal vaskulyar fraksiyada 5 ml içərisində cəmi 200 min hüceyrə verilir. Bunun içərisində lazımsız hüceyrələr də var. Kök hüceyrələrin sayı isə az olur.
- Kök hüceyrənin əldə olunması üçün laboratoriyaya hansı tələblər var?
- Bunun üçün beynəlxalq tələb laboratoriyanın GMP sertifikatının olmasıdıır. Bu beynəlxlaq standartdır. Kök hüceyrənin yetişdirilməsi üçün bu sertifikat ildə bir dəfə yenilənməklə əldə edilməlidir. Bu sertifikatı olmayan laboratoriyada kök hüceyrənin yetişdirilməsi doğru sayılmır. Bu həm də beynəlxalq protokoldur.
- Pasiyentlər kök hüceyrə prosedurlarından öncə sözügedən mərkəzlərdən bu sertifikatı tələb etməlidir?
- Mütləq şəkildə pasiyentlər bu sertifikatı tələb etməlidir. Çünki sertifikatlı laboratoriyanın ən üstün tələbi sterilliyin təmin olunmasıdır. Alınan kök hüceyrə damardaxili , oynaqdaxili yeridildiyi ücun sterilliyin qorunması əsas şərtdir. Bu zaman infeksiyanın keçmə riski yüksəkdir.
- Kök hüceyrə bir şəxsdən alınıb digər şəxsə köçürülə bilərmi?
- Daha çox insanın özündən-özünə tətbiq edilir. Bu, adətən kosmetologiyada tətbiq edilir. Amma yenidoğulmuş korpənin göbək ciyəsindən alınan mezenximal kök hüceyrələr müalicə məqsədilə istifadə edilən ən yüksək potensiala sahib olan hüceyrələrdir.
- Kök hüceyrə müalicəsi hansı xəstəliklərin müalicəsində tətbiq edilir?
- Kök hüceyrədən oynaq xəstəliklərinin, sağalmayan yaraların, nevroloji xəstəliklərin , autoimmun xəstəliklərin müalicəsində istifadə edilir. Qan xərçəngi olan kəskin leykozlarda hematopoetik kök hüceyrədən istifadə edilir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər” - Prezidentə müraciət olundu
Bu gün, 10:58
Yeni məmur həbsləri - korrupsiyadan bəslənənlər artır
Bu gün, 10:54
Rusiya Xarkov və Sumiyə hücuma hazırlaşır - “The Economist”
Bu gün, 10:38
`AL` market yenə də köhnə ampluasındadır... - GİLEY
Bu gün, 10:36
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 10:28
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 10:23
Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq müzakirə olunub - FOTO
Bu gün, 10:18
Ölkəyə 87 kiloqram narkotik maddə gətirən Neftçala rayon sakini saxlanılıb - VİDEO
Bu gün, 10:15
“Qeyri-rəsmi nikahda yaşayırdılar, atam öləndən sonra evimizi almaq istəyir” - TƏFƏRRÜAT
Bu gün, 10:13
4 kənd iki məqsəd üçün qaytarılıb - İLGİNC DETALLAR
Bu gün, 10:11
Kürəyini hökmlüyə söykəyən kürəkən – O, sahibkarın biznesinə “qonub”
Bu gün, 10:09
Uşaq travmatizminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir - FOTO
Bu gün, 10:06
“AZ AQRO” ASC-nin ləğvi GÜNDƏMDƏ
Bu gün, 10:03
BOKT-nin pulunu mənimsəyən sabiq vəzifəli şəxslər kassasiya şikayəti verdi
Bu gün, 10:02
Sülhə mane olan əsas məsələlər həll edilib - GƏLİŞMƏ
Bu gün, 09:56
"Sem-Az" şirkəti bağlandı
Bu gün, 09:51
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
Bu gün, 09:48
Azərbaycanda bu siqaret şirkəti bağlanır - DETALLAR
Bu gün, 09:47
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...
Bu gün, 09:46
Rüşvət alan məmurun məhkəmə qərarı açıqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:44
Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...
Bu gün, 09:40
Qırğızıstanın borcu artıb - Çin Bişkəki RAM EDİR?
Bu gün, 09:31
“Mənə neçə mənzil verə bilərsən?” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:28
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:25
“Access Bank” faiz endirimin acısını yaşayır - 3 ayda 86 milyonluq depozit itkisi
Bu gün, 09:21
"Bakı Sığorta" ASC iki şirkəti məhkəməyə verib
Bu gün, 09:17
Səfirdən qeyri-diplomatik duruş: - “Ayaq divanı” paylaşımı müzakirələrə səbəb oldu
Bu gün, 09:14
Beynəlxalq Bankın həbsdə olan keçmiş sədri aclığa başlayıb - AÇIQLAMA
Bu gün, 09:10
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTO
Bu gün, 09:08
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 09:03
Toy karvanında "AVTOŞLUQ" edənlər həbs olundu
Bu gün, 08:48
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 08:44
Azərbaycanda pul bazasının artımı inflyasiyaya səbəb olacaq? - AKTUAL
Bu gün, 08:43
Ermənistan sülhə könüllü gəlməyib... VADAR ETMİŞİK! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:42
Əliyevi gözləyirik, Nikol isə gəlməlidir... - Əgər gəlməsə…
Bu gün, 08:40
Fransanın səfirlə bağlı iki həftəlik demarşı hansı siyasi nəticələrə səbəb oldu? - İNCƏLƏMƏ
Bu gün, 08:38
Paşinyan bu səddi də AŞA BİLƏCƏKMİ? - GƏLİŞMƏ
Bu gün, 08:36
"Hansı mitinq? Kimlə edəcəksiz həmin mitinqi?" - deputat
Bu gün, 08:35
Naxçıvanda sahibkarları DİNLƏYƏN YOXDUR - ETİRAZ VAR...
Bu gün, 08:31
BOKT rəhbəri Nyu-Yorkdan bahalı ev aldı... - FOTO
Bu gün, 08:27
Keçmiş AZAL şefinin kürəkəni belə pul qazanır - HƏM DƏ...
Bu gün, 08:22
Kreml bu sərgi vasitəsilə vətəndaşlarına təlqin edir ki... - ŞƏRH
Bu gün, 08:18
Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimizin uğuru - FOTO
Bu gün, 08:16
“Qitələrəarası millət”dən Avropa mərkəzli inkişaf yoluna keçidin hekayəsi - hər şey bir gündə necə dəyişdi?
Bu gün, 07:14
“Hamı bilsin və agah olsun ki...” - Etibarınız əldən gedə bilər
Bu gün, 07:05
"Cənubtikintiservis"in səhmdarları toplanır
Bu gün, 00:05
“Bakı Neft Mədən Avadanlıqları” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:02
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə təyinat olub
Dünən, 19:15
AMİP sədri deputatlığa namizəd olacaq? - ÖZÜ AÇIQLADI
Dünən, 19:02
“Gürcü arzusu”nun “rus qanunu”, yoxsa müxalifətinin bəhanəsi – Dava başqa davadır
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru