MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı daha bir maliyyə xidməti rəisi həbs edilib .....                     Bakıda kişi sevdiyi qıza görə küçədə özünə .....                     Bakıya təklif göndərən Kiyevə İrəvandan mesaj: .....                     Dövlət qurumunun 893 minlik tenderinin qalibi .....                     QOCA KƏMALƏDDİN KÖHNƏ QAYDADA YEYİR... .....                     “EFES - 2024” təlimi davam edir .....                     Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub .....                     1300 manat pul çıxardı.. 200 MANAT RÜSUM TUTULDU... .....                     “Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” .....                     Rəis ifadəsi üçün Bakıya gətirilib .....                     Rozanın “Son” nəğməsi! .....                     Soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışının qarşısı alınıb .....                     300 nəfərlik kəndə 3000 xüsusi təyinatlı yeridildi .....                     "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? .....                     BOKT sahibi Quliyevə 207 min manata yaxın dividend ödəyib .....                     "Yapı İnşaat" MTK ilə BŞİH arasında qalmaqal yaranıb .....                     "Zeytun Pharmaceuticals" .....                     Azərbaycanda “azərilər” yox, azərbaycanlılar yaşayır .....                     Bakıda taksi qiymətləri bahalaşıb? .....                     Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib .....                     “Sensasion” bəyanat və ya hibrid təxribat .....                     “İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər” .....                     Yeni məmur həbsləri .....                     Rusiya Xarkov və Sumiyə hücuma hazırlaşır .....                     `AL` market yenə də köhnə ampluasındadır... .....                     Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! .....                     Azərbaycan və Ermənistan: Normallaşma prosesi... .....                     Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq müzakirə olunub .....                     Ölkəyə 87 kiloqram narkotik maddə gətirən Neftçala rayon sakini saxlanılıb .....                     “Qeyri-rəsmi nikahda yaşayırdılar, atam öləndən sonra evimizi almaq istəyir” .....                     4 kənd iki məqsəd üçün qaytarılıb .....                     Kürəyini hökmlüyə söykəyən kürəkən .....                     Uşaq travmatizminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir .....                     “AZ AQRO” ASC-nin ləğvi .....                     BOKT-nin pulunu mənimsəyən sabiq vəzifəli şəxslər kassasiya şikayəti verdi .....                     Sülhə mane olan əsas məsələlər həll edilib .....                     "Sem-Az" şirkəti bağlandı .....                     Xocalı canisi Rusiyapərəst müxalifəti .....                     Azərbaycanda bu siqaret şirkəti bağlanır .....                     Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... .....                 

Nə oldu, Makron? - AKTUAL
Tarix: 20-04-2024, 11:15 | Çap et
Nə oldu, Makron?
Elçin Alıoğluv - TREND


Postsovet məkanı ilə yanaşı, bütün Avrasiyada "ilk dəfə" kimi dəyərəndirilə biləcək hadisələri Azərbaycan reallaşdırdı.

İlk dəfə bir ölkə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin nə bu təşkilat, nə vasitəçi ölkələr, nə də dünya birliyi tərəfindən həyata keçirildiyini yəqin etdikdən sonra işə keçdi və sənədlərdəki şərtləri özü gerçək etdi.

İlk dəfə bir ölkə suverenliyini, sərhəd bütünlüyünü və ərazisinin bütövləşməsini dünyanın supergüclərinin kəskin müqavimətinə, qıcığına və narazılığına rəğmən, reallaşdırdı.

İlk dəfə bir ölkə ərazisindəki separatçı rejimi çox qısa müddətdə, cəmi 44 gündə məğlub etdi, həmin terrorçu rejimi dəstəkləyən və yaşadan ölkəni kapitulyasiyaya vadar etdi.

İlk dəfə bir ölkə terrorizmi yaşam prinsipinə çevirmiş xuntanı ərazisində cəmi 23 saata diz çökdürdü.

İlk dəfə bir ölkə ərazisinə yeridilmiş Rusiya sülhməramlılarının könüllü, hansısa qarşıdurma və eksess olmadan çıxıb getmələrinə nail oldu.

İlk dəfə bir ölkə 30 ildən bəri işğalda olan 4 kəndini sərhəddəki danışıqlarda imzalanan memorandumla azad edərək özünə qaytardı.

Onillərlə ərazisinin 20 faizi işğal altında qalan, sonra bu işğala son qoyan və indi də işğalçı dövləti sülh gündəliyinə vadar edən Azərbaycan ilk dəfə olaraq postsovet məkanında ən qaynar münaqişələrdən birini tarixə qovuşduraraq, sərhədin delimitasiyası və demarkasiyası prosesinə hazırlaşır.

Ermənistanın baş naziri Nikol Paşinyan son günlərədək "Azərbaycan hərbi əməliyyatlara başlaya bilər" ifadəsini təkrarlayaraq, erməniləri yeni hərbi əməliyyatın mümkünlüyü ilə qorxutmaqla yanaşı, öz merkantil siyasi maraqlarını təmin etməyə can atır.

İrəvandakı hakimiyyətin məqsədi müharibənin mümkünlüyündən bəhs edərək, ABŞ, Fransa və Avropa İttifaqından mümkün qədər çox yardım, silah-sursat, hərbi texnika və maliyyə almaqdır.

Nikol Paşinyan ölkəsinin təhlükəsizliyinin təminatı üçün Qərbdən dəstəyə zərurət duyduğunu, Rusiya ilə indiyədək mövcud olmuş münasibətlər sisteminin yaranmış çağırışların öhdəsindən gələ bilmədiyini, risklərin zərərsizləşdirilməsi üçün zəruri səviyyədə olmadığını vurğulayır.

"Müharibə ola bilər" ifadəsi də Ermənistanın Vaşinqton, Paris və Brüssel qarşısında üzərinə götürdüyü öhdəliklər məcmusunu yerinə yetirmək üçün "gərəkli" geosiyasi - uydurma da olsa - əsas yaradılmasına xidmət edir.

Halbuki Ermənistanda işğalda qalmış 7 kəndimizin azad edilməsi Azərbaycanla Ermənistan arasındakı sərhədin müəyyənləşdirilməsinin əsas şərtidir.

Dünənsə hökumətlərarası komissiya Qazax rayonunu 4 kəndinin işğaldan azad edilərək, Azərbaycana qaytarılması ilə bağlı razılaşma əldə edib. Söhbət Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir.

Mayın 15-dək Azərbaycanla Ermənistan arasında protokol imzalanacaq, həmin kəndlər ətrafında Azərbaycanla Ermənistanın sərhədləri müəyyənləşdirilərək dəqiqləşəcək.

Azərbaycanla Ermənistan orada paralel olaraq sərhəd və gömrük strukturlarını yerləşdirəcəklər.

Ən əsası, Bakı və İrəvan 1991-ci il tarixli Alma-Ata bəyannaməsini iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi üçün əsas qismində qəbul edirlər.

Bəyannamə əsas sayılacaq: ya onun şərtləri Azərbaycanla Ermənistan arasındakı sülh sazişində əks olunacaq, ya da tərəflər bununla bağlı ayrıca sənədi imzalayacaqlar.

Belə olarsa, daha bir “ilk” yaşanacaq: Azərbaycan işğal edilmiş ərazilərini danışıqlar prosesi ilə azad edərək geri qaytaran ilk postsovet ölkəsi olacaq.

4 kəndimizlə bağlı situasiya Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesin də aktivləşməsinə səbəb olacaq önəmli amildir.

Ən azı ona görə ki, sərhədinin Azərbaycanla razılaşdırılmış və müəyyənləşdirilmiş hissəsinə nail olacaq Ermənistan xarici siyasətində daha aktiv olmaq imkanlarına yiyələnməklə yanaşı, daxili siyasətində əlavə təsir rıçaqları əldə edəcək.

Göründüyü kimi, rəsmi Bakı qarşısına qoyduğu məqsədlərə doğru qətiyyətlə, tələsmədən və inamla irəliləyir.

Dünənki hadisənin kölgədə qalan, amma çox önəmli məqamlarından biri, fikrimizcə, Ermənistanın məlum qərarı qəbul etməsində Qərbin rolunun hansı dərəcədə olmasıdır.

Aprelin 5-də Brüsseldə keçirilmiş görüşdə müzakirə edilən mövzuları və qəbul edilmiş sənədin bəndlərini xatırlasaq, Vaşinqton-Paris-Brüssel triosunun prosesin məhz onların mənafelərinin tam təmin olunacağı məcrada getməsində maraqlı olduqlarını unutmayaq.

Rəsmi Bakı həmin planlara korrektələrə Qərbi vadar etdi - rasional siyasəti, prinsipial mövqeyi və müstəqil diplomatiyası ilə. Məhz bu səbəbdən ABŞ və Avropa İttifaqı dünən əldə edilmiş razılaşmanı bölgədə praqmatizmin nişanəsi sayır, lakin öz niyyətlərinin məcburi transformasiyaya uğradılmasını etiraf etmirlər.

Qarabağ problemini “dondurulmuş münaqişə”yə döndərmək və Azərbaycan ərazilərinin 20 faizini erməni işğalında saxlamağa çalışan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yaramaz fəaliyyətini sonradan Vaşinqton, Paris və Brüssel davam etdirməyə, süni gərginlik yaratmaq vasitəsilə öz maraqlarını təmin etməyə çalışmışdılar.

Fransa bu prosesdə xüsusi aktiv idi və indi də fəaldır. Məhz rəsmi Paris Azərbaycanın guya yeni hərbi əməliyyatlara hazırlaşması ilə bağlı propaqanda aparır, həmin narrativi Ermənistanın siyasi elitalarına da təkrarladır.

Fəqət, Emmanuel Makronun hazırladığı ssenari iflasa uğradı, propaqanda heç bir nəticə vermədi və Azərbaycan 4 kəndini bir atəş belə açılmadan azad etdi.

Dünən Bakı və İrəvanın nümayəndə heyəti şərti dövlət sərhədində məhsuldar görüş keçirdilər.

Azərbaycanın təklif və təkid etdiyi formatda, üçüncü tərəf, vasitəçi olmadan.

Deməli, Bakı və İrəvan hər hansı moderatorlar, əcnəbi vasitəçilər kimi süni nüanslar olmadan müzakirələr apararaq, məntiqi nəticə əldə edə bilərlər.

Ümid edək ki, bu proses davamlı olacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı daha bir maliyyə xidməti rəisi həbs edilib - DETALLAR
Bu gün, 12:23
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU
Bu gün, 12:22
Bakıya təklif göndərən Kiyevə İrəvandan mesaj: - “Bəs biz?”
Bu gün, 12:16
Dövlət qurumunun 893 minlik tenderinin qalibi - BƏLLİ OLDU
Bu gün, 12:12
QOCA KƏMALƏDDİN KÖHNƏ QAYDADA YEYİR... - BU DA FAKT!!!
Bu gün, 12:10
“EFES - 2024” təlimi davam edir
Bu gün, 12:05
Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub - İLGİNC İDDİALAR...
Bu gün, 11:53
1300 manat pul çıxardı.. 200 MANAT RÜSUM TUTULDU... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:52
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloq
Bu gün, 11:44
Rəis ifadəsi üçün Bakıya gətirilib - Gömrük İdarəsində əməliyyat
Bu gün, 11:38
Rozanın “Son” nəğməsi! - VİDEO
Bu gün, 11:36
Soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
Bu gün, 11:32
300 nəfərlik kəndə 3000 xüsusi təyinatlı yeridildi - Paşinyan nədən qorxur?
Bu gün, 11:26
"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham
Bu gün, 11:24
BOKT sahibi Quliyevə 207 min manata yaxın dividend ödəyib
Bu gün, 11:18
"Yapı İnşaat" MTK ilə BŞİH arasında qalmaqal yaranıb
Bu gün, 11:16
"Zeytun Pharmaceuticals" - CƏRİMƏ OLUNA BİLƏR
Bu gün, 11:14
Azərbaycanda “azərilər” yox, azərbaycanlılar yaşayır - ABŞ saytı
Bu gün, 11:08
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 11:06
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT
Bu gün, 11:03
“Sensasion” bəyanat və ya hibrid təxribat - Belarus niyə Litvanı Minskə hücum etmək cəhdində ittiham edir?
Bu gün, 11:00
“İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər” - Prezidentə müraciət olundu
Bu gün, 10:58
Yeni məmur həbsləri - korrupsiyadan bəslənənlər artır
Bu gün, 10:54
Rusiya Xarkov və Sumiyə hücuma hazırlaşır - “The Economist”
Bu gün, 10:38
`AL` market yenə də köhnə ampluasındadır... - GİLEY
Bu gün, 10:36
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 10:28
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 10:23
Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq müzakirə olunub - FOTO
Bu gün, 10:18
Ölkəyə 87 kiloqram narkotik maddə gətirən Neftçala rayon sakini saxlanılıb - VİDEO
Bu gün, 10:15
“Qeyri-rəsmi nikahda yaşayırdılar, atam öləndən sonra evimizi almaq istəyir” - TƏFƏRRÜAT
Bu gün, 10:13
4 kənd iki məqsəd üçün qaytarılıb - İLGİNC DETALLAR
Bu gün, 10:11
Kürəyini hökmlüyə söykəyən kürəkən – O, sahibkarın biznesinə “qonub”
Bu gün, 10:09
Uşaq travmatizminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir - FOTO
Bu gün, 10:06
“AZ AQRO” ASC-nin ləğvi GÜNDƏMDƏ
Bu gün, 10:03
BOKT-nin pulunu mənimsəyən sabiq vəzifəli şəxslər kassasiya şikayəti verdi
Bu gün, 10:02
Sülhə mane olan əsas məsələlər həll edilib - GƏLİŞMƏ
Bu gün, 09:56
"Sem-Az" şirkəti bağlandı
Bu gün, 09:51
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
Bu gün, 09:48
Azərbaycanda bu siqaret şirkəti bağlanır - DETALLAR
Bu gün, 09:47
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...
Bu gün, 09:46
Rüşvət alan məmurun məhkəmə qərarı açıqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:44
Zabux sakininin evini ƏLİNDƏN ALDILAR... - "Bismillah" deməmiş özbaşınalıq başlayıb...
Bu gün, 09:40
Qırğızıstanın borcu artıb - Çin Bişkəki RAM EDİR?
Bu gün, 09:31
“Mənə neçə mənzil verə bilərsən?” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:28
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:25
“Access Bank” faiz endirimin acısını yaşayır - 3 ayda 86 milyonluq depozit itkisi
Bu gün, 09:21
"Bakı Sığorta" ASC iki şirkəti məhkəməyə verib
Bu gün, 09:17
Səfirdən qeyri-diplomatik duruş: - “Ayaq divanı” paylaşımı müzakirələrə səbəb oldu
Bu gün, 09:14
Beynəlxalq Bankın həbsdə olan keçmiş sədri aclığa başlayıb - AÇIQLAMA
Bu gün, 09:10
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTO
Bu gün, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru