"Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən .....                     Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                 

“Abzas Media” və “Toplum TV” işində yeni faktlar - TƏFƏRRÜAT
Tarix: 20-04-2024, 12:54 | Çap et
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
Cinayət məsuliyyətinə cəlb edilmiş “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və onlarla birlikdə saxlanılan şəxslərin işi üzrə aparılan istintaq prosesi zamanı yeni faktların aşkarlandığı barədə məlumat vermişdik. Qeyd etmişdik ki, şəbəkə formasında hərəkət etmiş bu şəxslər ABŞ-nin “İnternews”, USAİD, Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi", NESEHNUTİ, "People in Need" təşkilatları, həmçinin, "Beynəlxalq Fakt Yoxla Platforması", “OCCRP” layihələri ilə əməkdaşlıq edərək, qarşılığında “qrant” vəsaitləri alıblar. Amma qanunları pozaraq, bu “qrantları” qeydiyyatdan yayındırıblar. Qeyri-leqal formada icra edilən “qrant layihələri” üçün verilən maliyyə vəsaitlərini xarici banklarda açdıqları hesablar üzərindən götürüblər. Almaniyanın “Deutsche Bank and Commerzbank”, ABŞ-nin “US Citibank”, Avstriyanın “Raiffeisen Bank International”, Çexiyanın “ UniCredit Bank Czech”, Gürcüstanın “TBK Group” banklarında açılmış hesablara müxtəlif xarici “donorlar” tərəfindən köçürülən vəsaitlər Gürcüstanda bankomatlarda nəğdləşdirilib. Şübhə doğurmamaq üçün hissə-hissə Azərbaycana gətirilib.

Son günlərdə bu istiqamət üzrə daha ilginc detallar ortaya çıxıb. “Qrant qaçaqmalçılığı” şəbəkəsinin üzvü olmuş, indiyədək adı çox da hallandırılmamış yeni isimlər dövriyyəyə daxil olub. Məsələn, “Meclis.info” platformasının rəhbəri İmran Əliyevin “qrant qaçaqmalçıları” ilə əlbir fəaliyyətinə dair faktlar ictimailəşdirilib. Həmçinin, şəbəkə üzvlərinin öz əməllərini qapalı saxlamaq üçün istifadə etdikləri mexanizmlər barədə təsəvvürlər yenilənib.

“Meclis.info” platformasının rəhbəri İmran Əliyev, “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının fəaliyyəti ilə bağlı aparılan araşdırmalar zamanı müəyyən edilib ki, onlar maliyyə nəzarətindən yayınmaq üçün xarici ölkələrə məxsuz “adsız bank kartları”ndan da istifadə ediblər. Xaricdən ötürülən vəsaitlərin bir qismini də bu kartlar vasitəsilə nəqdləşdiriblər.

Kartlar Gürcüstanın TBC, Böyük Britaniyanın EML və ABŞ-nin “US Bank Reliakard” banklarına aid olub.

“Abzas Media” və “Toplum TV” işində yeni faktlar

Həmin kartlar vasitəsilə həyata keçirilmiş maliyyə əməliyyatları üzrə qəbzlər də təhqiqat prosesinin gedişində müəyyən edilərək götürülüb. Nəqdləşdirmə qəbzlərindən belə görünür ki, kartlar son ana qədər aktiv olublar. Həmçinin, kifayət qədər böyük məbləğlərin nəqdləşdirilməsi üçün istifadə ediliblər. 2023-cü ilə aid olan qəbzlərdə böyük məbləğdə vəsaitlərin nəğdləşdirilməsi halı müşahidə edilir.

“Abzas Media” və “Toplum TV” işində yeni faktlar

Qeydiyyatsız qrantların icra ediməsində Qərb instutlarının marağı var

Əldə olunan faktlar deməyə əsas verir ki, yerli VCT-lərə qanunsuz qrantların, maliyyə vəsaitlərinin ötürülməsində Qərb institutlarının özlərinin marağı vardır. Maddi şirnikləşdirmələrlə qanunsuzluğa sövq edilən QHT və KİV-lər təsir altına salınır, növbəti mərhələdə daha çirkin proseslər üçün istifadə olunurlar. Gürcüstanda yaşanan proseslər bu baxımdan yaxşı nümunədir.

Gürcüstanda geniş şəbəkə qura bilmiş Qərb mərkəzləri bu ölkənin vətəndaş cəmiyyəti institutları üzərində ciddi təsir imkanları qazanıblar. Lazımi anda partnyor təşkilatları hətta dövlət çevrilişlərinə sövq edə bilən mexanizmlər formalaşdırıblar. Son günlərdə Tbilisidə yaşananlar bu faktı bir daha təsdiq edir.

Gürcüstanda etiraz aksiyaları günlərdir ki, davam edir. Qərbin donor institutlarına bağlı olan yerli fəallar, QHT, KİV və partiyalar "xarici agentlər" haqqında qanunun qəbul edilməsinə mane olmaq adı altında aksiyaya başlayıblar. Aprelin 15-dən etibarən vüsət alan bu aksiyalar getdikcə siyasi çalar kəsb edir və cəmiyyəti bir-birinə qarşı duran 2 qütbə bölür.

Proseslərin qızışmasının bir səbəbi də qeyd olunan aksiyaların Qərb institutları, xüsusilə ABŞ tərəfindən dəstəklənməsidir. “Gürcü Arzusu” partiyası "xarici agentlər" haqqında qanun layihəsini parlamentə təqdim etdiyi ilk gündən etibarən ABŞ-nin rəsmi strukturlarından etiraz bəyanatı alıb. Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 5-də açıqlama yayaraq, “Biz Gürcüstan parlamentində “xarici agentlər haqqında” qanun layihəsinin qəbul edilməsindən dərin narahatıq keçiririk” deyib. Avropa İttifaqı da bənzər mövqe sərgiləyib. İttifaq adından yayılmış bəyanatda vurğulanır ki, “xarici agentlər haqqında qanun” qəbul edilərsə, bu, Gürcüstanın Avropa İttifaqına üzvülüyü yönündə aparılan danışıqlara zərbə vuracaq.

Hansı ki, məsələnin bu cür qoyuluşunun özü absurddur. Çünki, “Xarici agentlər haqqında qanunun” qlobal səviyyədə ideya müəllifi Amerika Birləşmiş Ştatlarının özüdür. Hitler Almaniyasına qarşı mübarizə fonunda gündəmə gələn və ilk nümunə kimi ABŞ-də 1938-ci ildə qəbul edilən qanun bu gün də yaşadılır.

Maliyyə qaynaqlarının, səhmlərinin 20 faizdən çox hissəsi ABŞ-dan kənarda formalaşan istənilən şəxs, qurum və şirkət ABŞ-də bu gün də “Xarici Agentlərin Qeydiyyatı Aktı”nın təsir dairəsinə düşür. Yəni istənilən prosesin maliyyə dövriyyəsinin ən azı 80 faizi ABŞ-ın nəzarətində olmalıdır. Bu çərçivəni aşanlar xarici agent kimi qeydiyyata düşməli, fəaliyyətlərini bu qanuna uyğunlaşdırmalıdırlar, daha ciddi nəzarət altında saxlanılmalıdırlar.

Eyni qanunun Gürcüstanda qəbul edilməsi ABŞ-ni nə üçün dərindən narahat etməlidir? Çünki, qanun qəbul edilərsə, xaricdən “qarnt alan” Gürcüstan QHT və KİV-lərin fəaliyyəti şəffaflaşdırılacaq. Beləliklə, ABŞ-nin yerli VCT-lərlə qeyri-leqal münasibətləri əlindən çıxacaq. Bir sözlə, ABŞ yerli hakimiyyətlərə təsir mexanizlərini itirəcək. Bu baxımdan müqavimət göstərir, Gürcüstan cəmiyyətini 2 qütbə bölüb qarşı-qarşıya qoyur, qanunun qəbul edilməsinin qarşısını almağa çalışır.

ABŞ Azərbaycanda da eyni mexanizmləri qurmaq istəyib

Problem ondadır ki, Qərb yerli hökumətləri təsir altında saxlamaq üçün Gürcüstanda tətbiq etdiyi və möhkəmləndirdiyi mexanizmləri Gürcüstan üzərindən digər region ölkələrinə, o cümlədən də Azərbagcana ötürmək niyyətindədir. Bənzər prosesləri Azərbaycanda “Demokratik Təşəbbüslər İnstitutu”, “Toplum TV”, "III Respublika Platforması”, “Abzas Media”-nın iştirakı ilə fərqli adlar altında reallaşdırmağa çalışıb. Yerli təmsilçi qismində çıxış edən bu “KİV və QHT-lər”ə zəruri sifarişləri icra etdirmək üçün “qarant” adı altında böyük miqdarda vəsaitlər ötürülüb. Həmin “qrant vəsaitləri” qeyri-leqal yollarla Azərbaycana gətirilib.

Şəbəkə üzvləri qanunvericiliyi pozaraq, aldıqları layihələri Ədliyyə Nazirliyində qeydə aldırmayıblar. Layihələr üzrə verilən vəsaitlər hissələrə bölünüb. Bir qismi Azərbaycan, bir qismi Gürcüstan, digər qismi isə Avropa ölkələrindəki banklar üzərindən köçürülüb, diqqətdən yayındırılıb.

“Toplum TV”, “AbzasMedia”, “Fakt Yoxla” redaksiyasının, həmçinin, “Demokratik Təşəbbüslər İnstitutu” və “III Respublika Platforması”nın yeganə qüsuru qrant üzrə qanunvericiliyi pozmalarında, qrant vəsaitlərini qeydiyyatdan yayındırmalarında, nəhayət, bu vəsaitləri mənimsəmələrində deyil. Onların icra etdikləri “qrant layihələri”nin hədəfləri anti-milli ovqatlıdır. Azərbaycanın müstəqil xarici siyasət kursunun vurulmasına hesablanıb. Bu baxımdan müvafiq dövlət qurumlarının diqqətini çəkiblər və təhqiqata cəlb olunublar. Aparılan istintaq prosesi zamanı əldə edilən faktlar sübuta yetirir ki, şəbəkənin fəaliyyəti barədə şübhələr reallığa söykənib.

“MA analitik”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru