Təbrizin "Traktor" klubu Emrelini transfer etmək istəyir .....                     Rəşad Nəbiyevin uğursuz taksi islahatı... .....                     "Binamızda bir deputat yaşayır, öz pulumuza liftimizi növbədənkənar dəyişdiriblər" .....                     Təxribat üçün niyə yenə Tovuz seçildi? .....                     Mirzoyan Türkiyədə “3+3” formatında keçiriləcək görüşə gedəcək? .....                     Arazdəyən kəndi ilə bağlı xəbər .....                     “25 min avro Qənimətə çatacaq, 10 min manat isə...” .....                     Vaşinqton təmsilçiləri “davamlı və ləyaqətli sülh” ifadəsi ilə nəyi demək istəyirlər? .....                     İrəvanda Nizaminin gizlədilən türkcə əsərləri var... .....                     "Payızda yeni müharibə başlayır, Ermənistan Zəngəzuru itirir" .....                     Zəfər Qurbanovu DURDURAN OLACAQMI? .....                     “Azərsun” şirkətinə məxsus “Saville” makaronlarının içindən diri siçan balaları çıxdı .....                     “Əhali məhsulun bahalaşmasını payızda hiss edəcək” .....                     Müdafiə Nazirliyi ÜSTÜÖRTÜLÜ DANIŞMADI... NET DEDİ... .....                     Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb .....                     “YERİMƏ NARKOTİK İSTİFADƏÇİSİNİ GÖTÜRÜBLƏR” .....                     "Kupça satan" kimi tanınır, həbsdə olduğu deyilir... .....                     Ölkədaxili, regional və qlobal şərtlər dəyişir, amma... .....                     Füzulidə uçuşların başlaması Azərbaycanın mülki aviasiyasının inkişafında yeni dövrü əks etdirir .....                     Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb .....                     Dövlət qurumlarının “Pilot-16”-ya gücü çatmır? .....                     Naftalanı yarıtmışdı ki... .....                     3 uşaq anası FƏRYAD EDİR... .....                     Avropa Azərbaycanla milyardlıq layihələrin izində .....                     SEPAH-ın Ermənistanda güclü maraqlarının olması bir faktdır .....                     Göyçayın başçısı nə dərd dinləyir, nə də ki... .....                     “Bizim yüksəlişimizin Trampla əlaqəsi yoxdur” .....                     Çox pul qazansınlar deyə... QİYMƏTİ QALDIRIRLAR! .....                     Ağcabədi sakini ACINACAQLI DURUMDA... .....                     ƏDV ödənişi ilə bağlı açılan saxta saytlar vətəndaşın cibini "deşir" .....                     Bu məmurlar İSTEFA VERƏCƏK .....                     İrəvanı “dizə gətirmək” üçün... .....                     Paşinyan Bakıya “səfəri”ndən şou düzəldir .....                     Polad Bülbüloğlunu KİM ƏVƏZ EDƏCƏK? .....                     Ermənilərin Hindistandan aldığı silahlar təkcə bizəmi qarşıdır? .....                     İşçilər bildirirlər ki... .....                     İmişlidə 5 ədəd sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb .....                     Rusiyadakı repressiyalar: müharibənin qaçılmaz davamı .....                     Bakının Kremlin təklifinə müsbət reaksiyası… .....                     "Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam" .....                 

“Qalan 3 kəndin də qayıdacağına inancım tamdır” - İbrahim Nəbioğlu
Tarix: 21-04-2024, 16:06 | Çap et
“Qalan 3 kəndin də qayıdacağına inancım tamdır”
Uzun zaman davam edən gərgin müzakirələrdən sonra Qazax rayonunun işğalda olan 7 kəndindən 4-ünün azad edilməsi barədə razılıq əldə edildi. 2020-ci ilin Vətən müharibəsindəki böyük qələbədən, ardınca 2022-ci ilin sentyabrındakı misilsiz uğurdan sonra ən böyük sevinci yaşadıq. Ermənistan Qazağın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrmlı və Qızılhacılı kəndlərini təhvil verdi. Qalır Qazağa məxsus, amma anklav – Azərbaycan Respublikası ilə birbaşa əlaqəsi olmayan Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərinin geri qaytarılması.

AYNA tanınmış jurnalist, publisist, araşdırmaçı, Azərbaycanın İstanbuldakı keçmiş Baş konsulu, əslən Qazaxdan olan, hazırda İstanbulda yaşayan İbrahim Nəbioğlu ilə 4+3 kənd və Respublikanın qərb qapısı olan Qazağın... özü barədə həmsöhbət olub.

- 7 kənd həsrəti, köksümüzdəki 7 yara... 4-ü sağalır, çox şükür. Nə hiss edirsiniz?

- Çox böyük mutluluq, çox böyük sevinc... ilə yanaşı, çox böyük bir boşluq hiss edirəm. Sevincimin səbəbini izah etməyə ehtiyac yoxdur. Boşluğa gəlincə, mən hazırda orta bir yaşdayam. Halbuki, o kəndlər işğal ediləndə mən gənc idim. Və ömrümüzdən keçən 30 ildə bir dəfə gedib o yerləri görə bilmədim. Baxmayaraq ki, atam İncə Dərəsindəndir, mənim Əskiparada, Bağanıs Ayrımda, ordakı digər kəndlərdə uzaqdan-yaxından qohumlarım var. Məsələnin ürəyə su səpən tərəfi odur ki, həmin qohumların və qohum olmayan sakinlərin dərdi nisbətən yüngül oldu – qaçqın həyatları çox da uzaqlarda davam etmədi. Çünki işğal edilən 7 kənddən qaçqın düşənlər başqa bölgələrə səpələnmədilər, ya rayonun mərkəzində, ya da ətraf kəndlərdə yerləşdilər. Düşünürəm ki, kəndlər geri qayıtdıqdan sonra ordan didərgin düşənlərimizin tamamı öz yurd-yuvalarına qayıdacaqlar. Başqa “cazibəyə” aldanmayan, böyük şəhərin “sehrinə” qapılmayan bu Qazax qaçqınları dönəcəklər doğma kəndlərinə. Bütün qaçqınlar çətinlik yaşayırlar, amma o 7 kənddən qaçqın düşənlər fərqlidir.

Bunları hiss edirəm. İkinci Qarabağ müharibəsində hər kəndimiz, şəhərimiz azad olunduqca, içimdə hayqırış, vulkan vardı. Düşmənə nifrətim daha da artırdı. İndi son 3 gündür eyni hisslərlə yaşayıram. Düşünürəm ki, ermənilər bizə nə qədər travmalar yaşadıblar, nə cür bir düşmənçilik ediblər. Lakin bu travmalardan qurtulmalı, bu hissləri arxa plana keçirməli və Vətənin bütövlüyü üçün bütün maneələri aşmalıyıq.

- Ölkə miqyasında, Qarabağ ilə müqayisədə Qazağın işğal edilən kəndlərinin ərazisi çox kiçikdir. Lakin həm Sizin, həm də bəzi Qazax ziyalılarının nəzərində məsələnin başqa bir alt qatı var, sanki. Nədir hər kəsin mahiyyətinə vara bilmədiyi o incə nüans?

- Mən əslən qazaxlı olsam da, şəhərdə doğulub-böyümüşəm. İçərişəhərdə doğulmuşam, Bakıda böyümüşəm. Atam və anam Qazaxdan gəliblər Bakıya. Bir-birilərini Qazaxda tanımayıblar, Bakıda ali məktəbdə oxuyan zaman tanış olublar və bir-birilərini sevərək evləniblər. Bizim evdə bir Qazax kultu vardı, Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı kultu vardı. Sonralar mən Maqsud Şeyxzadəni araşdırmağa başladım. Qazaxdan Özbəkistana getmiş, o ölkənin dramaturgiyasının banisi olmuş, oranın ədəbi simvollarından birinə çevrilmiş Maqsuq Şeyxzadədən gedir söhbət.

Yəni, Qazax kultu söz, ədəbiyyat, mədəniyyət deməkdir. Bu torpağın insanları nə qədər dəqiq elmlərə yiyələnsələr də, sözdən, ədəbiyyatdan, mədəniyyətdən, mənəviyyətdən kənarda yaşaya bilmirlər – sudan çıxarılmış balıq misalı. Məsələn, mənim atam elmlər dokoturu, professor, nəzəri mexanika kafedrasının müdiri idi, amma dəhşətli dərəcədə ədəbiyyat aşiqiydi, heç də öz peşəsindən az bilmirdi ədəbiyyatı. Dəqiq elmlərin bilicisi olan atam Səməd Vurğunu, Hüseyn Cavidi, digər klassiklərimizin əsərlərini əzbər bilirdi, saatlarla onların əsərlərini sinədən deyirdi. Və həm də türkçü idi – özü də necə türkçü! Türkçülük də, yəqin ki, bizim bölgənin oğuz-qıpçaq kökəni ilə bağlıdır. Turan yolunun üzərində yerləşmək, Şərq-Qərb axınlarının mərkəzi olmaq və s. də təsirsiz ötüşməyib.



Qarabağla müqayisəyə gəlincə, mən belə müqayisə aparmazdım. Çünki söhbət ərazicə böyüklükdən getmir, Ümumvətən anlayışından gedir. Qarabağımızın uğrunda minlərlə şəhidimiz var – qarabağlısı ilə, qazaxlısı ilə, lənkəranlısı ilə, qubalısı ilə, şirvanlısı ilə və s. Yəni, Qarabağımızın azadlığına nə qədər seviniriksə, Qazağımızın kəndlərinin azadlığına da o qədər sevinirik – nə bir zərrə az, nə bir zərrə çox. Bax, bizim üçün “alt qatdakı nüans” dediyiniz budur. Altaylardan Qafqazlara qədər uzanan Türk yolunun yolçuları olaraq, damarında axan Türk qanının daşıyıcıları olaraq, daşıdığı genetik kodun təmsilçiləri olaraq... başqa fərqliliyimiz yoxdur. Və sizin, bizim, hamımızın bir arzumuz, amalımız, dərdimiz vardı – Azərbaycanın ərazi bütövlüyünün təmini. Çox şükür, bunu da görürük. Gerisi təfərrüatdır.

- 4-ü qayıtdı, qaldı 3-ü. Həm anklav, həm də ərazicə böyük olanlar. Onların qayıdışına inancınız varmı? Yoxsa ərazi mübadiləsi subyektləridir?

- İnancım tamdır ki, onlar da qayıdacaq. Sadəcə burada müəyyən məqamlar var. Məsələn, Yuxarı Əskipara ilə Vaskepar arasında bir yol var. O yol Ermənistan üçün olduqca strateji bir yoldur, can damarıdır. Ermənistanın mövcudluğunu təmin edən amillərdən biridir o yol. Həmin bu yol, vaxtilə Azərbaycana – Qazağa məxsus, indisə Ermənistana aid olan mühüm ərazilərdən keçir və strateji nöqtəyə ulaşır. Dilcandan, İcevandan başlayır, Salah kəndindən (keçmiş təhsil naziri Misir Mərdanovun doğulduğu kənd – İ.N.) keçir, sonra Vaskeparla Yuxarı Əskiparanın arasından keçir, oradan İncə Dərəsi ilə Şıxlının yuxarısına - Noyamberyana çatır, oradan da Sadaxlıya, Gürcüstana yetişir. Gördüyünüz kimi, bu yol Ermənistan üçün varlıq söhbəti, “olmazsa, olmaz” məsələsidir. Ona görə də Ermənistanın bu məsələdə ciddi əndişəsi var. Haşiyədən kənara çıxıb əlavə edim ki, bu strateji yol üzərindəki torpaqlar tarixi Azərbaycan torpaqları, Türk diyarıdır. O məsələlərə artıq gələcəkdə dönəcəyik, yəqin. Amma mütləq dönəcəyik…

Məsələ bundan ibarətdir ki, Azərbaycan bu mövzuda tam təminat verir. Üstəlik, yuxarı tərəfdən ayrıca bir avtomobil yolu da çəkiləcək ki, bunu Paşinyan özü də sərhəd kəndlərinin sakinləri ilə görüşündə dilə gətirdi. Mən əminəm ki, biz artıq tutduğumuzu buraxmayacağıq. İlk mərhələdə qeyri-anklavları alırıq, anklavlar qalır sonrakı mərhələyə. Burada önəmli məqam ondan ibarətdir ki, bu kəndlər anlaşmasında nə Moskva, nə Brüssel, nə Paris, nə də Vaşinqton var – burada ancaq Bakı və İrəvan var. Burada iki ölkənin aylarla sürən gərgin müzakirələrinin bəhrəsi var. Bilirsiniz ki, Azərbaycan tərəfdən yetkili komissiyaya Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir - əslən qazaxlı, İncə Dərəsindən olan, bir dövlət xadimi. Bu da təsadüfi seçim deyil.

Bütün bu amilləri nəzərə alaraq, inancım tamdır ki, son bir qarış torpağımız da geri qayıdacaq. Həm ordumuz arxamızdadır, həm diplomatiya sahəsində böyük nailiyyətlərimiz var, həm də regiondakı kataklizmlərin bizim lehimizə cərəyan etdiyini düşünürəm.

- Ümumvətən sevginizin içində bir küncdə yurd sevgisi, rayon təəssübkeşliyi var – hətta qədərindən çox. Bu, yerlipərəstlikdir?

- Suallarınızın qoyuluşuna görə təşəkkür edirəm və təqdir edirəm. İlk dəfədir ki, biz Qarabağ haqda, Qazağın işğaldakı kəndləri haqda siyasi söhbət aparmırıq, gərgin diskussiya qurmuruq - əksinə, duyğusal, sevgi ilə yoğrulmuş bir söhbətin “opponentləri” oluruq. Bu amil ona görə sevindiricidir ki, artıq məğlubiyyəti deyil - qələbəni bölüşürük, həsrəti deyil - vüsalı müzakirə edirik, yoxluq haqda deyil – varlıq haqda dərdləşirik. Və ilk dəfədir ki, dərddən belə şirin-şirin danışırıq.

Yurd sevgisinə, rayon təəssübkeşliyinə gəlincə... Mənim Moskvada bir aspirant dostum vardı, Həbəşistandan idi. Rus dilini bir az öyrənib aspirant oldu. Bir dəfə biz azərbaycanlı uşaqlar onu milli yeməyimizə dəvət etmişdik. Gəldi, yedi, amma bəyənmədi. Soruşduq ki, “niyə bəyənmədin?”. Cavab verdi ki, “dünyada ən yaxşı plovu həbəşlər bişirirlər”. Dünyanın ən yaxşı şəhərinin hansı olduğunu soruşduq, “Əddis-Əbəbə” cavabını verdi.

Hər kəsə öz mayası, öz yurdunun neməti, öz anasının bişirdiyi yemək şirindir. Bu, həbəşlərə də aiddir, çinlilərə də, azərbaycanlılara da, Azərbaycanın daxilindəki ayrı-ayrı bölgələrə də. Bilmirəm, bəlkə də, bizim Qazax camaatının qanındakı şeiriyyətdən, ədəbiyyatdan doğan romantikadır ki, biz öz hisslərimizi daha tez və asan büruzə veririk, dildən pərgar olduğumuz üçün öz sevgimizi daha rahat şəkildə ifadə edirik. İstisna deyil ki, başqa bölgələrimizin insanları öz yurdlarını bizdən daha çox sevirlər, amma fikirlərini ifadə etməkdə bizimkilər qədər zirək deyillər (gülür – T.T.).

Sovet vaxtı Ağdama getmişdim. Orda elə söhbətlərimiz oldu ki, elə bildilər, mən də ağdamlıyam. Yaxud Qəbələdən çoxlu dostlarım olduğu üçün elə bilirlər ki, qəbələliyəm. Tələbə vaxtı Bakıda oxuyanda qrup yoldaşlarımın arasında 5 nəfər vaxçıvanlı vardı, beşi ilə də dostluq edirdim. Yeri gəlmişkən, onu da iddia edirəm ki, Naxçıvanı mənim qədər bilən, kənd-kənd tanıyan ikinci qazaxlı yoxdur. O zaman Naxçıvana o qədər gedib-gəlirdim ki, hamı elə bilirdi, mən naxçıvanlıyam.

Bütün bunlar təbəssüm yaradan amillərdir. Bəli, biz bütün Vətənimizi - Azərbaycanı sevdiyimiz kimi, onun dilbər guşəsi olan yurdumuzu - Qazağı sevirik. Biz yurdumuzu vəsf edirik, onun şəninə şeirlər yazırıq, dastanlar qoşuruq, nəğmələr oxuyuruq, bayatılar deyirik. Ola bilər ki, bir az fərqli sevirik – şair kimi sığallayırıq, yazıçı kimi tumarlayırıq, aşıq kimi oxşayırıq... Bu da bir növ özünəməxsusluqdur, yəqin ki.

Və qayıdaq yerlipərəstliyə: məncə, biz qazaxlılar yerlipərəst deyilik (gülür – T.T.).








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təbrizin "Traktor" klubu Emrelini transfer etmək istəyir
Bu gün, 10:43
Rəşad Nəbiyevin uğursuz taksi islahatı... - yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…
Bu gün, 10:39
"Binamızda bir deputat yaşayır, öz pulumuza liftimizi növbədənkənar dəyişdiriblər" - Şeyx Əbdül
Bu gün, 10:30
Təxribat üçün niyə yenə Tovuz seçildi? - Ermənistanın şok planı üzə çıxdı
Bu gün, 10:27
Mirzoyan Türkiyədə “3+3” formatında keçiriləcək görüşə gedəcək?
Bu gün, 10:26
Arazdəyən kəndi ilə bağlı xəbər Ermənistanı ÇALXALADI
Bu gün, 10:19
“25 min avro Qənimətə çatacaq, 10 min manat isə...” – Tofiq Yaqublunun işi
Bu gün, 10:17
Vaşinqton təmsilçiləri “davamlı və ləyaqətli sülh” ifadəsi ilə nəyi demək istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:16
İrəvanda Nizaminin gizlədilən türkcə əsərləri var... - Alimdən şok iddia
Bu gün, 10:14
"Payızda yeni müharibə başlayır, Ermənistan Zəngəzuru itirir" - Ərdoğana yaxın qəzetin rəhbərindən ŞOK yazı
Bu gün, 10:11
Zəfər Qurbanovu DURDURAN OLACAQMI? - ADAU adlı BAZAR...
Bu gün, 10:08
“Azərsun” şirkətinə məxsus “Saville” makaronlarının içindən diri siçan balaları çıxdı - İYRƏNCLİK
Bu gün, 10:00
“Əhali məhsulun bahalaşmasını payızda hiss edəcək” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Müdafiə Nazirliyi ÜSTÜÖRTÜLÜ DANIŞMADI... NET DEDİ... - SAVAŞ QAPIDADIR!
Bu gün, 09:48
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Bu gün, 09:44
“YERİMƏ NARKOTİK İSTİFADƏÇİSİNİ GÖTÜRÜBLƏR” – Bərdə sakini işdən şərlənərək çıxarıldığını deyir
Bu gün, 09:41
"Kupça satan" kimi tanınır, həbsdə olduğu deyilir... - Adil Əliyevin MENYUSUNA...
Bu gün, 09:38
Ölkədaxili, regional və qlobal şərtlər dəyişir, amma... - İNCƏLƏMƏ
Bu gün, 09:36
Füzulidə uçuşların başlaması Azərbaycanın mülki aviasiyasının inkişafında yeni dövrü əks etdirir - AZAL
Bu gün, 09:30
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
Bu gün, 09:28
Dövlət qurumlarının “Pilot-16”-ya gücü çatmır? - Tikinti şirkəti şəhərin mərkəzini xarabalığa çevirib
Bu gün, 09:27
Naftalanı yarıtmışdı ki... - İTTİHAM VAR...
Bu gün, 09:25
3 uşaq anası FƏRYAD EDİR... - "Nə gəlib yoxlayırlar..."
Bu gün, 09:22
Avropa Azərbaycanla milyardlıq layihələrin izində - ARAŞDIRMA
Bu gün, 09:15
SEPAH-ın Ermənistanda güclü maraqlarının olması bir faktdır - NƏ ETMƏLİ?
Bu gün, 09:14
Göyçayın başçısı nə dərd dinləyir, nə də ki... - Hansı günə orda oturub?
Bu gün, 09:12
“Bizim yüksəlişimizin Trampla əlaqəsi yoxdur” - Ziya Məmmədovun qardaşından İLGİNC AÇIQLAMALAR
Bu gün, 09:06
Çox pul qazansınlar deyə... QİYMƏTİ QALDIRIRLAR! - BU FAKTDIR!
Bu gün, 09:05
Ağcabədi sakini ACINACAQLI DURUMDA... - "4-cü uşağa necə baxacağıq bilmirəm..."
Bu gün, 09:03
ƏDV ödənişi ilə bağlı açılan saxta saytlar vətəndaşın cibini "deşir" - "Pulsuz pendir siçan tələsində olur"...
Bu gün, 09:00
Bu məmurlar İSTEFA VERƏCƏK - Onların sırasında baş nazirin müavini də var...
Bu gün, 08:59
İrəvanı “dizə gətirmək” üçün... - ”Azərbaycan şərtləri sərtləşdirməlidir”
Bu gün, 08:58
Paşinyan Bakıya “səfəri”ndən şou düzəldir - Vasadze
Bu gün, 08:56
Polad Bülbüloğlunu KİM ƏVƏZ EDƏCƏK? - Təyinat seçkidən sonrayadır...
Bu gün, 08:55
Ermənilərin Hindistandan aldığı silahlar təkcə bizəmi qarşıdır? - AKTUAL
Bu gün, 08:52
İşçilər bildirirlər ki... - Ekspert danışır...
Bu gün, 08:51
İmişlidə 5 ədəd sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb
Bu gün, 08:46
Rusiyadakı repressiyalar: müharibənin qaçılmaz davamı - GƏLİŞMƏ
Bu gün, 07:27
Bakının Kremlin təklifinə müsbət reaksiyası… - Rus ekspert
Bu gün, 07:25
"Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam"
Bu gün, 07:20
“Ermənistan Konstitusiyası dəyişdirilməsə...” - İşxan Verdyan
Bu gün, 07:18
“Fitch” Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəldib
Bu gün, 07:14
"Hazırda Fransa, Hindistan və İran kimi ölkələr Ermənistana silah verir" - Partiya sədri
Bu gün, 00:05
Bu şirkət dərman satışından 3 milyon qazanacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Ermənistana casusluq edən şəxsi hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 19:02
İrəvan sülh prosesindən daha da uzaqlaşacaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 19:00
İlginc pensiya sistemi: - 60 manat üçün 25 il işləməliyik
Dünən, 18:56
Sabunçuda 4,3 milyona yarımstansiyanı bu şirkət tikəcək
Dünən, 18:10
"Ermənistanın iç üzü budur" - Ekspert danışır...
Dünən, 18:08
YAP-ın 1 sentyabr TAKTİKASI... - Nələr və kimlər dəyişəcək?
Dünən, 18:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru