Trampa Azərbaycan və Ermənistanla bağlı nə deyiləcək? .....                     Fransa Azərbaycan iqtisadiyyatına 122 milyon dollar investisiya yatırıb .....                     Baləli: "Maşınımın baqajında kirayə qalıram" .....                     Kreml Bakı və İrəvandan əl çəkmir .....                     İrəvanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib .....                     “Əkrəm İmamoğlu terrorçu ilə görüşüb” .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə satacaqdı .....                     Əli Kərimlinin mühafizəçisi saxlanıldı .....                     “Heç bir rəsmi xəbərdarlıq olmadan 17 nəfəri işdən çıxarıblar” .....                     5 ay əvvəl çökən həmin ev hələ də bu vəziyyətdədir... .....                     BP TANAP-dakı payını satır .....                     Türkiyə-Ermənistan sərhədi DAİM AÇIQ QALMAYACAQ! .....                     Estoniya Ukraynaya 100 milyon avroluq hərbi yardım ayırdı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Söhbət böyük məbləğdə maliyyə dövriyyəsindən gedir" .....                     Türkiyəni içindən qarışdırmaq istəyənlər... .....                     Fransadan Azərbaycana köçürülən pullar 2 dəfəyə yaxın artıb .....                     Rusiya “Krokus” terrorunun arxasında Qərbi görür? .....                     Gələn şənbə revanşist separatçılar Paşinyana qarşı böyük mitinq keçirəcək... .....                     Etibar Cəbrayıloğluna ağır itki üz verib .....                     “Putin çox ağıllı insandır” .....                     Azərbaycanda 10 min boşanmış şəxs yenidən .....                     Kremldən İrəvana sərt xəbərdarlıq: Bu dəfə Şoyqunun dilindən .....                     ABŞ ordusunun Ermənistana gəlməsi… .....                     Radikallar aktivləşir, amma dövlət də yatmır .....                     IMF-in İcraiyyə Şurası Azərbaycanın iqtisadi siyasətini müzakirə edib .....                     “Həyatımda olan kişi getməlidir ki, görək növbəti kim gəlir” .....                     İmamoğluya qarşı yeni ittiham: .....                     Binəqədidə xəlvətə salıb ŞIDIRĞI TİKHATİKDİR... .....                     "Heç bir söz, təsəlli sənin yerini doldura bilmədi" .....                     Ermənistan Azərbaycana milyardlarla borcludur .....                     Paşinyan şərtlərimizi qəbul etdi? .....                     BUNLARIN GÖZÜ DOYSA: Camaatın da üzü gülər... .....                     “Azərpoçt”un ƏCAİB TENDER ORTAĞI... .....                     Jurnalistin oğlu vəfat edib .....                     İran vasitəçilərlə Trampın məktubuna cavab verib, .....                     DİN kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciət edib: .....                     Niyazi biləndə ki, Qara Qarayevin tələbələriyik, bizim musiqiləri ifa etmirdi .....                     Bakıda yeni kameralar: yerə zibil atanlar cərimələnəcək? .....                     Rusiya hərəkətə keçdi: Bakıdan görün nə istəyirlər .....                 

Azərbaycana bahalı və sirli “karşerinq” xidməti gətirilir - ARAŞDIRMA
Tarix: 21-04-2024, 16:11 | Çap et
Azərbaycana bahalı və sirli “karşerinq” xidməti gətirilir
Avtomobil ixtira olunana qədər insanlar bir yerdən başqa yerə, xüsusən də uzaq məsafəyə getmək üçün daha çox atlardan istifadə edirmişlər. Amma hazırda hamının avtomobil almaq imkanı olmadığı kimi, o zaman da hamının at almaq, at saxlamaq imkanı yoxuymuş. Odur ki, şəhərlərdə indiki taksinin rolunu oynayan at arabaları – faytonlar işləyirmiş. Faytonçu müəyyən məbləğ müqabilində sərnişini onun istədiyi yerə çatdırırmış.

Eyni zamanda, nəqliyyatın başqa bir növü da inkişaf edibmiş – atların kirayəsi. Bu xidmət növü, xüsusən də, uzaq məsafələrə üz tutanlar arasında populyar olub. İnsanlar bir nöqtədən (daha çox mehmanxanalar, meyxanalardan) atı kirayəyə götürərək, mənzil başına çatandan sonra eyni təyinatlı başqa yerdə təhvil verirlərmiş. Xidmət növü “horse sharing” (at kirayəsi) adlanırmış.

Zaman keçdikcə atları avtomobillər əvəz edib. Kirayə nəqliyyat növbəsi isə avtomobillərə çatıb. Əvvəlcə taksi, sonra “rent a car”, indi isə “car sharing” (karşerinq).

“Karşerinq” dəqiqəlik və saatlıq qiymətlərlə qısamüddətli avtomobil icarəsi, yəni, avtomobil paylaşımı deməkdir. Xidmətin mahiyyəti ondan ibarətdir ki, bir (və ya bir neçə) şirkət, yaxud fiziki şəxs çoxlu sayda avtomobil gətirərək, şəhərin müxtəlif ünvanlarındakı xüsusi dayanacaqlarda yerləşdirir. İnsanlar da yaxınlıqdakı dayanacağa gedərək, avtomobili sifariş edir. Amma bu prosesdə taksi sürücüsü olmur. Vətəndaş “karşerinq” xidməti zamanı avtomobili özü idarə edir və A nöqtəsindən B nöqtəsinə gedir. Ödəniş isə nağdsız formada zamana və ya məsafəyə görə həyata keçirilir.

“Karşerinq” xidməti Azərbaycanda olmasa da, dünyada geniş yayılıb. Bu xidmət növü dünyanın 40-dan çox ölkəsində mövcuddur. Xidmət əsasən böyük şəhərlərdə, turistik yerlərdə və müxtəlif kurortlarda fəaliyyət göstərir.

“Karşerinq” ilk dəfə nə zaman və harada yaranıb?

“Karşerinq” termini ilk dəfə 1948-ci ildə İsveçrənin Sürix şəhərində yaranıb. Öz avtomobil parkı olan bir şirkət işçilərinə müəyyən ödəniş qarşılığında qısa müddətdə bu avtomobillərdən istifadə etməyə icazə verib. Lakin sonra texniki imkanlar (sabit rabitənin olmaması, avtomobilləri izləmək imkanı və s.) bu ideyanın inkişafına imkan verməyib. 1970-ci illərin əvvəllərində isə ilk tam sistemli “karşerinq” layihələri ortaya çıxıb. İllər sonra da 1991-ci ildə “karşerinq” fəaliyyətlərini dəstəkləmək üçün Avropa Avtomobil Paylaşımı Assosiasiyası yaradılıb.

“Karşerinq” Azərbaycana da gəlir?

Bir çox Avropa ölkələri üçün köhnə, ölkəmiz üçün isə yeni olan “karşerinq” sisteminin yaxın gələcəkdə Azərbaycana da gəlməsi gözlənilir. Bununla bağlı mətbuatda məlumatlar yayılıb. Hətta bunun üçün taksi şirkətlərindən birinin ölkəyə xeyli avtomobil gətirməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər var.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə mətbuata bildirib ki, bu, Azərbaycan üçün yenilikdir. Və bununla bağlı kompleks araşdırma aparılır.

Bəs “karşerinq”in Azərbaycana gəlməsi nə dərəcədə doğrudur? Nəqliyyat sisteminin bərbad olduğu ölkəmizdə bu sistem özünə yer tapa biləcəkmi? “Karşerinq”in istifadə qaydaları, ödəniş üsulu necə olacaq? Nəhayət, “karşerinq” sistemi Azərbaycanda taksi bazarını öldürə bilərmi?

Qeyd edək ki, xidmətdən istifadə üçün sürücülük vəsiqəsinin müddəti ən azı iki il olmalıdır. Əks halda “karşerinq”dən istifadə etmək mümkün olmayacaq.

Hələlik xidmətin qiyməti bəlli deyil. Bəzi mənbələr gediş haqqının 1 dəqiqə üçün 20 qəpik, digərləri isə 60 qəpik olacağını bildirirlər. Əgər qiymət belə olsa, onda 1 saat üçün təxminən 35 manat ödəməli olacağıq.

Azərbaycanda “karşerinq” sistemi artıq indidən mübahisələrə səbəb olub. Xidməti bəyənənlər ilk növbədə onun rahatlığını önə sürürlər. Onların sözlərinə görə, hətta avtomobili olmayanlar da “karşerinq”dən istifadə edərək, nəqliyyat problemindən qurtula bilərlər. Bəyənməyənlər isə ilk növbədə qiymətin baha olmasını göstərirlər.

Digər tərəfdən, ölkədə sürücülük vəsiqəsi olanların çoxunun şəxsi avtomobili var. Onların da “karşerinq”dən istifadə etməsinə ehtiyacları yoxdur. İmkanı olmayanların isə onsuz da bahalı “karşerinq” xidmətindən istifadə etməsi mümkünsüzdür...

Bundan əlavə, onsuz da tıxaclardan, parkinq çatışmazlığından əziyyət çəkən şəhərdə saxlama problemi də yaşana bilər.

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov ilk növbədə qeyd edib ki, “karşerinq” xidməti heç bir halda taksi bazarını öldürə bilməz. Əksinə, taksi fəaliyyəti daha da canlanacaq və hətta taksi bazarında qiymət artımı da olmayacaq.

Müsahibimiz deyir ki, “karşerinq” xidmətinin gəlməsi vətəndaşların xeyrinə olan addımdır və bu prosesi dəstəkləyir: “Yenilik mütləqdir və alqışlanır. Sahibkarın və ya fiziki şəxsin qazancından söhbət gedirsə, hər iki tərəf qazanacaq. Sahibkar da, vətəndaş da, dövlət də. Çünki nəqliyyat vasitələri dövriyyədə olacaq. Onların sığortası, texniki baxış gəliri, qəza törətməsi, cəriməsi və s. bunlar hamısı dövlətə çatan xeyirdir”.

Ekspert deyib ki, “karşerinq” avtomobilləri istənilən yerdə park edilməyəcək, onların öz dayanacağı olacaq. Bu proses müəyyən müddət sonra tənzimlənəcək, sahibkarlar özləri bu işləri həll edəcək: “İstifadəyə verilmə tarixi də sahibkarların istəyinə bağlıdır. Dəqiq vaxt demək çətindir. Amma güman edirəm ki, ən tezi 1 aya istifadəyə verilə bilər”.

Yenə də problemlər çoxdur, həlli isə müəmmalıdır. Görəsən, bu şərtlər altında “kaşerinq” xidməti Azərbaycanda da digər Avropa ölkələrindəki kimi nüfuz qazana biləcəkmi?

Yaşayıb, görəcəyik...

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampa Azərbaycan və Ermənistanla bağlı nə deyiləcək?
Bu gün, 15:49
Fransa Azərbaycan iqtisadiyyatına 122 milyon dollar investisiya yatırıb – 25 dəfə artıb
Bu gün, 15:42
Baləli: "Maşınımın baqajında kirayə qalıram" - VİDEO
Bu gün, 15:16
Kreml Bakı və İrəvandan əl çəkmir – “Yenə vasitəçi olmaq istəyirlər”
Bu gün, 14:58
İrəvanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Bu gün, 14:53
“Əkrəm İmamoğlu terrorçu ilə görüşüb” - İTTİHAM
Bu gün, 14:35
Vidadi Zeynalovun qızının evini baş həkimə satacaqdı - Həbs edilən MTK sədrinin işinin TƏFƏRRÜATI
Bu gün, 14:22
Əli Kərimlinin mühafizəçisi saxlanıldı - Adam bıçaqlama ittihamı
Bu gün, 14:20
“Heç bir rəsmi xəbərdarlıq olmadan 17 nəfəri işdən çıxarıblar” - Birinci qrup əlil
Bu gün, 14:16
5 ay əvvəl çökən həmin ev hələ də bu vəziyyətdədir... - GİLEY
Bu gün, 14:00
BP TANAP-dakı payını satır - QİYMƏT
Bu gün, 13:58
Türkiyə-Ermənistan sərhədi DAİM AÇIQ QALMAYACAQ! - Müvəqqəti imiş...
Bu gün, 12:38
Estoniya Ukraynaya 100 milyon avroluq hərbi yardım ayırdı
Bu gün, 12:35
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:32
"Söhbət böyük məbləğdə maliyyə dövriyyəsindən gedir" - deputat
Bu gün, 12:26
Türkiyəni içindən qarışdırmaq istəyənlər... BİLMƏLİDİR!
Bu gün, 12:11
Fransadan Azərbaycana köçürülən pullar 2 dəfəyə yaxın artıb - RƏSMİ
Bu gün, 12:07
Rusiya “Krokus” terrorunun arxasında Qərbi görür? – Şok ittiham
Bu gün, 11:57
Gələn şənbə revanşist separatçılar Paşinyana qarşı böyük mitinq keçirəcək... - “Hraparak”
Bu gün, 11:48
Etibar Cəbrayıloğluna ağır itki üz verib
Bu gün, 11:45
“Putin çox ağıllı insandır” - Trampın xüsusi nümayəndəsi
Bu gün, 11:34
Azərbaycanda 10 min boşanmış şəxs yenidən EVLƏNİB
Bu gün, 11:13
Kremldən İrəvana sərt xəbərdarlıq: Bu dəfə Şoyqunun dilindən - NƏ BAŞ VERİR?
Bu gün, 11:11
ABŞ ordusunun Ermənistana gəlməsi… - Kopırkin
Bu gün, 11:07
Radikallar aktivləşir, amma dövlət də yatmır – Dost ölkəyə diqqət
Bu gün, 11:06
IMF-in İcraiyyə Şurası Azərbaycanın iqtisadi siyasətini müzakirə edib
Bu gün, 11:00
“Həyatımda olan kişi getməlidir ki, görək növbəti kim gəlir”
Bu gün, 10:47
İmamoğluya qarşı yeni ittiham: - “PKK-ya 100, Dəmirtaşın xanımına 20 milyon verib”
Bu gün, 10:44
Binəqədidə xəlvətə salıb ŞIDIRĞI TİKHATİKDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:41
"Heç bir söz, təsəlli sənin yerini doldura bilmədi" - VİDEO
Bu gün, 10:34
Ermənistan Azərbaycana milyardlarla borcludur – ya ödəyəcək, ya da əvəzini Zəngəzurla verəcək
Bu gün, 10:28
Paşinyan şərtlərimizi qəbul etdi? - BUNDAN SONRA...
Bu gün, 10:23
BUNLARIN GÖZÜ DOYSA: Camaatın da üzü gülər... - AXI NİYƏ?..
Bu gün, 10:21
“Azərpoçt”un ƏCAİB TENDER ORTAĞI... - Pulumuz şirindir... dilimiz acı...
Bu gün, 09:59
Jurnalistin oğlu vəfat edib
Bu gün, 09:57
İran vasitəçilərlə Trampın məktubuna cavab verib, danışıqlara qapı açıb
Bu gün, 09:54
DİN kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciət edib: - Tanışınız, dostunuzun adından mesaj gələ bilər...
Bu gün, 09:52
Niyazi biləndə ki, Qara Qarayevin tələbələriyik, bizim musiqiləri ifa etmirdi - Firəngiz Əlizadə
Bu gün, 09:47
Bakıda yeni kameralar: yerə zibil atanlar cərimələnəcək? - AKTUAL
Bu gün, 09:45
Rusiya hərəkətə keçdi: Bakıdan görün nə istəyirlər – Putinin xüsusi mesajı
Bu gün, 09:44
Çoxları sülh olacağına inanmır, amma... - Paşinyan
Bu gün, 09:39
Nədən istehlakçıların hüquqlarını mütəmadi olaraq pozan... - Ekspert danışır...
Bu gün, 09:35
Ləğv prosesində olan beş bankın - BÜTÜN BORCLARI ÖDƏNİLİB
Bu gün, 09:30
"Bu anormal qaydalardan yalnız kassada xəbər tutursan..." - ETİRAZ
Bu gün, 09:24
Kredit istəyirsənsə... YATMA! - BU NƏDİ BELƏ?..
Bu gün, 09:14
“Kontakt Home”a qarşı MÜŞTƏRİ SƏFƏRBƏRLİYİ... - NARAZILIQ VAR...
Bu gün, 09:06
Tezliklə “İbrahim razılaşmaları”na yeni dövlətlər daxil ediləcək - Ağ Ev
Bu gün, 08:59
Tramp Baydeni məxfi məlumatlara girişdən məhrum edib
Bu gün, 08:52
“Azercell”dən müştərisinə qarşı AÇIQ DƏLƏDUZLUQ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:51
"Bizdə də Təhsil Nazirliyi LƏĞV OLUNMALIDIR..." - ÇAĞIRIŞ
Bu gün, 08:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru