Fuad Nəcəflinin mövqeləri ciddi şəkildə zədələnib - DƏYİŞİKLİK QAPIDA...
Tarix: 22-04-2024, 08:18 |
Çap et
Ölkə başçısının Naxçıvandakı xüsusi nümayəndəsi Fuad Nəcəflinin kürsüsü laxlamaq üzərədir. Dia-az.info bildirir ki, bu barədə formalaşan qənaətin müəllifi olan dairələr iddia edir ki, yaxın günlərdə Muxtar Respublikanın başına yeni sima gətirilə bilər.
Mənbə dia-az.info-ya bildirib: "Əslində Vasif Talıbovdan sonra MR-da tez-tez rəhbər dəyişikliyinin həyata keçirilməsi ideyası əvvəlindən mövcud idi. Çünki uzun illər Naxçıvanda hakim olmuş Talıbov rəhbərin də dəyişməz olması barədə qənaət yaratmaqla yanaşı, sakinlərin yuxarılara olan inamına da böyük zərbə vurmuşdu. Məhz buna görə, düşünülürdü ki, MR-da reəhbərlik bəlkə də 2 ildən bir dəyişdirilsin, sonradan bu müddət 5 il üçün nəzərdə tutuldu...
Təbii ki bütün bunlar qeyri-rəsmi-planlamalar idi.
Fuad Nəcəflinin məsələsinə gəlincə isə onun gedişinə özünün ŞƏXSİ YARITMAZLIĞI nədən ola bilər. Artıq onun mövqeləri kifayət qədər sarsılıb və bunu elə MR şefinin şəxsi komandası da hiss etməyə başlayıb..."
Dia-az.info bildirir ki, Fuad Nəcəflinin mövqelərinin zəifləməsi tanınmış jurnalist Heydər Oğuzun da diqqətini cəlb edib. Əslən Naxçıvandan olan araşdırmaçı-jurnalist təəssüratını ironik şəkildə ifadə edib:
"Eşitdiyimə görə, Naxçıvanda “canişin” gəmisinin batmaq üzrə olduğunu hiss edən bəzi “siçovul”lar onu tərk etməyə başlayıb.
Təəccüblüdürmü? Əlbəttə, yox, özünü “siçovullar padşahı” elan edən şəxs bu aqibətlə üzləşməyi də gözə almalı idi..."