"Hazırda Fransa, Hindistan və İran kimi ölkələr Ermənistana silah verir" .....                     Bu şirkət dərman satışından 3 milyon qazanacaq .....                     Ermənistana casusluq edən şəxsi hansı cəza gözləyir? .....                     İrəvan sülh prosesindən daha da uzaqlaşacaq .....                     İlginc pensiya sistemi: .....                     Sabunçuda 4,3 milyona yarımstansiyanı bu şirkət tikəcək .....                     "Ermənistanın iç üzü budur" .....                     YAP-ın 1 sentyabr TAKTİKASI... .....                     "Bu qədər boşboğazlığa necə qiymət verəsən?" .....                     Ukraynanın dövlət borcu .....                     Peskov Rusiyadakı demoqrafik vəziyyətdən narahatdır .....                     DGK müştəriyə qüsurlu avtomobil satan şirkətdən 170 minlik maşın alır .....                     Sərdar Cəlaloğlu seçkilərdən geri çəkildi .....                     Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələri keçirilib .....                     Sülh sazişi REAL DEYİL... .....                     Razi Nurullayevin namizədliyi təsdiqləndi .....                     Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı .....                     AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı .....                     Kolleclərə niyə maraq azalıb? .....                     DGK Abid Şərifovun şirkətinə protokol yazdı .....                     "İlham Əliyev dediyini edəcək" .....                     Bağçaların növbə problemi: .....                     Nazirlik 1 milyon manatlıq tenderinin .....                     "Heç bir xəstəliyim yoxdur, mən də bütün xanımlar kimi ginekoloji müayinədən keçmişəm" .....                     Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib .....                     Azərbaycan “qara siyahı”nı ləğv etdi .....                     Akademik İsa Həbibbəylinin robotla "siyasi" söhbəti .....                     Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib .....                     "Bu, kasıb təbəqənin başına açılan oyundur" .....                     Xankəndi və Şuşadan olan məşhurlar deputatlığa namizəd olacaqlar? .....                     Zaur Darabzadəyə niyə “QIRMIZI KART” göstərildi? .....                     Dəhşətli qəzadan qurtulmuş müğənni danışdı: .....                     Samir Əsədlinin namizədliyi qeydə alındı .....                     “A-Qroup Sığorta Şirkəti”nin yığımları .....                     Bu klinikanın vergi borcu altmış mini ötdü .....                     Bu ölkələr Ermənistanı silahlandırır: .....                     Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: .....                     Geosiyasi çağırış: "Onu burax, bana gəl..." .....                     Kişiləri aqressiv edən nədir? .....                     "Gənc qızların yaşca böyük kişilərə qaçması..." .....                 

“Moskva tək şansını itirəndə anladı ki, Qarabağdan getmək lazımdır” - Məntiqi son...
Tarix: 22-04-2024, 15:07 | Çap et
“Moskva tək şansını itirəndə anladı ki, Qarabağdan getmək lazımdır”
Azərbaycanda gündəmin əsas müzakirəsi Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin ərazidən çıxarılmasıdır. Artıq Azərbaycan da, Rusiya da rəsmi şəkildə sülhməramlı hərbi kontingentin Qarabağı tərk etməsi prosesinin başladığını elan edib. Belə ki, əvvəlcə Kremlin mətbuat katibi Dmitri Peskov, daha sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev mediaya açıqlamasında rus hərbçilərinin bölgəni tərk etdiyini təsdiqlədilər.

Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Krasnaya Zvezda” qəzeti isə məsələ ilə bağlı məlumatında qeyd edib ki, Rusiya sülhməramlı qoşunlarının Qarabağdakı missiyası qarşıya qoyulan məqsədə nail olub və məntiqi sonluğa çatıb. Nəşrdə qeyd edilib ki, indi “Rusiyanın Qarabağ iqtisadi rayonunda sülhməramlı missiyasının dayandırılması üçün obyektiv şərait yaradılıb: “Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişəli olan regiona sülh və sabitlik gətirdi və davam edən əməliyyat öz məqsədlərinə və məntiqi sona çatdı”.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Üçtərəfli Birgə Bəyanata əsasən bölgəyə Rusiya sülhməramlı kontingenti müvəqqəti yerləşdirilmişdi. Sənədin bəndlərindən birində göstərilirdi ki, sülhməramlı hərbi kontingent 5 il müddətində, 2025-ci ilədək Qarabağda olacaq. Əgər tərəflərdən biri etiraz etməsə, rus hərbçilərinin qalma müddəti növbəti beş il müddətinə artırıla bilərdi.

Sülhməramlı qüvvələrin Qarabağdan vaxtından əvvəl çıxması prosesi ilə bağlı AYNA-nın suallarını cavablandıran REAL Partiyasının icra katibi Natiq Cəfərli deyib ki, həqiqətən də bu, məntiqi sonluqdur:

- Azərbaycan 44 günlük müharibəni Rusiyanın dəstəyi ilə yox, Rusiyanın maneələrinə rəğmən qazandı, ərazilərini işğaldan azad etdi. Ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror əməliyyatı isə ümumiyyətlə, Rusiyanın bölgədəki nüfuzunu yerlə bir etdi. Bu proseslərdən sonra Rusiya hərbçilərinin də vaxtından əvvəl Qarabağı tərk etməsi Azərbaycan üçün möhtəşəm strateji uğurdur. Üç ildən çoxdur ki, bəzi içiboş adamlar Azərbaycanın Rusiya ilə birgə oynadığını, Rusiya vasitəsilə addımların atıldığını deyirdilər. Bildirirdilər ki, Rusiya qoşunları Qarabağdan heç vaxt çıxmayacaq, ruslar burada hərbi baza quracaqlar, Azərbaycan Rusiyanın təsir dairəsinə qayıdır və s. Amma anlamaq lazımdır ki, 2016-ci ildən bu yana Azərbaycan siyasətini Türkiyə ilə daha sıx sinxronlaşdırır, qarşılıqlı məsləhətləşmələr aparılır. Düzdür, 2016-ci ildən əvvəl də Türkiyə Azərbaycanla, Azərbaycan da Türkiyə ilə məsləhətləşirdi. Amma 2016-ci ildən sonra bu daha da intensivləşdi, dərinləşdi. Bu gün rusların bölgəni tərk etməsində məncə, bu birliyin, həmrəyliyin, müttəfiqliyin çox ciddi rolu oldu.

- Bu yaxınlaradək Rusiya hərbçilərinin Qarabağda qalmasında israrlı görünürdü. Rusiya rəsmilərinin bəyanatlarından da bu, açıq şəkildə sezilirdi. Nə baş verdi ki, Kremlin mövqeyi dəyişdi?

- Rusiya güman edirdi ki, Qarabağdan könüllü gedən erməniləri bölgəyə qaytara biləcək. Təxminən bir ay əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dedi ki, Moskva Qarabağdan köçən ermənilərin qaytarılması prosesinə yardım etməyə hazırdır. Rusiya tərəfi anlayırdı ki, sülhməramlı kontingentinin Qarabağda qalmasının yeganə əsası ermənilərin qayıtmasıdır. Çünki Azərbaycan tərəfi çox mədəni, diplomatik şəkildə Rusiyaya izah edirdi ki, rusların Qarabağda nə işi var? Rusiya hər addımda Azərbaycanın yaratdığı diplomatik əngəlləri aşa bilmədi. Yeganə şansları o idi ki, Qarabağdan Ermənistana könüllü gedən ermənilərin bir qismini, heç olmasa, 10-15 minini qaytara bilsin. Moskva çalışdı ki, onları hansısa formada Xankəndiyə qayıtmağa razı salsın. Bu halda beynəlxalq təzyiq kimi Azərbaycana qarşı istifadə olunacaqdı. Nəticədə Rusiya sülhməramlılarının bölgədə uzun müddət qalmasının əsası formalaşacaqdı. Amma buna Azərbaycan siyasəti ilə imkan vermədi. Biz indi bilmirik ki, hansı incə diplomatik gedişlər edilib. Amma ortada nəticə var. Azərbaycanın siyasəti Qarabağ ermənilərinə də təsir etdi, onlar içərisində anti-Rusiya mövqeyi formalaşdı. Ermənilər Rusiyaya inanmadılar, Rusiyanın təhlükəsizlik təminatına güvənmədilər. Moskvanın əlindən bu şans da çıxdıqdan sonra anladı ki, hərbçilərini Qarabağda saxlamağın mənası qalmayıb.

- Belə fikirlər də var ki, rəsmi Bakı Moskva qarşısında hansısa öhdəlik götürüb, ona görə də Kreml hərbçilərini çıxarmaq qərarına gəldi...

- Bu yanaşma ilə razı deyiləm. Ümumiyyətlə, 2020-ci ildən bu yana Azərbaycanın atdığı addımlar Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlib. Qarabağ münaqişəsinin Azərbaycanın istəklərinə uyğun həlli Rusiyanın əlindən böyük bir dəyənəyi aldı. Bu dəyənək həm Ermənistanın, həm də Azərbaycanın başı üzərində idi və istənilən vaxt Kreml bu dəyənəyi işə salırdı, təzyiq mexanizmi kimi istifadə edirdi. Azərbaycanın son 4 ildəki siyasəti bu dəyənəyi neytrallaşdırdı və rus hərbçilərinin Qarabağdan çıxması ilə bnu prosesin son nöqtəsi qoyuldu.

Hansısa öhdəlik əsasında Rusiyanın bu addımı atacağı inandırıcı deyil. Məncə, Kreml vaxtında anladı ki, Qarabağa erməniləri qaytarmaq, istədiyini reallaşdırmaq mümkünsüzdür. Əslində Moskva çox çalışdı, dəridən-qabıqdan çıxdı ki, heç olmasa 1000-1500 ermənini Xankəndiyə qayıtmağa razı salsın. Bu halda Azərbaycana qarşı təzyiq vasitələri işə düşəcəkdi. Hətta beynəlxalq miqyasda bu təzyiqlər vüsət alacaqdı. Bu gün Rusiya ilə düşmən münasibətində olan Fransa belə Rusiyaya dəstək verəcəkdi. Moskva bəyan edəcəkdi ki, “ermənilər Qarabağa qayıtmaq istəyir, biz onlara kömək edirik, amma Azərbaycan buna imkan vermir” və s. Bunlar baş vermədi, Rusiya bunu bacarmadı. Bu, Azərbaycanın uğurudur. Çünki Ermənistanda, ermənilər arasında Rusiyaya qarşı ictimai rəyin dəyişməsində Azərbaycanın atdığı addımların rolu oldu.

Kreml anladı ki, Azərbaycan ərazisində hərbi kontingentini saxlamaq Rusiyaya heç nə qazandırmır, əksinə, problemlər yaradır. Ona görə də Rusiya belə qərara gəldi ki, qoşunlarını çıxarsın.

- Söhbət hansı problemlərdən gedir?

- Birincisi, dediyim kimi, Rusiyanın nüfuzuna xələl gəldi. “Qarabağda ruslar nəyə qalıblar?” sualı bir qədər də aşağılayıcı idi. Hətta Rusiyanın hakim partiyasının əsas fiqurlarından olan ermənipərəst deputat Konstantin Zatulin belə 3-4 gün əvvəl sual etdi ki, “bizim hərbçilərin Qarabağda qalmasına hansı zərurət var?”.

Digər problem isə iqtisadi problemdir. Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin aylıq xərci 500 milyon rubl idi ki, bu, təqribən 5 milyon dollar deməkdir. Bu, bir ildə 60 milyon dollar deməkdir ki, kifayət qədər ciddi rəqəmdir. Mən hələ hərbçilərin maaşını bura qatmıram, sadəcə cari xərcləri bu məbləğə aiddir. Rusiya da gördü ki, bu qədər pul boş yerə xərclənir, hərbçilərini bölgədə saxlamaqla da Kreml nəyəsə təsir edə bilmir. Bu amil də Rusiyanın qərarına təsir etdi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Hazırda Fransa, Hindistan və İran kimi ölkələr Ermənistana silah verir" - Partiya sədri
Bu gün, 00:05
Bu şirkət dərman satışından 3 milyon qazanacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Ermənistana casusluq edən şəxsi hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 19:02
İrəvan sülh prosesindən daha da uzaqlaşacaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 19:00
İlginc pensiya sistemi: - 60 manat üçün 25 il işləməliyik
Dünən, 18:56
Sabunçuda 4,3 milyona yarımstansiyanı bu şirkət tikəcək
Dünən, 18:10
"Ermənistanın iç üzü budur" - Ekspert danışır...
Dünən, 18:08
YAP-ın 1 sentyabr TAKTİKASI... - Nələr və kimlər dəyişəcək?
Dünən, 18:07
"Bu qədər boşboğazlığa necə qiymət verəsən?" - deputat
Dünən, 17:56
Ukraynanın dövlət borcu daha 1 milyard dollar artdı
Dünən, 17:55
Peskov Rusiyadakı demoqrafik vəziyyətdən narahatdır
Dünən, 17:52
DGK müştəriyə qüsurlu avtomobil satan şirkətdən 170 minlik maşın alır - HANSI MƏNTİQLƏ?..
Dünən, 17:43
Sərdar Cəlaloğlu seçkilərdən geri çəkildi - QƏRAR
Dünən, 17:29
Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələri keçirilib - FOTO
Dünən, 17:27
Sülh sazişi REAL DEYİL... - Yeni savaş isə...
Dünən, 17:24
Razi Nurullayevin namizədliyi təsdiqləndi
Dünən, 17:19
Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU
Dünən, 17:11
AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı - FOTO
Dünən, 17:06
Kolleclərə niyə maraq azalıb? - ŞƏRH
Dünən, 17:01
DGK Abid Şərifovun şirkətinə protokol yazdı
Dünən, 16:59
"İlham Əliyev dediyini edəcək" - Avetisyan
Dünən, 16:54
Bağçaların növbə problemi: - Valideynlər portaldan şikayətlənir
Dünən, 16:48
Nazirlik 1 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 16:41
"Heç bir xəstəliyim yoxdur, mən də bütün xanımlar kimi ginekoloji müayinədən keçmişəm"
Dünən, 16:35
Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib
Dünən, 16:32
Azərbaycan “qara siyahı”nı ləğv etdi - Prezidentin imzaladığı o sənəd...
Dünən, 16:31
Akademik İsa Həbibbəylinin robotla "siyasi" söhbəti - "Salam, sağ ol"...
Dünən, 16:29
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib
Dünən, 16:26
"Bu, kasıb təbəqənin başına açılan oyundur" - ETİRAZ VAR...
Dünən, 16:20
Xankəndi və Şuşadan olan məşhurlar deputatlığa namizəd olacaqlar? - AÇIQLAMA
Dünən, 16:16
Zaur Darabzadəyə niyə “QIRMIZI KART” göstərildi? - İLGİNC İDDİALAR...
Dünən, 16:12
Dəhşətli qəzadan qurtulmuş müğənni danışdı: - "O, indi xəstəxanada reanimasiyadadır..."
Dünən, 16:08
Samir Əsədlinin namizədliyi qeydə alındı
Dünən, 16:03
“A-Qroup Sığorta Şirkəti”nin yığımları 1 milyon manatdan çox azalıb
Dünən, 16:01
Bu klinikanın vergi borcu altmış mini ötdü - TƏFƏRRÜAT
Dünən, 16:00
Bu ölkələr Ermənistanı silahlandırır: - “Gərginliyin artmasında ABŞ və Rusiyanın əli var”
Dünən, 15:58
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: - "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
Dünən, 15:50
Geosiyasi çağırış: "Onu burax, bana gəl..." - "İki sevda" çəkən dövlətlərin "cəza"sını aydın görürük...
Dünən, 15:47
Kişiləri aqressiv edən nədir? - Psixoloq sirləri açdı
Dünən, 15:41
"Gənc qızların yaşca böyük kişilərə qaçması..." -Psixoloqdan ŞOK İZAH
Dünən, 15:37
Ağadadaş Ağayev mühafizəçi ilə barışığa gedir? - Vəkilindən AÇIQLAMA
Dünən, 15:27
Prorektorun deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
Dünən, 15:25
Məmmədovlar arasındakı qohumluq düşmənçiliyə keçib? - İLGİNC
Dünən, 15:22
Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: - namizəd ərazidən qovula bilər
Dünən, 15:16
“82 yaşlı anamın bu dərmandan istifadə limitinin başa çatdığı bildirilib” - NARAZILIQ VAR...
Dünən, 15:13
“Azərsun Holdinq”in şirkətinin rəhbəri dəyişdirildi - ADLAR
Dünən, 15:11
Tramp prezident seçilsə, Rusiya ilə bağlı mövqeyi Baydendən fərqlənməyəcək - Kreml
Dünən, 15:08
Məhkəmə Rəşad İbrahimovun şikayətini təmin etmədi - CƏRİMƏ KƏSİLDİ
Dünən, 14:54
İlqar Məmmədov Asim Mollazadəni YENƏ BİLƏCƏKMİ? - "Mən bu dairədə yaşamışam..."
Dünən, 14:47
BU NƏDİ BELƏ: Şəkinin bu kəndi zibil poliqonuna çevrilib - Rəsmilərsə deyir ki...
Dünən, 14:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru