"Bakı Dəmir-Beton 8" "ASC ZƏRƏRLƏ İŞLƏYİR .....                     “Suraxanı Avtomotoservis” ASC səhmdarlarını .....                     Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub .....                     İrəvanın fiaskoya uğrayan iddiası .....                     Toya hazırlaşanlar narazıdır, şadlıq saraylarında qiymətlər od tutub yanır: .....                     Portaldan yayınmış tenderlərin qalibləri məlum oldu .....                     Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: .....                     Ermənistan və İran arasında saziş imzalandı .....                     "Naxçıvanbank"ın xalis əməliyyat mənfəəti .....                     Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi .....                     "Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib .....                     Bakı həbsxanasında ÖLÜM .....                     Həmin həkim şəhid anasından üzr istədi .....                     Kiyevin ardınca Moskva da Bakının yolunu getdi: .....                     Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim edib .....                     Nəcməddin Sadıkov həbs edilir? .....                     Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? .....                     "Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" .....                     Azərbaycan ilə Ermənistan arasında sərhədlə bağlı yeni razılaşma olacaq .....                     Rusiyanın hədəfindəki üç keçmiş sovet ölkəsi .....                     Dövlət qurumu boya məhsulları aldı .....                     "Niyə məhz Ağdamı seçmişəm?" .....                     Erməni kilsəsi ilə "Qarabağ klanı" Paşinyana qarşı birləşir: .....                     Azərbaycanlı reperin konserti ləğv olundu .....                     Ruslan Dilanovun bəraəti ləğv edildi .....                     "Zəngəzur dəhlizinin açılmasını "istəməyən" ölkələr... .....                     “Makronun sözlərindən hamı diksinir, onu ciddi qəbul edən yoxdur” .....                     Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, .....                     Bu Təşkilatı yaşatmağa razıyıq, lakin... .....                     Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər .....                     "Göbəyini açır, baldırını göstərir" .....                     Adil Əliyevə ağır itki .....                     Demokratiyadan dən vuran Fransanın müstəmləkəçilik mövqeyi .....                     “Kapital Bank”ın işçiləri ayda 3 min manat maaş alır .....                     "Duş qəbul etmək istədiyi zaman əsgərlər tərəfindən iyrənc hərəkətlərə məruz qalır..." .....                     "Bəzi beynəlxalq qurumlar Azərbaycana təzyiqləri artırır" .....                     Ermənilər küçələrə “İrəvan” yazdılar .....                     Arxiyepiskop Robert Koçaryanla niyə görüşüb? .....                     Ermənilərdən şok etiraf: .....                     “Aztelekom”un sabiq sədr müşaviri “Pepsi Azerbaijan”a təyinat aldı .....                 

Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə
Tarix: 22-04-2024, 11:52 | Çap et
Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik
Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Ülvi Ziyadzadə bildirib ki, təftiş dövründə Müdafiə Nazirliyinin hərbi hissələrindən birində maliyyə xidmət rəisi işləyib. İşlədiyi hərbi hissədə yoxlama zamanı 100 min 814 manat mənimsəmə olub. Onun sözlərinə görə, pulları icazəsiz 5-6 nəfərin adına olan bank kartlarına köçürsə də, həmin şəxslərin o pullardan xəbərləri olmayıb:

“İşlədiyim müddətdə 3 dəfə təftiş olmuşdu. Yoxlamaya Azər Məmmədov, Rüfət Quliyev və Nurlan gəlmişdi. Təftiş zamanı aşkarlanan çatışmayan məbləğin 60-70 faizini onlara verirdik. Mənə cəmi 18 min 314 manat pul qalıb. Onu da büdcəyə qaytaracam”.

Təftiş vaxtı MN-in Hərbi Kənd Təsərrüfatı Müəssisəsinin rəisi işləmiş Əliyar Səfərəliyev deyib ki, bu vəzifəyə onu 2013-cü ildə MN-in Maddi Texniki Təminat (MTT) Baş İdarəsindən təyin ediblər:

“Əkdiyim məhsullar əldə qalıb yanırdı, ona görə də pul verirdim. Nazirlik ilə Maştağada Kənd Təsərrüfatı Müəssisəsinin rəisi işləyən Zahid danışır, pul məsələlərini o həll edirdi. Müdafiə Nazirliyinə satdığımız məhsuldan aldığımız pulun 3 faizini idarəyə, Akif Umudova qaytarırdıq. Məhsulu təhvil verəndən 15-20 gün sonra pulunu alırdıq. Bəzən gecikdirirdilər, biz də pulun vaxtında ödənilməsi üçün məbləğin 3 faizini Akif Umudova verirdik”.

Şahid Ə.Səfərəliyev istintaqda ifadəsində isə bildirib ki, hər dəfə məhsulun satışından aldığı pulun 3 faizinin Nizami Məmmədova çatdırılması üçün Akif Umudova verib. Ümumilikdə MTT-yə 108 min manat pul qaytarıb.

Müttəhim Nizami Məmmədov etiraz edərək bildirib ki, satınalma ilə bağlı istintaqda üzləşmə olmayıb, bu məsələni ittiham aktını oxuyanda bilib.

“Satınalma ilə bağlı Mahir Şirvanov, Məlikməmməd Qurbanov və Akif Umudovla görüşmüşəm. Kənd Təsərrüfatı Müəssisələri MTT-nin tabeliyində olub. Müdafiə Nazirliyinin Maliyyə İdarəsi heç bir təşkilatla müqavilə bağlamayıb. Bunların satınalma ilə bağlı ifadələri şablondur. Bunların dediyi 3 faizin bizə aidiyyəti yoxdur”, - N.Məmmədov bildirib.

Şahid Rəşad Əhmədovun sözlərinə görə, direktor müavini olduğu mətbəx avadanlıqlarının təmiri ilə məşğul olan şirkət Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi ilə müqavilə bağlayıb və hərbi hissələrin mətbəxində təmir işləri həyata keçirib.

“Mətbəx avadanlıqlarının təmiri çətin iş olduğu üçün onu hər şirkət üzərinə götürmürdü. Müqavilə əsasında hərbi hissələrin mətbəxlərində xarab olmuş avadanlıqları təmir edirdik. Pulun gecikdirilməməsi üçün hər dəfə Akif Umudova 3 faiz “otkat” verirdik”, - R.Əhmədov deyib.
İclasda şahid qismində ifadə verən “Bakıxanov Trikotaj” ASC-nin direktoru İxtiyar Rəsulov deyib ki, işlədiyi müəssisə Müdafiə Nazirliyinin sifarişi ilə geyim istehsal edib. Bu məsələ ilə bağlı nazirliyin MTT idarəsi ilə müəssisənin əvvəlki mühasibi əlaqədə olub. Həmin şəxs vəfat edib.
“Pulumuzu gecikdirimişdilər, ala bilmirdik. Mən məcbur olub nazirliyin əməkdaşı Akif Umudovla əlaqə saxladım. İşçilərin maaşını verə bilmədiyimizi deyərək təhvil verilən sifarişlərin pulunun ödənilməsini istədim. Nazirlik ilə 2015-2022-ci illərdə 6 milyon 822 min manatlıq müqaviləmiz olub”, - şahid deyib.

İ.Rəsulov istintaqa verdiyi ifadəsində yerinə yetirdikləri sifarişlərin pulunun vaxtında çatdırılması üçün Akif Umudova 26 min manat “otkat” verdiyini bildirib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bakı Dəmir-Beton 8" "ASC ZƏRƏRLƏ İŞLƏYİR - HESABAT
Bu gün, 00:05
“Suraxanı Avtomotoservis” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:02
Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub
Dünən, 20:11
İrəvanın fiaskoya uğrayan iddiası - GƏLİŞMƏ
Dünən, 19:02
Toya hazırlaşanlar narazıdır, şadlıq saraylarında qiymətlər od tutub yanır: - SƏBƏB NƏDİR?
Dünən, 19:00
Portaldan yayınmış tenderlərin qalibləri məlum oldu - SİYAHI
Dünən, 18:56
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: - Tarif Şurasından QƏRAR
Dünən, 18:01
Ermənistan və İran arasında saziş imzalandı
Dünən, 17:54
"Naxçıvanbank"ın xalis əməliyyat mənfəəti - 6 DƏFƏ AZALIB
Dünən, 17:51
Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:48
"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib
Dünən, 17:45
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44
Həmin həkim şəhid anasından üzr istədi - VİDEO
Dünən, 17:43
Kiyevin ardınca Moskva da Bakının yolunu getdi: - yalnız bir FƏRQ var...
Dünən, 17:36
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim edib - FOTO
Dünən, 17:30
Nəcməddin Sadıkov həbs edilir? - AÇIQLAMA
Dünən, 17:23
Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...
Dünən, 17:21
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
Dünən, 17:19
Azərbaycan ilə Ermənistan arasında sərhədlə bağlı yeni razılaşma olacaq - Ermənistan KİV
Dünən, 17:13
Rusiyanın hədəfindəki üç keçmiş sovet ölkəsi – "Bir həftəyə ələ keçirəcək"
Dünən, 17:11
Dövlət qurumu boya məhsulları aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:05
"Niyə məhz Ağdamı seçmişəm?" - Elxan Şahinoğlu seçkilərdə iştirak niyyətini açıqladı
Dünən, 17:02
Erməni kilsəsi ilə "Qarabağ klanı" Paşinyana qarşı birləşir: - Kremlin məkrli planı
Dünən, 16:55
Azərbaycanlı reperin konserti ləğv olundu - zorlamaya haqq verdiyi üçün
Dünən, 16:53
Ruslan Dilanovun bəraəti ləğv edildi - Dövlət ittihamçısı protestini belə əsaslandırıb ki...
Dünən, 16:49
"Zəngəzur dəhlizinin açılmasını "istəməyən" ölkələr... indi ona "nəzarət" etmək üçün vurnuxurlar"
Dünən, 16:45
“Makronun sözlərindən hamı diksinir, onu ciddi qəbul edən yoxdur” - deputat
Dünən, 16:42
Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb
Dünən, 16:35
Bu Təşkilatı yaşatmağa razıyıq, lakin... - Ekspert danışır...
Dünən, 16:31
Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər - ŞOK İTTİHAMLAR
Dünən, 16:26
"Göbəyini açır, baldırını göstərir" - Akif İslamzadədən ÜSYAN
Dünən, 16:19
Adil Əliyevə ağır itki
Dünən, 16:16
Demokratiyadan dən vuran Fransanın müstəmləkəçilik mövqeyi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:08
“Kapital Bank”ın işçiləri ayda 3 min manat maaş alır – Orta aylıq əmək haqqından 3 dəfə çoxdur
Dünən, 16:05
"Duş qəbul etmək istədiyi zaman əsgərlər tərəfindən iyrənc hərəkətlərə məruz qalır..." - Rusiyada yaşayan ATANIN HARAYI...
Dünən, 16:02
"Bəzi beynəlxalq qurumlar Azərbaycana təzyiqləri artırır" - Ekspert
Dünən, 16:00
Ermənilər küçələrə “İrəvan” yazdılar - FOTO
Dünən, 15:51
Arxiyepiskop Robert Koçaryanla niyə görüşüb? - İrəvanda çevriliş hazırlanır
Dünən, 15:49
Ermənilərdən şok etiraf: - Azərbaycana “sanksiya”...
Dünən, 15:46
“Aztelekom”un sabiq sədr müşaviri “Pepsi Azerbaijan”a təyinat aldı - FOTO
Dünən, 15:45
"Yaşam" klinikasında yoxlama: - lisenziyadan kənar tibbi fəaliyyət aşkarlandı
Dünən, 15:43
Dövlət qurumundan “Baku Holiday” şirkətinə 636 minlik - SİFARİŞ
Dünən, 15:38
Ermənistan baş prokurorluğu Paşinyanın məsuliyyətə cəlb olunması ilə bağlı müraciəti MTX-ya göndərib
Dünən, 15:34
Azərbaycanlı “qanuni oğrular” öz əcəli ilə ölmürlər - Albert Rıjiyin qətlinin SƏBƏBLƏRİ
Dünən, 15:32
Azərbaycan qazı Ermənistanı xilas edəcək - AKTUAL
Dünən, 15:30
Milli Məclisin yeni heyətində ONLAR OLMAYA BİLƏR... - İDDİA
Dünən, 15:28
Hərbi qulluqçularımız “Anatolian Phoenix - 2024” beynəlxalq təlimində iştirak edəcək
Dünən, 15:24
"5 milyon "məşğul insan" olduğu göstərilir, amma əmək müqavilələrinin sayı 1 milyon 800 mindir"
Dünən, 15:12
Azərbaycanda “toy bazarı” bağlandı: - Artıq cütlüklər belə evlənirlər
Dünən, 15:08
Hər ay Rusiya Federasiyası üçün vəziyyət daha da pisləşəcək - Rusiya dalanı: 800 günlük təcavüzün nəticələri
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru