Quşçularla deputat arasında qalmaqal: -Toyuqlar dərmanla şişirdilir?
Tarix: 22-04-2024, 12:30 | Çap et
Aprelin 18-də Milli Məclisin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmə keçirilib.
Dinləmələrdə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri ilə təmsil olunub. Azərbaycan Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin rəhbərliyinin də iştirak etdiyi dinləmələr zamanı həm ölkənin qida sənayesinin təmsilçiləri, həm dövlət qurumlarının nümayəndələri, həm də Milli Məclis üzvləri tərəfindən mövcud vəziyyət qiymətləndirilib, bir çox səmərəli təkliflər səsləndirilib. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından “Cebhe.info”-ya verilən məlumata görə, sağlam və qarşılıqlı anlaşma mühitində keçən müzakirələrin gedişində Aqrar siyasət komitəsinin üzvü deputat Tahir Kərimli tərəfindən əsası olmayan iddialar səsləndirilib:
“O, Azərbaycanda quş əti istehsalı müəssisələri tərəfindən quşların tez böyüməsi üçün onlara hansısa kimyəvi dərmanlar verildiyini, kəsimdən sonra onların bədəninə su vurulduğunu iddia edib.
Azərbaycan quşçuluq təsərrüfatlarının birləşdirən Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxaracatçıları Assosiasiyası olaraq deputat Tahir Kərimlinin bu iddialarını heç bir real əsası olmayan böhtan, yeli sahibkarlığa qarşı qərəzli münasibətin nəticəsi kimi qiymətləndiririk. Öz tərəfimizdən bəyan edirik ki, Azərbaycanın ixtisaslaşmış broyler müəssisələri tərəfindən quşların sürətli böyüməsi üçün onlara insan orqanizmi üçün zərərli ola biləcək hər hansı preparatlar verilmir.
Quşlar yalnız müəyyən mərhələlərdə xəstəliklərə qarşı vaksinasiya olunurlar ki, bu da bütün dünyada tətbiq olunan praktikadır”.
Məlumatda bildirilir ki, istehsal əsasən QOST standartına uyğun həyata keçirilir. QOST standartının toyuq əti üzrə müəyyən etdiyi tələblərə əməl edərək, sanpinin və qida təhlükəsizliyi kollegiya qərarlarını nəzərə alaraq İSO 22000 (HACCP tələbləri) əsasında istehsal aparılır:
“Müəssisələrdə AQTA tərəfindən müntəzəm olaraq monitorinqlər, xidməti yoxlamalar aparılır, istehsal olunan quş əti həm zərərli bakteriyalara, həm də zərərli maddələrə görə yoxlanılır. Satışa göndərilən bütün partiya ətdən nümunə götürülərək, analiz edilir və baytarlıq arayışı verilir. Bu gün Azərbaycan quşçuluq müəssisələrində istehsal olunan yumurta Rusiya və Körfəz ölkələrinə ixrac olunur.
Onların əldə olunduğu toyuqlara verilən hər hansı preparat mütləq və mütləq həmin ölkələrin yoxlamaları zamanı üzə çıxar. İxracın başlandığı 2 ildən yuxarı müddətdə müəssisələrin heç birinə bununla bağlı hər hansı irad daxil olmayıb, ola da bilməz.
Çünki quşçuluq müəssisələri öz fəaliyyətlərini Azərbaycan xalqının sağlamlığına zərər vura biləcək hər hansı qanunazidd əməllərə yol vermədən həyata keçirirlər. Əgər Milli Məclis üzvünün əlində konkret fakt, quşlara tez böyümələri üçün verilən hər hansı preparatın adı varsa, açıqlamasını xahiş edirik. Digər tərəfdən, Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan rəsmi ticarət statistikası var, ölkəyə idxal olunan bütün preparatlar qeydə alınır. Tahri Kərimli özü deputat sorğusu verərək toyuqların şişirdilməsi üçün hər hansı preparatın Azərbaycana idxal olunub-olunmadığını müəyyən edə və əgər varsa, konkret faktla danışa bilər. Biz sahibkarlar dövlətimizi, xalqımızı hər cür biznes maraqlarından üstün tuturuq. Çox təəssüf ki, ixtisasca hüquqşünas olan T.Kərimli əlində konkret fakt, sübut olmadan, bizi xalqımızın gözündən salan, işgüzar nüfuzumuzu zədələməyə yönəlik açıqlamalar səsləndirib. Azərbaycan dövlətinin, onun başçısının daim dəstək verdiyi yerli istehsalçılara böhtan atmaq, onların fəaliyyətinə kölgə salmaq Milli Məclis üzvünün tutduğu mövqeyə uyğun gəlmir.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxaracatçıları Assosiasiyası olaraq quş əti istehsalı müəssisələrində T.Kərimlinin iddiaları ilə bağlı monitorinq və yoxlamaların keçirilməsi, nəticələrin açıqlanması üçün AQTA-ya müraciət etmişik. Eyni zamanda, istehlakçı hüquqlarını müdafiə edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edirik ki, Azərbaycanda isethsal olunan quş ətində ölkə vətəndaşlarının sağlamlığına zərər yetirə biləcək hər hansı preparatın olub-olmadığını yoxlasın və ictimaiyyətə açıqlama versin”.
Təşkilat sahibkarların hüquqlarını müdafiə edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Dövlət Xidmətinə, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasına müraciət edib ki, Milli Məclis üzvünün hüquqlarını pozmasına münasibətlərini bildirsin.
cebheinfo.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Bu gün, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Bu gün, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Bu gün, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Bu gün, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Bu gün, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Bu gün, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Bu gün, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Bu gün, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Bu gün, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Bu gün, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Bu gün, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Bu gün, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Bu gün, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Bu gün, 13:06 |
|
|
|
• İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Bu gün, 12:21 |
|
|
|
• Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Bu gün, 12:05 |
|
|
|
• Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Bu gün, 12:00 |
|
|
|
• Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Bu gün, 11:32 |
|
|
|
• “Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Bu gün, 11:29 |
|
|
|
• Putin Trampla görüşə razılıq verdi
Bu gün, 11:27 |
|
|
|
• “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Bu gün, 11:26 |
|
|
|
• "Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Bu gün, 11:15 |
|
|
|
• “Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Bu gün, 11:00 |
|
|
|
• Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Bu gün, 10:51 |
|
|
|
• Əgər iqtisadi vəziyyət pisləşərsə, əhali günahı hökumətdə görəcək - GƏLİŞMƏ
Bu gün, 10:36 |
|
|
|
• “Rusiya həmişə bizə qarşı soyqırımların törədilməsinə dəstək verib” - Deputatdan ilginc açıqlamalar
Bu gün, 10:34 |
|
|
|
• Qərbdən gələn təlimatlar mənasızdır - ÇÜNKİ...
Bu gün, 10:31 |
|
|
|
• Azərbaycana qarşı kəmər tələsi? - Zəngəzur dəhlizinə dair ilginc iddia
Bu gün, 10:29 |
|
|
|
• “İşdə xəsarət alsam da, pulumu ödəmirlər, üstəlik, işdən də çıxardılar” - ÖZBAŞINALIQ!
Bu gün, 10:24 |
|
|
|
• Bu təşkilat de-yure buraxılmış olsa da... - NƏ ETMƏLİ?
Bu gün, 10:16 |
|
|
|
• İrəvanın sərhəddə odla oyunu - Sülh 2 il yubana bilər
Bu gün, 10:12 |
|
|
|
• “Yeni Sabah”ın 6 yaşı tamam oldu
Bu gün, 10:09 |
|
|
|
• "Hələ də dekabr ayının əmək haqqını almamışıq..." - NARAZILIQ VAR...
Bu gün, 10:05 |
|
|
|
• SOCAR-da sıravi işçilərin ixtisarı hesabına yeni şöbələr yaradılır? - AXI NİYƏ?..
Bu gün, 09:59 |
|
|
|
• Cəlilabadda Şəhidin adını daşıyan məktəbə baxın: BURDA HƏLƏ DƏRS KEÇİRLƏR... - AÇIQ TƏHLÜKƏ!!!
Bu gün, 09:41 |
|
|
|
• Rusiya azərbaycanlıları yalan, hədə və döyməklə dron yığılmasına cəlb edir.... - VİDEOFAKT
Bu gün, 09:37 |
|
|
|
• "Ümidlənməyin, 2020-ci il hadisələri təkrarlanmayacaq!" - Lukaşenko
Bu gün, 09:33 |
|
|
|
• İrandan müsbət mesajlar: Pezeşkian Azərbaycana gələcək? - GÖZLƏNTİ
Bu gün, 09:28 |
|
|
|
• Müxalifətin Tramp gözləntisi... - "Bu mandat Azərbaycana verilməlidir"
Bu gün, 09:26 |
|
|
|
• Azərbaycan gücləndi və ərazilərini azad etdi - Babacanyan
Bu gün, 09:21 |
|
|
|
• Rusiyanın “Türk qövsü” qorxusu - Kremlin Qafqaz planı
Bu gün, 09:06 |
|
|
|
• BU NƏDİ BELƏ: Beynəlxalq Bankın blokladığı kartdan PUL OĞURLANIB... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:53 |
|
|
|
• 44 günlük savaşda ruslar SƏNGƏRİN HARASINDA İDİ... - BU DA FAKT!
Bu gün, 08:46 |
|
|
|
• İşçilər üçün MÜHÜM BİLGİ... - Ekspert danışır...
Bu gün, 08:42 |
|
|
|
• İmtahanlardan keçən taksi sürücülərinin sayı açıqlandı - Bu, onlara nə qazandırır?
Bu gün, 08:38 |
|
|
|
• Trampın dövründə sülh müqaviləsi imzalanacaq? - AKTUAL
Bu gün, 07:57 |
|
|
|
• Külqabı kimi istifadə olunan eskalatorlar - FOTOFAKT
Bu gün, 07:42 |
|
|
|
|