"Hazırda Fransa, Hindistan və İran kimi ölkələr Ermənistana silah verir" .....                     Bu şirkət dərman satışından 3 milyon qazanacaq .....                     Ermənistana casusluq edən şəxsi hansı cəza gözləyir? .....                     İrəvan sülh prosesindən daha da uzaqlaşacaq .....                     İlginc pensiya sistemi: .....                     Sabunçuda 4,3 milyona yarımstansiyanı bu şirkət tikəcək .....                     "Ermənistanın iç üzü budur" .....                     YAP-ın 1 sentyabr TAKTİKASI... .....                     "Bu qədər boşboğazlığa necə qiymət verəsən?" .....                     Ukraynanın dövlət borcu .....                     Peskov Rusiyadakı demoqrafik vəziyyətdən narahatdır .....                     DGK müştəriyə qüsurlu avtomobil satan şirkətdən 170 minlik maşın alır .....                     Sərdar Cəlaloğlu seçkilərdən geri çəkildi .....                     Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələri keçirilib .....                     Sülh sazişi REAL DEYİL... .....                     Razi Nurullayevin namizədliyi təsdiqləndi .....                     Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı .....                     AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı .....                     Kolleclərə niyə maraq azalıb? .....                     DGK Abid Şərifovun şirkətinə protokol yazdı .....                     "İlham Əliyev dediyini edəcək" .....                     Bağçaların növbə problemi: .....                     Nazirlik 1 milyon manatlıq tenderinin .....                     "Heç bir xəstəliyim yoxdur, mən də bütün xanımlar kimi ginekoloji müayinədən keçmişəm" .....                     Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib .....                     Azərbaycan “qara siyahı”nı ləğv etdi .....                     Akademik İsa Həbibbəylinin robotla "siyasi" söhbəti .....                     Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib .....                     "Bu, kasıb təbəqənin başına açılan oyundur" .....                     Xankəndi və Şuşadan olan məşhurlar deputatlığa namizəd olacaqlar? .....                     Zaur Darabzadəyə niyə “QIRMIZI KART” göstərildi? .....                     Dəhşətli qəzadan qurtulmuş müğənni danışdı: .....                     Samir Əsədlinin namizədliyi qeydə alındı .....                     “A-Qroup Sığorta Şirkəti”nin yığımları .....                     Bu klinikanın vergi borcu altmış mini ötdü .....                     Bu ölkələr Ermənistanı silahlandırır: .....                     Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: .....                     Geosiyasi çağırış: "Onu burax, bana gəl..." .....                     Kişiləri aqressiv edən nədir? .....                     "Gənc qızların yaşca böyük kişilərə qaçması..." .....                 

Bir mənzil bir neçə nəfərə necə satılır: günahkar MTK-dır, yoxsa alıcılar? - AKTUAL
Tarix: 22-04-2024, 14:47 | Çap et
Bir mənzil bir neçə nəfərə necə satılır: günahkar MTK-dır, yoxsa alıcılar?
Azərbaycanda daşınmaz əmlak və tikinti sektorunda vətəndaşların aldadılmasına, xüsusən də eyni mənzilin bir neçə şəxsə satılması hallarına rast gəlinir. Bu günlərdə “Kəpəz-M” MTK-nın Xırdalan şəhərində inşa etdiyi binadan mənzil alan vətəndaş da eyni halla üzləşib. Vətəndaşın binadan aldığı üç mənzilin hamısının başqa adamlara da satıldığı məlum olub. MTK isə mənzillərin heç birinin vətəndaşlara rəsmi formada satılmadığını, əvvəllər burada menecer, sonra isə mühafizəçi işləmiş keçmiş əməkdaşı tərəfindən insanların aldadıldığını və həmin şəxsin artıq həbs olunduğunu açıqlayıb. Təəssüf ki, bu kimi hadisələr digər MTK-larda da rast gəlinir. Belə hallarla qarşılaşan vətəndaşlar da ən yaxşı halda məhkəməyə üz tutaraq müxtəlif tikinti şirkətləri tərəfindən fırıldağa məruz qaldığını və ona dəymiş zərərin ödənilməsini tələb edirlər. Beləliklə, vətəndaşların mənzil-tikinti kooperativlərinə qarşı inamı sarsılır. Onlar yeni mənzil alarkən daha çox bazar araşdırmasına üz tuturlar. Lakin heç də hər kəs bu araşdırmanı necə edəcəyini və ona qaranlıq qalan məqamları necə aydınlaşdıracağını bilmir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, vətəndaşların mənzil alarkən aldadılmasına, eyni mənzilin bir neçə nəfərə satılmasına yol açan müxtəlif səbəblər var.

Onun sözlərinə görə, əsas səbəblərdən biri vətəndaşların hər hansısa bir dövlət qurumu ilə bağlı məlumat əldə etmə şansının, demək olar ki, yox dərəcəsində olmasıdır. Ekspert bildirib ki, vətəndaş istədiyi halda aidiyyatı qurumlara alacağı mənzilin sahibi, bina ilə bağlı daha ətraflı məlumat əldə etməsi üçün sorğu göndərə bilər:

"Məsələn, bu bina ilə bağlı məhkəmə hallarının, şikayətlərin olub-olmadığını öyrənə və bu məsələlərlə bağlı məlumat ala bilər. Yaxşı olar ki, bu cür MTK-lardan, ümumiyyətlə müqaviləli binalardan mənzil alan şəxslər alqı-satqı prosedurunda birinci dəfə iştirak edirlərsə, onlar hər hansısa bir hüquqşünasa, vəkilə müraciət etməlidirlər. Sənədləşmələrin yoxlanılması və lazımi sualların tikinti şirkətinin rəhbərinə verilməsi prosedurunu hüquqşünaslar, vəkillər daha yaxşı bilirlər. Vəkilin tikinti şirkətindən bina ilə bağlı tam rəsmi məlumatları əldə etməsinə səlahiyyəti çatır. Bəzən vətəndaşlar bu sənədlərin nə olduğunu bilmirlər və yaxud tələb edə bilmirlər. Buna görə də vətəndaşlar maksimum özləri bazar araşdırması aparmalı, yəni həmin şirkətin adını istənilən internet resurslarında axtarmalı və maksimum məlumat əldə etməyə çalışmalıdır. Həmçinin ətrafdakı alqı-satqı ofislərindən də bina ilə bağlı maraqlana bilərlər. Təəssüflər olsun ki, hər hansısa bir bina ilə bağlı tam məlumat əldə etmək üçün başqa bir metod yoxdur".

30 ilə yaxın müddət ərzində 2 mindən artıq binanın inşa olunaraq vətəndaşlara təhvil verildiyini söyləyən ekspert deyib ki, hazırda paytaxt və rayonlarda bu istiqamətdə tikinti işləri davam edir: "Mənzil -Tikinti Kooperativləri (MTK) və yaxud da MMC-lərdə alqı-satqı müqaviləsi həyata keçirilir. MTK-dan mənzil alarkən vətəndaşa alqı-satqı müqaviləsi verilir və pul tam ödənilibsə, maliyyə arayışı verilir. Bəzən mənzil alqı-satqı işlərində aldadılma hallarına da rast gəlinir. Hətta tikinti şirkətləri tərəfindən 5 mindən çox zərərçəkmiş adamlar var ki, onların böyük bir hissəsinə artıq dəymiş zərər qaytarılıb, onlar ev və yaxud da pulla təmin olunublar".

E.Fərzəliyev vurğulayıb ki, bu günə qədər hər hansısa bir binadan mənzillərin müqavilə ilə satışı heç bir elektron platforma olmadan həyata keçirilir. O bildirib ki, hətta tikinti şirkətlərinin binaları tikib onların satışını hansısa elektron qaydada aparması ilə bağlı xəbərlər yayılmışdı. Belə olan halda vətəndaşların mənzil alqı-satqısı zamanı aldadılma hallarının qarşısı da alınmış olacaqdı. Amma lakin bu məsələ hələ də öz həllini tapmayıb:

"Təbii ki, heç bir şirkət onun adına xələl gəlməsini, rəhbərinin həbs olunmasını və bu kimi digər problemlər yaşamasını istəməz. Amma barmaqla sayılacaq şirkətlər olub ki, onlar zamanında vətəndaşları aldadıblar və onlarda fobiya, qorxu yaradıblar. Ona görə əksər insanlar çalışırlar ki, bina tikintisi tam bitsin, binaya çıxarış verilsin, daha sonra çıxarışlı mənzillər alsınlar. Təbii ki, çıxarışlı mənzillə çıxarışsız mənzil arasında böyük qiymət fərqi var. Çünki bina ilkin təməldən satılanda daha ucuz satılır. Tikili başa çatdıqdan sonra çıxarışla satışa çıxarıldıqda isə qiymətində təxminən ortalama 50%-dək artımlar baş verir".
Bundan əlavə, ekspert deyib ki, tikinti şirkətlərindən mənzil alan şəxslər artıq tikintinin keyfiyyətindən daha çox o binanı inşa edən şəxsin şəxsi keyfiyyətlərinə üstünlük verirlər və bir neçə suala cavab tapmağa çalışırlar: "Məsələn, bu adamlar əvvəllər harada bina inşa ediblər və problemlər olubmu? İnşa etdirdikləri binalara çıxarışlar veribmi? Həmin binalarda mənzillər eyni anda bir neçə adama satılıbmı? Vətəndaşlar bu cür suallara cavab axtarıb daha sonra həmin mənzilləri əldə edirlər. Düşünürəm ki, bu problemlər zamanında aradan qaldırılmalı idi. 30 il ərzində bu qədər binalar tikilsə də, amma problem aktual olaraq qalır. Yəni istənilən halda mövcud vəziyyətdə hər hansısa bir şirkət rəhbəri fırıldaqçılığa meylli olarsa, o yenə də vətəndaşları aldada bilər. Çünki möhür, imza səlahiyyəti MTK rəhbərlərinin öz səlahiyyətlərindədir. MTK-nın rəhbərindən başqa heç kim binada bir mənzilin eyni anda neçə nəfərə satılıb-satılmadığını bilmir".

E.Fərzəliyevin sözlərinə görə, burada günahkar təkcə MTK rəhbərləri deyil, həmçinin onlara bu şansı yaradan müəyyən qurumlardır: "Yəni bir bina inşa olunan zaman aidiyyatı üzrə bütün dövlət qurumlarından təsdiq olunmuş sənədlər toplusu yığılır. Daha sonra tikintiyə icazə verilir. Yəni bir şirkət bu qədər sənəd toplayırsa, təbii ki, onun satışına da nəzarət olunmalıdır. Amma satış səlahiyyəti tikinti şirkətinin səlahiyyətində olmamalıdır. Satışa şirkətlərin özləri məsul olduğuna görə vətəndaşların aldadılması hallarına rast gəlinir. Dünya praktikasına nəzər yetirsək, hər ölkədə insanlar bina inşa edən şirkətlər barədə məlumatları müxtəlif mənbələrdən əldə edirlər. Bəzilərində vətəndaş bələdiyyədən məlumat ala bilir. Rusiyada isə tikinti şirkətlərinin böyük qismi banklarla müştərək bina inşa etdikləri üçün mənzillərin alqı-satıqı proseduruna bank nəzarət edir".

Azərbaycanın iqtisadiyyatına çox böyük bir töhfəni qeyri-neft, xüsusən də daşınmaz əmlak və tikinti sektorunun verdiyini deyən əmlakçı bildirib ki, yeni binaların tikilməsi xarici ölkələrdən Azərbaycana pul cəlb etməsi ilə yanaşı, cəlb olunmuş vəsaitin ölkədə qalmasına şərait yaradır: "Məsələn, 16 mərtəbəli, 2 bloklu binanı tikilib tam təmirli və əşyalı vəziyyətə gətirildikdən sonra ümumi qiymətləndirmə apardıqda onun ortalama 40-50 milyon dəyəri oluduğunu görürük. Həmin pul, təbii ki, iqtisadiyyatda dövr edir. Bu baxımdan artıq Bakının baş planı təsdiq olunub. Yenidən bir çox binalar söküləcək, yeniləri tikiləcək. Alıcı qüvvəsinin cəlb olunması və insanlarda bu sahəyə əminliyin artırılması üçün mütləq şəkildə bu sahənin inkişafı lazımdır. İnkişafın da yeganə yolu alqı-satqıların rəsmi qurumlar tərəfindən aparılmasıdır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Hazırda Fransa, Hindistan və İran kimi ölkələr Ermənistana silah verir" - Partiya sədri
Bu gün, 00:05
Bu şirkət dərman satışından 3 milyon qazanacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Ermənistana casusluq edən şəxsi hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 19:02
İrəvan sülh prosesindən daha da uzaqlaşacaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 19:00
İlginc pensiya sistemi: - 60 manat üçün 25 il işləməliyik
Dünən, 18:56
Sabunçuda 4,3 milyona yarımstansiyanı bu şirkət tikəcək
Dünən, 18:10
"Ermənistanın iç üzü budur" - Ekspert danışır...
Dünən, 18:08
YAP-ın 1 sentyabr TAKTİKASI... - Nələr və kimlər dəyişəcək?
Dünən, 18:07
"Bu qədər boşboğazlığa necə qiymət verəsən?" - deputat
Dünən, 17:56
Ukraynanın dövlət borcu daha 1 milyard dollar artdı
Dünən, 17:55
Peskov Rusiyadakı demoqrafik vəziyyətdən narahatdır
Dünən, 17:52
DGK müştəriyə qüsurlu avtomobil satan şirkətdən 170 minlik maşın alır - HANSI MƏNTİQLƏ?..
Dünən, 17:43
Sərdar Cəlaloğlu seçkilərdən geri çəkildi - QƏRAR
Dünən, 17:29
Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələri keçirilib - FOTO
Dünən, 17:27
Sülh sazişi REAL DEYİL... - Yeni savaş isə...
Dünən, 17:24
Razi Nurullayevin namizədliyi təsdiqləndi
Dünən, 17:19
Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU
Dünən, 17:11
AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı - FOTO
Dünən, 17:06
Kolleclərə niyə maraq azalıb? - ŞƏRH
Dünən, 17:01
DGK Abid Şərifovun şirkətinə protokol yazdı
Dünən, 16:59
"İlham Əliyev dediyini edəcək" - Avetisyan
Dünən, 16:54
Bağçaların növbə problemi: - Valideynlər portaldan şikayətlənir
Dünən, 16:48
Nazirlik 1 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 16:41
"Heç bir xəstəliyim yoxdur, mən də bütün xanımlar kimi ginekoloji müayinədən keçmişəm"
Dünən, 16:35
Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib
Dünən, 16:32
Azərbaycan “qara siyahı”nı ləğv etdi - Prezidentin imzaladığı o sənəd...
Dünən, 16:31
Akademik İsa Həbibbəylinin robotla "siyasi" söhbəti - "Salam, sağ ol"...
Dünən, 16:29
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib
Dünən, 16:26
"Bu, kasıb təbəqənin başına açılan oyundur" - ETİRAZ VAR...
Dünən, 16:20
Xankəndi və Şuşadan olan məşhurlar deputatlığa namizəd olacaqlar? - AÇIQLAMA
Dünən, 16:16
Zaur Darabzadəyə niyə “QIRMIZI KART” göstərildi? - İLGİNC İDDİALAR...
Dünən, 16:12
Dəhşətli qəzadan qurtulmuş müğənni danışdı: - "O, indi xəstəxanada reanimasiyadadır..."
Dünən, 16:08
Samir Əsədlinin namizədliyi qeydə alındı
Dünən, 16:03
“A-Qroup Sığorta Şirkəti”nin yığımları 1 milyon manatdan çox azalıb
Dünən, 16:01
Bu klinikanın vergi borcu altmış mini ötdü - TƏFƏRRÜAT
Dünən, 16:00
Bu ölkələr Ermənistanı silahlandırır: - “Gərginliyin artmasında ABŞ və Rusiyanın əli var”
Dünən, 15:58
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: - "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
Dünən, 15:50
Geosiyasi çağırış: "Onu burax, bana gəl..." - "İki sevda" çəkən dövlətlərin "cəza"sını aydın görürük...
Dünən, 15:47
Kişiləri aqressiv edən nədir? - Psixoloq sirləri açdı
Dünən, 15:41
"Gənc qızların yaşca böyük kişilərə qaçması..." -Psixoloqdan ŞOK İZAH
Dünən, 15:37
Ağadadaş Ağayev mühafizəçi ilə barışığa gedir? - Vəkilindən AÇIQLAMA
Dünən, 15:27
Prorektorun deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
Dünən, 15:25
Məmmədovlar arasındakı qohumluq düşmənçiliyə keçib? - İLGİNC
Dünən, 15:22
Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: - namizəd ərazidən qovula bilər
Dünən, 15:16
“82 yaşlı anamın bu dərmandan istifadə limitinin başa çatdığı bildirilib” - NARAZILIQ VAR...
Dünən, 15:13
“Azərsun Holdinq”in şirkətinin rəhbəri dəyişdirildi - ADLAR
Dünən, 15:11
Tramp prezident seçilsə, Rusiya ilə bağlı mövqeyi Baydendən fərqlənməyəcək - Kreml
Dünən, 15:08
Məhkəmə Rəşad İbrahimovun şikayətini təmin etmədi - CƏRİMƏ KƏSİLDİ
Dünən, 14:54
İlqar Məmmədov Asim Mollazadəni YENƏ BİLƏCƏKMİ? - "Mən bu dairədə yaşamışam..."
Dünən, 14:47
BU NƏDİ BELƏ: Şəkinin bu kəndi zibil poliqonuna çevrilib - Rəsmilərsə deyir ki...
Dünən, 14:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru