İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb .....                     Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... .....                     Cavidan Xalq artistinin .....                     "Hikmət və Ziya kimi Cavidan da teatrdan qovulmalıdır" .....                     Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır .....                     Aşıq Zülfiyyə restoranını satışa çıxartdı .....                     Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir .....                     "O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" .....                     İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: .....                     Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... .....                     "İsrail İrana qarşı hücuma hazırlaşır" .....                     Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! .....                     Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... .....                     Prezidentin təsdiqlədiyi saziş: .....                     Görün, nəyə görə yardım verməyiblər... .....                     Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI .....                     SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                     Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək .....                     Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. .....                     Emin Ağalarov konsert verəcək .....                     Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... .....                     Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? .....                     Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu .....                     Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR .....                     Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? .....                     Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı .....                     "Məni 3 dərəcə aşağı çilingər göndərirlər" .....                     "Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." .....                     Bizim QUMARIMIZ da ədalətsizdir... .....                     Azərbaycanda 100 min manatlıq şirkət .....                     Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır .....                     Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası .....                 

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi
Tarix: 22-04-2024, 15:32 | Çap et
QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ”
“Dünyada elə bir ölkə yoxdur ki, orada qida təhlükəsizliyi 100 faiz təmin olunsun. Dünyanın hər yerində qida təhlükəsizliyinə görə yüz faizlik cavabdeh sahibkardır”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə deyib. Onun dediyinə görə, qida təhlükəsizliyi qurumlarının vəzifəsi sahibkarla istehlakçı arasında münasibətləri tənzimləməkdir...

Bununla da qida təhlükəsizliyinə görə məsuliyyəti bir növ öz boynundan atan AQTA sədri Azərbaycanda qida təhlükəsizliyi səviyyəsinin yüksək olduğunu, hətta Avropanı da üstələdiyini iddia edib: “Bizdə nədənsə elə təəssürat yaranıb ki, digər ölkələrdə qida həddindən artıq sağlamdır, bizdə isə ona qarşı münasibət həddindən artıq kritikdir. Bu, belə deyil. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, Azərbaycan dünyada qidası təhlükəsiz olan ən öndəgedən ölkələrdən biridir".

Təhməzli bunu da ölkədəki zəhərlənmə hallarının sayı ilə əlaqələndirib: "Azərbaycanda 100 min nəfərə görə zəhərlənmə 4 hadisə, Avropa Birliyi ölkələrində isə 10 hadisədir”.

Birincisi, Azərbaycanda bütün rəsmi statistikalar kimi zəhərlənmə statistikasının da obyektivliyi, yumşaq desək, şübhə doğurur və təbii ki, gerçək mənzərəni əks etdirə bilməz.

İkincisi, AQTA sədrinin dediyindən belə çıxır ki, hətta yaşayış səviyyəsi və standartları qat-qat yüksək olan avropalılar bizdən pis qidalanır, bizdən keyfiyyətsiz məhsullar istehlak edirlər və ona görə də bizdən daha çox zəhərlənirlər. Yəqin, bunu iddia edərkən Qoşqar müəllimin özünün də öz dediklərinə gülməyi gəlib...

Zəhərlənmə statistikasına gəlincə, bu, kifayət qədər mübahisəli yanaşmadır. Çünki Azərbaycanda insanlar qidalardan dərhal deyil, tədricən zəhərlənir və bu, özünü xərçəng xəstəliyi başda olmaqla, bir çox digər ağır xəstəliklərin, sonsuzluğun və s. artmasında göstərir.

Məsələyə bu rakursdan yanaşmaq əvəzinə, Q.Təhməzli nəinki avropalıların, dünyanın əksər sivil ölkələrinin yaxın buraxmadıqları və çox ehtiyatla yanaşdıqları palma yağının guya təhlükəsiz olduğu barədə ağız dolusu danışıb. AQTA sədrinin dediyinə görə, bugünədək ölkədə palma yağında aparılan müayinələrdə heç bir uyğunsuzluq aşkar edilməyib. O, deyib ki, digər bitkilərlə müqayisədə yüksək məhsuldarlığa malik olduğundan və maliyyə baxımından ucuz başa gəldiyindən palma yağından qida sənayesində geniş istifadə olunur: “Palma yağ tərkib xüsusiyyətlərinə və daha yüksək sabitliyə malik olduğundan qızardılma və bişirilmə üçün yararlı hesab edildiyindən daha geniş istifadə olunur”.

Maraqlıdır, görəsən Q.Təhməzlinin özü, yaxud başqa bir məmur evində həmin bu “tərifli” palma yağından istifadə edirmi? Təbii ki, qətiyyən yox! Amma “qara camaata” can-başla məsləhət görür. Yəqin, bu yağı ölkəyə gətirən inhisarçılar, məmur-oliqarxlar və s. belə məsləhət bilir. Onların maraqlarını tapdalamaq olmaz!

Hər halda, əhaliyə kərə yağı adı altında satılan yağların, eləcə də bir çox qida məhsullarının tərkibində palma yağının olduğuna dair iddialar da əsassız deyil. Q.Təhməzlidən fərqli olaraq, qida mütəxəssisi Ağa Salmanov mətbuata açıqlamasında deyib ki, palma yağı insan orqanizmi üçün olduqca zərərlidir və onun ölkəyə gətirilməsi qadağan olunmalıdır. O, bildirib ki, palma bitkisindən hazırlanan yağ ən ucuz və orqanizm üçün təhlükəli məhsuldur: “Avropa Qida Təhlükəsizliyi Agentliyi də palma yağının orqanizm üçün zərərli olduğunu təsdiq edib. Bu yağ texniki emal zamanı hidrogenlə doydurulur və nəticədə transyağa çevrilir. Buna görə də insan orqanizmində müəyyən şişlərin, xəstəliklərin meydana gəlməsinə səbəb olur”.

Deməli, Avropa Qida Təhlükəsizliyi Agentliyi palma yağının zərərli olduğunu təsdiqləyir, Q.Təhməzli isə başqa fikirdədəir və belə hesab etmir. Ümumiyyətlə, paradoksal vəziyyət yaranır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı artıq bir ildir COVİD-19-un bitdiyini elan etsə də, Azərbaycanda bu epidemiya hələ də guya “yaşayır” və biz ÜST-ün artıq “gorbagor olmuş” tələblərinə hələ də riayət edirik, hətta sərhədlər də bu adla bağlı saxlanılır. Ancaq digər beynəlxalq qurum - Avropa Qida Təhlükəsizliyi Agentliyi palma yağının zərərli hesab etdiyi halda, biz onu tam yararlı və zərərsiz kimi qəbul edib, əhaliyə “yediririk”. Hər halda, heç də Q.Təhməzlidən zəif mütəxəssislərin toplaşmadığı Avropa Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, palma yağı insan orqanizmində şişlərin, digər ağır xəstəliklərin meydana gəlməsinə səbəb olur. Təhməzli isə bu arqumenti yox, ölkəmizdə zəhərlənmə hallarının statisikasını əsas götürərək, ölkəmizin qida təhlüksizliyi səviyyəsini bu kriteriya əsasında ölçür. Hansı ki, bu cür qidalar öz təsirini dərhal zəhərlənmələrin deyil, müxtəlif ağır xəstəliklərin say artımında göstərir və yaxşı olar ki, Q.Təhməzli bu statistikadan da danışsın.

Ancaq yox, AQTA rəhbəri üçün prioritet mövzu tamamilə başqadır. Milli Məclisdəki çıxışı zamanı Q.Təhməzli ölkənin qida təhlükəsizliyi səviyyəsinin az qala idealın üzərində olduğunu bildirməklə yanaşı, onun qurumunun sahibkarlıq subyektlərində istədiyi vaxtda, istədiyi kimi yoxlamalar apara bilməməsindən gileylənib. O, deyib ki, hazırda Qida Təhlükəsizliyi Agentliyi qəfil yoxlamalar həyata keçirə bilmir: “Qanunvericilikdə olan maneə bizə imkan vermir ki, plandankənar yoxlama həyata keçirək”. Yəni, əhaliyə palma yağı da daxil olmaqla hər cür yararsız qidalar yedirtmək olar, dərd bu deyil, dərd yoxlama dərdidir! Sahibkarlarımız isə bu yoxlamaların nəyə və neçəyə başa gəldiyini yaxşı bilirlər...

“AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb
Bu gün, 12:31
Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... - MÜRACİƏT
Bu gün, 12:27
Cavidan Xalq artistinin cavabını BELƏ VERDİ
Bu gün, 12:14
"Hikmət və Ziya kimi Cavidan da teatrdan qovulmalıdır" - ŞOK SÖZLƏR
Bu gün, 12:06
Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır - Bəs nüvə necə olacaq?
Bu gün, 12:01
Aşıq Zülfiyyə restoranını satışa çıxartdı - özü AÇIQLADI
Bu gün, 11:59
Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir - FOTO
Bu gün, 11:52
"O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" - VİDEO
Bu gün, 11:48
İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: - erməni müəllimdən cəsarətli addım
Bu gün, 11:46
Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... - Natiq Cəfərli DANIŞDI
Bu gün, 11:43
"İsrail İrana qarşı hücuma hazırlaşır" - WP
Bu gün, 11:39
Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! - TAM MƏTN
Bu gün, 11:36
Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26
Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21
Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
"Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40
Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33
Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24
Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20
Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj - həm vasitəçilik istəyir, həm də...
Bu gün, 09:17
“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 09:14
"İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." - Deputatlarımız Rusiyadan qorxur?.. yoxsa Rusiyaya işləyir?
Bu gün, 09:11
Trampın Güney Qafqaza marağı... - demək olar ki YOXDUR...
Bu gün, 09:09
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Bu gün, 09:04
Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - FAKT BUDUR!
Bu gün, 09:01
İrəvan “d” deyir, “dəhliz” demir - Bakının səbri tükənir...
Bu gün, 09:00
Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? - AKTUAL
Bu gün, 08:59
ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
Bu gün, 08:55
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Bu gün, 08:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru