Nazir yeni rəis müavini təyin etdi - ƏMR
Tarix: 22-04-2024, 17:59 |
Çap et
Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə növbəti kadr təyinatı olub.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Quliyev Nizami Qələndər oğlu FHN Sumqayıt Regional Mərkəzin rəis müavini təyin edilib.
Qeyd edək ki, Nizami Quliyev 29.04.1979-cu ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Ailəlidir, 1 övladı var.
Qaynarinfo