AZCON-un Kommunikasiya şöbəsinə rəhbər təyin edilib .....                     Mülayim qərb küləyi əsəcək .....                     “ABŞ ilə əvvəlki münasibətlər bitdi” .....                     Gürcüstan prezidenti “erməni soyqırımı abidəsi”ni ziyarət etdi .....                     Xarici vətəndaşın 1 il əvvəl yaratdığı 50 minlik şirkəti .....                     Saxta arayış qalmaqalına görə barəsində cinayət işi açılan .....                     Gürcüstan və Ermənistan prezidentləri görüşüblər .....                     Elnarənin təyyarə qəzasının qəhrəmanlarına “Hər şey yaxşı olacaq” ithafı .....                     Nazir məşhur cərraha vəzifə verdi .....                     Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü .....                     Samir Rzayev səfirlə görüşdü .....                     İcra başçısının müavini işdən çıxarıldı .....                     Tarixi abidələrdə qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımı aradan qaldırılır .....                     Aprel ayı bitməkdədir... mart ayının maaşını ala bilməyiblər... .....                     Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur .....                     Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? .....                     “Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” .....                     55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu .....                     "Azəriqaz" daha bir məhkəməni uduzdu .....                     Ukrayna münaqişədən parçalanmış halda çıxacaq .....                     „Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ .....                     Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır .....                     "Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" .....                     Azərbaycanda QSC yenidən təşkil ediləcək .....                     ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib .....                     Bakı səfərindən paylaşım etdi .....                     Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... .....                     Avarçəkmə yenidən Qarabağda .....                     Nazir rəisi təqaüdə göndərdi .....                     “Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır .....                     Problemli kreditlərdə 32 milyonluq artım .....                     TƏBİB-in ƏRKÖYÜNÜ... .....                     Artilleriya bölmələri ilə döyüş atışları keçirilib .....                     Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, .....                     Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... .....                     Azərbaycan-Çin münasibətləri yeni mərhələdə .....                     Xalq artisti arxivini tökdü ortaya... .....                     İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... .....                     “NORM”a yaxın şirkət yaradıldı .....                     “PAŞA Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub .....                 

Ermənistan müharibəyə cəhd etsə... - GƏLİŞMƏ
Tarix: 23-04-2024, 06:34 | Çap et
Ermənistan müharibəyə cəhd etsə...
Rusiya hərbi kontingentinin müəyyən edilmiş müddət başa çatmamış Azərbaycandan çıxması müxtəlif suallar yaradıb. Onlardan biri də budur ki, əvvəl Fransa ilə hərbi əməkdaşlıq müqaviləsi bağlayan, sonra isə təyyarələrlə İrandan silah daşınılan Ermənistan yenidən müharibə arzusuna düşə bilərmi? Son günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən şərti sərhəddə atəşkəsin pozulması da bu ehtimalın ortaya çıxmasında rol oynayır.

Bu mülahizənin tərəfdarları hesab edir ki, rəsmi İrəvan bölgədə vəziyyəti gərginləşdirməyə davam edir və buraya yeni aktorlar (Avropa, İran, ABŞ) cəlb edir. Bu aktorların cəlb olunması isə gərginliyi daha da artırır. Nəticə etibarı ilə də eskalasiyaya səbəb olmasına gətirib çıxarır.

Bəs baş verənlər nəyə gətirib çıxara bilər? Silah və texnika arsenalını gücləndirməkdə olan Ermənistan Azərbaycanla yenidən müharibəyə başlaya bilərmi?

Hərbi-siyasi ekspert Azad İsazadənin fikrincə, Cənubi Qafqazdan kənarda hansısa görüş təşkil olunanda cəbhə boyunca gərginlik çoxalır, təxribatlar olur və atəşkəs pozulur.

Ekspert bildirir ki, Paşinyan 5 aprel görüşündən öncə elan etdi ki, Azərbaycan 4 kəndi tələb edir və bu kəndlər verilməsə, müharibə başlayacaq: “Bu, təbii bir prosesdir. Paşinyanın danışıqlarda gərginlik ab-havası yaratması, öz mövqeyini gücləndirməyə çalışması və gərgin bir vəziyyətdə, təzyiqlər altında dövləti necə idarə etdiyini hər kəsə eşitdirməsi xoşagəlməz, amma siyasətin tələb etdiyi təbii bir prosesdir. Başa düşməliyik ki, bütün proses bitməyənə qədər, yəni sülh müqaviləsi bağlanmayana, demarkasiya və delimitasiya olmayana qədər belə hallarla tez-tez üzləşəcəyik. Amma sadaladıqlarım bitəndən sonra da bu hallar tam sıfıra enməyəcək”.

Azad İsazadə deyir ki, Cənubi Qafqazda sülhü istəməyən xarici qüvvələr var. Söhbət həm Rusiya, həm İran, həm də Qərbdən gedir. Hər biri bu zonanı öz təsiri altına almaq istəyir: “2024-cü ildə böyük miqyaslı müharibəni başlamaq istəyən qüvvələr anlayır ki, Ermənistanın nə insan resursu var, nə də hərbi resursu. Sözsüz ki, böyük müharibə başlasa, Ermənistan daha çox ərazi itirə və itkilər verə bilər. Ərazi itirməsə belə, ordusunu Azərbaycan məhv edəcək. Ümumiyyətlə 2.5 milyon bir ölkənin 10-15 min əsgərinin ölməsi böyük itkidir. Ona görə də Paşinyan bu riskə gedə bilməz. Lokal müharibə anlayışı isə şərtidir. Yəni müharibənin müddəti 2 gün, 1 həftə və ya sadəcə 1 günlük atışma formasında da ola bilər”.

Müsahibimiz bildirir ki, Azərbaycan hərbi baxımdan çox təhlükəsiz dövrə girir. Çünki müharibə üçün dağlıq zonada yazın axırı, yay və payızın əvvəli ən əlverişli perioddur və iki tərəf də buna hazırdır. Sanksiya məsələsinə gəldikdə isə bu təhlükə həmişə var. Hər bir ölkəyə qarşı sanksiya qoyula bilər. Amma biz müharibəyə və hərbi əməliyyat keçirməyə başlamasaq, kobud təxribatlara reaksiya verməsək, sanksiyalar ilə rastlaşmayacayıq.

Ekspert əlavə edir ki, Laçın sərhədində zabitimiz yaralandığı zaman, biz həmin an cavab versə idik, sübut etmək çətin olacaqdı ki, ilk bunu kim başlayıb. Praktiki bir sutka dözdük, hazırlaşdıq və hamı bildi ki, Azərbaycan əsgəri yaralanıb, Ermənistan belə bir təxribat törədib. Daha sonra isə qisas əməliyyatı keçirdik, 4 erməni əsgəri öldürüldü və Azərbaycan sanksiya ilə üzləşmədi. Gələcəkdə də hansısa təxribat baş verdiyi zaman anlamalıyıq ki, biz hansısa ədalətsiz sanksiya ilə rastlaşa bilərik, buna görə də işimizi ehtiyatla görməliyik.

Ermənistanın İran tərəfindən silahlandırılması məsələsinə toxunan ekspertin sözlərinə görə, burada bir neçə variant ola bilər: “Birinci variant, SSR dönəmində İranda kifayət qədər sovet texnikasına və toplarına uyğun silah-sursat zavodları tikilib. Onlar sadəcə özləri istehsal etdiyi və Ermənistanda qalan köhnə sovet texnikası üçün mərmiləri təyyarə ilə İrəvana çatdıra bilər. Həqiqətdə isə Ermənistanda sovet dövründən qalan silah-sursat ehtiyatı yoxdur, ya da çox azdır”.

A.İsazadənin fikrincə, ikinci versiya bu ola bilər ki, Ermənistanın vaxtı ilə Rusiyadan silah almaq üçün pul ayırsa da, ruslar hələ də onlara bu silah-sursatı verməyiblər. Ermənistan bununla bağlı Rusiyaya iradını bildirdi. Ola bilər, Rusiya həmin hərbi texnika və sursatı Xəzər dənizi vasitəsi ilə İrana, oradan da təyyarə ilə Ermənistana çatdırmağa başlasın. Əslində Rusiya quru yolu vasitəsi ilə bu hərbi yükləri Ermənistan-İran sərhədindən göndərə bilərdi. Amma etmədi, məqsəd isə iz itirməkdir. Onlar narahatdırlar ki, bütün bu proseslər Azərbaycan Ordusunun nəzarəti altındadır, Bakı hər şeyi qeydə ala, məsələni beynəlxalq səviyyədə qaldıra bilər: “Bu versiyaların hansı daha realdır, demək çətindir. Amma bu məsələni siyasi səviyyədə qaldırmaq lazımdır. Həm də İran beynəlxalq sanksiyalar altındadır. Biz mütləq bu məsələyə siyasi baxımdan reaksiya verməliyik. Mənim sadaladığım variantlar arasında ikinci versiya daha real ola bilər. Çünki İrəvan aeroportunda rus sərhədçiləri dayanıb və həmin aeroportun yanında da Ermənistanın hərbi aeroportu var. Deməli, o yüklər istər-istəməz Rusiya sərhədçilərinin nəzarəti altından keçməlidir. Sözsüz ki, Rusiyanın hansısa formada bu əməliyyatdan xəbəri var. İstər İrandan daşınan silah olsun, istərsə də Rusiyadan. Hər iki halda, bu prosesdən Rusiyanın məlumatı var və onlar icazə veriblər ki, bu hərbi mallar İrəvana çatdırılsın”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZCON-un Kommunikasiya şöbəsinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:46
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:45
“ABŞ ilə əvvəlki münasibətlər bitdi” - Ottava
Bu gün, 12:42
Gürcüstan prezidenti “erməni soyqırımı abidəsi”ni ziyarət etdi - FOTO
Bu gün, 12:37
Xarici vətəndaşın 1 il əvvəl yaratdığı 50 minlik şirkəti - BAĞLANIR
Bu gün, 12:27
Saxta arayış qalmaqalına görə barəsində cinayət işi açılan "General Hospital" 6 min manat cərimələndi
Bu gün, 12:23
Gürcüstan və Ermənistan prezidentləri görüşüblər
Bu gün, 12:19
Elnarənin təyyarə qəzasının qəhrəmanlarına “Hər şey yaxşı olacaq” ithafı - VİDEO
Bu gün, 12:14
Nazir məşhur cərraha vəzifə verdi - FOTO
Bu gün, 12:07
Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü - FOTO
Bu gün, 12:04
Samir Rzayev səfirlə görüşdü - FOTO
Bu gün, 12:00
İcra başçısının müavini işdən çıxarıldı - BUNA GÖRƏ...
Bu gün, 11:59
Tarixi abidələrdə qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımı aradan qaldırılır - FOTO
Bu gün, 11:57
Aprel ayı bitməkdədir... mart ayının maaşını ala bilməyiblər... - NARAZILIQ VAR...
Bu gün, 11:53
Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur - ETİRAZ VAR...
Bu gün, 11:44
Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? – “Bu halda bankı məhkəməyə vermək olar”
Bu gün, 11:40
“Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” - ÇAĞIRIŞ
Bu gün, 11:37
55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu - TƏFƏRRÜAT
Bu gün, 11:32
"Azəriqaz" daha bir məhkəməni uduzdu - 57 min manatı geri qaytaracaq
Bu gün, 11:27
Ukrayna münaqişədən parçalanmış halda çıxacaq - "Politico"
Bu gün, 11:24
„Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ - Naxçıvandan SUAL EDİRLƏR...
Bu gün, 11:19
Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır - “Hayeli Armenia”
Bu gün, 11:14
"Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" - İlyas İsmayılovun oğlu danışdı
Bu gün, 11:12
Azərbaycanda QSC yenidən təşkil ediləcək - TOPLANTI
Bu gün, 11:06
ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - VİDEO
Bu gün, 11:03
Bakı səfərindən paylaşım etdi - FOTO
Bu gün, 11:00
Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:57
Avarçəkmə yenidən Qarabağda - Füzulidə! (FOTO)
Bu gün, 10:44
Nazir rəisi təqaüdə göndərdi - FOTO
Bu gün, 10:38
“Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır - "İsfəndiyar dedi ki, 30 min gətir"
Bu gün, 10:34
Problemli kreditlərdə 32 milyonluq artım - Vəziyyət ciddidir?
Bu gün, 10:32
TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
Bu gün, 10:28
Artilleriya bölmələri ilə döyüş atışları keçirilib
Bu gün, 10:13
Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, biri məhkəmə zalından həbs olunub
Bu gün, 10:08
Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... - İÇMƏLİ SU DƏRDİ...
Bu gün, 10:06
Azərbaycan-Çin münasibətləri yeni mərhələdə - MƏQALƏ
Bu gün, 09:57
Xalq artisti arxivini tökdü ortaya... - FOTO
Bu gün, 09:54
İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
Bu gün, 09:51
“NORM”a yaxın şirkət yaradıldı - DETALLAR
Bu gün, 09:51
“PAŞA Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 09:50
44 günlük savaş vaxtı Arayik deyib ki, Köçəryanla görüşsəm, Paşinyan məni "yeyər"... - tert.am
Bu gün, 09:47
"Neftqazmaş" ASC kiçilib - VƏZİYYƏTİ MƏLUM OLDU
Bu gün, 09:44
"Bakıtikişsənaye" ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 09:39
Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkiblər - TƏFƏRRÜAT
Bu gün, 09:36
İlham Əliyev regionda MEYDAN SULAYIR... - FAKT BUDUR!
Bu gün, 09:33
ABB də boyun qaçırır, qosqoca `Azercell` də... - "Hər ikisinə ayıb olsun!"
Bu gün, 09:29
Gəncədə icra hakimiyyətinin yaxınlığında QƏTL
Bu gün, 09:24
“Şamaxılı Cavid” “Əcəmi” metrosundakı keçidi Sirat körpüsünə çevirir - RƏSMƏN ÖZBAŞINALIQDIR...
Bu gün, 09:20
"Kiçik məmurlar qudurğanlıq etməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 09:17
Əmək şəraiti ağır.. zərərli olan işlərdə... - Ekspert danışır...
Bu gün, 09:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru