Putin Əsədi Suriyanın yeni hakimiyyətinə sata bilər .....                     Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Ermənilərlə işləmək asan məsələ deyil... .....                     "Rusiyanın hərbi bazasının yerləşdiyi Ermənistanda .....                     Azərbaycanda 2 min manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb .....                     General və polkovniklərin müsadirə olunan əmlakları .....                     Təbrizdə türkcə “Qarı nənə” uşaq tamaşası nümayiş olundu .....                     Repetitorluq qadağan olunarsa... .....                     Ermənistanın Suriya siyasətində durğunluq dövrü olacaq .....                     "İnsan hüquqlarının pozulduğu Qərb ölkələri Azərbaycandakı məhkəmə qərarlarına müdaxilə edirlər" .....                     Kreml Suriyadakı hərbi bazalarını qorumaq üçün tərəfdaş axtarır .....                     Suriyanın müvəqqəti hökumətinin rəhbəri vəzifəsinə Məhəmməd əl Bəşiri seçiləcək .....                     Mirqiyas Kazımov məhkəməyə .....                     Almaniya suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırdı .....                     “Vialon”un rəhbəri deyir ki, dilinizi boğazınızdan çıxararam... .....                     Paşinyanın dediyi absurddur, Parisdə Trampla... .....                     “Azercell Telekom”da kommersiya üzrə yeni baş direktor təyin edilib .....                     Suriyanın bərpası neçəyə başa gələcək? .....                     Aynur Dadaşova ərinin xəyanətindən DANIŞDI .....                     Ukrayna və ABŞ Müdafiə nazirləri cəbhədə mövcud vəziyyəti müzakirə edib .....                     “Suriya Türkiyəyönlü silahlı dövlətə çevriləcək” .....                     "Ermənistan-Azərbaycan arasında davamlı sülh olmadan .....                     BDU-nun 6 tələbəsi qalib oldu .....                     Sabahdan bələdiyyə seçkilərinə namizədlərin sənədlərinin qəbulu başlayır .....                     "Onlara demək istəyirəm ki... .....                     Salyanda "Dollar Rüstəm"in evinə hücum .....                     Mənbic şəhərində Azərbaycan bayrağı, Qarabağ yazısı görünüb .....                     İndiyə qədər 1531 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb .....                     10 yaşlı uşağın qarın boşluğuna qapı dəstəyi məktəbdə BATIB .....                     "20 Yanvar" yeraltı keçidindəki obyektlərin taleyi necə olacaq? .....                     Əməkdar artist kliniki ölüm keçiribmiş .....                     İki dairədə yeni seçki məntəqələri yaradılıb .....                     "Pul verməmək üçün hər şey edirlər" .....                     Ərdoğanın “bir Putin, bir mən” sözlərinin açması: Ankaradan Moskvaya kritik təklif .....                     Nazirlik qanunsuz çalışan plastik cərrahlara sertifiaktların verilməsində əməkdaşlarının .....                     ABŞ-nin NATO-dan çıxması onun azalan nüfuzuna daha böyük zərbə vura bilər .....                     Əsəddən sonrakı Suriya: .....                     Trampın xüsusi nümayəndəsi HƏMAS-ı girovları azad etməyə çağırıb .....                     Hikmət Hacıyev İsrail Prezidenti ilə görüşüb .....                     Ömrülük məhbusun anasından rəsmi qurumlara MÜRACİƏT .....                 

Gürcüstan bazarında böhran: Azərbaycan bazarını nə gözləyir? - ARAŞDIRMA
Tarix: 23-04-2024, 08:56 | Çap et
Gürcüstan bazarında böhran: Azərbaycan bazarını nə gözləyir?
Gürcüstanda “ikinci əl” avtomobil bazarında böhran yaşanır. Bu barədə Gürcüstan Avtomobil İdxalçıları Assosiasiyasının sədri Aleksandr Noniadze bildirib.

Onun sözlərinə görə, hazırda bazarda avtomobillər maya dəyərindən aşağı qiymətə satılır: “2023-cü ilin yazında bazarda avtomobil qıtlığı qiymətlərin artmasına səbəb olmuşdu. Nəticədə ölkəyə daha çox nəqliyyat vasitəsi idxal edildi. Təəssüf ki, bu da öz növbəsində bazarlarda avtomobillərin qiymətinin aşağı düşməsinə səbəb oldu”.

Aleksandr Noniadze qeyd edib ki, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstana 486,6 milyon dollar dəyərində avtomobil idxal edilib ki, bu da ötən ilin göstəricilərindən 31,3% azdır: “Avtomobillərin təkrar ixracı isə 443,8 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 7,8% çoxdur”.

Bəs Azərbaycandakı maşın bazarı Gürcüstanın maşın bazarındakı durumdan necə təsirlənəcək, nəzərə alsaq ki, qonşu ölkə ilə bu sahədə ticari əlaqələr kifayət qədər sıxdır, Azərbaycanda avtomobillər ucuzlaşa bilərmi?

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a şərhində bildirdi ki, Gürcüstandan Azərbaycana idxal olunan avtomobillərin sayında 2023-cü ilin 1-ci rübündə də, 9 ayında da azalmalar müşahidə olunub. Statistikaya diqqət çəkən ekspert qeyd edib ki, ötən ilin ilk 6 ayında Azərbaycana 14 min 206 ədəd avtomobil gətirilmişdisə, 2022-ci ilin ilk 6 ayında 14 min 500-ə yaxın avtomobil gətirilib, yəni 300 az: “2023-cü ilin 9 ayı ərzində ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5276 ədəd az olub. Bu isə say baxımından 21 faizlik azalma deməkdir. Birmənalı olaraq əsas faktor yaşı 10 ildən çox olan avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılmasıdır. Digər tərəfdən, Gürcüstan idxal etdiyi avtomobillərin 80 faizini daha çox Avrasiya İttifaqı ölkələrinə paylayır. Dünya inkişaf etdikcə bir çox ölkə, o cümlədən Azərbaycan inkişaf edir. Ölkələr inkişaf etdikcə, ərzaq, yaxud qeyri-ərzaq olmasından asılı olmayaraq, keyfiyyətli məhsullar idxal etməyə çalışır. Tələblərin artması Gürcüstandan gətirilən ikinci əl avtomobillərin dövriyyəsinə təsir göstərir. Etiraf edək ki, qonşu ölkədən idxal olunan avtomobillərin əksəriyyəti ikinci əl, müxtəlif ölkələrin imtina etdiyi avtomobillərdir. Nəticə etibarilə idxalçı ölkələrdən keyfiyyət göstəricilərinin yüksəldilməsinə tələb qoyulduğu üçün bu, avtomobil bazarına təsirsiz ötüşmür. Başqa sözlə ifadə etsək, insanlar artıq köhnə məhsullar istəmirlər".

E.Əmirov vurğulayıb ki, Gürcüstan avtomobil istehsalçısı olmadığına görə coğrafi mövqeyinə görə, mövcud gömrük və vergi siyasəti sayəsində tranzit ölkə rolunu oynayırdı: “Zaman keçdikcə idxalçıların tələblərinin artması Gürcüstanın roluna ciddi təsir edir və böhrana səbəb olur. Nəticədə Azərbaycan və Gürcüstan arasında məhz avtomobil sahəsində ticari əlaqələrin həcminə mənfi təsir müşahidə olunacaq. O ki qaldı mövcud vəziyyətin Azərbaycanda avtomobillərin qiymətinə təsirinə, mən ucuzlaşma olacağını düşünmürəm. Çünki Gürcüstanın ixrac etdiyi və digər ölkələrin Gürcüstandan idxal etdiyi avtomobillərin sayı azaldığına görə Gürcüstan artıq az avtomobil gətirir. Belə deyək, Gürcüstanın tranzit funksionallığı azalır. Qanunvericiliyə etdiyi dəyişikliklərə əsaslanaraq hər bir ölkə avtomobil bazarını daha keyfiyyətli avtomobillərlə təchiz etməyə çalışır. Bu baxımndan Azərbaycanda avtomobillərin qiymətinin ucuzlaşması ilə bağlı gözləntini real hesab etmirəm”.

İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, Gürcüstandakı böhran Azərbaycanda avtomobillərin qiymətinə ciddi təsir etməyəcək: “Azərbaycanda ciddi məhdudiyyətlər var. Köhnə maşınların gətirilməsinə qadağalar mövcuddur. Gürcüstanda isə belə qadağalar yoxdur. Daha çox ikinci əl və ucuz avtomobillərə üstünlük verilir. Buna görə də düşünürəm ki, böhranın Azərbaycan bazarına müəyyən təsiri olsa da, qiymətlərin ucuzlaşmasına təsiri olmayacaq. Çünki Azərbaycanın daxilində qadağalar, gömrük, vergi rüsumları, aksiz dərəcələri Gürcüstanla müqayisədə həddən artıq yüksəkdir. Bu baxımdan baş verənlərin qiymətlərə müəyyən təsirləri olacaq, lakin qiymətlərə birbaşa ciddi təsir olmayacaq”.

Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, Gürcüstandakı durğunluq bir sıra amillərlə bağlıdır. Ekspert hesab edir ki, ilk amil Gürcüstanın Avro-5 standartına keçidi ilə əlaqədardır: “Bu o deməkdir ki, ölkəyə idxal olunan nəqliyyat vasitələri Avro-5 standartına cavab verməlidir. Eyni zamanda Gürcüstanda yeni qaydalara görə, idxal olunan nəqliyyat vasitələrinin yaşı 10 ildən çox olmamalıdır. Bununla yanaşı, Azərbaycanda köhnə avtomobillərə məhdudiyyət tətbiq edilib. Ötən ilin mart ayından etibarən yaşı 10 ildən çox olan avtomobillər ölkəmizə idxal oluna bilməz. Məlum olduğu kimi, köhnə avtomobillərin bir qismi Gürcüstan bazarından gətirilirdi. Artıq bizim ölkəmizdə bu avtomobillərə məhdudiyyət tətbiq edildikdən sonra bazarda həmin avtomobillərin satışı azalır. Tələb azalır, təklif isə çoxalır. Nəticədə qiymət aşağı düşür və bu bazarda köhnə avtomobillərin bolluğuna gətirib çıxarır”.

Ekspert Gürcüstanda avtomobil bazarındakı durğunluğun Azərbaycanın avtomobil bazarına təsir etməyəcəyi qənaətindədir: “Hazırda Azərbaycan bazarında mühərrik həcmi kiçik olan, təxminən 1500 kub santimetr həcmli avtomobillərin sığorta olunması problemi yaranıb. Bəzi sığorta şirkətləri qeyri-qanuni olaraq bu növ avtomobilləri sığorta etmirlər. Taksidə istismar olunan nəqliyyat vasitələrini sığorta etməkdən yayınırlar. Nəticədə vətəndaşlar əziyyət çəkirlər. Qəza zamanı vətəndaşları öz aralarında razılaşmalı olurlar. Bu mövcud "İcbari sığorta haqqında" qanuna ziddir. Bu məsələyə fokuslanmaq lazımdır. Nəqliyyat vasitələrinin hamısı, Azərbaycan qanunlarına görə, ölkədə istismar olunan, mühərrik həcmi 50 kub santimetrdən yuxarı olan bütün növ nəqliyyat vasitələri icbari sığorta olunmalıdır. Azərbaycanda fəaliyyət göstərən dövlət, yaxud qeyri-dövlət özəl sığorta şirkətləri bunu həyata keçirməlidirlər. Vətəndaşa bununla bağlı imtina verilə bilməz. Düşünürəm ki, nəqliyyat vasitəsinin sığortasından əsassız imtina edən sığorta şirkətlərinə sanksiya tətbiq edilə bilər".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Əsədi Suriyanın yeni hakimiyyətinə sata bilər - Sensasion iddia
Bu gün, 19:23
Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib - Bu MADDƏ İLƏ....
Bu gün, 19:19
Ermənilərlə işləmək asan məsələ deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02
"Rusiyanın hərbi bazasının yerləşdiyi Ermənistanda Putinin həbsi ilə bağlı qərar icra oluna bilməz"
Bu gün, 19:00
Azərbaycanda 2 min manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb
Bu gün, 18:58
General və polkovniklərin müsadirə olunan əmlakları - SİYAHI
Bu gün, 18:47
Təbrizdə türkcə “Qarı nənə” uşaq tamaşası nümayiş olundu - BUNA DA ŞÜKÜR...
Bu gün, 18:06
Repetitorluq qadağan olunarsa... - “Ali məktəblər boş qalacaq”
Bu gün, 18:04
Ermənistanın Suriya siyasətində durğunluq dövrü olacaq - İrəvan üçün böyük itki
Bu gün, 17:58
"İnsan hüquqlarının pozulduğu Qərb ölkələri Azərbaycandakı məhkəmə qərarlarına müdaxilə edirlər" - deputat
Bu gün, 17:56
Kreml Suriyadakı hərbi bazalarını qorumaq üçün tərəfdaş axtarır
Bu gün, 17:54
Suriyanın müvəqqəti hökumətinin rəhbəri vəzifəsinə Məhəmməd əl Bəşiri seçiləcək - "Al Jazeera'
Bu gün, 17:41
Mirqiyas Kazımov məhkəməyə ÜZ TUTDU
Bu gün, 17:39
Almaniya suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırdı
Bu gün, 17:36
“Vialon”un rəhbəri deyir ki, dilinizi boğazınızdan çıxararam... - ÖZBAŞINALIQ!
Bu gün, 17:34
Paşinyanın dediyi absurddur, Parisdə Trampla... - Voskanyan
Bu gün, 17:28
“Azercell Telekom”da kommersiya üzrə yeni baş direktor təyin edilib - buna qədər isə...
Bu gün, 17:23
Suriyanın bərpası neçəyə başa gələcək?
Bu gün, 17:16
Aynur Dadaşova ərinin xəyanətindən DANIŞDI - "Hər şeyə qulaq asdım"
Bu gün, 17:14
Ukrayna və ABŞ Müdafiə nazirləri cəbhədə mövcud vəziyyəti müzakirə edib
Bu gün, 17:04
“Suriya Türkiyəyönlü silahlı dövlətə çevriləcək”
Bu gün, 16:55
"Ermənistan-Azərbaycan arasında davamlı sülh olmadan Qərbi Azərbaycana dinc qayıdış mümkün deyil"
Bu gün, 16:52
BDU-nun 6 tələbəsi qalib oldu
Bu gün, 16:48
Sabahdan bələdiyyə seçkilərinə namizədlərin sənədlərinin qəbulu başlayır - DİQQƏT!
Bu gün, 16:47
"Onlara demək istəyirəm ki... sizin gördüyünüz kimi deyil"
Bu gün, 16:45
Salyanda "Dollar Rüstəm"in evinə hücum - "Porsche"də 50 min dollar var...
Bu gün, 16:42
Mənbic şəhərində Azərbaycan bayrağı, Qarabağ yazısı görünüb - FOTO
Bu gün, 16:37
İndiyə qədər 1531 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb
Bu gün, 16:36
10 yaşlı uşağın qarın boşluğuna qapı dəstəyi məktəbdə BATIB – Hadisənin TƏFƏRRÜATI
Bu gün, 16:23
"20 Yanvar" yeraltı keçidindəki obyektlərin taleyi necə olacaq? - "Heç bir sənəd mövcud deyil..."
Bu gün, 16:21
Əməkdar artist kliniki ölüm keçiribmiş - AÇIQLAMA
Bu gün, 16:16
İki dairədə yeni seçki məntəqələri yaradılıb
Bu gün, 16:13
"Pul verməmək üçün hər şey edirlər" - Hüquqşünasdan "Meqa Sığorta" ilə bağlı şikayət
Bu gün, 16:11
Ərdoğanın “bir Putin, bir mən” sözlərinin açması: Ankaradan Moskvaya kritik təklif – Dörd bölgə…
Bu gün, 16:05
Nazirlik qanunsuz çalışan plastik cərrahlara sertifiaktların verilməsində əməkdaşlarının adlarının çəkilməsinə münasibət bildirib
Bu gün, 15:49
ABŞ-nin NATO-dan çıxması onun azalan nüfuzuna daha böyük zərbə vura bilər -ŞƏRH
Bu gün, 15:44
Əsəddən sonrakı Suriya: - “Yeni və daha mürəkkəb dövr başlayır”
Bu gün, 15:41
Trampın xüsusi nümayəndəsi HƏMAS-ı girovları azad etməyə çağırıb
Bu gün, 15:40
Hikmət Hacıyev İsrail Prezidenti ilə görüşüb
Bu gün, 15:34
Ömrülük məhbusun anasından rəsmi qurumlara MÜRACİƏT - “Oğlumu türmədə ölümə təhrik edirlər”
Bu gün, 15:32
Gürcüstan Aİ-yə inteqrasiyası dayandırılmayıb - Kobaxidze
Bu gün, 15:16
Səhiyyə sisemində TENDER YEYİNTİSİ... - İcazə verin şübhələnək...
Bu gün, 15:14
Yeni ili bölgələrdəki hotellərdə qarşılamaq neçəyə başa gəlir? - ARAŞDIRMA
Bu gün, 15:11
Putin Əsədlə nə vaxt görüşəcək? - Peskovdan açıqlama
Bu gün, 15:09
Məşhur plastik cərrahların sertifikatları ləğv olunur... - Ağır cəza gözlənilir
Bu gün, 15:07
Suriyanın müvəqqəti rəhbəri o oldu - BƏLLİ OLDU
Bu gün, 15:00
Bakı Şəhər İcra Hakimiyyətində yeni kitabın təqdimatı keçirilib - FOTO
Bu gün, 14:51
Suriyada qadınların hicab taxmağa məcbur edilməsi qadağan olunub - "Al-Watan"
Bu gün, 14:46
Ombudsman Aparatında vətəndaş cəmiyyəti institutları üçün maarifləndirmə tədbiri keçirilib - FOTO
Bu gün, 14:39
Ağ Evin erməni planı: Səbəb Azərbaycan deyil - GƏLİŞMƏ
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru