“Xalq Həyat” Sığorta Şirkətinin - SƏHMDARLARI TOPLANIR
Tarix: 24-04-2024, 00:02 |
Çap et
7 iyun 2024-cü il saat 15.00-da “Xalq Həyat” Sığorta Şirkəti ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Dia-az.info xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 164 nömrəli ünvanda baş tutacaq.
Səhmdarların ümumi yığıncağının gündəliyinə cəmiyyətin 2023-cü il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi daxil edilib.