"Bakı Dəmir-Beton 8" "ASC ZƏRƏRLƏ İŞLƏYİR .....                     “Suraxanı Avtomotoservis” ASC səhmdarlarını .....                     Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub .....                     İrəvanın fiaskoya uğrayan iddiası .....                     Toya hazırlaşanlar narazıdır, şadlıq saraylarında qiymətlər od tutub yanır: .....                     Portaldan yayınmış tenderlərin qalibləri məlum oldu .....                     Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: .....                     Ermənistan və İran arasında saziş imzalandı .....                     "Naxçıvanbank"ın xalis əməliyyat mənfəəti .....                     Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi .....                     "Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib .....                     Bakı həbsxanasında ÖLÜM .....                     Həmin həkim şəhid anasından üzr istədi .....                     Kiyevin ardınca Moskva da Bakının yolunu getdi: .....                     Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim edib .....                     Nəcməddin Sadıkov həbs edilir? .....                     Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? .....                     "Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" .....                     Azərbaycan ilə Ermənistan arasında sərhədlə bağlı yeni razılaşma olacaq .....                     Rusiyanın hədəfindəki üç keçmiş sovet ölkəsi .....                     Dövlət qurumu boya məhsulları aldı .....                     "Niyə məhz Ağdamı seçmişəm?" .....                     Erməni kilsəsi ilə "Qarabağ klanı" Paşinyana qarşı birləşir: .....                     Azərbaycanlı reperin konserti ləğv olundu .....                     Ruslan Dilanovun bəraəti ləğv edildi .....                     "Zəngəzur dəhlizinin açılmasını "istəməyən" ölkələr... .....                     “Makronun sözlərindən hamı diksinir, onu ciddi qəbul edən yoxdur” .....                     Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, .....                     Bu Təşkilatı yaşatmağa razıyıq, lakin... .....                     Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər .....                     "Göbəyini açır, baldırını göstərir" .....                     Adil Əliyevə ağır itki .....                     Demokratiyadan dən vuran Fransanın müstəmləkəçilik mövqeyi .....                     “Kapital Bank”ın işçiləri ayda 3 min manat maaş alır .....                     "Duş qəbul etmək istədiyi zaman əsgərlər tərəfindən iyrənc hərəkətlərə məruz qalır..." .....                     "Bəzi beynəlxalq qurumlar Azərbaycana təzyiqləri artırır" .....                     Ermənilər küçələrə “İrəvan” yazdılar .....                     Arxiyepiskop Robert Koçaryanla niyə görüşüb? .....                     Ermənilərdən şok etiraf: .....                     “Aztelekom”un sabiq sədr müşaviri “Pepsi Azerbaijan”a təyinat aldı .....                 

Ümid edək ki, ABŞ, Avropa İttifaqı, Fransa və İran kimi dövlətlər də... - ŞƏRH
Tarix: 23-04-2024, 19:00 | Çap et
Ümid edək ki, ABŞ, Avropa İttifaqı, Fransa və İran kimi dövlətlər də...
NATO Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşmasını alqışlayıb. NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina "X" hesabında bildirib ki, hər iki ölkənin ərazi bütövlüyünün tanınması əsas prinsipdir:
"Baş katib Yens Stoltenberqin regiona səfərində qeyd etdiyi kimi NATO normallaşma səylərini güclü şəkildə dəstəkləyir". Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də Azərbaycan və Ermənistan arasında aprelin 19-da elan edilmiş sərhədlərin delimitasiyasına dair razılaşmanı alqışlayıb: “Ermənistan və Azərbaycan arasında 1991-ci il Almatı Bəyannaməsi əsasında sərhədin delimitasiyası ilə bağlı kimi razılaşmanı səmimiyyətlə alqışlayıram”. Aİ Şurasının Prezidenti əlavə edib ki, hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldəki müzakirələrin də əsas elementi olub və normallaşmanın və bütün regionun sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq".
Bu ilin fevral ayında Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edən Almaniya da tərəflər arasındakı yeni razılaşmanı müsbət qarşılayıb: “Ermənistan və Azərbaycan arasında 1991-ci il Almatı Bəyannaməsi əsasında sərhədin delimitasiyası ilə bağlı razılaşma sülh sazişi yolunda mühüm maneəni aradan qaldırır. Almaniya davamlı sülhə gedən yolu dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır”. Bundan əvvəl isə ABŞ, BMT, həmçinin ATƏT Azərbaycanla Ermənistan arasındakı razılaşmanı dəstəkləyib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə razılaşma və dörd kəndin qaytarılmasını “çoxdan gözlənilən tarixi hadisə” adlandırıb. Ermənistan baş nazirinin ofisi Azərbaycanla ilk dəfə sərhədlərin delimitasiya edilməsini əlamətdar hadisə kimi qiymətləndirib və razılşma ilə Ermənistanın təhlükəsizlik və sərhədlərin delimitasiyası ilə bağlı risklərin azalmasına nail olduğunu vurğulayıb.

Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, 30 ildən artıq Ermənistanın işğalçı siyasətinin girovuna çevrilmiş Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistan tərəfi ilə razılıq əldə edilməsi qeyd-şərtsiz böyük tarixi hadisədir. Ekspert bildirib ki, hər şeyi qara rəngdə görməyə adət etmiş üç-beş nəfər əbədi bədbinlərimizi çıxmaq şərtilə hər kəs – bütün Azərbaycan xalqı inanırdı ki, gün gələcək, digər ərazilərimiz kimi bu kəndlərimiz də mütləq azad ediləcək:
"Çünki bu inamımızı gün-gündən daha da qüvvətləndirən inkarolunmaz amillər vardı. Ən başlıca amil isə Prezident İlham Əliyev tərəfindən aparılan ardıcıl, təmkinli və eyni zamanda qətiyyətli siyasət nəticəsində tarixi qələbələr silsiləsi üçün sarsılmaz zəminin yaradılmasıdır. 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdən sonra, ötən dörd il ərzində ard-arda əldə etdiyimiz uğurlarımızın, qələbələrimizin məntiqi davamı olaraq bu gün 4 kəndimizin bir güllə də atılmadan Azərbaycanın nəzarətinə qaytarılmasının təmin edilməsi barədə xəbərin sevincini yaşamağımız təbiidir. Bu mənada Qazaxdakı soydaşlarımızın da bu möhtəşəm xəbəri böyük coşqu ilə qarşılaması sözügedən kəndlərimizə yenidən sahiblənməyimizin nə dərəcədə önəmli, fövqəladə hadisə olduğunu təsdiqləyir. Ona görə də mən fürsətdən istifadə edib bütün Qazax camaatını, bütün Azərbaycan xalqını bu tarixi uğurumuz, qələbəmiz münasibətilə təbrik edirəm. Cənab Prezidentimizə isə xalqımızın milli birliyini, həmrəyliyini gücləndirməyə xidmət edən uğurlu siyasətinə görə təşəkkürümü bildirirəm. Dörd kəndimizin yenidən Ana Vətənimizə qovuşması milli həmrəyliyimizi daha da gücləndirəcək, xalqımızda öz gücünə inam hissini bir az da möhkəmləndirəcək".
Analitik qeyd edib ki, Azərbaycan və Ermənistanın bu gün heç bir kənar qüvvənin iştirakı və ya müdaxiləsi olmadan öz aralarında anlaşıb razılaşmaları və danışıqlar prosesində böyük irəliləyiş əldə etmələri həqiqətən də böyük uğurdur:
"Bu, onu göstərir ki, tərəflər arasında qarşılıqlı inam və etimad mühiti get-gedə möhkəmlənir və yekun Sülh sazişinin imzalanmasına nail olmaq üçün daha əlverişli, işgüzar atmosfer yaranır. İndi təkcə Bakı yox, artıq İrəvan da sülh üçün siyasi iradə nümayiş etdirməyə başlayır. Bu mənada aprelin 19-da iki ölkənin delimitasiya komissiyalarının Qazax rayonunun qeyri-anklav olan kəndlərinin Azərbaycana qaytarılması barədə razılığa gəlmələri heç şübhəsiz ki, sülhə doğru çox ciddi bir addımın atılması deməkdir. Bugünkü razılaşmadan sonra Cənubi Qafqazda çoxdan gözlənilən qalıcı sülhün bərqərar olacağına ümid hissləri artır. İndi ilk dəfə olaraq bütün daşlar öz yerinə oturmağa və bütün amillər yekun Sülhə doğru istiqamətlənməyə başlayır. Ümid edək ki, ABŞ, Avropa İttifaqı, Fransa və İran kimi qızışdırıcı aktorlar da bundan sonra Ermənistana pozucu təsir göstərməyə, onu revanşizmə təhrik etməyə və danışıqlar prosesini sabotaj etməyə səy göstərməyəcəklər. Ermənistanın bu köhnə-yeni havadarları heç olmasa, öz sülhməramlı kontingentini ölkəmizin ərazisindən vaxtından tez və dinc şəkildə çıxarmaqla sivil ölkə mövqeyi seçən Rusiyadan nümunə götürməli və Cənubi Qafqazda gərginlik yox, sülh yaratmaq yolunu seçməlidirlər".

Ə.Hüseynov əlavə edib ki, Azərbaycanın apardığı sülh siyasətinin alternativi yoxdur:
"Azərbaycanın sülh təklifləri Ermənistan üçün də uğurlu gələcəyin başlanğıcı ola bilər. Ona görə də Qərb bu prosesə köstək yox, dəstək olmalıdır. Və heç kim iki ölkə arasında delimitasiya, demarkasiya prosesinə təsir göstərməyə, müdaxilə etməyə çalışmamalıdır. Bu, iki ölkənin öz arasında çözə biləcəyi məsələdir. Qazaxın işğalda olan dörd kəndinin dinc yolla Azərbaycana qaytarılması barədə razılığa gəlinməsi də bu həqiqəti təsdiqləyir. Ona görə də indi ən doğru yol Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə mane olmamaqdır. Bu gün hər kəs çalışmalıdır ki, Cənubi Qafqazda şər yox, xeyir qalib gəlsin".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bakı Dəmir-Beton 8" "ASC ZƏRƏRLƏ İŞLƏYİR - HESABAT
Bu gün, 00:05
“Suraxanı Avtomotoservis” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:02
Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub
Dünən, 20:11
İrəvanın fiaskoya uğrayan iddiası - GƏLİŞMƏ
Dünən, 19:02
Toya hazırlaşanlar narazıdır, şadlıq saraylarında qiymətlər od tutub yanır: - SƏBƏB NƏDİR?
Dünən, 19:00
Portaldan yayınmış tenderlərin qalibləri məlum oldu - SİYAHI
Dünən, 18:56
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: - Tarif Şurasından QƏRAR
Dünən, 18:01
Ermənistan və İran arasında saziş imzalandı
Dünən, 17:54
"Naxçıvanbank"ın xalis əməliyyat mənfəəti - 6 DƏFƏ AZALIB
Dünən, 17:51
Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:48
"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib
Dünən, 17:45
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44
Həmin həkim şəhid anasından üzr istədi - VİDEO
Dünən, 17:43
Kiyevin ardınca Moskva da Bakının yolunu getdi: - yalnız bir FƏRQ var...
Dünən, 17:36
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim edib - FOTO
Dünən, 17:30
Nəcməddin Sadıkov həbs edilir? - AÇIQLAMA
Dünən, 17:23
Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...
Dünən, 17:21
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
Dünən, 17:19
Azərbaycan ilə Ermənistan arasında sərhədlə bağlı yeni razılaşma olacaq - Ermənistan KİV
Dünən, 17:13
Rusiyanın hədəfindəki üç keçmiş sovet ölkəsi – "Bir həftəyə ələ keçirəcək"
Dünən, 17:11
Dövlət qurumu boya məhsulları aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:05
"Niyə məhz Ağdamı seçmişəm?" - Elxan Şahinoğlu seçkilərdə iştirak niyyətini açıqladı
Dünən, 17:02
Erməni kilsəsi ilə "Qarabağ klanı" Paşinyana qarşı birləşir: - Kremlin məkrli planı
Dünən, 16:55
Azərbaycanlı reperin konserti ləğv olundu - zorlamaya haqq verdiyi üçün
Dünən, 16:53
Ruslan Dilanovun bəraəti ləğv edildi - Dövlət ittihamçısı protestini belə əsaslandırıb ki...
Dünən, 16:49
"Zəngəzur dəhlizinin açılmasını "istəməyən" ölkələr... indi ona "nəzarət" etmək üçün vurnuxurlar"
Dünən, 16:45
“Makronun sözlərindən hamı diksinir, onu ciddi qəbul edən yoxdur” - deputat
Dünən, 16:42
Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb
Dünən, 16:35
Bu Təşkilatı yaşatmağa razıyıq, lakin... - Ekspert danışır...
Dünən, 16:31
Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər - ŞOK İTTİHAMLAR
Dünən, 16:26
"Göbəyini açır, baldırını göstərir" - Akif İslamzadədən ÜSYAN
Dünən, 16:19
Adil Əliyevə ağır itki
Dünən, 16:16
Demokratiyadan dən vuran Fransanın müstəmləkəçilik mövqeyi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:08
“Kapital Bank”ın işçiləri ayda 3 min manat maaş alır – Orta aylıq əmək haqqından 3 dəfə çoxdur
Dünən, 16:05
"Duş qəbul etmək istədiyi zaman əsgərlər tərəfindən iyrənc hərəkətlərə məruz qalır..." - Rusiyada yaşayan ATANIN HARAYI...
Dünən, 16:02
"Bəzi beynəlxalq qurumlar Azərbaycana təzyiqləri artırır" - Ekspert
Dünən, 16:00
Ermənilər küçələrə “İrəvan” yazdılar - FOTO
Dünən, 15:51
Arxiyepiskop Robert Koçaryanla niyə görüşüb? - İrəvanda çevriliş hazırlanır
Dünən, 15:49
Ermənilərdən şok etiraf: - Azərbaycana “sanksiya”...
Dünən, 15:46
“Aztelekom”un sabiq sədr müşaviri “Pepsi Azerbaijan”a təyinat aldı - FOTO
Dünən, 15:45
"Yaşam" klinikasında yoxlama: - lisenziyadan kənar tibbi fəaliyyət aşkarlandı
Dünən, 15:43
Dövlət qurumundan “Baku Holiday” şirkətinə 636 minlik - SİFARİŞ
Dünən, 15:38
Ermənistan baş prokurorluğu Paşinyanın məsuliyyətə cəlb olunması ilə bağlı müraciəti MTX-ya göndərib
Dünən, 15:34
Azərbaycanlı “qanuni oğrular” öz əcəli ilə ölmürlər - Albert Rıjiyin qətlinin SƏBƏBLƏRİ
Dünən, 15:32
Azərbaycan qazı Ermənistanı xilas edəcək - AKTUAL
Dünən, 15:30
Milli Məclisin yeni heyətində ONLAR OLMAYA BİLƏR... - İDDİA
Dünən, 15:28
Hərbi qulluqçularımız “Anatolian Phoenix - 2024” beynəlxalq təlimində iştirak edəcək
Dünən, 15:24
"5 milyon "məşğul insan" olduğu göstərilir, amma əmək müqavilələrinin sayı 1 milyon 800 mindir"
Dünən, 15:12
Azərbaycanda “toy bazarı” bağlandı: - Artıq cütlüklər belə evlənirlər
Dünən, 15:08
Hər ay Rusiya Federasiyası üçün vəziyyət daha da pisləşəcək - Rusiya dalanı: 800 günlük təcavüzün nəticələri
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru