Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub .....                     İrəvanın fiaskoya uğrayan iddiası .....                     Toya hazırlaşanlar narazıdır, şadlıq saraylarında qiymətlər od tutub yanır: .....                     Portaldan yayınmış tenderlərin qalibləri məlum oldu .....                     Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: .....                     Ermənistan və İran arasında saziş imzalandı .....                     "Naxçıvanbank"ın xalis əməliyyat mənfəəti .....                     Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi .....                     "Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib .....                     Bakı həbsxanasında ÖLÜM .....                     Həmin həkim şəhid anasından üzr istədi .....                     Kiyevin ardınca Moskva da Bakının yolunu getdi: .....                     Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim edib .....                     Nəcməddin Sadıkov həbs edilir? .....                     Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? .....                     "Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" .....                     Azərbaycan ilə Ermənistan arasında sərhədlə bağlı yeni razılaşma olacaq .....                     Rusiyanın hədəfindəki üç keçmiş sovet ölkəsi .....                     Dövlət qurumu boya məhsulları aldı .....                     "Niyə məhz Ağdamı seçmişəm?" .....                     Erməni kilsəsi ilə "Qarabağ klanı" Paşinyana qarşı birləşir: .....                     Azərbaycanlı reperin konserti ləğv olundu .....                     Ruslan Dilanovun bəraəti ləğv edildi .....                     "Zəngəzur dəhlizinin açılmasını "istəməyən" ölkələr... .....                     “Makronun sözlərindən hamı diksinir, onu ciddi qəbul edən yoxdur” .....                     Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, .....                     Bu Təşkilatı yaşatmağa razıyıq, lakin... .....                     Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər .....                     "Göbəyini açır, baldırını göstərir" .....                     Adil Əliyevə ağır itki .....                     Demokratiyadan dən vuran Fransanın müstəmləkəçilik mövqeyi .....                     “Kapital Bank”ın işçiləri ayda 3 min manat maaş alır .....                     "Duş qəbul etmək istədiyi zaman əsgərlər tərəfindən iyrənc hərəkətlərə məruz qalır..." .....                     "Bəzi beynəlxalq qurumlar Azərbaycana təzyiqləri artırır" .....                     Ermənilər küçələrə “İrəvan” yazdılar .....                     Arxiyepiskop Robert Koçaryanla niyə görüşüb? .....                     Ermənilərdən şok etiraf: .....                     “Aztelekom”un sabiq sədr müşaviri “Pepsi Azerbaijan”a təyinat aldı .....                     "Yaşam" klinikasında yoxlama: .....                     Dövlət qurumundan “Baku Holiday” şirkətinə 636 minlik .....                 

Əliyev Putin görüşü: Azərbaycan və Rusiya bir-birinin maraqlarını... - ŞƏRH
Tarix: 23-04-2024, 11:44 | Çap et
Əliyev Putin görüşü: Azərbaycan və Rusiya bir-birinin maraqlarını...
"Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır". Bunu Rusiyaya işgüzar səfər etmiş Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, əlaqələrin inkişafından çox razıdır: "Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”. Azərbaycan Prezidenti vurğulayıb ki, Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndirir: “Baykal-Amur magistralı ümumittifaq miqyaslı layihə idi. Heydər Əliyevin bu layihənin icrasında əməyini yüksək qiymətləndirdiyinizi xüsusi qeyd etmək istəyirəm. Bu qlobal layihənin icrasında əmək sərf etmiş insanlarla da görüşəcəyik. Əziz xatirəsi olan hadisələr bizim dövlətləri daha da yaxınlaşdırır, münasibətlərimizin yüksələn xətlə inkişaf etməsinə töhfə verir”. Rusiya Prezidenti Vladimir Putin də bildirib ki, Azərbaycanla münasibətləri yüksək səviyyədədir və inkişaf edir. Putin deyib ki, ölkələrimiz arasında bir çox istiqamətlərdə əməkdaşlıq mövcuddur: "Sözsüz ki, təhlükəsizliyin təminatı nöqteyi-nəzərindən regiondakı vəziyyət barədə danışacağıq. Burada bir çox məsələlər var, onlar çox həssasdır". Putin əlavə edib ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır. Ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb: "Hökumətlərarası komissiya aktiv işləyir".

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, dövlət başçısı İlham Əliyevin Moskvaya işgüzar səfəri bir sıra mühüm hadisə fonunda baş tutub. Ekspert xatırladıb ki, Rusiya sülhməramlıları Azərbaycan ərazisini vaxtından əvvəl tərk edir:
"Qazaxın işğal altındakı kəndlərindən dördünün qaytarılması haqda razılaşma ilə delimitasiya prosesində ciddi irəliləyiş baş verir. Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri gözlənilir. Qarabağdan tamamilə çıxan Rusiya Cənubi Qafqazda mövqelərinə yaranmış risklərdən narahatdır. Bəllidir ki, Bakı-İrəvan xəttində iştirakçılığını bu və ya digər formada saxlamağa çalışacaq. Moskva Bakı-İrəvan xəttində iştirakını bundan sonra əsasən sərhədin delimitasiyası məsələsi üzərindən təmin edə bilər. Bunun üçün delimitasiya prosesində Rusiya Baş Qərargahında saxlanılan xəritələrin aktuallaşması lazımdır. 4 kəndin qaytarılması ilə nəticələnən 19 aprel razılaşması xəritələri arxa plana keçirir. Hərçənd razılaşma Bakıya sərhədin digər hissələrinin delimitasiyasında prinspin dəyişdirilməsi – xəritələrin ön plana çıxarılması imkanını da verir. Moskva Bakıdan sərhədin digər hissələrinin müəyyənləşməsində xəritələrdən çıxış etməsini istəyə bilər. Bu həm də, SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərimizlə bağlı olduğu üçün Azərbaycanın da maraqlarına uyğundur. Bakı və Moskvanın bu məsələdə uzlaşan gündəliyi müzakirə mövzularında biri ola bilər. Ümumilikdə ölkə rəhbəri İlham Əliyevlə Putinin əsas gündəliyi sülhməramlıların gedişindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyətlə bağlıdır. Ermənistanda anti-Rusiya siyasi xəttin inkişafı Moskvanın bölgədə Azərbaycanı əsas tərəfdaş kimi görməsini şərtləndirib. Bu kontekstdə Moskva saatını Bakı vaxtı ilə uyğunlaşdırmaq istəyir".

Siyasi şərhçi Aqşin Kərimov da bildirib ki, Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri Azərbaycanın qazandığı iki böyük nəticənin ardınca baş tutdu:
"Birincisi, Azərbaycan öz ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl regionu tərk etməsinə nail oldu. İkincisi, Azərbaycan Qazaxın Ermənistanın nəzarətində olan yeddi kəndindən dördünün geri qaytarılmasını təmin etdi. Dövlət başçısı İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə bu hadisələrdən sonrakı danışıqları regional reallıqlarda, konseptual mənada Bakı ilə Moskvanın bir-birilərinin maraqlarını diqqətlə nəzərə alaraq əlaqələrini daha da genişləndirməyi ehtiva edir. Detallı olaraq iki ölkənin təhlükəsizlik sferasındakı əməkdaşlığını, iqtisadi-ticari həcmləri dərinləşdirməyi hədəf qoyur. Daha qlobal prizmadan yanaşdıqda, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizindəki yarımçıq qalan işlərin sürətləndirilməsinə baxışı özündə cəmləşdirir. Qeyd edilən üç istiqamət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi fonunda qiymətləndirilir. Azərbaycan istəyir ki, regional eskalasiya riski yaranmasın, Moskva ilə Qərb rəqabətini Bakı-İrəvan gündəliyinə sirayət etdirməsin. Regionda Rusiya ilə gələcək əməkdaşlığın motivlərində Moskvanın hərbi təmsilçilik istəkləri yaranmasın. Kremlə gəlincə, o, maksimal şəkildə çalışır ki, Ukraynadakı müharibə səbəbi ilə qlobal təchizat marşrutlarında üzləşdiyi problemləri Azərbaycanın iştirakı ilə həll etsin. Azərbaycanla İran arasında hərbi-siyasi gərginlik olmasın və tərəflər diqqəti Şimal-Cənub Nəqliyyat Dəhlizinə kökləsinlər. Azərbaycan-Ermənistan sülh gündəliyində moderatorluğu yenidən qazanıb Qərbə meydan oxumaq tərzini yeniləsin. Ehtimal vermək olar ki, Moskva Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etməyə can atsın.
Ancaq Ermənistanın Baş naziri Nikol Paşinyanın belə bir təklif olarsa belə, buna reaksiyası mənfi ola bilər. Azərbaycan üçün isə görüş yerinin elə də əhəmiyyəti yoxdur. Bakı, sadəcə, tələb edir ki, onun strateji maraqları ilə ziddiyyət təşkil edən məsələlər müzakirəyə çıxarılmasın".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub
Bu gün, 20:11
İrəvanın fiaskoya uğrayan iddiası - GƏLİŞMƏ
Bu gün, 19:02
Toya hazırlaşanlar narazıdır, şadlıq saraylarında qiymətlər od tutub yanır: - SƏBƏB NƏDİR?
Bu gün, 19:00
Portaldan yayınmış tenderlərin qalibləri məlum oldu - SİYAHI
Bu gün, 18:56
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: - Tarif Şurasından QƏRAR
Bu gün, 18:01
Ermənistan və İran arasında saziş imzalandı
Bu gün, 17:54
"Naxçıvanbank"ın xalis əməliyyat mənfəəti - 6 DƏFƏ AZALIB
Bu gün, 17:51
Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:48
"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib
Bu gün, 17:45
Bakı həbsxanasında ÖLÜM
Bu gün, 17:44
Həmin həkim şəhid anasından üzr istədi - VİDEO
Bu gün, 17:43
Kiyevin ardınca Moskva da Bakının yolunu getdi: - yalnız bir FƏRQ var...
Bu gün, 17:36
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim edib - FOTO
Bu gün, 17:30
Nəcməddin Sadıkov həbs edilir? - AÇIQLAMA
Bu gün, 17:23
Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...
Bu gün, 17:21
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
Bu gün, 17:19
Azərbaycan ilə Ermənistan arasında sərhədlə bağlı yeni razılaşma olacaq - Ermənistan KİV
Bu gün, 17:13
Rusiyanın hədəfindəki üç keçmiş sovet ölkəsi – "Bir həftəyə ələ keçirəcək"
Bu gün, 17:11
Dövlət qurumu boya məhsulları aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:05
"Niyə məhz Ağdamı seçmişəm?" - Elxan Şahinoğlu seçkilərdə iştirak niyyətini açıqladı
Bu gün, 17:02
Erməni kilsəsi ilə "Qarabağ klanı" Paşinyana qarşı birləşir: - Kremlin məkrli planı
Bu gün, 16:55
Azərbaycanlı reperin konserti ləğv olundu - zorlamaya haqq verdiyi üçün
Bu gün, 16:53
Ruslan Dilanovun bəraəti ləğv edildi - Dövlət ittihamçısı protestini belə əsaslandırıb ki...
Bu gün, 16:49
"Zəngəzur dəhlizinin açılmasını "istəməyən" ölkələr... indi ona "nəzarət" etmək üçün vurnuxurlar"
Bu gün, 16:45
“Makronun sözlərindən hamı diksinir, onu ciddi qəbul edən yoxdur” - deputat
Bu gün, 16:42
Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb
Bu gün, 16:35
Bu Təşkilatı yaşatmağa razıyıq, lakin... - Ekspert danışır...
Bu gün, 16:31
Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər - ŞOK İTTİHAMLAR
Bu gün, 16:26
"Göbəyini açır, baldırını göstərir" - Akif İslamzadədən ÜSYAN
Bu gün, 16:19
Adil Əliyevə ağır itki
Bu gün, 16:16
Demokratiyadan dən vuran Fransanın müstəmləkəçilik mövqeyi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:08
“Kapital Bank”ın işçiləri ayda 3 min manat maaş alır – Orta aylıq əmək haqqından 3 dəfə çoxdur
Bu gün, 16:05
"Duş qəbul etmək istədiyi zaman əsgərlər tərəfindən iyrənc hərəkətlərə məruz qalır..." - Rusiyada yaşayan ATANIN HARAYI...
Bu gün, 16:02
"Bəzi beynəlxalq qurumlar Azərbaycana təzyiqləri artırır" - Ekspert
Bu gün, 16:00
Ermənilər küçələrə “İrəvan” yazdılar - FOTO
Bu gün, 15:51
Arxiyepiskop Robert Koçaryanla niyə görüşüb? - İrəvanda çevriliş hazırlanır
Bu gün, 15:49
Ermənilərdən şok etiraf: - Azərbaycana “sanksiya”...
Bu gün, 15:46
“Aztelekom”un sabiq sədr müşaviri “Pepsi Azerbaijan”a təyinat aldı - FOTO
Bu gün, 15:45
"Yaşam" klinikasında yoxlama: - lisenziyadan kənar tibbi fəaliyyət aşkarlandı
Bu gün, 15:43
Dövlət qurumundan “Baku Holiday” şirkətinə 636 minlik - SİFARİŞ
Bu gün, 15:38
Ermənistan baş prokurorluğu Paşinyanın məsuliyyətə cəlb olunması ilə bağlı müraciəti MTX-ya göndərib
Bu gün, 15:34
Azərbaycanlı “qanuni oğrular” öz əcəli ilə ölmürlər - Albert Rıjiyin qətlinin SƏBƏBLƏRİ
Bu gün, 15:32
Azərbaycan qazı Ermənistanı xilas edəcək - AKTUAL
Bu gün, 15:30
Milli Məclisin yeni heyətində ONLAR OLMAYA BİLƏR... - İDDİA
Bu gün, 15:28
Hərbi qulluqçularımız “Anatolian Phoenix - 2024” beynəlxalq təlimində iştirak edəcək
Bu gün, 15:24
"5 milyon "məşğul insan" olduğu göstərilir, amma əmək müqavilələrinin sayı 1 milyon 800 mindir"
Bu gün, 15:12
Azərbaycanda “toy bazarı” bağlandı: - Artıq cütlüklər belə evlənirlər
Bu gün, 15:08
Hər ay Rusiya Federasiyası üçün vəziyyət daha da pisləşəcək - Rusiya dalanı: 800 günlük təcavüzün nəticələri
Bu gün, 15:03
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
Bu gün, 15:02
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb - FOTO
Bu gün, 14:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru