Fransa Senatının qrup rəhbəri Ermənistanda müdafiə məsələlərini müzakirə edib
Tarix: 23-04-2024, 12:59 |
Çap et
Ermənistanla Fransa arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
“Report” xəbər verir ki, müdafiə naziri Suren Papikyan və Fransa Senatının Ermənistanla dostluq qrupunun rəhbəri Jilber-Lyuk Devinazla görüşüb.
Ermənistan KİV-nin məlumatına görə, görüşdə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini də iştirak edib.
Qeyd edilib ki, bunlarla yanaşı, regional təhlükəsizlik məsələləri və Ermənistan silahlı qüvvələrində aparılan genişmiqyaslı islahatlar müzakirə olunub.