Rusiyanın Azərbaycandakı dərman şirkəti bağlandı .....                     Naxçıvanda yeni nazir təyinatı... .....                     ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? .....                     İcra başçısının oğlunun biznes şəbəkəsi .....                     Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"... .....                     Katibə işləyəndə mənə gülürdülər… .....                     "Yığışdırın əə bunları burdan, KİMDİR BUNLAR?" .....                     Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı .....                     "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." .....                     Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib .....                     İlin sonunadək sülh müqaviləsi imzalanacaq .....                     Ermənistan müxalifəti Azərbaycanla normallaşma prosesini poza bilmədi .....                     Təhlükəsiz sərhəd və ya bu xəmir hələ çox su aparacaq .....                     "Bakı Dəmir-Beton 8" "ASC ZƏRƏRLƏ İŞLƏYİR .....                     “Suraxanı Avtomotoservis” ASC səhmdarlarını .....                     Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub .....                     İrəvanın fiaskoya uğrayan iddiası .....                     Toya hazırlaşanlar narazıdır, şadlıq saraylarında qiymətlər od tutub yanır: .....                     Portaldan yayınmış tenderlərin qalibləri məlum oldu .....                     Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: .....                     Ermənistan və İran arasında saziş imzalandı .....                     "Naxçıvanbank"ın xalis əməliyyat mənfəəti .....                     Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi .....                     "Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib .....                     Bakı həbsxanasında ÖLÜM .....                     Həmin həkim şəhid anasından üzr istədi .....                     Kiyevin ardınca Moskva da Bakının yolunu getdi: .....                     Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim edib .....                     Nəcməddin Sadıkov həbs edilir? .....                     Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? .....                     "Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" .....                     Azərbaycan ilə Ermənistan arasında sərhədlə bağlı yeni razılaşma olacaq .....                     Rusiyanın hədəfindəki üç keçmiş sovet ölkəsi .....                     Dövlət qurumu boya məhsulları aldı .....                     "Niyə məhz Ağdamı seçmişəm?" .....                     Erməni kilsəsi ilə "Qarabağ klanı" Paşinyana qarşı birləşir: .....                     Azərbaycanlı reperin konserti ləğv olundu .....                     Ruslan Dilanovun bəraəti ləğv edildi .....                     "Zəngəzur dəhlizinin açılmasını "istəməyən" ölkələr... .....                     “Makronun sözlərindən hamı diksinir, onu ciddi qəbul edən yoxdur” .....                 

Azərbaycan öz dürüst və haqlı siyasəti ilə irəliləyir, mövqeyində qalır
Tarix: 23-04-2024, 19:02 | Çap et
Azərbaycan öz dürüst və haqlı siyasəti ilə irəliləyir,
İran həmişə elan edib ki, xarici qüvvələrin Cənubi Qafqaza gəlişi, xarici hərbçilərin bölgədə iştirakı təhlükəsizlik və stabilliyə kömək etmir və bölgə xalqlarının mənafeyini təmin etmir. Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani dünən Tehranda keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Cənubi Qafqazda təhlükəsizlik İranın önəmli əhəmiyyət kəsb edən prioritetlərindən biridir. Cənubi Qafqazda təhlükəsizlik bütün regionda təhlükəsizliyə təsir göstərir. Bu bölgədə hər hansı təhlükə və destabillik bütün regionda təhlükəsizliyə mənfi təsir göstərir. İran XİN rəsmisi bildirib ki, Cənubi Qafqazda hərbi situasiyanı artırmaq istiqamətində istənilən strategiya bölgədə təhlükəsizlik şəraitini mürəkkəbləşdirəcək və bölgədə sülhü yaratmaq cəhdlərinə zərbə vuracaq. İran isə belə bir strategiyanı qəbul etmir. Kənani əlavə edib ki, İranın strategiyası bölgədə sülh, stabillik və təhlükəsizliyi inkişaf etdirmək məqsədilə iki tərəf (Azərbaycan və Ermənistan) arasında ixtilafların həll edilməsi istiqamətində danışıqlar və mövcud və müəyyən mexanizmlərdən istifadə etməklə çoxtərəfli dialoqun aparılmasıdır.

İranın mövqeyini şərh edən siyasi şərhçi Tural İrfan isə “Sherg.az”a açıqlamasında deyib ki, onlar regiondakı proseslərin hamısında yaxından iştirak etmək istəyirlər:
“İstəyirlər müəyyən problemlər onların iştirakı ilə həll edilsin, yaxud yaradılsın. Ancaq bunda nə dərəcədə səmimidirlər, nə istəyirlər, bəzən bu da təzad təşkil edir. 30 ildir Ermənistanı hərtərəfli dəstəkləyən, silah verən, siyasi, hərbi, iqtisadi dayaq olan İran bu gün hər nə desə qeyri-səmimidir, etibarsızdır. Şübhəsiz ki, Azərbaycan Ermənistan ilə ikili danışıqları aparır və nailiyyətlər də var. İranın, yaxud da başqasının burada "Dədə Qorqud”luq etməsinə ehtiyac yoxdur. İkiüzlü, riyakar, etibarsız siyasət yürüdən fars-molla rejimi heç zaman Azərbaycanın güclənməsini, qələbəsini həzm edə bilmir. İndi özünü guya Azərbaycana tərəfmiş kimi göstərərək əldə edilən nailiyyətləri arzu edən tərəf görüntüsü yaratmaq istəyir özü haqda. Əsla səmimi deyillər. Səmimi olan Qafanda konsulluq açmazdı. İslam dinini əldə bayraq edib, dini özlərinə qalxan tutub müsəlman ölkələrinə qarşı həmişə kinli, onların inkişafına qarşı olublar. Cənubi-Qafqazda ona görə başqalarının müdaxiləsini istəmir ki, istəyir özü qarışdırsın Qafqazı. Özünə münbit şərait arzu edir. Necə ki, Yaxın Şərqdə hələ digərlərinin olduğu halda belə savaş alovunu şiddətləndirməklə məşğuldur. Əvvəlki problemlərdən başqa İran Orta Şərqə əlavə problemlər, məzhəb düşmənçiliyi, öz üsulunda teokratik rejimin ideoloji-siyasi xəttini ixrac edərək dərin izlər qoyan, əsrlərlə həlli mümkün olmayacaq ciddi münaqişələrin təməlini qoyur. O münaqişələr ki, orta əsrlərdə olmuş, müasir dövrümüzdə səngimişdi. İran yenidən orta əsrlərdəki dini, milli, siyasi problemləri təzələyir. İndi istəyi budur ki, həmin təcrübə ilə Qafqazda da eyni alovu yandırsın. Gürcüstanda artıq ideoloji cəhətdən soydaşlarımızı tamamilə əsir edib. Azərbaycanda da uzun illərdir din pərdəsi altında siyasi-ideoloji təbliğatını aparıb müəyyən şəbəkələr, tərəfdarlar toplamışdı. İran bunları özünə baza üçün edirdi ki, Qafqazı öncə ideoloji cəhətdən zəbt etsin, necə ki, indiki İraqı, Suriyanı, Livanı, Yəməni zəbt edib. İrana inanmaq ilana inanmaq qədər təhlükəlidir müsəlman, türk dövlətləri üçün. Dövlət siyasəti tamamilə təqiyyə (əsl məqsədi gizləyib tam başqa ideologiya açıqlamaq) əsasında aparılır orada. Azərbaycanın Türkiyə və türk dövlətləri ilə əlaqələrini bağlamaq üçün Zəngilan tərəflərin işğalda qalması İran üçün daha vacib idi. Ona görə 43 günlük savaşda əsgərlərimizin qarşısını kəsərək təxribata cəhd etmişdilər. İndi də Zəngəzur dəhlizinə qarşı çıxmaqla ermənidən daha çox ermənilik edirlər və əsas məqsədləri də mümkün olduğu qədər Azərbaycan ilə Türkiyənin arasında maneə yaratmaq, quru yolunun tam bərpasına imkan verməməkdir. Adını islam dövləti qoyan bir rejimin müsəlman dövlətinə qarşı bu siyasəti, şübhəsiz ki, əsas verir deyək ki, onlar islam düşmənçiliyi aparırlar. Əsl müsəlman digər müsəlmanın öz işğal edilmiş torpağını yenidən fəth etməsinə sevinməlidir, dəstək olmalıdır, nəinki mane olmalıdır. Ona görə İranın səmimiyyəti etibarsızdır və Ermənistanla olan danışıqlarda Ermənistana təsir göstərib Fransa ilə birgə revanşa təhrik etmələrinin qarşısını almaq üçün hər zaman ehtiyat tədbirləri görülməlidir”.

T.İrfanın sözlərinə görə, xarici qüvvələrin Cənubi Qafqaza gəlişi, gedişi və bu kimi daxili məsələlərə İranın qarışmağa haqqı yoxdur:
“Rusiya sülhməramlı qüvvələrinin çıxması Azərbaycan ilə Rusiyanın, Türkiyənin birgə yeni inkişaf proqramının tərkibidir. İrana qarşı Azərbaycan dövləti həmişə səmimi, şəffaf olub. Hər zaman dostluq, qardaşlıq əlaməti olaraq ilk əlini uzadıb. Lakin İran bundan sui-istifadə edərək həmişə içəridən, arxadan Azərbaycana badalaq vurub. Yenə də Azərbaycan öz dürüst və haqlı siyasəti ilə irəliləyir, mövqeyində qalır. Əgər İran da bu cür qonşuluq haqlarına, yaxın mədəniyyətə sahib olduğumuzu nəzərə alaraq Azərbaycan daxilində din adı altında təxribat, terror əməllərindən əl çəksə, münasibətləri yüksək səviyyəyə qaldırmaq olar”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın Azərbaycandakı dərman şirkəti bağlandı
Bu gün, 09:30
Naxçıvanda yeni nazir təyinatı... GÖZLƏNİLİR!
Bu gün, 09:25
ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:23
İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI
Bu gün, 09:06
Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"... - İLGİNC
Bu gün, 09:02
Katibə işləyəndə mənə gülürdülər… - Nigar Köçərli
Bu gün, 09:01
"Yığışdırın əə bunları burdan, KİMDİR BUNLAR?" -Şikayətçi ilə rəhbərlik arasında İNSİDENT
Bu gün, 09:00
Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - İTTİHAM VAR...
Bu gün, 08:58
"Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI
Bu gün, 08:51
Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib
Bu gün, 08:44
İlin sonunadək sülh müqaviləsi imzalanacaq - Zərdüşt Əlizadə
Bu gün, 08:43
Ermənistan müxalifəti Azərbaycanla normallaşma prosesini poza bilmədi - Paşinyan yenə qalib gəlir!
Bu gün, 08:40
Təhlükəsiz sərhəd və ya bu xəmir hələ çox su aparacaq - NƏ ETMƏLİ?
Bu gün, 08:38
"Bakı Dəmir-Beton 8" "ASC ZƏRƏRLƏ İŞLƏYİR - HESABAT
Bu gün, 00:05
“Suraxanı Avtomotoservis” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:02
Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub
Dünən, 20:11
İrəvanın fiaskoya uğrayan iddiası - GƏLİŞMƏ
Dünən, 19:02
Toya hazırlaşanlar narazıdır, şadlıq saraylarında qiymətlər od tutub yanır: - SƏBƏB NƏDİR?
Dünən, 19:00
Portaldan yayınmış tenderlərin qalibləri məlum oldu - SİYAHI
Dünən, 18:56
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə: - Tarif Şurasından QƏRAR
Dünən, 18:01
Ermənistan və İran arasında saziş imzalandı
Dünən, 17:54
"Naxçıvanbank"ın xalis əməliyyat mənfəəti - 6 DƏFƏ AZALIB
Dünən, 17:51
Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:48
"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib
Dünən, 17:45
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44
Həmin həkim şəhid anasından üzr istədi - VİDEO
Dünən, 17:43
Kiyevin ardınca Moskva da Bakının yolunu getdi: - yalnız bir FƏRQ var...
Dünən, 17:36
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim edib - FOTO
Dünən, 17:30
Nəcməddin Sadıkov həbs edilir? - AÇIQLAMA
Dünən, 17:23
Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...
Dünən, 17:21
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
Dünən, 17:19
Azərbaycan ilə Ermənistan arasında sərhədlə bağlı yeni razılaşma olacaq - Ermənistan KİV
Dünən, 17:13
Rusiyanın hədəfindəki üç keçmiş sovet ölkəsi – "Bir həftəyə ələ keçirəcək"
Dünən, 17:11
Dövlət qurumu boya məhsulları aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:05
"Niyə məhz Ağdamı seçmişəm?" - Elxan Şahinoğlu seçkilərdə iştirak niyyətini açıqladı
Dünən, 17:02
Erməni kilsəsi ilə "Qarabağ klanı" Paşinyana qarşı birləşir: - Kremlin məkrli planı
Dünən, 16:55
Azərbaycanlı reperin konserti ləğv olundu - zorlamaya haqq verdiyi üçün
Dünən, 16:53
Ruslan Dilanovun bəraəti ləğv edildi - Dövlət ittihamçısı protestini belə əsaslandırıb ki...
Dünən, 16:49
"Zəngəzur dəhlizinin açılmasını "istəməyən" ölkələr... indi ona "nəzarət" etmək üçün vurnuxurlar"
Dünən, 16:45
“Makronun sözlərindən hamı diksinir, onu ciddi qəbul edən yoxdur” - deputat
Dünən, 16:42
Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb
Dünən, 16:35
Bu Təşkilatı yaşatmağa razıyıq, lakin... - Ekspert danışır...
Dünən, 16:31
Rektorların xaricdəki milyonluq əmlakları: Tələbələri qəsdən kəsir, zülm edirlər - ŞOK İTTİHAMLAR
Dünən, 16:26
"Göbəyini açır, baldırını göstərir" - Akif İslamzadədən ÜSYAN
Dünən, 16:19
Adil Əliyevə ağır itki
Dünən, 16:16
Demokratiyadan dən vuran Fransanın müstəmləkəçilik mövqeyi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:08
“Kapital Bank”ın işçiləri ayda 3 min manat maaş alır – Orta aylıq əmək haqqından 3 dəfə çoxdur
Dünən, 16:05
"Duş qəbul etmək istədiyi zaman əsgərlər tərəfindən iyrənc hərəkətlərə məruz qalır..." - Rusiyada yaşayan ATANIN HARAYI...
Dünən, 16:02
"Bəzi beynəlxalq qurumlar Azərbaycana təzyiqləri artırır" - Ekspert
Dünən, 16:00
Ermənilər küçələrə “İrəvan” yazdılar - FOTO
Dünən, 15:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru