Qafqazı silkələyən savaşı: Kim ağır basır? .....                     Belousov hərbi sənaye kompleksini və iqtisadiyyatı pulla dolduracaq? .....                     Müdafiə Nazirliyi 638 min manatlıq ayaqqabı kremi .....                     Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu görün, kimi .....                     Zəngəzur dəhlizinin açılması... .....                     AQTA ancaq dəri ilə fəxr edə bilər .....                     Alverçilər qiyməti diqtə edəcək: Bahalaşma olacaq .....                     "Musavat partiyası parlament seçkilərində iştirak edəcək" .....                     “Bərdə Broyler” səhmdarlara dividend ödəyəcək .....                     Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırdı .....                     “Sözlə alınmayanda keçirdim yumruq davasına” .....                     "Sovet aktrisasıyam, biz dözürük" .....                     Polkovnik-leytenantla Abel Məhərrəmov arasında torpaq qalmaqalı davam edir .....                     SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılov gəlinini HƏDƏLƏYİR .....                     Nazim Bəydəmirli barədə həbs-qətimkan tədbiri dəyişdirilmədi .....                     Baş diplomatların ikigünlük Almatı görüşü: .....                     ABŞ səfiri İlham Əliyevin haqlı iradlarına yalnız BU CAVABI verə bildi... .....                     Benjamin həkim qazini məhkəməyə verib: “Həbsimi istəyir” .....                     Müdafiə Nazirliyi HHQ-nin hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir .....                     Qarabağ Dirçəliş Fondu 2 tədbir üçün 132 min xərcləyəcək .....                     “Aksiya yoxdur, 6-7 xuliqan küçələri bağlayıb” .....                     Masallı sakinini lətifədəki ÇUKÇA YERİNƏ QOYDULAR .....                     "Bu gün 20 yaşında adını jurnalist qoyan bir şəxs..." .....                     "Akumlyatorun "zaryadka" yığması üçün etdim..." .....                     Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir .....                     BU NƏDİ BELƏ: Sakinlər yaşaya-yaşaya binanı sökürlər... .....                     Qalmaqallı "MT Construction" tikinti şirkətinin fəhlələri qanunsuz işlətdiyi aşkarlanıb .....                     İrandan Azərbaycana 61 kiloqram narkotik keçirən Astara sakinləri həbs olunub .....                     "Gözcü Güvənlik” MMC .....                     Fırıldaqçı keşiş baş nazir olmaq istəyir .....                     Rusiya qoşunları Azərbaycanla sərhəddəki .....                     Günün fotosu: .....                     İlqar Məmmədovdan AXCP üzvünə .....                     Əsrlərlə dövləti olmayan erməniləri birləşdirən kilsə .....                     Bu məktəb qəzalı vəziyyətdədir .....                     Azərbaycan bundan sonra Avroviziyada iştirak etməsin .....                     “Mənim müxalifətçilərlə qəhvə içməyə həvəsim yoxdur” .....                     Xankəndidə Ermənistan konsulluğu AÇILA BİLƏR? .....                     Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi .....                     Adı “Tərtər işi”ndə hallanan general əmlaklarını satışa çıxarıb .....                 

“Bu, Bakı ilə Moskva arasında həll olunmuş məsələdir” - GƏLİŞMƏ
Tarix: 29-04-2024, 00:05 | Çap et
“Bu, Bakı ilə Moskva arasında həll olunmuş məsələdir”
Rusiya hərbi kontingentinin Qarabağı müəyyən edilmiş vaxtdan tez tərk etməsi müxtəlif şərhlərə yol açıb. 2020-ci il noyabrın 20-də imzalanmış üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlı hərbi kontingenti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq beş il müddətində yerləşdirilmişdi. Yəni Rusiya sülhməramlı hərbi kontingentinin Qarabağda xidmət müddəti 2025-ci ilin noyabr ayında bitəcəkdi. Amma həmin vaxta 6 ay qalmış - aprelin 16-dan Rusiya sülhməramlıları Qarabağı birdəfəlik tərk etməyə başladı.

Mövzunun müzakirəsi davam edir, gözlənilməz gedişin səbəbləri araşdırılır. Ən diqqətçəkən şərhlərdən biri 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurasında daimi nümayəndəsi olmuş Arif Məmmədovdan gəlib. O, “Turan”a açıqlamasında deyib ki, bu qəfil gediş Bakı ilə Moskva arasında yox, Moskva ilə Tehran arasındakı razılaşmanın nəticəsidir. Məmmədovun iddiasına görə, İran Rusiyaya xəbərdarlıq edib ki, İsrail Azərbaycanın Qarabağ bölgəsində özünün radioelektron mübarizə avadanlıqlarını və dronları idarə edən texnikasını yerləşdirib. İsrail İrana zərbə endirsə, İran da bölgəyə cavab zərbəsi vuracaq və bu zaman Rusiya hərbi kontingentinin orada olmasını istəmir.

Keçmiş səfirin fikirləri nə dərəcədə məntiqlidir? Bu iddianı inandırıcı saymaq olarmı?

Hərbi ekspert Azad İsazadə mövzunu Pressklub.az-a şərh edərkən bir xatırlatma edib: “Sülhməramlıların Qarabağı tərk etdiyi gün erməni ekspert David Şahnazaryan eyni fikirləri söyləmişdi”.

Ancaq müsahibimiz İranın Qarabağda sülhməramlıların olduğu yerə zərbələr endirəcəyi ilə bağlı fikirləri inandırıcı saymır. Onun fikrincə, İran Azərbaycanı vurmaq fikrinə düşsə, daha strateji əhəmiyyətli və qərbin maraq obyekti olan layihələri hədəf alar: “İsrailin Qarabağda hərbi obyekt yerləşdirməsi həqiqət olsa belə, Ağdama, Füzuliyə və ya Cəbrayıla yerləşdirər. Sülhməramlılar isə bu zonalarda deyildi və onlar zərbə altına düşməyəcəkdilər. Əksinə, belə bir zərbə olsa, onların Azərbaycanda rolu güclənər və belə bir təhlükə olduğuna görə sülhməramlılar ərazidən çıxmaq əvəzinə saylarını artırardı”.

Ekspert deyir ki, bu məqamda Türkiyə və Pakistan amilini yaddan çıxarmamaq lazımdır. İrandan Azərbaycana qarşı hər hansı hərbi təzyiq olsa, Türkiyə buna reaksiya verəcək. Pakistan və Türkiyə ən azı diplomatik və siyasi yolla İrana təzyiq göstərəcəklər.

“Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanı tərk etməsinin İsrail-İran gərginliyi ilə əlaqəsi olduğuna inanmıram”.

Bu sözləri isə saytımıza danışan politoloq Şahin Cəfərli deyib.

Politoloq qeyd edir ki, İran yalnız o halda Azərbaycan ərazisinə zərbələr endirə bilər ki, İsrail və İran arasında böyük müharibə başlasın və Azərbaycan öz ərazisini İsrailə İrana zərbələr endirmək üçün təqdim etsin. Yalnız bu halda İran Azərbaycan ərazisindəki İsrailin istifadə edəcəyi hərbi obyektlərə zərbələr endirə bilər: “İran və İsrail arasında müharibə başlayarsa, Azərbaycan öz ərazisini İrana qarşı istifadə etməsi üçün İsrailə təqdim etməz. Bu baxımdan da göstərilən ehtimallar doğru səslənmir. Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanı tərk etmə səbəblərini Rusiya-Azərbaycan əlaqələri kontekstində araşdırmaq lazımdır”.

Ş.Cəfərli deyir ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı etimada əsaslanan münasibətlər formalaşıb. Baş verən hadisələri və qəbul olunan qərarları bu çərçivədə qiymətləndirmək lazımdır. Qarabağ məsələsi həll olunduqdan sonra sülhməramlıların orada qalmasının heç bir əsası yox idi . Yəni, yerli erməni əhali oranı tərk etdikdən sonra “Rusiya sülhməramları Qarabağda niyə qalıb və nə ilə məşğuldur?” kimi suallar aktuallaşmışdı. Bu baxımdan, onlar gec-tez Azərbaycanı tərk etməli idilər. Yalnız bu halda Rusiya sülhməramlıları Qarabağda qala bilərdi ki, onlara başqa bir status - “Rusiya hərbi bazası” statusu verilsin. Bu isə o qədər də real görünən bir məsələ deyildi. Azərbaycanın hərbi doktrinasında qeyd olunur ki, ölkə ərazisində xarici dövlətlərin hərbi bazaları yerləşdirilə bilməz.

“Hərbi doktrinada dəyişiklik etmək mümkün idi. Amma rəhbərlik buna ehtiyac görmədi. Artıq bu, Bakı ilə Moskva arasında həll olunmuş məsələdir. Hər iki ölkə arasındakı danışıqlarda mətbuata açıqlanmayan, gizli razılaşmaların olması mümkündür. Təbii ki, bu gizli razılaşmalar bərədə məlumatımız yoxdur. Biz, sadəcə, 2022-ci ildə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannaməyə istinad edə bilərik. Bu, iki ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə qalxdığını ehtiva edən bir sənəddir”.

Politoloqun müşahidəsinə görə, son aylarda hər iki tərəf həmin sənəddə nəzərdə tutulan öhdəlikləri yerinə yetirir: “Azərbaycanın son vaxtlar qərblə yaranmış soyuqluğunun və gərginliyinin də səbəbini bunda axtarmaq olar. Çünki Azərbaycan regional geosiyasətdə Rusiyanın maraqlarını daha fəal nəzərə almağa başlayıb. Rusiya tərəfini bu siyasət qane edir. Belə olan halda da onlar Azərbaycan ərazisində hansısa məhdud hərbi kontingentin saxlanılmasını xüsusi həyati və vacib bir məsələyə çevirmədilər. Proseslərin necə inkişaf edəcəyini isə sonrakı mərhələlərdə müşahidə edəcəyik”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 06:59
Belousov hərbi sənaye kompleksini və iqtisadiyyatı pulla dolduracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55
Müdafiə Nazirliyi 638 min manatlıq ayaqqabı kremi ALIR
Bu gün, 00:05
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu görün, kimi TƏRƏFDAŞ SEÇDİ...
Bu gün, 00:02
Zəngəzur dəhlizinin açılması... - fikir ayrılıqları var!
Dünən, 19:02
AQTA ancaq dəri ilə fəxr edə bilər - Eyyub Hüseynov BELƏ DEYİR...
Dünən, 19:00
Alverçilər qiyməti diqtə edəcək: Bahalaşma olacaq - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 18:56
"Musavat partiyası parlament seçkilərində iştirak edəcək" - AÇIQLANDI
Dünən, 18:05
“Bərdə Broyler” səhmdarlara dividend ödəyəcək
Dünən, 18:02
Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırdı
Dünən, 17:59
“Sözlə alınmayanda keçirdim yumruq davasına” - deputat
Dünən, 17:57
"Sovet aktrisasıyam, biz dözürük"
Dünən, 17:53
Polkovnik-leytenantla Abel Məhərrəmov arasında torpaq qalmaqalı davam edir - TƏFƏRRÜAT
Dünən, 17:48
SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılov gəlinini HƏDƏLƏYİR – Şok ittihamlar
Dünən, 17:39
Nazim Bəydəmirli barədə həbs-qətimkan tədbiri dəyişdirilmədi
Dünən, 17:34
Baş diplomatların ikigünlük Almatı görüşü: - "Açıqlanmadı, amma..."
Dünən, 17:32
ABŞ səfiri İlham Əliyevin haqlı iradlarına yalnız BU CAVABI verə bildi... - İLGİNC
Dünən, 17:30
Benjamin həkim qazini məhkəməyə verib: “Həbsimi istəyir” - VİDEO
Dünən, 17:27
Müdafiə Nazirliyi HHQ-nin hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir - VİDEO
Dünən, 17:24
Qarabağ Dirçəliş Fondu 2 tədbir üçün 132 min xərcləyəcək - DETALLAR
Dünən, 17:18
“Aksiya yoxdur, 6-7 xuliqan küçələri bağlayıb” - Erməni bloger İrəvanda əslində nə baş verdiyini AÇIQLADI
Dünən, 17:12
Masallı sakinini lətifədəki ÇUKÇA YERİNƏ QOYDULAR - “20 Yanvar”dakı binanı göstərib, “şərikəm” dedi...
Dünən, 17:07
"Bu gün 20 yaşında adını jurnalist qoyan bir şəxs..."
Dünən, 17:00
"Akumlyatorun "zaryadka" yığması üçün etdim..." - Avtoşluq edən şəxs
Dünən, 16:57
Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir - proqnozlaşdırılan savaşın RƏSMİ BİTİŞ NÖQTƏSİ
Dünən, 16:50
BU NƏDİ BELƏ: Sakinlər yaşaya-yaşaya binanı sökürlər... - AXI NİYƏ?
Dünən, 16:44
Qalmaqallı "MT Construction" tikinti şirkətinin fəhlələri qanunsuz işlətdiyi aşkarlanıb - TƏFƏRRÜAT
Dünən, 16:38
İrandan Azərbaycana 61 kiloqram narkotik keçirən Astara sakinləri həbs olunub - VİDEO
Dünən, 16:36
"Gözcü Güvənlik” MMC - CƏRİMƏ OLUNA BİLƏR
Dünən, 16:34
Fırıldaqçı keşiş baş nazir olmaq istəyir - “Məsuliyyəti öz üzərimə götürməyə hazıram”
Dünən, 16:33
Rusiya qoşunları Azərbaycanla sərhəddəki Ermənistanda yerləşən dislokasiya məntəqələrini tərk edir
Dünən, 16:29
Günün fotosu: - ANA...
Dünən, 16:26
İlqar Məmmədovdan AXCP üzvünə MARAQLI CAVAB
Dünən, 16:23
Əsrlərlə dövləti olmayan erməniləri birləşdirən kilsə - İndiki plan nədir?
Dünən, 16:21
Bu məktəb qəzalı vəziyyətdədir - "Əşyaların çoxunu satıblar..."
Dünən, 16:07
Azərbaycan bundan sonra Avroviziyada iştirak etməsin - ÇAĞIRIŞ
Dünən, 16:05
“Mənim müxalifətçilərlə qəhvə içməyə həvəsim yoxdur” - Erməni deputat
Dünən, 15:55
Xankəndidə Ermənistan konsulluğu AÇILA BİLƏR? - AÇIQLAMA
Dünən, 15:52
Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi - DETALLAR
Dünən, 15:50
Adı “Tərtər işi”ndə hallanan general əmlaklarını satışa çıxarıb - İLGİNC İDDİALAR...
Dünən, 15:46
İdarə rəisi 1500 manat cərimələnə bilər - TƏFƏRRÜAT
Dünən, 15:41
Ararat Mirzoyan sələflərini fərari adlandırıb
Dünən, 15:40
Kremlin İrəvan planı: Oteldə gizli görüşdən sonra vəziyyət dəyişdi - İLGİNC
Dünən, 15:35
Bəzi məhsullar üzrə bahalaşma olacaq - NƏ ETMƏLİ?
Dünən, 15:31
İrəvan meydanında maskalar cırılır: 1935-ci il qanununa dönüş - NƏ BAŞ VERİR?
Dünən, 15:20
Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti dəyişməz qalıb
Dünən, 15:18
Biləsuvarda gənc oğlan arvadına dəhşətli işgəncələr verdi, qayınatasını öldürdü – ŞOK TƏFƏRRÜAT
Dünən, 15:16
Tavuşda demarkasiya niyə dayandırılıb? - İLGİNC
Dünən, 15:14
Azərbaycan Mərkəzi Bankında təyinat olub - BUNA QƏDƏRSƏ...
Dünən, 15:12
Azərbaycanda bu psixologiya mərkəzi müflis oldu
Dünən, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru