Bakıda mənzildən 60 min manatlıq qızıl oğurlanıb, xidmətçi saxlanılıb
Tarix: 29-04-2024, 10:47 |
Çap et
Nizami rayonu ərazisində mənzillərin birindən 60 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
Dia-az.info DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.
Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.