Mərhum xalq artistinin xanımı REANİMASİYAYA YERLƏŞDİRİLDİ .....                     İsrailin Rəisinin ölümündə əli olması ehtimalı yoxdur .....                     Bölgə bu statusla razılaşmadı: Müstəqillik istədilər .....                     "Sumqayıt Nəqliyyat"a yeni direktor .....                     “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub .....                     “Bakı Kristal Zalı”nın rəhbəri dəyişib .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     İqtisadiyyat Nazirliyinə məxsus qurumun 6,7 mln. manat vergi borcu var .....                     Daha bir məktəbin direktoru vəzifəsindən azad edildi .....                     Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ayırdığı milyonlar Gəncədəki evlərin bərpasına necə çatmaya bilər? .....                     Azərbaycanda bu deputatlar şantaj olunur: “Erotik video” tələsi... .....                     "Nazirlər Kabinetinin icazəsi olmadan subsidiya ayrılıb..." .....                     Məhkəmə Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri ilə bağlı .....                     "Filmə yaxşı pul ayırmaq lazımdır" .....                     “Paşinyan yalnız bu halda istefa verə bilər…” .....                     Rüşvət alan xəstəxana direktorundan xəbər var .....                     Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi .....                     Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi .....                     Milli Məclisin vəzifəli şəxsinin oğlu vəfat etdi .....                     AŞ PA-nın Azərbaycan dilemması .....                     “Novxanı əməliyyatı” Taleh Bəşirov üçün düşərli olmadı .....                     Bu, bir absurddur və köhnə erməni şaiyələridir... .....                     Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... .....                     "Seçki öncəsi belə bir görüşün keçirilməsi..." .....                     Neftçalada narkokuryer saxlanılıb .....                     Mürsəl İbrahimov Eldar Mahmudovun kadrlarını GÖRƏVƏ GƏTİRİR... .....                     Sabirabadda çətənə kolu yetişdirən şəxslər saxlanılıb .....                     "Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." .....                     Məcnun müəllim, fermerlər DAD DEYİR... .....                     Prokurorluğun araşdırma apardığı BOKT-nın qanuni təmsilçisi .....                     MTK-ların "bazarı bağlanır": Yeni qadağa .....                     Alman marketlərində Azərbaycan arağı... .....                     Bu da Masallının tenderYEYƏNLƏRİ... .....                     Sabirabadda təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb .....                     İlin sonuna qədər sülh müqaviləsi gözlənilir .....                     Bu bankların adı siyahıda: Hansı bağlana bilər? .....                     Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR .....                     Xocalı aeroportu BƏRPA EDİLƏCƏK .....                     Xəstələnmə müddəti son 12 ay ərzində... .....                     "NECƏ DOLANSIN YAZIQ KƏNDLİ, yağış təsərrüfatımızı məhv edib" .....                 

Bakı və İrəvana ardıcıl zənglər: Yaxud Blinken niyə tələsir? - İNCƏLƏMƏ
Tarix: 30-04-2024, 08:36 | Çap et
Bakı və İrəvana ardıcıl zənglər: Yaxud Blinken niyə tələsir?
ABŞ-nin Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Söhbət zamanı Azərbaycan-Ermənistan şərti sərhədində aparılan delimitasiya və demarkasiya prosesi əsas müzakirə predmeti olub.

Antoni Blinken hər iki ölkənin lideri ilə telefon danışığında Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşmadan məmnunluğunu çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. Dövlət katibi ABŞ-nin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib.

Öz növbəsində, Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb.

Dövlət başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Prezident bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Nikol Paşinyan isə Entoni Blinkenlə telefon söhbəti zamanı Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesindən müsbət danışıb və vurğulayıb ki, Tavuş vilayətinin Əskipara (Voskepar), Çaykənd (Kirants) və Bibiş (Berkaber) kəndlərinin sakinlərinin narahatlığı başa düşüləndir:

"Onların haqlı narahatlığının həlli üçün hər şey ediləcək".

Paşinyan və Blinken 2022-ci il oktyabrın 6-da Praqada dördtərəfli görüş zamanı əldə olunmuş razılaşmaların Ermənistan və Azərbaycan arasında sülh prosesi baxımından əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan tərəfindən bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması, eləcə də həmin bəyannamə əsasında delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına yol açır.

Antoni Blinkenin həm Azərbaycan Prezidenti, həm də Ermənistanın Baş naziri ilə telefon danışığının məzmununa diqqət yetirsək, hər üç tərəfin maraqlarını ifadə edən kifayət qədər mühüm siyasi mesajların olduğunu görmək olar.

Dövlət katibi Blinkenin zəngi ABŞ-nin delimitasiya və demarkasiya prosesinin tezliklə başa çatmasında maraqlı olduğunu göstərir. Blinkenin açıqlamasında sərhədlərin müəyyənləşməsinə çağıran tələskənlik elementləri də özünü büruzə verir. Halbuki, delimitasiya və demarkasiya on illərlə davam edən bir prosesdir. Ona görə də Azərbaycanla Ermənistan arasında sərhədlərin yekun razılaşdırılması və qarşılıqlı tanınmasına dair dəqiq proqnoz vermək çətindir. Buna baxmayaraq, ABŞ tərəflərin qısa müddətdə nəticə əldə etməsində maraqlıdır. Çünki ABŞ tezliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çalışır. İki ölkə arasında birbaşa müzakirələr nəticəsində delimitasiya və demarkasiya istiqamətində irəliləyişin baş verməsinə ABŞ sülhün əldə olunması üçün “fürsət pəncərəsi” kimi baxır. Ağ Ev ən azı bu ilin sonuna, xüsusilə də Bakıda COP-29 tədbiri keçirilənə qədər Azərbaycanla Ermənistan arasında ən azı çərçivə müqaviləsinin imzalanacağına ümid edir. Blinkenin Prezident İlham Əliyevlə söhbətində ABŞ-nin sülh prosesini irəli aparmasına dəstək verməyə hazır olduğunu deməsi hətta yaxın vaxtlarda Vaşinton plaforması çərçivəsində Azərbaycan və Ermənistan xatici işlər nazirlərinin növbəti görüşünün təşkili üçün təşəbbüs irəli sürəcəyi qənaətini də yaradır. ABŞ-nin bu aktivliyi səbəbsiz deyil və regionda, əsasən də Ermənistanda baş verən proseslərlə bağlıdır.

Qazax rayonunun 4 kəndinin dinc yolla Azərbaycana qaytarılmasından və sərhədlərin müəyyənləşməsi istiqamətində real addımların atılmasından sonra Ermənistanda baş verən etiraz aksiyaları fonunda siyasi vəziyyətin gərginləşməsi müşahidə olunur. Aksiyaların lokal və pərakəndə olmasına baxmayaraq, davamlı hal alması onun artan xətt üzrə getməsinə səbəb ola bilər. Siyasi proseslərə hər hansı təsiri olmayan Ermənistan müxalifəti və kilsə Qazax-Tavuş sərhədində baş verən hadisələrə yenidən demarş götürmək imkanı kimi baxır. Etirazlara Qiqoryan kilsəsi, revanşist müxalifət və hərbçilərin cəlb olunması Nikol Paşinyanı hakimiyyətdən devirmək məqsədi daşıyır. Nikol Paşinyan başda olmaqla Qərbyönümlü qüvvələrin hakimiyyətdən getməsində əsas maraqlı tərəfin Rusiya olduğunu nəzərə alsaq, aksiyaların Moskvadan idarə edildiyi şübhə doğurmur. Çünki revanşist müxalifətin üzvləri Ermənistanda Rusiyaya bağlı “5-ci kolon”un təmsilçiləridir.

Onların bir qismi keçmiş hakimiyyətin, yəni "Qarabağ klanı"nın nümayəndələridir. Paşinyana qarşı çıxan hərbçilər isə Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyat İdarəsi və Federal Təhlükəsizlik Xidməti ilə gizli əlaqəsi olan zabitlərdir. Eçmiədzin kilsəsi də öz növbəsində Rusiya provaslav kiləsinin tabeliyindədir. Məlum olduğu kimi, Rusiya hakimiyyəti həmişə provaslav kilsəsinin xidmətindən başqa ölkələrdə özünün imperialist maraqlarını təmin etmək vasitəsi kimi istifadə edib. Bütün bunlar isə Paşinyanın hakimiyyətdə qalmasına çalışan ABŞ-ni narahat edir. Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəng edərək delimitasiya və demarkasiya prosesindəki razılaşmaları alqışlaması ABŞ-nin mövcud aksiyalara qarşı olduğundan xəbər verir.

Çünki gərginliyin artması hadisələrin Rusiyanın xeyrinə cərəyan etməsi və Paşinyan hakimiyyəti üçün risqlərin artması deməkdir. Ona görə də Vaşinqton sərhədlərin müəyyənləşməsi üzərindən başlanmış anlaşmanın tezliklə sülhə çevrilməsini istəyir. Çünki çərçivə sazişinin imzalanması artıq sülh müqaviləsinin mətninə dair hüquqi öhdəlikləri təmin etmiş olar. Bu halda bölgədə qarşıdurma təhlükəsinin aradan qalxması Rusiyanın Paşinyan hakimiyyətinə təzyiq alətlərini azalda bilər. Məhz bu səbəbdən ABŞ və Avropa İttifaqı aprelin 5-də Brüsseldə Nikol Paşinyanla üçtərəfli formatda keçirlən danışıqlarda Ermənistanın təhlükəsizliyi üçün ən yaxşı təminatın sülh müqaviləsi olduğunu bildiriblər.

Lakin bu posesin ABŞ-nin arzularına və ya maraqlarına uyğun şəkildə reallaşacağını söyləmək çətindir. Çünki hələlik həm Azərbaycan, həm də Ermənistan sülh sazişində öz şərtlərinin əsas götürülməsini vacib hesab edir. Prezident İlham Əliyevin ABŞ-nin Dövlət katibi ilə söhbətinin məzmunu da göstərir ki, rəsmi Bakı sülh müqaviləsinin Azərbaycanın təqdim etdiyi 5 baza prinsipinə əsaslanmasını daha məqbul hesab edir. Bu baxımdan, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Astanada keçiriləcək görüşü sülh müqaviləsinin mətnində yeni detalların razılaşdılması üçün əlverişli fürsət yarada bilər.

Delimitasiya və demarkasiya isə çərçivə müqaviləsi və ya sülh sazişinin imzalanmasından sonra da həyata keçirilməsi mümkün prosesdir. Yəni sərhədlərin müəyyənləşməsi texniki məsələdir və onun reallaşması sonrakı mərhələdə hökumətlərarası səviyyədə aparılacaq danışılardan asılıdır. Bu da illərlə davam edə biləcəyindən sülh sazişini ləngitmək olmaz. Ona görə də ABŞ sülh sazişinin, ən azı çərçivə müqaviləsinin ön plana çəkilməsinin tərəfdarıdır.

Ancaq Ermənistan öncə Alma-Ata Bəyannaməsi əsasında qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması və sərhədlərin delimitasiyanın aparılmasında israr edir. Halbuki, bu bəyannaməyə görə, ərazi bütövlüyü prinsipi tərəflər arasında aparılacaq danışıqların nəticəsində müəyyənləşməlidir. Yəni ilk növbədə sərhədlər tanınmalı, bundan sonra ərazi bütövlüyünün tanınmasına dair razılaşma əldə olunmalıdır. Ona görə də Ermənistanın mövqeyindəki ziddiyyət yalnız sülhə mane olur.

Müşfiq Abdulla
“Cebhe.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərhum xalq artistinin xanımı REANİMASİYAYA YERLƏŞDİRİLDİ - “Ümidimiz Allahadır”
Bu gün, 10:25
İsrailin Rəisinin ölümündə əli olması ehtimalı yoxdur - The Economist
Bu gün, 10:14
Bölgə bu statusla razılaşmadı: Müstəqillik istədilər – Diqqət Bakıda
Bu gün, 10:12
"Sumqayıt Nəqliyyat"a yeni direktor TƏYİN EDİLİB
Bu gün, 10:07
“EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub - VİDEO
Bu gün, 10:02
“Bakı Kristal Zalı”nın rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:00
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır -İsrafil Kərimovun yazısı
Bu gün, 09:56
İqtisadiyyat Nazirliyinə məxsus qurumun 6,7 mln. manat vergi borcu var - FOTO
Bu gün, 09:52
Daha bir məktəbin direktoru vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 09:49
Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ayırdığı milyonlar Gəncədəki evlərin bərpasına necə çatmaya bilər? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:48
Azərbaycanda bu deputatlar şantaj olunur: “Erotik video” tələsi... - SİYAHI
Bu gün, 09:45
"Nazirlər Kabinetinin icazəsi olmadan subsidiya ayrılıb..." - ÖZBAŞINALIQ!
Bu gün, 09:43
Məhkəmə Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri ilə bağlı qərar çıxardı
Bu gün, 09:30
"Filmə yaxşı pul ayırmaq lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 09:24
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 09:21
Rüşvət alan xəstəxana direktorundan xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:18
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 09:09
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 09:08
Milli Məclisin vəzifəli şəxsinin oğlu vəfat etdi
Bu gün, 09:06
AŞ PA-nın Azərbaycan dilemması - İNCƏLƏMƏ
Bu gün, 09:02
“Novxanı əməliyyatı” Taleh Bəşirov üçün düşərli olmadı - “Əmlak nəhəngi” ilə bağlı təftiş başlayır...
Bu gün, 08:58
Bu, bir absurddur və köhnə erməni şaiyələridir... - DÜŞMƏN MARIQDADIR...
Bu gün, 08:55
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 08:53
"Seçki öncəsi belə bir görüşün keçirilməsi..." - ŞƏRH
Bu gün, 08:51
Neftçalada narkokuryer saxlanılıb
Bu gün, 08:48
Mürsəl İbrahimov Eldar Mahmudovun kadrlarını GÖRƏVƏ GƏTİRİR... - BU NƏDİ BELƏ?!
Bu gün, 08:47
Sabirabadda çətənə kolu yetişdirən şəxslər saxlanılıb
Bu gün, 08:41
"Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." - TƏHLÜKƏ YENƏ DƏ QALIR, AMMA...
Bu gün, 08:38
Məcnun müəllim, fermerlər DAD DEYİR... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 08:35
Prokurorluğun araşdırma apardığı BOKT-nın qanuni təmsilçisi görün kim imiş
Bu gün, 08:32
MTK-ların "bazarı bağlanır": Yeni qadağa - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Alman marketlərində Azərbaycan arağı... - FOTO
Bu gün, 08:26
Bu da Masallının tenderYEYƏNLƏRİ... - İLGİNC SİYAHI...
Bu gün, 08:22
Sabirabadda təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 08:20
İlin sonuna qədər sülh müqaviləsi gözlənilir - GƏLİŞMƏ
Bu gün, 08:08
Bu bankların adı siyahıda: Hansı bağlana bilər? - AKTUAL
Bu gün, 08:06
Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...
Bu gün, 08:05
Xocalı aeroportu BƏRPA EDİLƏCƏK - Bu formada tikilə BİLƏR
Bu gün, 08:03
Xəstələnmə müddəti son 12 ay ərzində... - Ekspert danışır...
Bu gün, 08:01
"NECƏ DOLANSIN YAZIQ KƏNDLİ, yağış təsərrüfatımızı məhv edib" - GİLEY
Bu gün, 07:58
Türkiyəli ekspert İrandakı helikopter qəzasında diqqətdən yayınan məqamlara toxunub - VİDEO
Bu gün, 07:56
Fransa Yeni Kaledoniyaya əlavə hərbi qüvvələr göndərir
Bu gün, 06:50
Gürcüstandakı “siyasi küləyin” istiqaməti – Oxlar şimalı göstərir
Bu gün, 06:43
Ramin Əliyev haqda həbs qərarı verildi
Bu gün, 06:40
Azərbaycanın şərab şirkətinə yeni sədr və üzvlər seçiləcək - TOPLANTI
Bu gün, 00:05
Azərbaycanın metal şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:02
Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?
Dünən, 19:10
Elşad Musayev deputatlığa namizəd olacaq? - ÖZÜ AÇIQLADI
Dünən, 19:00
Məktəblərdə fənlərin sayı azaldıla bilər? - AÇIQLAMA
Dünən, 18:56
Kəmaləddin Heydərov xanım idarə rəisini işdən çıxardı - ƏMR
Dünən, 18:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru