"Bundan sonra xanım-xatın, sənətçiyə yaraşan geyimlərdə məni görəcəksiniz" .....                     Parlamentin LAL DEPUTATI mediada necə DİL QƏFƏSƏ QOYMUR? .....                     Tayvan yenə gündəmdədir .....                     Naxçıvana gedərkən heç bir yoxlamaya məruz qalmayacağıq .....                     Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor .....                     Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna Baş direktor təyinatı olub .....                     "Nə fərqi var, qadın, kişi... sürə bilirsə, sürsün" .....                     Erməni deputatlar Rəisi və Abdullahiyanı 1 dəqiqəlik sükutla .....                     Fransa televiziyası Rəisini təhqir etdi .....                     Mərhum xalq artistinin xanımı REANİMASİYAYA YERLƏŞDİRİLDİ .....                     İsrailin Rəisinin ölümündə əli olması ehtimalı yoxdur .....                     Bölgə bu statusla razılaşmadı: Müstəqillik istədilər .....                     "Sumqayıt Nəqliyyat"a yeni direktor .....                     “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub .....                     “Bakı Kristal Zalı”nın rəhbəri dəyişib .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     İqtisadiyyat Nazirliyinə məxsus qurumun 6,7 mln. manat vergi borcu var .....                     Daha bir məktəbin direktoru vəzifəsindən azad edildi .....                     Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ayırdığı milyonlar Gəncədəki evlərin bərpasına necə çatmaya bilər? .....                     Azərbaycanda bu deputatlar şantaj olunur: “Erotik video” tələsi... .....                     "Nazirlər Kabinetinin icazəsi olmadan subsidiya ayrılıb..." .....                     Məhkəmə Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri ilə bağlı .....                     "Filmə yaxşı pul ayırmaq lazımdır" .....                     “Paşinyan yalnız bu halda istefa verə bilər…” .....                     Rüşvət alan xəstəxana direktorundan xəbər var .....                     Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi .....                     Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi .....                     Milli Məclisin vəzifəli şəxsinin oğlu vəfat etdi .....                     AŞ PA-nın Azərbaycan dilemması .....                     “Novxanı əməliyyatı” Taleh Bəşirov üçün düşərli olmadı .....                     Bu, bir absurddur və köhnə erməni şaiyələridir... .....                     Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... .....                     "Seçki öncəsi belə bir görüşün keçirilməsi..." .....                     Neftçalada narkokuryer saxlanılıb .....                     Mürsəl İbrahimov Eldar Mahmudovun kadrlarını GÖRƏVƏ GƏTİRİR... .....                     Sabirabadda çətənə kolu yetişdirən şəxslər saxlanılıb .....                     "Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." .....                     Məcnun müəllim, fermerlər DAD DEYİR... .....                     Prokurorluğun araşdırma apardığı BOKT-nın qanuni təmsilçisi .....                     MTK-ların "bazarı bağlanır": Yeni qadağa .....                 

Ermənilər belə deyir..: BƏS BİZ? - AKTUAL
Tarix: 30-04-2024, 09:28 | Çap et
Ermənilər belə deyir..: BƏS BİZ?
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası yönündə ilk ciddi irəliləyiş, 4 kəndimizin geri verilməsi haqda anlaşma iki ölkə arasında sülh sənədi və kommunikasiyaların açılması yönündə ümidləri artırıb. Söhbət təbii ki, həm də Zəngəzur dəhlizindən gedir.

“Türk dəhlizinin (Zəngəzur - red.) açılması prosesi sürətləndirilib”. “Yeni Müsavat” bildirir ki, bunu erməni politoloq Varujan Qeqamyan bildirib. O, Türkiyədən məsələ ilə bağlı verilən son açıqlamaya da diqqət çəkərək deyib: “Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan mahiyyətcə heç bir müqavimət yoxdur, üstəlik, bu yaxınlarda Tiflisdə türkiyəli nazir müavininin də iştirak etdiyi görüş çərçivəsində bu mövzuda Ermənistan-Türkiyə müzakirəsi aparılıb”.

Qeqamyan artıq Ankara və İrəvanın bu mövzuda anlaşdığını istisna etmir: “Dörd kəndin təhvil verilməsi və sərhəddəki son gəlişmələr Sünikdən (Qərbi Zəngəzur - red.) keçməklə Türk dəhlizinin açılması tələbinin yerinə yetirilməsini asanlaşdırır və sürətləndirir”. Sözsüz ki, Zəngəzur dəhlizinin açılması ilə həm də “Turan yolu” tamamlanmış olacaq və Türk dünyası Azərbaycan üzərindən yeni, möhtəşəm bir güc qazanacaq ki, bu da qonşu İranla yanaşı, Fransa başda olmaqla, Qərbdəki bəzi anti-Türk çevrələri narahat edir. Bəs konkret olaraq, kollektiv Qərbin aparıcı dövləti kimi ABŞ və onun təbii müttəfiqi Böyük Britaniya Zəngəzur dəhlizinin açılmasını istəyirmi? Hansı şərtlərlə?

Qeyd edək ki, Rusiya 10 noyabr (2020) sənədinin 9-cu bəndinə əsasən yolun FTX (FSB) hərbçilərinin kontrolunda olması haqda bəndin reallaşmasının tərəfdarıdır. Ermənistan buna qarşıdır və yola özünün nəzarət edəcəyini bildirir. Rəsmi Bakı isə haqlı olaraq və beynəlxalq təcrübədən çıxış edərək, Azərbaycandan Azərbaycana (Naxçıvana) keçidin təhlükəsizliyi ilə yanaşı, maneəsiz rejimdə olmasını tələb edir. Maraqlıdır ki, ötən həftəsonu Britaniyanın Bakıdakı səfiri Ferqus Auld Naxçıvana səfər edib. Bu dəhlizin açılması Londonun da maraqlarına uyğundur. “Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı əslində pozur". Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib. “İndi isə onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır. Bu cür münasibət, təbii ki, çox məyus edir”, - deyə Prezident İlham Əliyev bildirib.

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistanla Azərbaycan arasında sülhyaratma prosesi finişə çatmaqdadır. Q.Hüseynli vurğuladı ki, sülh sazişinin imzalanmasının tezliklə baş tutacağını gözləmək olar. Onun sözlərinə görə, üstəlik, delimitasiya prosesi qaytarılan 4 kənddən sonra həmin ərazilərdə başladı: “Bu da təsdiq edir ki, artıq Ermənistan-Azərbaycan arasında sülhyaratma parametrlərinə aid bütün razılaşmalar var. Eyni zamanda ABŞ dövlət katibi Entoni Blinken həm Paşinyana, həm Əliyevə telefon zəngi edib. Ümid edirəm ki, danışıqlarda sülh prosesinin sürətlənməsindən razılıq edilib və müzakirələrin daha da irəliyə aparılması ifadə olunub. Ermənistanda bir qrup adamın etiraz aksiyası keçirməsini nəzərə almasaq, iki ölkə arasında sülh prosesinin irəliləyişdə olduğunu söyləmək mümkündür. Və deyilənlərə görə, COP29 konfransına qədər sülh sənədinin imzalanması, bəzi kommunikasiya xətlərinin açılması gözlənilir”. Q.Hüseynlinin fikrincə, beləliklə, demək olar ki, sülhyaratma prosesi normal gedir, İrəvanda bəzi boşboğazların ara qarışdırmasına baxmayaraq, tərəflər arasında etimad mühiti yaranmaqdadır: “Bu nöqteyi-nəzərdən ən prinsipial məsələlərin reallaşması böyük vaxt almayacaq. Bunu 4 kəndin qaytarılması sübut etdi”.

Siyasi şərhçi Aqşin Kərimova görə, delimitasiya prosesi təkcə ikitərəfli münasibətlərə deyil, ümumilikdə regional əlaqələrin dinamikasına müsbət təsir göstərir. Onun fikrincə, prosesin ən böyük zirvəsi Zəngəzur dəhlizi layihəsi çərçivəsində fəth olunmaq potensialına malikdir: “Hərçənd ki, dəhliz konteksti ilə delimitasiya prosesi ayrı paketdə olan müzakirə mövzuları kimi görünür. Azərbaycan hazırda Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsi yaradılması üçün dəhliz məntiqini gündəlikdən çıxarmayıb. Birincisi, ona görə ki, "Zəngəzur dosyesi" Azərbaycanın strateji hədəfidir. İkincisi, bu layihə qlobal və regional alternativ tədarük nəfəslikləri deməkdir ki, bu da bir çox oyunçunun marağındadır. Bununla belə, Azərbaycan dəhliz üçün lazım olan tələblərini indi daha diplomatik dildə ifadə etməyi məqsədəuyğun hesab edir".

Ekspert hesab edir ki, Prezident İlham Əliyevin aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün yaşıl baxış” mövzusunda beynəlxalq forumda çıxışında həmin ştrixləri görmək mümkündür: “Əliyev deyir ki, Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklaması məyusedicidir. Bununla Prezident Əliyev üç mesaj verir: birincisi, Naxçıvanın blokadada qalması ilə bağlı Ermənistanın ambisiyalarını dünya ictimaiyyətinə çatdırır, ikincisi, Ermənistanın sülh gündəliyindəki nisbi konstruktiv mövqelərinin əvəzində ritorikası ilə yeni gediş edir, üçüncüsü, Əliyev Ermənistanın 10 noyabr bəyanatının müvafiq bəndindən yayınmasını göstərərək gediş edir və prosesi Moskva-İrəvan qarşılıqlı öhdəliyi kontekstində vurğulayır”. Təhlilçi nəticə olaraq belə güman edir ki, delimitasiya prosesinin başlanması Zəngəzur dəhlizi layihəsi ilə bağlı açıq qalan məsələlərin həllini aktuallaşdırır: “Azərbaycan Ermənistanın konstruktiv mövqe nümayiş etdirəcəyi təqdirdə ritorikasına redaktə edərək İrəvana xilas yolu olduğunu göstərir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bundan sonra xanım-xatın, sənətçiyə yaraşan geyimlərdə məni görəcəksiniz"
Bu gün, 11:00
Parlamentin LAL DEPUTATI mediada necə DİL QƏFƏSƏ QOYMUR? - BU NECƏ OLUR?..
Bu gün, 10:58
Tayvan yenə gündəmdədir - İNCƏLƏMƏ
Bu gün, 10:54
Naxçıvana gedərkən heç bir yoxlamaya məruz qalmayacağıq - ANLAŞMA VAR!
Bu gün, 10:51
Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor TƏYİN EDİLİB
Bu gün, 10:46
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna Baş direktor təyinatı olub - ƏMR
Bu gün, 10:44
"Nə fərqi var, qadın, kişi... sürə bilirsə, sürsün" - Aqil Abbas
Bu gün, 10:40
Erməni deputatlar Rəisi və Abdullahiyanı 1 dəqiqəlik sükutla ANDI
Bu gün, 10:36
Fransa televiziyası Rəisini təhqir etdi - FOTO
Bu gün, 10:33
Mərhum xalq artistinin xanımı REANİMASİYAYA YERLƏŞDİRİLDİ - “Ümidimiz Allahadır”
Bu gün, 10:25
İsrailin Rəisinin ölümündə əli olması ehtimalı yoxdur - The Economist
Bu gün, 10:14
Bölgə bu statusla razılaşmadı: Müstəqillik istədilər – Diqqət Bakıda
Bu gün, 10:12
"Sumqayıt Nəqliyyat"a yeni direktor TƏYİN EDİLİB
Bu gün, 10:07
“EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub - VİDEO
Bu gün, 10:02
“Bakı Kristal Zalı”nın rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:00
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır -İsrafil Kərimovun yazısı
Bu gün, 09:56
İqtisadiyyat Nazirliyinə məxsus qurumun 6,7 mln. manat vergi borcu var - FOTO
Bu gün, 09:52
Daha bir məktəbin direktoru vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 09:49
Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ayırdığı milyonlar Gəncədəki evlərin bərpasına necə çatmaya bilər? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:48
Azərbaycanda bu deputatlar şantaj olunur: “Erotik video” tələsi... - SİYAHI
Bu gün, 09:45
"Nazirlər Kabinetinin icazəsi olmadan subsidiya ayrılıb..." - ÖZBAŞINALIQ!
Bu gün, 09:43
Məhkəmə Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri ilə bağlı qərar çıxardı
Bu gün, 09:30
"Filmə yaxşı pul ayırmaq lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 09:24
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 09:21
Rüşvət alan xəstəxana direktorundan xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:18
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 09:09
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 09:08
Milli Məclisin vəzifəli şəxsinin oğlu vəfat etdi
Bu gün, 09:06
AŞ PA-nın Azərbaycan dilemması - İNCƏLƏMƏ
Bu gün, 09:02
“Novxanı əməliyyatı” Taleh Bəşirov üçün düşərli olmadı - “Əmlak nəhəngi” ilə bağlı təftiş başlayır...
Bu gün, 08:58
Bu, bir absurddur və köhnə erməni şaiyələridir... - DÜŞMƏN MARIQDADIR...
Bu gün, 08:55
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 08:53
"Seçki öncəsi belə bir görüşün keçirilməsi..." - ŞƏRH
Bu gün, 08:51
Neftçalada narkokuryer saxlanılıb
Bu gün, 08:48
Mürsəl İbrahimov Eldar Mahmudovun kadrlarını GÖRƏVƏ GƏTİRİR... - BU NƏDİ BELƏ?!
Bu gün, 08:47
Sabirabadda çətənə kolu yetişdirən şəxslər saxlanılıb
Bu gün, 08:41
"Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." - TƏHLÜKƏ YENƏ DƏ QALIR, AMMA...
Bu gün, 08:38
Məcnun müəllim, fermerlər DAD DEYİR... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 08:35
Prokurorluğun araşdırma apardığı BOKT-nın qanuni təmsilçisi görün kim imiş
Bu gün, 08:32
MTK-ların "bazarı bağlanır": Yeni qadağa - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Alman marketlərində Azərbaycan arağı... - FOTO
Bu gün, 08:26
Bu da Masallının tenderYEYƏNLƏRİ... - İLGİNC SİYAHI...
Bu gün, 08:22
Sabirabadda təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 08:20
İlin sonuna qədər sülh müqaviləsi gözlənilir - GƏLİŞMƏ
Bu gün, 08:08
Bu bankların adı siyahıda: Hansı bağlana bilər? - AKTUAL
Bu gün, 08:06
Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...
Bu gün, 08:05
Xocalı aeroportu BƏRPA EDİLƏCƏK - Bu formada tikilə BİLƏR
Bu gün, 08:03
Xəstələnmə müddəti son 12 ay ərzində... - Ekspert danışır...
Bu gün, 08:01
"NECƏ DOLANSIN YAZIQ KƏNDLİ, yağış təsərrüfatımızı məhv edib" - GİLEY
Bu gün, 07:58
Türkiyəli ekspert İrandakı helikopter qəzasında diqqətdən yayınan məqamlara toxunub - VİDEO
Bu gün, 07:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru