Gürcüstan Mərkəzi Seçki Komissiyasına yeni sədr seçilib
Tarix: 30-04-2024, 17:24 |
Çap et
Gürcüstan Mərkəzi Seçki Komissiyasına (MSK) sədr seçilib.
"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstan parlamenti Giorgi Kalandarişvilinin namizədliyini təsdiqləyib.
Onun namizədliyinin leyhinə 85, əleyhinə isə 16 deputat səs verib. G.Kalandarişvili MSK-nın sədri vəzifəsini növbəti 5 il müddətində icra edəcək.
Qeyd edək ki, Kalandarişvili ilə yanaşı, MSK-nın üç üzvü - Maya Zaridze, Giorgi Şarabidze və Gia Tsatsaşvili eyni müddətə təsdiq edilib.